Bu gün xüsusi tapşırıq üçün düşmən arxasında əməliyyat keçirən, sonradan qeyri-bərabər döyüşdə sursatları qurtarıb özlərini partladaraq qəhrəmancasına həlak olan döyüşçülərimizin şəhid olmalarından 20 il ötür.
Düşmən arxasındakı əməliyyatda 7 şəhiddən əlavə 1 nəfər ağır yaralanır. Yaralanan həmin döyüşçümüz Əhmədov Aqildir.
"Ölkə.Az" 20 il öncə baş vermiş əməliyyat barədə həqiqətləri sizə təqdim edir:
Əməliyyat haqqında:
İşğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarında dislokasiya yerinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşalonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi məqsədi ilə 1997-ci ilin aprel ayının 7-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən arxasına keçən Azərbaycan kəşfiyyatçısı döyüş tapşırığını yerinə yetirdikdən 3 gün sonra mühasirəyə düşür. Ermənistan ordusunun müxtəlif silahlı birləşmələri ilə qeyri-bərabər döyüşə girən qrupun bir üzvü ağır yaralanır. Silahdaşlarından bir nəfərin həlak olduğunu düşünən 7 nəfər sursatları tükəndiyindən düşmənin əlinə sağ keçməmək üçün qumbara ilə özlərini partladır. Huşsuz vəziyyətdə əsir götürülən kəşfiyyatçı isə 23 aylıq əsirlikdən sonra Beynəlxalq Qırmızı Xaç komitəsinin vasitəçiliyi ilə azad edilir.
Özlərini qumbara ilə partladıb öldürənlər:
Qrup komandiri leytenant Ağayev Elxan Ataxan oğlu;
Leytenant Yarməmmədov Vüqar Rzaxan oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş - snayper Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Əhmədov Aqil Mürsəl oğlu (sağdır)
Əməliyyata rəhbərliyi o zaman Xüsusi Təyinatlılar komandiri olan ehtiyatda olan polkovnik Xətai Baxışov edib. Xətai Baxışovun əməliyyat barədə dedikləri:
"1997-ci il aprel ayında səkkiz nəfərdən ibarət kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa – düşmənin arxasına göndərildi. Qrup düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirdi. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanmış və mühasirəyə düşmüşdü. Düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi maşın aparmışdıq.
Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər. Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər. Yalnız Aqil Əhmədov yaralanıb və huşsuz halda əsir düşsə də, digər yeddi kəşfiyyatçımız bu döyüşdə şəhid olublar! Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində cəsədləri erməni cəsədləri ilə dəyişdik, iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn etdik”.
Əməliyyatda Əhmədov Aqil sağ qalıb.
Əhmədov Aqil düşmənin arxasında olduqları zaman baş verənlərdən danışır:
"3 gün Horadiz - Hadrut istiqamətində düşmən arxasında olduq. Əməliyyatın sonuncu günü Elxan, Vüqar, Anar, Dinar, Aqşin, Nizami və Farizlə birgə tapşırığı yerinə yetirib geri dönməyə hazırlaşırdıq. Elxan bizim komandirimiz idi. Onu da qeyd edim ki, gecələr işimizi görür, gündüzlər də gizlənirdik. Müharibə zamanından qalma kol-kos basmış bir “Tranşey” vardı, gündüzlər həmin orada kolların altında gizlənirdik. Ermənilərin ağlına gəlməzdi ki, orada kimsə ola. Dediyim kimi, artıq sonuncu gün idi, tapşırığımızı bitirib geri qayıtmalıydıq. Elə oldu ki, biz işimizi bitirənə kimi, artıq səhər açıldı. Dedik ki, axşama kimi burada gizlənək, gecə yola düşərik. Canımızda neçə günün yorğunluğu var idi. Həmin o kolluq olan yerdə daldalanmışdıq. Mən dincəlmək üçün “veşmeşok”umun üstündə oturaraq silahım da əlimdə hazır vəziyyətdə mürgü vururdum. Nə qədər yatdığımı bilmirəm, bir də çiynimə dəyən zərbədən ayıldım. Baxıb gördüm ki, Yarəhmədov Vüqar ayağa durub. Hələ nə baş verdiyini anlamıram. Vüqar mənim duruxduğumu görüb dedi ki, “qalx, düşmən gəlir!”. Bunu deyib qarşı tərəfə güllə atdı. Sən demə, bizə sarı iki düşmən əsgəri gəlirmiş. Onlardan birini Vüqar vurandan sonra ikinci əsgər geri dönərək aldadıcı hərəkətlər edə-edə qaçmağa başladı. Onu da yaraladı, ancaq erməni əsgəri özünü yetirib təpənin dalına keçə bildi.
