27.12.2018

Erməni əsirliyindən film kimi qaçış

Həbs, əsirlik. Bunun necə bir zülm olduğunu yalnız yaşayanlar bilər. Bəziləri talehləri ilə barışar, cəzalarını çəkər. Bəziləri isə barışmaz, mübarizə aparar və qaçar.

Həbsdən, əsirlikdən qaçanlarla bağlı çoxlu filmlər izləmişik. Qarabağ müharibəsi zamanı ermənilərin əlində çoxlu sayda əsirlərimiz olub. Onlardan böyük əksəriyyəti taleyi ilə barışıb. Əsirlərin dəyişdirilməsindən sonra vətənə dönüblər. Bəzilərindən isə hələ də xəbər-ətər yoxdur. Çox az sayda əsirlər isəqaçmağı bacarıblar.

Bu dəfəki yazımızda o az sayda olanlar arasında yer alan Anar Məmmədov, Əhmədov Amil və Yəhyayaev Afinin əsirlikdən qaçışından bəhs edəcək.

14.11.2018

Qız qaçırma, erkən nikah, beşikkəsdi... - Zilanı kürdlərinin toy adətləri - III yazı

Ötən dəfə “Qaraçılar uşaqlarını oğurlayacaq” – Zilanı məhəlləsində gördüklərimiz – II Reportaj” adlı yazıda Zilan kürdlərinin toy adətlərindən bəhs edəcəyimizi bildirmişdik.

Hər bir xalqın özünəməxsus adət-ənənələri var. Zilan kürdləri uzun müddətdir Yevlaxda yaşasalar da, öz toy adətlərini qoruyub saxlayıblar.

"Vəhşi" adlandırılan batalyonun döyüşçüsü: "O ağrıları çəkməkdənsə, ölsəm yaxşıydı"

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Ötən yazıda Gəncə batalyonunun döyüşçüsü Kərimov Kamilin “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibimiz Gəncə batalyonunun döyüşçüsü Umudvar Məmmədovdur. Yazıda Umudvar Məmmədovun orduya gəlişi, “Həsənqaya əməliyyatı”nda iştirakı və döyüş yolundan bəhs edəcəyik.

7.11.2018

“Qaraçılar uşaqlarını oğurlayacaq” - Zilanı məhəlləsində gördüklərimiz - II Reportaj

Onların öz dünyaları, adət-ənənələri, yaşam tərzləri var.

Söhbət Yevlaxda yaşayan Zilan kürdlərindən gedir.

Ölkəmizdə kimi dindirsən, Azərbaycanı yaxşı tanıdığını iddia edəcək. Ancaq böyük olmayan ölkəmizdə tanımadığımız, barəsində kifayət qədər məlumatımız olmayan o qədər yerlər var ki.

30.10.2018

50 manatlıq mülki veteranlar - Səxavət Məmməd yazır

Qarabağda müharibə üzü görməyib, veteranlıq vəsiqəsi alıb, sinəsinə medallar düzdürüb özünü irəli verənlər azmış kimi, indi də “mülki veteranlar” boy göstərir.

Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan zabit, General-polkovnik Tofiq Ağahüseynovun imzası ilə mülki şəxslərə üzvlük vəsiqəsi satılır.

Bəlkə də “satılır” ağır söz, ittiham kimi gələcək.

Amma və lakin…

Bəli, satılır!

50 manata!

25.10.2018

Sovet ordusundan qaçış - Döyülmə, işgəncə, təhqir... - MÜSAHİBƏ

Hərbidən qaçış.

Bu ifadə fərarilik kimi bilinir.

Ancaq bəzi qaçışlar var ki, onun əhəmiyyəti, mahiyyəti tamam fərqli olur.

Sovet ordusundan qaçıb, Qarabağda döyüşməyə gəlmək hər halda fərarilik deyildi, bir ürək tələb edirdi.

Bu cür qaçışla bağlı ötən yazımızda geniş söz açmışdıq.

19.10.2018

Həbsxanadan məktub - Kəşfiyyat bölüyünün komandirinin müharibə xatirələri - I yazı

Həbsxanadan məktub var.

Qarabağ müharibəsində adlı-sanlı komandirlərdən olan Yaşar Şükürov bir neçə ildir ki həbsxanadadır. O, 1989-cu ildən Qarabağ müharibəsi bitənə qədər döyüşüb. 704 saylı hərbi hissənin kəşfiyyat bölük komandiri vəzifəsinə qədər yüksəlib.

Yaşar Şükürov qələmə aldığım yazılardan və əsgər yoldaşlarının xahişindən sonra, orduya qatıldığı gündən sona qədər yaşadıqlarını, bildiklərini, gördüklərini yazaraq, həbsxanadan məktub şəklində göndərib.

16.10.2018

Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları və ya akademiklər necə günahkar elan edilir?


Ali Attestasiya Komissiyası varsa, institutlar nəyə yarayır? Bu suala cavab verməmişdən öncə keçək bir nəfərin aspiranturaya daxil olandan sonra keçdiyi prosedurlara.

Alim olmağa iddialı şəxs sənəd verib, aspiranturaya daxil olur. Aspiranturaya daxil olmaq üçün öncə ingilis dili, ixtisas fənni və fəlsəfədən imtahan verir. Əgər aspiranturaya daxil oldu və bitirdisə, yenə 3 fəndən – ingilis dili, ixtisas üzrə və kompüterdən imtahan verməli olur. Aspiranturanı bitirən şəxs yenidən niyə imtahan verməlidir ki? İxtisasdan imtahan nəyə lazımdır? Aspiranturaya daxil olan şəxs axı buraya təhsil almaq üçün yox, tədqiqat aparmaq üçün girib. Bu gülünc deyilmi?

Çayxanada qurulan "dərin dövlət" - "Nazirlər Kabineti" Qarabağı necə aldı?

Azərbaycanda elə bir məhəllə, elə bir küçə yoxdur ki, orada çayxana olmasın. Və çayxanaların boş olduğunu da kimsə görməyib. Çayxanada insanların çox yığışması həm də işsizliyin göstəricisidir. Nənələrimiz demiş, işi, gücü olan adamın çayxanada nə işi var?

Azərbaycanda çayxanalarda heç şübhəsiz ən çox müzakirə olunan, baş sındırılan mövzu da siyasətdir. Dəfələrlə şahidi olmuşam ki, bir masa arxasında siyasi gedişlərlə bir neçə dəfə Qarabağı alıb, qaytarmışıq. Bu harasıdır? Rusiyanı dağıdıb, Turanın qurulmasının da şahidi olmuşam. Özüm ölüm, Cənubi Azərbaycanla şimalın birləşməyini də görmüşəm.

Hamımız bilirik ki, ölkəmizdəki siyasi partiyaların bir çoxu qərargahsızdır. Qərargahı olan partiyalar da var ki, gedirsən, divarlar adamın üzərinə gəlir. Vaxt var idi, Müsavat partiyasının qərargahındakı çayxana ölkənin ən qaynar bölgələrindən biri idi. Düzdür, orada bəzən daxili siyasət (partiya daxili) danışılırdı, ancaq yenə də o qədər qüsur molla qızında da olur. Qərargahın özündən daha çox çayxanada siyasət müzakirə edilirdi.

11.10.2018

Azərbaycanın Qaraçı məskənindən reportaj - Yevlaxın zilanı məhəllələrində nələr baş verir? - I Yazı

Yevlax Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.

Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir.

Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd var.

2.10.2018

Qarabağ mitinqinin pərdəarxası - Çıxış üstündə dava edənlər, tribunasını Qarabağdan əsirgəyənlər...

645 manatlıq mitinq. Əslində mitinqlə bağlı bir cümlə belə yazmaq istmirdim. Düşünürdüm bir çoxları deyəcək ki, erməni dəyirmanına su tökürəm, hansısa klana xidmət edirəm. Ta ki, polisin mitinqə 2 000 nəfər insan gəldiyi xəbərini oxuyana qədər…

Bir neçə gün idi ki, “Qarabağa azadlıq” mitinqi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi.

Çoxları mitinqin keçirilməsinin vacib olduğunu vurqulayırdılar. Bəziləri isə mitinqi bir oyun adlandırır və insanları mitinqə qatılmamağa çağırırdı.

19.09.2018

Sovet ordusunda film kimi qaçış - Azərbaycanlıların 20 yanvar etirazı

Tarixdə bəzən elə hadisələr olur ki, bu barədə bir çoxları susmağa üstünlük verir. Bəzən ümidsizlikdən, bəzənsə “bütün bunlar kimin nəyinə lazımdır” düşüncəsilə hətta yaxın tariximizdə belə baş verən önəmli məqamlar sirr kimi qalır.

Bu cür hadisələrdən biri də 1990-cı il 21 yanvar günü sovet ordusundan kütləvi şəkildə azərbaycanlı əsgərlərin qaçmasıdır. Qaçanlar 20 yanvar facisi zamanı xalqının yanında olmaq üçün can atır. Ancaq onların başlarına gələnlər, faciədən betər olur.

Sovet Ordusunun Azərbaycanda törətdiyi qırğınlar, buna etiraz edən əsgərlər, onların hazırladıqları qaçış planı, təşkilatçıya verilən işgəncə və qaçışda iştirak edənlərin taleyi…

11.09.2018

Bir döyüşün tarixçəsi - Ya meyitimizin üstündən keçməli, ya da ölməli idilər

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.

Ötən yazıda “Tərtər batalyonu”nun döyüşçüsü Tağıyev Firudinin “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibəmiz Gəncə batalyonunun döyüşçüsü Kərimov Kamildir. Mövzumuz isə Kərimovun müharibəyə gəlişi və “Həsənqaya əməliyyatı” barəsindədir.

31.08.2018

Müşfiq kimi repressiyaya məruz qalan Müşfiqabad - REPORTAJ

Müşfiqabad, Müşfiq və abad sözlərinə yad, bəlkə də Müşfiq kimi represiyaya məruz qalmış bir qəsəbə.

Müşfiqabad qəsəbəsi Yeni Bakı Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınıb. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilib, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilib və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılıb və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılıb.

7.08.2018

Azərbaycan turizm şirkətləri İrəvana və Şuşaya tur paket satır - ŞOK ARAŞDIRMA

Bir neçə ildir ki, Azərbaycan xüsusən ərəb turistlərin ən çox gəldiyi ölkələrdən birinə çevrilib.

Turizm sahəsində vəziyyət necədir?

Turizm sahəsində baş verənlərə aydınlıq gətirməyə çalışdıq.

Çoxlarımız elə bilirik ki, Azərbaycana gələn ərəb turistlər, Avropa və digər yerlərə gedə bilməyən, gücü yalnız Azərbaycanı gəzməyə çatanlardır. Turizm sahəsi ilə məşğul olan şirkətlərin nümayəndələri ilə söhbət zamanı məlum olur ki, bu fikir tamamilə yanlışdır. Azərbaycana gələn turistlərin böyük əksəriyyəti dünyanın bir çox ölkələrini gəzənlərdir.

13.07.2018

İnformasiya qıtlığı, yayılan şayiələr, manısların şərh etdiyi ciddi proseslər

Hər zaman olduğu kimi, son baş verən proseslərdə də cəmiyyət informasiyasızlıqdan boğuldu. İnformasiyanı gecikdirdiyi üçün ən çox tənqid edilən qurumların başında heç şübhəsiz, Müdafiə Nazirliyi gəlir. Dəfələrlə olub ki, nazirlik baş vermiş hadisə ilə bağlı cəmiyyəti informasiya ilə təmin etməyib, eyni zamanda reportyorların da hadisə baş vermiş əraziyə gedişini qadağa edib. Nəticədə ölkə əhalisi informasiya almaq üçün erməni mətbuatına üz tutub. Bunu çox gözəl bilən erməni mətbuatı isə dezinformasiyalar ötürərək cəmiyyətimizi yanlış informasiyalarla yükləyib. Nazirliyin sonradan verdiyi məlumatlar isə ya həzm edilmir, ya da inamsızlıqla qarşılanır. Bu barədə çox geniş danışmaq olardı, sadəcə mövzu bu deyil.

4.07.2018

Ermənilərin gözlənilən hədəfi - Niyə Mingəçevir?

İşıqlar söndü, problemlər gün üzünə çıxdı.

Müharibə şəraitində yaşayan Azərbaycan təhlükəni hər yerdən gözləməlidir. Bildiyimiz qədər, gözləyir də. Məmurlar dövlətin hər cür təhlükəyə hazır olduqlarını dəfələrlə deyiblər. Ancaq hər dəfə yaranan bir problemdə sözlərin boş, təhlükənin isə nə qədər ciddi olduğunu görürük.

Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ölkəni qaranlığa qərq etdi. Ümumiyyətlə, yaşadığımız dövrdə elektirik enerjisinin nə qədər vacib olması heç kəsə sirr deyil. Belə olan halda işığın sönməsi ilə ölkədə bütün sahələr demək olar ki, iflic oldu.

29.06.2018

“Türk Ulduzları”nın Bakı səfəri ilə bağlı bilmək istəmədiklərimiz… - İcra başçısı “Solo Türk”ə hansı sifarişi göndərdi?

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə paytaxt Bakıda hərbi parad keçirildi. Paradda ölkə rəhbərliyi ilə yanaşı xarici qonaqlar, ölkəmizdəki hərbi attaşelər də iştirak etdi.

Parad kimlər üçünsə möhtəşəm, kimlər üçünsə sönük keçdi. Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən paradın daha möhtəşəm keçirilməsi hər bir azərbaycanlının arzusu idi və kiminə görə, bu baş verdi, kimisi də çatışmazlıqlara diqqət çəkdi.

13.06.2018

Milli Qəhrəmanlıq davası, MN-nin rəsmi cavabı

12 iyun 1993-cü il ermənilərin Ağdamın Mərzili, Yusifcanlı, Ağcəbədinin Qiyaməddinli kəndlərinə hücumu barədə araşdırma yazdım. Oxuyanlar yaxşı bilir ki, yazılardan heç birində nə Monte Melkonyanın, nə də İbad Hüseynovun adın çəkdim.

Düşünürdüm ki, sonda hər kəs gerçəyi qəbullanıb, susacaq, məsələni bağlayacaq.

Bu işi aparan şəxs kimi bəlkə də sosial şəbəkədə ən az status yazanlardan biriyəm.

28.05.2018

"30-40 erməni mənə tərəf gəlirdi..." - Qarabağ döyüşçüsü o günü xatırlayır

Ermənilərin məhşur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırma yazılarımız davam edir.

Bu mövzu ilə bağlı növbəti müsahibimiz Tərtər batalyonunun döyüşçüsü Tağıyev Firudindir.


Qısa arayış:

Tağıyev Firudin Hilal oğlu. 1961-ci ildə Tərtər rayonu Əskipara kəndində anadan olub. Orta təhsilini Şuşa şəhəri 1 saylı internat məktəbində alıb. 1977-ci ildə SSRİ Gənc Bənnaları lauriyyantı olub. 1989-cu ildən Dağlıq Qarabağda baş verən proseslərə qoşulub. 1992-ci ilin iyul ayının 28-ə qədər döyüşlərdə iştirak edib.

26.05.2018

Allah baba və təbiət ananın ümidinə qalan esktremalçılar - Bəs qurumlar hara baxır?

Son 10 gün içərisində itkin düşən ekstremal idmanla məşğul olanların meyitlərinin tapılmasına görə Allah babaya və təbiət anaya təşəkkür edirik.

Nəticələr buna əsas verir ki, bu idmanla məşğul olanlar demək olar ki, onların ümidinə qalıblar.

Yəqin bilirsiniz ki, dekabrın 27-dən alpinistlər Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılza Tufandağa səfər edərkən, aprelin 18-də isə iki gənc – Nüsrət Nəzərzadə və Aqil Təbirli dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanarkən itkin düşmüşdülər. Onları tək dost olmaları, ekstrimal idmanla məşğul olmaları yox, itkin düşmələri də birləşdirdi…

25.05.2018

Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" - FOTOLAR

Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.

Əsir götürülən zabit: "Arxadan ermənilər atır, qan itirməkdən də gözlərim görmürdü"

1993-cü il iyun ayının 12-də erməni silahlı qüvvələri Mərzili, Yusifcanlı və Qiyammədinli istiqamətində hücuma keçib.

Azərbaycan tərəfi bu hücumun qarşısını alarkən, BMP 1 vasitəsilə düşmən tankını məhv edib.

Burada diqqət çəkən əsas məsələlərdən biri isə, bu hadisədən bir az əvvəl, ermənilərin tankla “şturmes”i vurmasından sonra zabitlərimizi əsir götürməsi olur. BMP 1-in tankı vurması nəticəsində xilas olan  zabitlərdən biri də Nail Kazımovdur.

Alpinistlərin itkin düşməsinin pərdəarxası məqamları - FOTOLAR

Dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin meyitləri may ayının 16-da aşkarlanıb.

5 ay sonra alpinistlərin meyidlərinin tapılması özü ilə birgə çoxlu sayda suallar yaradır.

Alpinistlər 3 gün ərzində zirvəyə qalxmalı və geri qayıtmalı idilər. Peşəkar alpnistlərlə söhbət zamanı məlum olur ki, Tufandağa çıxmaq üçün 5 gün lazımdır. Ancaq Ekologiya və Təbii Sərvətləri Nazirliyi alpinistlərə cəmi 3 gün vaxt verib. Verilən müddətin azlığı da müəmmadır. Əlverişli yer seçminə 3 günlük möhlətin əngəl olduğu təxmin edilir. Belə ki, vaxt azlığı alpinistləri gecələmək üçün Mahmud dərəsinin sonunda çadır qurmağa məcbur edib.

24.05.2018

Pənah Hüseyn: "Ateizm boşdur, Allahın yoluna gəlin" - "Şəxsən mən"

“Şəxsən mən” layihəsinin bu dəfəki qonağı, Azərbaycanın sabiq baş naziri, AXP sədri Pənah Hüseyndir.

Pənah Hüseynlə müsahibəni sizə təqdim edirik:

21.05.2018

Ermənilər bu rayonlarımızı narkotik plantasiyalarına çeviriblər - ŞOK FAKTLAR

İşğal altında olan Azərbaycan torpaqlarının təbii sərvətlərini ermənilərin taladığı heç kimə sirr deyil.

Bundan əlavə, ermənilər Qarabağın münbit torpaqlarında narkotik vasitələr də yetişdirirlər. Nəzarətsiz ərazilərdə plantasiyaların salındığı haqqında əlimizdə dəqiq məlumatlar var. Belə ki, iqtisadi çətinliyi aradan qaldırmaq üçün Ermənistan tərəfi narkotik vasitələri becərir və onu dünya bazarına çıxarırlar. Əldə olun gəlirlər isə müxtəlif fondlar vasitəsi ilə Ermənistana yönləndirilir.

Arif Hacılı Əli Kərimli və Siyavuş Novruzovla kimsəsiz adaya düşsəydi... - "Şəxsən mən" - MÜSAHİBƏ

“Şəxsən mən” adlı layihəv davam edir. Məqsədimiz oxucularımıza siyasətçiləri, ictimai xadimləri, elm adamlarını başqa tərəfdən tanıtmaqdır.

Layihəmizin ilk qonağı Müsavat Partiyasının başqanı Arif Hacılıdır.

14.05.2018

Səfər Əbiyevdən soruşdum, Heydər Əliyevə kim məruzə edib ki, 704 cəbhədə yoxdur, gedib Əlikram Hümbətovu qoruyur? - Polkovnik Qurbanovla MÜSAHİBƏ

Qarabağ müharibəsi ilə bağlı silsilə yazılara davam edirik.

Beyləqan, Ağcabədi, Xocavənd istiqamətinin müdafiəsinə Lənkəran batalyonu adı ilə tanınan 704 saylı hərbi hissə cavabdeh olub.

Həmin istiqamətdə gedən döyüşləri, qaranlıq qalan məsələlərlə bağlı suallarımızı o dövrdə 704 saylı hərbi hissə komandiri vəzifəsini icra etmiş, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş, ehtiyatda olan polkovnik Əjdər Qurbanov cavablandırıb.

“Dedilər ki, öz helikopterinizi vurmusunuz” - Qarabağ döyüşçüsü

"Döyüş tarixi” ilə bağlı silsilə yazılarımız davam edir.

Bu dəfəki reportajımız Mustafayev Elbrusun döyüş yolundan bəhs edir.

Ağdamda işçiləri icra başçısının bağında qul kimi işlədirlər - FOTOLAR

Yeni kənd təsərrüfatı naziri İnam Kərimovun Ağdam rayonuna səfəri gözlənilir.

Nazirin gəlişi ilə əlaqədar Kommunal Müəssisələr Kombinatının işçilərini Ağdam rayon icra hakimiyyəti İnam Kərimova göstərəcəkləri pambıq sahələrinə aparıb, pambıq tarlasının girişini təmizləməyi tapşırıblar. Ancaq icra hakimiyyətinin nümayəndəsi Nürəddin Mirzəyev işçilərə pambıq sahəsinin alaqdan təmizlənməsini tapşırıb. Nürəddin Mirəzyev bildirib ki, işini görən şəxs evinə gedə bilər.  Ancaq verdiyi sözün üstündə durmayan Mirzəyev, narazılıq edən işçiləri döymək istəyib. Onlardan bir neçəsinin işdən çıxarılacağını da deyib.

"Arabo"nu məhv edən döyüşçülərdən biri: "7 gün meyitxanada qaldım"

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Bundan əvvəlki reportajlarda düşmənin ön postlara hücum etməsi, orada ağır döyüşlərin olması və Oqtay adlı bir nəfərin yaralanmasını qeyd etmişdik. Uzun axtarışdan sonra həmin şəxslə görüşə bildik.

26.04.2018

20 Yanvar hadisələrində canlı yayım edən İlhami: "Zəng elədi ki, mühasirəyə alıblar..."

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib və 19 yanvar saat 19:30-da televiziya stansiyasının enerji bloku partladıldığı üçün yayım kəsilib. Dərhal sonra Şuşadakı teleötürücü canlı yayımlara başlayıb, hətta Sovet əleyhinə çıxışlar da edilib və Azərbaycanın bir hissəsi Şuşadan canlı yayımla baş verənlərdən xəbərdar olub.

Bu zaman Bakı ilə yanaşı Qarabağa da Sovet Ordusu yeridilib. Xankəndinə göndərilən qüvvələr – Lvov vilayətində yerləşən 39-cu Paraşüt Desant Briqadasının qarşısına qoyulan tapşırıqlardan biri də Şuşadakı teleqülləni tutmaq və canlı yayıma nəzarət etmək olub. Və həmin teleyayıma nəzarət edən hərbçilərin komandiri Qurbanov Əjdərlə reportajı sizə təqdim etmişdik.

22.04.2018

Gəncə batalyonunun həkimi: "Arabo"da döyüşənlərin çoxu Livandan gələn ermənilər idi"

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü Əli Sadıqovun döyüş yoluna həsr olunmuşdu. Yazıda Əli Sadıqovun “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibimiz 1988-ci ildən 1992-ci ilin sonuna qədər müharibə baş verən ərazilərdə yaralılara yardım etmiş həkim Aftandil Quliyevdir. Yenicag.az müsahibəni təqdim edir:

19.04.2018

20 Yanvar hadisələri zamanı Şuşa televiziyasında sovet əleyhinə çıxışlara göz yuman zabitlə MÜSAHİBƏ


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Bundan sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada, 26-da isə  Lənkəranda daha 8 nəfər qətl edilib. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində paytaxt və rayonlarda ümumilikdə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edilib. Bununla yanaşı yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlaka ziyan dəyib.

16.04.2018

"Erməni zabiti tapançasını çıxarıb silahını dostuma tuşladı"- Aprel döyüşlərinin qəhrəmanları söhbət silsiləsindən

Aprel döyüşləri zamanı düşmən işğalında olan 8 mühüm yüksəklik azad edilib, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib və çoxlu sayda döyüş texnikası sıradan çıxarılıb.

Bu döyüşlər zamanı ordumuzun digər bölmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələri də sözün əsl mənasında düşmənin baş ağrısına çevrilmişdi.

13.04.2018

Xaçmazda tarixi abidələrə qarşı SOYQIRIM həyata keçirilir - FAKTLAR

Xaçmaz potensialından istifadə edilməyən rayonlardan biridir. Xəzərin sahilində, zəngin flora və faunası olan Xaçmaza hər dəfə gedəndə yaşıllığın azaldığı gözdən qaçmır. Digər rayonlarda olduğu kimi, burada da ağacları kəsib, yerində daşdan nələrsə tikirlər. Tikdikləri də bir işə yarasa…

Yaşıllıqlar qalsın bir yana, Xaçmazda tarixi abidələrə qarşı da soyqırım həyata keçirilir.

"Biz "Arabo" batalyonunu belə məhv etdik" - Gəncə batalyonunun döyüşçüsü ilə MÜSAHİBƏ

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü “Qəqəni” ləqəbli Razim Dəmirovun döyüş yoluna həsr olunmuşdu. Yazıda 15 yaşlı Razim Dəmirovun “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibimiz 1988-ci ildən müharibə bitənə qədər döyüş meydanlarında olmuş Əli Sadıqovdur.

"Tapançamı çıxardım, özümü vurmaq istəyirdim..." - Aprel döyüşlərinin qəhrəmanı ilə MÜSAHİBƏ

Aprel döyüşlərinin üstündən 2 il ötür.

Döyüşlər zamanı 8 mühüm yüksəklik – Lələtəpə və Talış ətrafında 7 yüksəklik  işğaldan azad edilib. Lələ-Təpə adlandırsaq da, o, eni 3 km olan Lələ-İlahi dağ silsiləsidir.

Aprel döyüşləri zamanı ordumuzun digər bölmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələri sözün əsl mənasında düşmənin baş ağrısına çevrilmişdi.

"6 nəfərlə düşmənin hamısını məhv etdik" - Xüsusi Təyinatlı Zabitimiz

Aprel zəfərinin 2 ili tamam oldu.

Aprel döyüşləri Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlarından biridir. 4 günlük müharibədə ordumuz 2 yüksəkliyi işğaldan azad etməklə yanaşı, düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Bundan əlavə, aprel döyüşləri həm də Azərbaycan xalqının özünə inamını, sınmış qürurunu bərpa etdi.

Döyüşlər zamanı Azərbaycanın digər ordu birləşmələri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələri fəal iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrimizin göstərdiyi şücaət danılmazdır. Düzdür, onlar etdikləri barədə çox az danışır. Əməlləri qulaqdan qulağa gəlib çıxır. Ancaq döyüşlərdən sonra ermənilərin Talış kəndindən yaydığı kadrlara baxmaq kifayət edir ki, Xüsusi Təyinatlı Qüvvələrimiz nələr etdiyi aydın olsun.

Danışmaqdan daha çox əmələ üstünlük verənlər…

2.04.2018

XTQ-nin zabiti: "Ermənilər bizi öz əsgərləri ilə səhv salmışdı" - Aprel döyüşlərinin PƏRDƏARXASI

Aprel döyüşlərindən 2 il ötür.

Ermənistanla Azərbaycan arasında atəşkəsin olmasına baxmayaraq, silahlar demək olar ki, heç zaman susmayıb. Kiçik toqquşmalar dəfələrlə olub. Lakin 2016-cı ilin aprel ayında baş verənlər qısa müddətli bir müharibə idi. Həmin günlərdə cəbhənin Füzuli istiqamətində Lələ təpə və ətraf ərazilər, Tərtər istiqamətində isə Talış yüksəkliyi düşmən işğalından azad edildi.
Aprel döyüşlərində digər ordu birləşmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələrin əməyi danılmazdır. Dəfələrlə düşmən arxasına keçib, xüsusi əməliyyatlar edən həmin dəstə aprel döyüşləri zamanı ordumuzun önündə olub.

Keçmiş “çekist”: “Agentlərin siyahısını açmaq o xidmətin özünə zərər vurmaq deməkdir” - MÜSAHİBƏ

Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının yaranması tarixindən 99 il ötür.

Xüsusi xidmət orqanlarının yaranma tarixi, keçdiyi yol və hazırki durumu ilə bağlı suallarımızı ləğv edilmiş MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayıl cavablandırıb.

17.03.2018

“Gəncə batalyonu”nun “Qəqəni”si: “Xocalıda qətliam törədən “Arabo”nu biz məhv etdik”

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü Mahir Nağıyevin döyüş yoluna həsr olunmuşdu. Yazıda Mahir Nağıyevin “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Elə həmin müsahibədə oxuculara tezliklə, “Qəqəni” ləqəbli Razim Dəmirovla müsahibəni təqdim edəcəyimiz barədə xəbər vermişdik.

15.03.2018

Boraltan Katliamı ile ilgili yeni belgeler - İnönü-Stalin anlaşmasında Ermeni diasporası izi

“Ne yaptık ki bizi kafirlere verdiniz?

Boraltan bir köprü aşar geçer Aras’ı

Yıkasan Aras suyuyla temizlenmez yüz karası”


2014 senesinde Türkiye’de düzenlenen cumhurbaşkanlığı seçimleri döneminde iktidar partisi AKP’nin adayı Recep Tayyip Erdoğan, Antalya’da yaptığı konuşmasında, Azerbaycanlıların Ruslar tarafından kurşuna dizildiğini söyledi. Erdoğan o olayı şu sözlerle anlattı:

Stalin-İnönü münasibətlərinin qanına bələnmiş qurbanları: Boraltan faciəsinin PƏRDƏARXASI

“Nə etdik sizə, bizi kafirlərə verirsiz?
Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz üzün qarası…”


2014-cü ildə Türkiyədə prezident seçkiləri ərəfəsində Türkiyənin hakim partiyası AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyip Ərdoğan Antalyada yerli əhali ilə görüşü zamanı azərbaycanlıların ruslar tərəfindən güllələnməsindən danışıb. Ərdoğan həmin dönəmi xatırladıb:

7.03.2018

"Arabo" sayımızı bilsəydi, nəticə başqa cür olardı" - "Gəncə batalyonu"nun "Çalpapağı"

Ermənilərin məhşur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü, sonradan komandiri olan Mahir Hüseynovun döyüş yoluna həsr olunmuşdu. “Arabo”nun məhv edilməsi zamanı Mahir Hüseynovun qumbaraatandan açdığı atəşlər nəticəsində düşmənin çaş-baş qalmasından bəhs etmiş, onun şücaətindən söz açmışdıq.

Elə həmin müsahibədə “Çalpapaq” ləqəbli Mahir Nağıyevlə reportaj edəcəyimizin anonsunu vermişdik.

2.03.2018

Quru ağac, ölü arı, susuz ev… - Kürdəmirin ilan mələyən “Şuşalılar qəsəbəsi”ndən REPORTAJ

Deyir, insan hər şəyə alışırmış.

Var-dövlətdən səfilliyə düşənləri gördük, cənnətdən - cəhənnəmə - Adəm və Həvvanın hekayəsindən bilirik, dağdan-bağdan - arana - bunu yaşayanlarınsa yanında olduq, bir qədər də yaşamışlığımız var.

