“Şəxsən mən” layihəsinin bu dəfəki qonağı, Azərbaycanın sabiq baş naziri, AXP sədri Pənah Hüseyndir.
Pənah Hüseynlə müsahibəni sizə təqdim edirik:
– Şəxsən mən yenidən baş nazir olsaydım…
– Prinsipcə 1992-93-cü illərdə o dövrün siyasi proseslərdəki mövqeyim hansı vəzifəni tutmağımdan asılı deyildi. Ölkənin seçilmiş prezidenti vardı və onun müəyyən etdiyi, təsdiqlədiyi siyasi kurs həyata keçirilirdi. Bu baxımdan mənim baş nazir və hansısa vəzifədə olmağım elə də önəmli deyildi. Əgər biz parlament idarə üsuluna keçməyəcəyiksə, baş nazir vəzifəsinin ləğvini daha məqsədəuyğun sayıram.
– Şəxsən mən nəyi dəyişərdim ki, 1992-93-cü illərdəki hakimiyyət əldən getməzdi?
– O dövrdə hakimiyyətin, Əbülfəz Elçibəy iqtidarının devrilməsini labüd hesab etmirəm. Hakmiyyəti qoruyub saxlamaq həmin şərtlərlə, resurslarla da mümkün idi. Hesab edirəm, Gəncəyə mən özüm getməli idim. Təbii ki, bu sonrakı təhlillərin nəticəsidir. Tam əminliklə deyirəm ki, Gəncədə şəxsən mən olsaydım, prosesslər fərqli cərəyan edərdi. Konkret Elçibəyə qarşı silahlı hərbi çevrilişin və qiyamın qarşısını daha radikal, daha cəsarətli addımlar atmağa ehtiyac var idi. Onun hakimiyyətə gəlməsi Azərbaycan tarixində ən demokratik seçkilər nəticəsində baş vermişdi. Ancaq bu bir inqilabi proses idi. İnqilabın da öz qanunları var. Burada yarımçıq dayanmaq olmaz. Onu sona çatdırmaq lazımdır. Dərhal Milli Məclisə seçkilər keçirilməli idi. Əks inqilabın özəyini təşkil etmiş qüvvələrə qarşı daha qüvətli və qətiyyətli tədbirlər görülməli idi. Maksimum hüquq və qanunçuluq gözlənilməklə. Bunları demək şərtidir. Ölkədə sözün həqiqi mənasında müharibə gedirdi. Dağlıq Qarabağda döyüş əməliyyatları gedirdi. Belə bir şəraitdə islahatların çərçivəsini bir qədər məhdudlaşdırmaq lazım idi. Hər halda cəsarətli olmalıydıq.
– Şəxsən mən Ali baş komandan olsaydım… Təbii ki, söhbət müharibə dövründən gedir.
– Həm prezident kimi, həm də Ali baş komandan kimi Əbülfəz Elçibəyin o dövrdə qəbul etdiyi qərarları mübahisələndirmirəm. Hesab edirəm ki, məğlubiyyət üçün prezident yox, onun komandası məsuliyyət daşıyır.
– Şəxsən mən əlimdə imkan olsaydı, hansı tarixi prosesi dəyişərdim?
– Dindaram. Hesab edirəm ki, bütün poseslərin, o cümlədən tarixi proseslərin əsas hökm verəni Allahdır. Ona görə də, tarixi proseslərin dəyişdirilməsi utopik hesab edirəm. Tarixi proseslərdə liderlərin rolu olduqca önəmlidir. Vəziyyəti həmişə liderlər, şəxslər və ideyalar dəyişir. Prosesləri insanlar yaradır və dəyişidirir.
– Misal üçün, Cümhurriyət dövründə olsaydınız, hansı addımları atardınız ki, ADR yaşayardı.
– Mənə elə gəlir ki, bizim rolumuz, funksiyamız 1992-93-cü illərdə milli demokatiyanı qoruyub saxlamaq və Elçibəyin prezidentliyinin davam etməsini təmin etmək idi. Daha çox bunun üzərində düşünmək və cavabları vermək olar. 1918-20-ci illərdə Cümhuriyyətin yaradıcıları praktiki olaraq mümkün olmayanı mümkün etdilər, yoxdan bir dövlət yaratdılar. Əslində indiki dövltəmiz ADR-i yaradanların gördüyü işin davamıdır.
– Şəxsən mən milyonçu olsaydım…
– Milyonlarla pul görmüşəm. Ancaq dövlətin pulları olub. Səmimi və açıq deyim. Təsəvürlərim və xəyallarım “mən milyonçu olsaydım” istiqamətində olmayıb. Ona görə də, sizin bu sual da gözlənilməz oldu. Çətinki bundan sonra da öz planlarımı, həyatımı “mən milyonçu olsaydım” kimi xülyaların, xəyalların üzərində qurum.
– Dövlətin milyonlarla pulunu görmüsünüz. Tamah olub?
– Bizim dilimizdə görməmiş ifadəsi var. Həmin milyonlara pula qanunlar çərçivəsində sərəncam vermək səlahiyyətim, imkanım olub. Yuxarıdakı fikri deməklə buna işarə etdim. O ki qaldı, biz hakimiyyətə gələndə may ayında dövlətin bütün hesablarında 700 min civarında valyuta ehtiyatı vardı. Biz gedəndə, indiki dövrdə anlaşılmaz görünə bilər, 150 milyon ABŞ dolları və bir neçə ton qiymətli metal həcmində sərmayə qoyub getdik. Mənə elə gəlir ki, bununla da sualına cavab verdim.
– Şəxsən mən siyasətçi olmasaydım…
– Çətin ki, siyasətçi olmayaydım. Hətta sovet quruluşu saxlansaydı belə, çox güman ki, yenə siyasətçi olardım. Ola bilsin, bunu anadangəlmə hakimiyyət hərisliyi kimi də dəyərləndirlənlər olar. Xatırlayıram, 6-cı sinifdə oxuyanda dərsdən sonra sinfdə kim nə olacaqla bağlı müzakirə getdi. Sinfin oğlanları kim nə olmaq istədiyini kağıza yazıb, altından da qol çəkdik. O vaxt yazmışdım ki, 30 yaşıma kimi ən azı nazir olacağam. 30 yaşıma qədər nazir olmadım, ancaq 33-34 yaşımda baş nazir idim. Bəzilərinin dediyindən fərqli olaraq o dövrdə biz sovet, komunnist təsəvvürləri ilə fomalaşan nəslə məxsus idik. Məsələn, 1974-cü ildə Vyetnamda müharibə gedirdi. O dövrdə ABŞ imperializmin qarşı mübarizə aparmaq üçün ərizə yazmışdıq ki, Vyetnama gedək. Özüm evdən tək Bakıya gəlib, Baykal-Amur magistralına getmək üçün Kamsomolun Mərkəzi Komitəsinə gəlmişdim. Hətta qəbula da düşdüm, dedilər, əsgər getməmisən. İndi bir qədər primitiv görünür, guya o dövrdə hamı milliyətçi olub kimi fikirlər səsləndirirlər. Oturub danışırdıq ki, artıq dünyada kommunizm qurulması təmin olunub, gedib o biri planetlərə gedib bu quruluşu yaymaq lazımdır. Belə fantastik xəyallar vardı. Sonradan mən dindar oldum. Açğı bundan sonra proseslərə münasibətim dəyişdi. Sonradan məlum oldu ki, insan gedib başqa planetlərdə kommunizm qurmaq əvəzinə, ən azı özünün daxilini, özünü dəyişdirməsi ondan da çətin məsələdir.
Bunu ilk dəfədir ki, deyirəm. O dövrdə gizli cəmiyyətlər yaradılmasından, müstəqillik uğrunda hansısa təşkilatlar qurmasından danışırdılar. Hər bir dövrün özünün folkloru, mifologiyası var. İndi də bu cür məsələlər çox danışılır. Bu yaxında Nəsiman Yaqublunun bir kitabı çap olunub. Hələ təqdimatı da olmayıb: “Azərbaycan milli hərəkatının ensklopediyası”. Vərəqlədim, məlum oldu ki, Azərbaycanda çoxsaylı gizli təkilatlar olub. Bu da bir siyasi folklordur. Əlimizdə olan sənədlər və faktlar onu deyir ki, Əbülfəz Elçibəydən və mühacirlərdən başqa nümunə olmayıb. O dövrdə biz də universitetdə oxuyanda gizli təşkilat yaratmışdıq. Bu heç də quruluşa qarşı deyildi.
Yenidənqurma dövrünə heç kəs təsadüfi gəlməyib. Onda meydana çıxıb, sona qədər üzdə qalan insanların böyük əksəriyyətini bəziləri proseslərin gedişində təsadüfi parlamış şəxslər adlandırırlar, ancaq bu elə deyildi. 1980-ci illərdə Moskvada qapalı tədqiqat institutlarının birində elmi iş aparırdım. İlk dəfə Əbülfəz Elçibəylə orada tanış olmuşdum. Onda hələ Elçibəy deyildi. İndiki hakimiyətdə olan bəzi şəxslərlə Moskavada Lenin adına kitabxanada tanış olmuşuq. Bəziləri o dövrü həbsxana kimi təsəvvür edir, mən isə belə düşünmürəm.
– Şəxsən mən dövlət rəhbəri olsam, hansı komanda ilə işləyərəm?
– Əvvəl dövlətin rəhbəri olmaq lazımdır, sonra komanda formalaşdırmaq. Deyirlər, gəlsələr, heç nə edə bilməyəcəklər. Müxalifətin içərisində kifayət qədər təcrübəsi olan mütəxəssislər var. Məğlubiyyətin özü də bir təcrübədir. Diqqət etsəniz, Elçibəy hakimiyyəti iqtidardan gedəndə, ölkənin maliyyə və bank sistemində bizim dövrdə hakimiyyətə gətirilmiş şəxslərin böyük bir hissəsi uzun müddət saxlanıldı. Misal üçün Abbas Abbasov bizdən əvvəl də, bizim dövrdə də, bizdən sonra da kənd təsərrüfatı naziri idi. Çoxlu adlar sadalaya bilərəm. Dövləti idarəsində peşəkar adamlar kadr olaraq qalır. Ancaq ağılsız adamlar hamısını silib atar.
