Bu gün Ağdamın ermənilər tərəfindən işğal edildiyi gündür.
Artıq dünən günorta saatlarından ağdamlı tanışlarım bu gün Şəhidlər Xiyabanında yığışıb Ağdamı, şəhidləri yad edəcəkləri barədə məlumat verdilər. Yenə köhnə günlər, xatirələr danışılacaq, şəkillər çəkilib sosial şəbəkələrdə paylaşılacaq. Çəkilən şəkilə baxıb, qlamur qızlar kimi "yox burada pis düşmüşəm, yenidən çək" deyəcəklər. Guya Ağdamı yad etməyə gəliblər, "selfie" çəkdirməyə yox.Şəhidlər Xiyabanına təbii ki, getmədim. Pis ağdamlıyam, "qlamurnu" deyiləm. Dəvət edənlər də elə düşünəcək. Düşünsünlər.