Şuşa - əlavə şərh və məlumata ehtiac yoxdur, böyüklərimizin dilindən eşitdiyimiz kimi cənnət deyib keçək. İndi şəkillərinə, videolarına həsrətlə baxırıq. Heyfslənirik, əsəbələşirik. Təsəvvür edin, o şəhərin sakinləri orada nələr yaşayıblar, indi nələr yaşayırlar.

Eşidəndə ki, Kürdəmirdə Şuşalıların qəsəbəsi var, qəribə gəldi, dağdan gəlib aranda necə yaşamaq olar? Demək ki, yaşamaq olurmuş, insan dediyin hər şeyə alışırmış.

28.02.2018

Atanın doğum günündə şəhidlik hədiyyəsi

Adil Adilzadə 1993-cü ilin 17 aprel tarixində Mingəçevir şəhərində anadan olub. Orta təhsilini də nur şəhərində alıb. Futbolçu olmaq istəyib. Futbol sevgisi onu 9-cu sinifdən məktəbdən çıxmağa məcbur edib. Futbolçu karyerası qura bilməyən Adil Adilzadə 18 yaşı tamam olanda hərbi xidmətə yollanıb. Adilin hərbi xidməti Haramı düzündə, Xocavənd yüksəkliyi ilə üzbəüz keçir. Əsgərliyi başa vurub evə qayıtdıqdan sonra yenidən hərbiyə dönmək istəyir. MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi hərbiyə qayıtmaq istəyən Adili bir neçə dəfə atası Kamran Abdullayev bu yoldan döndərib. Kamran kişi sanki əvvəlcədən hiss edirmiş ki, bu iş oğlunu əlindən alacaq. 2014-cü il avqust hadisələri zamanı Adil arzusunu yenə də dilinə gətirib. Ancaq atası Kamran Abdullayev bu dəfə də oğluna icazə verməyib.

26.02.2018

"Qayınatamı diri-diri yandırdılar, yoldaşım isə ..." - Özünü erməni kimi təqdim edən kəşfiyyatçı

Dağlıq Qarabağda proseslər başlayandan Xocalı faciəsi baş verənə qədər xocalılar, polis və ərazi özünümüdafiə batalyonu ermənilərə müqavimət göstərib. Həmin döyüşçülərdən biri də Ramiz Kamal oğlu Nəsirovdur.

Yenicag.az Xocalı qətliamının 26-cı ildönümündə döyüşlərin fəal iştirakçısı Ramiz Nəsirovla müsahibəni təqdim edir:

“Erməni uşağın bədəninin bir parçası ilə anasının başına o qədər vurdu ki, zavallı qadın dəli olub gülməyə başladı” – Zorlanan, dağlanan, silinən… XOCALI

1988-ci il fevralın 12-də ermənilər Əsgəran rayonunda ilk açıq millətçi çıxışlar edəndə, bir gün sonra keçmiş Azərbaycan KP MK-nın II katibi Konovalov erməni fəallarının iclasından biabırcasına qovulanda, artıq faciənin çertyojunun ilk cizgiləri çəkilirdi. Daha bir gün sonra – fevralın 14-də respublika DİN-in qüvvələri Əsgəran-Stepanakert bölgəsinə yeridildi və heç bir tədbir görmədən geri qaytarıldı. Onları SSRİ Silahlı Qüvvələrinin qoşunları əvəz etdi.

“Qadınları lüt soyundurub, ülgüclə doğrayır, dişlərini çəkirdilər…” – 4 körpəsi ilə əsir düşmüş xocalılı polis arvadı

Xocalı faciəsindən 26 il ötür.

Zaman nə qədər keçsə də, faciənin yarası hələ də köz bağlamayıb. Xocalılarla söhbət zamanı gözlər dolur, hadisəni həyəcanla, əsəblə, yenidən yaşayırmış kimi anlatırlar.

Xocalıların kompakt şəkildə yaşadığı Goranboy rayonu Ağcakənd ərazisindəki qəsəbəyə yollanırıq. Xocalı sakinləri ilə söhbət zamanı ən çox eşitdiyim güley-güzar bu oldu: “niyə hamı bizi ancaq bu faciənin ildönümü ərəfəsində arayıb- axtarır?”. Burda hərənin öz dərdi, öz problem var. Amma onların hər birini birləşdirən bir dərd var: Xocalı. Bu insanların hər biri canlı tarixdir… Oxunmaqla bitməyən, dinləməklə qurtarmayan, gündən-günə yaraları dərinləşən bir tarix… Bu tarixin bir qəhrəmanı da var – Mehriban. O, həmin qanlı gecədə 4 körpə uşağı ilə əsir düşmüş, həyat yoldaşı şəhid olan bir anadır… bir gecənin içində saçları dümağ ağaran bir ana…
Real Time Analytics