– Komandanıza kimləri alardınız?
– Gəlin şəxsləndirməyək. Yaxşı olanı saxlamaq, mane olanları uzaqlaşdırmaq , cəzalandırılmalı olan şəxsləri cəzalandırmaq, əsas quruculuğa diqqət etməklə, dağıtmağı da yaddan çıxarmamaq lazımdır.
– Şəxsən mən ateist olsaydım…
– Ateist olmuşam. Çox qatı ateist olmuşam. İnsanlar var ki, dindar kimi yaşayırlar.İnsanlar da var ki, dindar olub sonra ateist olurlar. Ateist olmuşam, onun nə olduğunu bilirəm. Ateizmdən dindarlığa gəlmiş şəxs kimi deyirəm ki, ateizm boşdur. Sualların həqiqi cavablarını vermir. Bütün ateislərə dua edirəm ki, Allahın yoluna gəlsinlər.
– Şəxsən mən Qafqazın şeyxi olsaydım…
– Şeyxin üzərinə müxtəlif tərəfdən hücumlar gedir. Bunun üçün nə qədər desəniz, əsas tapmaq olar. Dostumuz Sərdar Cəlaloğlu QMİ-ni sovetin qalıqlarından biri kimi təqdim edərək, ləğv edilməlidir deyir. Sovet dövründən bizə bəzi şeylər qalıb. Metro qalıb, rus dili qalıb. Onlardan biri də QMİ-dir. Yeganə idarədir ki, bizim regiona təsir imkanımızı saxlayır. Gürcüstanda, Dağıstanda müsəlmanlar yaşayır. Azərbaycan dövləti o quruma həmişə ciddi dəstək göstərməlidir. Şeyxə gəldikdə isə, o, sovet dövründə də şeyx olub, Vəzirovun da, Mütəllibovun da, Elçibəyin də, Heydər Əliyevin də vaxtında da, elə indi də şeyxdir. Bu təsadüfi ola bilməz. Açıq deyim, o dövrdə desəydilər, gələndə ilk nə edəcəksiniz, bir çoxları gələn kimi şeyxi əvəz edərdim deyərdi. Ancaq olmadı. Bayaq sual verdiniz şeyxin yerinə kimi məsləhət görərdiniz, açığı mənim namizədim yoxdur. Məncə Allahşükür Paşazadə davam etsin.
– Şəxsən mən Məcnun olsam Leyliyə görə səhraya düşərdim…
– Professor Vəli Nərimanoğlu bir dəfə dedi ki, diqqət eləmişəm, xaricilər Leyli Məcnun operasına baxmağa gedirlər, heç Koroğluya getmirlər. Sonra əlavə etdi ki, deyəsən, onlar terrorizmin nə olduğunu başa düşmək üçün gedirlər. İnsan necə ola bilər ki, bir eşqindən, ideyasından ötrü – Leyli həm də bir ideyadır, səhraya düşsün?!
– Şəxsən mən Dədə Qorqud olsaydım…
– Vallah, mənim heç vaxt Dədə Qorqud olmaq nə fikirim olub, nə düşüncəm olub. Özümü heç kimə bənzətməmişəm. Mənim də qəhrəmanlarım olub, ancaq onların hamısında özüm olmuşam. Dartanyan olmaq istəməmişəm, hesab etmişəm ki, Dartanyanam. Koroğlu yaxud da Qaçaq Nəbi olmaq istəməmişəm. Heç vaxt Dədə Qorqud tipim olmayıb. Sizlə danışanda Dədə Qorqudluq motivləri olmadı ki?
– Arada oldu.
– Şəxsən mən baş məşqçi olsaydım…
– Uşaq vaxtı kənddə özümüzün düzəltdiyimiz meydançalarda oynayırdıq. Adətən zəifləri komandama götürürdüm. Bir çox hallarda da uduzurduq. Hərdən də udurduq. Məşqçidən tələb olunan odur ki, daim komandanın qələbəsini təmin etsin.
Siyasi partiya da komanda kimi məsələdir. Hələki biz mükəmməl komanda ortalığa qoya bilmədik. Bu baxımdan da, uğurlu məşqçi olmaq qismət olarsa qabaqda olacaq.
– Məşqçi olsaydınız, Ronaldo yoxsa Messi…
– Messi mistikdir, onun oyununda nəsə var. Ronaldoda hərdən müşahidə edirik, Messinin vurduğu topların çoxusu gözlənilməzdir. Ronaldaya baxırsan görürsən getdi, bilirsən böyük ehtimalla vuracaq, həqiqətən də vurur. Hərəsinin də öz yeri var.
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder