20.07.2023

Qarabağda gərginlik və bunun səbəbləri - ANALİZ

Artıq öyrəncəliyik.

Hər dəfə görüşlər ərəfəsində mütləq şəkildə ya Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə, ya da Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə təxribatlar törədilir.

Vaşinqton görüşü ərəfəsində Qarabağda törədilən təxribat məhz buna xidmət edirdi.

Öncə təxribat haqqında Ağdam istiqamətində qeyri-qanuni erməni silahlıları Azərbaycan hərbçisinə atəş açaraq yaralayıb. Bundan dərhal sonra Azərbaycan ordusu hərəkətə keçərək erməni silahlılarının Ağdam istiqamətindəki mövqelərini susdurmaq üçün hərəkətə keçib. Azərbaycan ordusu xüsusilə dronlardan istifadə edərək qeyri-qanuni erməni silahlılarının mövqelərinə dəqiq zərbələr endirib. Azərbaycan tərəfi 5 erməni yaraqlısının məhv edildiyini bildirir. Ermənistanın baş naziri Nikol Paşinyan isə 4 erməni silahlısının məhv edildiyini bəyan edib. Ehtimal olunur ki, məhv edilmiş erməni yaraqlılarının sayı daha çoxdur. Əvvəlki dönəmlərdə də görmüşük ki, erməni tərəfi ilkin rəqəmləri az deyir, daha sonra isə hərbçilərin qəzaya düşərək öldüyünü bildirir və beləcə say bir neçə gün sonra gerçək rəqəmə çatır. Azərbaycan verdiyi cavabla gövdə göstərisi etmiş oldu. Bununla demək istəyir ki, daxilimdəki məsələni çözəcəm. Bu hərbi yolla olsa belə baş tutacaq.

Rusiya sülhməramlılarının icazəsi və xəbəri olmadan qeyri-qanuni erməni silahlılarının addım atacağı mümkün deyil. Qarabağdakı erməni separatçıları Rusiyanın sahədəki ruporlarıdır. Onlar birbaşa Kremldən gələn direktivlər əsasında hərəkət edirlər. Qarabağda baş verən təxribat bir neçə gün əvvəl Laçındakı sərhəd-buraxılış məntəqəsində Azərbaycan sərhədçisinin snayperlə vurulmasının davamıdır. Rusiya elə Ermənistan və digər bölgədə sülhün olmasını istəməyən qüvvələr danışıqlar prosesinin dalana dirənməsində maraqlıdırlar. Rusiya da bilir ki, Vaşinqton regiondan Rusiyanı sıxışdırıb çıxarmaq istəyir. Ona görə də, hərbi gərginlik yaradaraq prosesi öz xeyrinə dəyişmək və yenidən idarə etmək niyyətindədir.

Azərbaycan ordusu bir neçə dəfə bu cür təxribatlardan sonra Fərrux, Sarıbaba, Qırxqız, və sərhəd istiqamətində əməliyyatlar həyata keçirib. Azərbaycan ordusu bu əməliyyatlarla strateji yüksəkliklərə nəzarəti əldə edib. Yeri gəlmişkən bu tip əməliyyatların hər birindən sonra Rusiya sülhməramlıları Azərbaycandan geri çəkilməyi tələb etmişdi. Ancaq bu tələblərin hamısı tələb olaraq da qalmışdı. Hesab edirəm ki, qeyri-qanuni erməni silahlıları təxribatlara davam etsə, yenə eyni cür əməliyyatların şahidi ola bilərik. Bu o deməkdir ki, Azərbaycan ordusu yeni strateji yüksəkliklər əldə edə bilər.

Əldə etdiyim məlumata görə, separatçı rejimin silahlıları yeni təxribatlar həyata keçirməklə bağlı planlar qurur. Artıq bu barədə Azərbaycan ordusunda da kəşfiyyat məlumatları var. Separatçı rejimin rəhbəri Araik Arutunyan təhlükəsizlik şurasının icalsını çağırıb və atacaqları addımları müzakirə ediblər. Azərbaycan ordusunun təxribatalara cavab verəmək üçün hazırlıqlara start verdiyini deməkdə fayda var. Azərbaycan ordusunun əlində qeyri-qanuni silahlılara cavab vermək üçün kifayət qədər güc və texnika mövcutdur. Azərbaycan ordusu draonlar, hədəfi dəqiq vuran raketlər vasitəsi ilə qeyri-qanuni silahlıların yanacaq anbarlarını, komanda müşahidə məntəqələrini, qərargahlarını sıradan çıxara bilər. Bu cür kontaktsız icralardan sonra Xüsusi Təyinatlı Qüvvələr, Komando briqadaları hərəkət edərək istənilən yüksəkliyi ələdə edə bilər.

Laçındakı sərhəd-buraxılış məntəqəsində Azərbaycan sərhədçisinin snayperlə vurulmasından sonra Azərbaycan tərəfi haqlı olaraq postu bağlamışdı. Bu cür hadisə dünyanın hansı ölkəsində baş versə idi, eyni cür addım atılardı. Çünki postdan keçən şəxslərin hər birinin təhlükəsizliyinə Azərbaycan tərəfi cavabdehdir. Ermənistan tərəfi isə təhlükəsizliyə zəmanət vermir. Ona görə də, bu məsələ blokada yox, birbaşa təhlükəsizliklə bağlıdır. Yeri gəlmişkən Ermənistan dövlətinin tezisləri ilə Qərbin bəzi dairələrinin tezisləri üst-üstə düşür. İstər Ermənistan, istərsə də Qərbin bəzi dairələri eyni mövqedən çıxış edirlər. Bu o anlama gəlir ki, sülhün, bölgədə sabitliyin olmasını istəməyən qüvvələrlə Ermənistan tərəfi eyni mövqedən çıxış edir. Yeri gəlmişkən Paşinyan 4 erməni hərbçisinin məhv edilməsi ilə bağlı dünyaya car çəkib. Anlamaq mümkün deyil, Paşinyan həm Qarabağı Azərbaycanın daxili məsələsi hesab edir, həm də Azərbaycanın daxilində baş verən hər hadisədən sonra dünyanı bölgəyə dəvət etmək istəyir. Bu həm də Paşinyanın nə qədər qeyri-səmimi olmasından irəli gəlir. Azərbaycanda bəziləri Paşinyan Qarabağ və ərazilərlə bağlı fikirlər səsləndirəndə az qalsın onu sülh göyərçini kimi təqdim etmək istəyirdi. Hazırda baş verənlər onu göstərir ki, sözlü bəyanatların heç bir mənası yoxdur. Sənəd üzərinə köçürülməyənə qədər deyilən heç bir sözü ciddiyə almaq olmaz.

Baş verənlər onu deməyə əsas verir ki, Rusiya ilə Qərbin bəzi dairələrinin və erməni siyasi sisteminin maraqları üst-üstə düşür. Ona görə də, Azərbaycan masadan daha çox sahəyə diqqət ayırmalıdır.

Hesab edirəm ki, Qarabağ ətrafında baş verən proseslər hərbi əməliyyatlara doğru gedir...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics