28.02.2018

Atanın doğum günündə şəhidlik hədiyyəsi

Adil Adilzadə 1993-cü ilin 17 aprel tarixində Mingəçevir şəhərində anadan olub. Orta təhsilini də nur şəhərində alıb. Futbolçu olmaq istəyib. Futbol sevgisi onu 9-cu sinifdən məktəbdən çıxmağa məcbur edib. Futbolçu karyerası qura bilməyən Adil Adilzadə 18 yaşı tamam olanda hərbi xidmətə yollanıb. Adilin hərbi xidməti Haramı düzündə, Xocavənd yüksəkliyi ilə üzbəüz keçir. Əsgərliyi başa vurub evə qayıtdıqdan sonra yenidən hərbiyə dönmək istəyir. MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi hərbiyə qayıtmaq istəyən Adili bir neçə dəfə atası Kamran Abdullayev bu yoldan döndərib. Kamran kişi sanki əvvəlcədən hiss edirmiş ki, bu iş oğlunu əlindən alacaq. 2014-cü il avqust hadisələri zamanı Adil arzusunu yenə də dilinə gətirib. Ancaq atası Kamran Abdullayev bu dəfə də oğluna icazə verməyib.

26.02.2018

"Qayınatamı diri-diri yandırdılar, yoldaşım isə ..." - Özünü erməni kimi təqdim edən kəşfiyyatçı

Dağlıq Qarabağda proseslər başlayandan Xocalı faciəsi baş verənə qədər xocalılar, polis və ərazi özünümüdafiə batalyonu ermənilərə müqavimət göstərib. Həmin döyüşçülərdən biri də Ramiz Kamal oğlu Nəsirovdur.

Yenicag.az Xocalı qətliamının 26-cı ildönümündə döyüşlərin fəal iştirakçısı Ramiz Nəsirovla müsahibəni təqdim edir:

“Erməni uşağın bədəninin bir parçası ilə anasının başına o qədər vurdu ki, zavallı qadın dəli olub gülməyə başladı” – Zorlanan, dağlanan, silinən… XOCALI

1988-ci il fevralın 12-də ermənilər Əsgəran rayonunda ilk açıq millətçi çıxışlar edəndə, bir gün sonra keçmiş Azərbaycan KP MK-nın II katibi Konovalov erməni fəallarının iclasından biabırcasına qovulanda, artıq faciənin çertyojunun ilk cizgiləri çəkilirdi. Daha bir gün sonra – fevralın 14-də respublika DİN-in qüvvələri Əsgəran-Stepanakert bölgəsinə yeridildi və heç bir tədbir görmədən geri qaytarıldı. Onları SSRİ Silahlı Qüvvələrinin qoşunları əvəz etdi.

“Qadınları lüt soyundurub, ülgüclə doğrayır, dişlərini çəkirdilər…” – 4 körpəsi ilə əsir düşmüş xocalılı polis arvadı

Xocalı faciəsindən 26 il ötür.

Zaman nə qədər keçsə də, faciənin yarası hələ də köz bağlamayıb. Xocalılarla söhbət zamanı gözlər dolur, hadisəni həyəcanla, əsəblə, yenidən yaşayırmış kimi anlatırlar.

Xocalıların kompakt şəkildə yaşadığı Goranboy rayonu Ağcakənd ərazisindəki qəsəbəyə yollanırıq. Xocalı sakinləri ilə söhbət zamanı ən çox eşitdiyim güley-güzar bu oldu: “niyə hamı bizi ancaq bu faciənin ildönümü ərəfəsində arayıb- axtarır?”. Burda hərənin öz dərdi, öz problem var. Amma onların hər birini birləşdirən bir dərd var: Xocalı. Bu insanların hər biri canlı tarixdir… Oxunmaqla bitməyən, dinləməklə qurtarmayan, gündən-günə yaraları dərinləşən bir tarix… Bu tarixin bir qəhrəmanı da var – Mehriban. O, həmin qanlı gecədə 4 körpə uşağı ilə əsir düşmüş, həyat yoldaşı şəhid olan bir anadır… bir gecənin içində saçları dümağ ağaran bir ana…

23.02.2018

"124 nəfərlik "Arabo"nu 30-40 əsgər qırdı..." - "Gəncə" batalyonunun Mahiri

Ermənilərin məhşur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.

Deyir, uğuru çox adam üstünə götürür, uğursuzluqda isə günahkar tapmaq olmur. Mətbuatdan bildiyimiz kimi ermənilərin məşhur “Arabo” batalyonunun məhvini bir çoxları öz üzərinə götürüb, özləri haqqında qəhrəmanlıq salnamələri yazdırıb. Ancaq döyüşün əsl iştirakçıları susub…

13.02.2018

“Arabo”nun məhvini lentə alan, qırmızı “Zapı”sı ilə yaralı daşıyan operatorla REPORTAJ

Müharibədə əsgərlər döyüşür, operatorlar, fotoqraflar isə bizə döyüşün görünən və görünməyən tərəflərini çatdırır.

Qarabağ müharibəsi zamanı döyüşləri lentə alan çox az adamın adı bəllidir. Onlardan bəziləri hansısa TV və yaxud qəzet əməkdaşları olub, bəziləri isə bu işi könüllü görüblər. İlhami Ağayev könüllülərdən olub. Çəkdiyi kadrların bir hissəsini Müdafiə Nazirliyinə təqdim edib, digərlərini isə arxiv kimi evində saxlayıb. Bir çoxumuzun izlədiyi kadrları- ermənilərin “Arabo” batalyonunun qırılması və döyüşdən sonrakı meyitlərini məhz İlhami Ağayev çəkib.

3.02.2018

Ermənilərin itkin saydığı “Arabo”nu darmadağın edənlər… - Əfsanəvi “Gəncə” batalyonunun GİZLİNLƏRİ

Qarabağ müharibəsində Azərbaycan silahlı qüvvələrinin həyata keçirtdiyi bir neçə uğurlu döyüş əməliyyatları olub. O əməliyyatlardan biri də 1992-ci il iyun ayının 29-da Tərtər rayonu Həsənqaya kəndində baş verib. Həmin gün “Gəncə” batalyonu Tərtər ərazi özünümüdafiə batalyonunun kiçik bir hissəsinin köməkliyi ilə ermənilərin “Arabo” batalyonunun ərazidə olan bütün döyüşçülərini güllədən keçirib.

Həmin döyüşdə “Arabo” batalyonunun 124 döyüşçüsünün meyiti sayılıb.

1.02.2018

Şəhid ailələrinin "qan pulu" problemi, Hadı Rəcəblinin siqaretli, araqlı çözüm təklifi - Reportaj

Qarabağ müharibəsində şəhid olanların sığorta pulunun ödənilməsi hələ də öz həllini tapmayıb.

Bu gün 50-yə yaxın şəhid ailəsi Prezident Administrasiyasının qarşısında sığortaların ödənilməməsinə görə aksiya keçirib.

29.12.2017

"İndi də başa torba keçirilir, amma..." İlham İsmayıl ilə MÜSAHİBƏ

“Eldar Mahmudovun dövlət maraqlarından çox şəxsi maraqları var idi”

Ləğv edilmiş MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik - leytenant İlham İsmayılla müsahibəni sizə təqdim edirik:

25.12.2017

Məcburi köçkünlər yolu bağladı — Evlərin qanunsuz paylanmasına ETİRAZ - FOTO / VİDEO

Bu gün səhər saatlarında bir qrup məcburi köçkün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən Cavadxan küçəsini bağlayıb.

Məcburi köçkünlərin yolu bağlamasına səbəb onlara verilən evlərin pulla satılması və adam sayına uyğun olmayan bölgü olub.

4.12.2017

Jurnalist bir günlük "əlil" oldu, Bakı sakinləri ona belə davrandı... — REPORTAJ


Anlamaq üçün yaşamaq lazımdır…


Yaxşı yadımdadır, 1997-ci il idi. Millət vəkillərindən biri Ağcabədidə yaşadığımız "Türk Kızılay" çadır şəhərciyinə gəlmişdi. Hər cümləsində "sizi anlayıram", "nələr çəkdiyinizi bilirəm" deyirdi. Birdən yaşlı qadın deputata dedi ki, sən bizim nə çəkdiyimizi anlaya, necə yaşadığımızı bilə bilməzsən. Bunu anlamaq istəyirsənsə, gəl, bir ay bizim çadırda yaşa, onda səmimiyyətinə inanaram. Bu sözlərdən sonra görüş yekunlaşmışdı.

8.11.2017

“Müharibə jurnalistləri hər dəfə hədəf olurlar”

“Bizdə cəbhədən gələn xəbərlər daha çox bölgə müxbirlərinin boynuna düşür”

Səxavət Məmməd: “Heç mitinq iştirakçıları bizim orada bir neçə saat ərzində eşitdiyimiz qədər səs bombası eşitməyib, gözlərinə o qədər bibər qazı sıxılmayıb, təzyiqli su altında qalmayıblar”

6.11.2017

Bakıda qəzalı bina təcili boşaldılır, 23 ailənin isə taleyi naməlumdur — Hər an uça biləcək binadan REPORTAJ + FOTOLAR


Sürüşkən bina

90-cı illərin əvvəllərində Xətai rayonu, Gəncə prospekti 20 ünvanında hündür mərtəbəli bina inşa edilib. Bina 3 blok, 16 mərtəbədən ibarət olub. Ancaq bina istifadəyə verilməmişdən öncə zəlzələ, ardınca ərazidə sürüşmə baş verir və bina 8 metr sürüşərək yerini dəyişir. Ərazidə olarkən binanın haradan sürüşərək indiki yerində durduğunu aydın şəkildə görmək olur. Bina sakinlərinin sözlərinə görə, binanın aşacağından qorxan inşaat şirkəti 7 mərtəbəni sökərək binanı 9 mərtəbədə saxlayırlar. Sökülmüş 7 mərtəbənin panelləri hələ də binanın ətrafında qalmaqdadır.

31.10.2017

Aksiyon filmindən seçilməyən "müharibə jurnalistikası" təlimlərindən — REPORTAJ + FOTOLAR

Türkiyənin “Anadolu Ajansı”nın təşkil etdiyi savaş dövrü jurnalistləri üçün təlimlərə start verilib. 13-cü dəfədir baş tutan təlimlərdə 3 qitədən 12 ölkədən qatılan jurnaistlər arasında bu il Azərbaycan da iştirak edir.

Təlimlərdə Azərbaycanla yanaşı Əfqanıstan, Albaniya, Bosniya və Herseqovinya, Kenya, Kosova, Efiopiya, Pakistan, Filippin və Serbiyadan olan jurnalistlər də iştirak edir.

22.09.2017

Ramil Usubovdan Artur Rəsizadəyə "məktub" — Erməni xüsusi xidmətinin növbəti ideoloji süqutu



1 ay öncə Ermənistanın Milli təhlükəsizlik xidmətinin sifarişi ilə voskanapat.info blogunun müəllifi Qrant Melik-Şahnazaryan, saxta bir "sənəd" yaymışdır.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun adından Müdafiə naziri Zakir Həsənova ünvanlanan "müraciət"də yazılmışdır ki, Azərbaycan tərəfi 2016-cı ilin aprelində qeyri-rəsmi olaraq çoxlu canlı qüvvə itirmişdir.

12.09.2017

1988-ci il Ağdamda mitinqlər, Əsgərana yürüş — "Qarabağ" FK-nun adının ermənilərdən alınması

Bugün Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında qrup mərhələsində çıxış edir. Ancaq klubun Qarabağ adının ermənilərin əlindən necə alınması, hansı çətinliklərdən keçməsi barədə çox az adam məlumatlıdır.

"Ölkə.Az" "Qarabağ" klubunun Qarabağ adını alarkən proseslərin birbaşa iştirakçısı olmuş Elbrus Mustafayevlə reportajı sizə təqdim edir:

Elbrus Mustafayevlə təkcə “Qarabağ” klubunun adının alınması ilə bağlı yox, o zaman baş verən hadisələrlə bağlı geniş söhbətimiz oldu.

28.08.2017

"Sanki mərmilər üsyana çıxıblar" - Partlayışın baş verdiyi yerdən reportaj + FOTOLAR

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Müdafiə Nazirliyinin Xızı rayonu ərazində yerləşən hərbi bazalarından birində güclü partlayış baş verib.

Silah ambarında baş vermiş partlayış nəticəsində anbarda saxlanılan mərmilər əraziyə səpələnərək partlayıb. Partlayış nəticəsində Ərazidə yerləşən hərbçilərin ailələrinin yaşadığı şəhərciyə, yaxınlıqdakı Giləzi kəndinə maddi ziyan dəyib. O qədər bombanın qarşılığında həqiqətən insan təlafatının olmaması böyük xoşbəxtlikdir.

24.08.2017

Dağ-meşə təlimləri, gərgin keçən gecə, ilan və qurbağadan hazırlanan yemək — JURNALİSTİN GÜNDƏLİYİ

Müdafiə Nazirliyinin təşkilatı dəstəyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dinc Dünya” Araşdırma Mərkəzinin təsis etdiyi "Konflikt Jurnalistikasi Məktəbi"nin növbəti təlimlərinə start verilib.

Jurnalistlər üçün təlimlər Şəmkir rayonunda Müdafiə Nazirliyinin nəzarəti və dəstəyi altında həyata keçirilir. MN-in peşəkar mütəxəssisləri ekstremal şəraitdə davranış qaydaları, psixoloji durumlar, konflikt zonalarında hərəkətlər, marşrut trayektoriyalarını tədris edirlər.

9.08.2017

"Əsir tutduğumuz Bakı ermənisinin qardaşı da Tərtər istiqamətində bizə qarşı vuruşurdu" — Keçmiş hərbçi danışır

704-saylı briqadanın döyüşçüləri ilə müsahibələrimizi davam etdiririk.

Bu günkü müsahibimiz tankçı Hüseynov Səxavət Fərzulla oğludur.

Qısa arayış:

Hüseynov Səxavət Fərzulla oğlu. 1967-ci ilin may ayının 13-də Lənkəran rayonun Xolmili kəndində anadan olub. 1973-cü ildə orta məktəbə gedib. 1984-cü ildə məktəbi bitirib. 1984-cü ildə Bakıda texniki litseydə oxuyub. 1985-ci ildə ordu sıralarına çağırılıb. 1987-ci ilə qədər Sovet ordusunda xidmət edib. Hərbi xidməti bitirdikdən sonra gizirlər məktəbini oxuyub. 1992-ci ilin iyun ayına qədər Sovet ordusunda xidmət edib. 1992-ci ildə Qarabağda baş verən müharibəyə görə könüllü olaraq Azərbaycana qayıdıb. 1997-ci ilin aprel ayının 14-də ordu sıralarından tərxis olub.

"Bir həftə ərzində Laçın dəhlizini və yaşayış məntəqələrini azad etdik" — 704 saylı briqadanın tank komandiri danışır

Əvvəlcə də qeyd etdiyimiz kimi, 704 saylı briqadanın zabit və əsgərləri ilə görüşümüz davam edir.

Bu dəfəki müsahibimiz Qarabağ müharibəsi zamanı əvvəlcə kəşfiyyat tağımının, sonradan isə tank tağımının komandiri olmuş Məmmədov Abdulla Alxas oğludur.

O, bu görüşə öz tankçıları ilə gəlmişdi.
Real Time Analytics