Belə olan halda komandir əmr verdi ki, səngərin içinə doğru gedirik. Bir az gedib başımızı qaldıranda gördük ki, bu yandan da 50-60 erməni əsgəri bizə sarı gəlir. Yaxınlıqda dağılmış kənd vardı, Elxan əmr verdi ki, kəndə tərəf çəkilirik. Və başladıq kəndə tərəf qaçmağa. Rəhmətlik Nizaminin əlindən PK-nı alıb istəyirdim ki, atım, bu an Elxan qışqırdı ki, burada atma, özümüzə etibarlı mövqe seçək, sonra atışarıq. Düşmən görəndə ki, biz qaçırıq, onlar da sürətlərini artırmağa başladılar. Bu an komandir Aqşinə dedi ki, “svyaza” çıx. Onu da deyim ki, bizdə 40 vərəqdən ibarət “svyaz” kitabçası vardı, qaçdığımız zaman onu məhv etdik ki, birdən başımıza bir iş gəlsə düşmən əlinə keçməsin. Qaçdığımız zaman “veşmeşok”u atıb, tək silahı, güllələri və bir də “svyazı” saxladıq.
Qarşıda iki təpə vardı, biri yaxın, o biri bir az ondan aralı idi, daldalanmaq üçün onlara doğru qaçırdıq. Yaxın təpəyə istiqamət götürmüşdük ki, oradan bizi gülləyə tutdular. Belə olan halda, məcbur qalıb, o biri təpəyə sarı qaçmağa başladıq. Oralar tam açıqlıq idi. Mən uşaqlardan arxada gedirdim. Qismən uzaqda olan təpəyə çatanda nə oldu bilmədim, ancaq yıxıldım. Əvvəlcə elə təsəvvür etdim ki, yəqin güllə dəyib, ona görə yıxılmışam və tərpənmədim. Bu an mənə tərəf güllə atışı zəiflədi. Yəqin onlar da elə biliblər ki, yaralanmışam. Baxdım, artıq yaxınlaşmaq üzrədirlər, tez əllərimi, ayaqlarımı yoxlayıb gördüm ki, yaralanmamışam, anidən ayağa durub aldadıcı qaçış edərək uşaqlara çatmağa çalışırdım. Bütün bunlar bir anın içində baş verdi. Təpənin başına çatıb, komandirin əmrini gözlədik. Təsəvvür edin ki, nəfəs ala bilmirdim, ciyərim susundan yanırdı, ağzım, boğazım qurumuşdu, neçə gündür su da içmirdik. Təpədə də durmaq mümkün olmurdu. Həm də çalışırdıq ki, qaça-qaça öz mövqelərimizə doğru yaxınlaşaq. Ancaq bizi necə sıxmışdılarsa, get-gedə hiss edirdik ki, özümüzünkülərə tərəf yaxınlaşmaqdansa uzaqlaşırıq. Gedib bir ağaclığa çatdıq, orada da dayanmayıb yolumuza davam etdik. Ağacın qol-budağı üz-gözümüzü cırı-cırıq etsə də, buna fikir vermirdik. Ağaclığı adladıq, qarşımıza balaca bir arx çıxdı, bir metr yarım eni olardı - “sapyor”un yükünü də mən götürmüşdüm ki, onun işi rahat olsun, bizi minalardan rahat keçirsin - üstündən hoppanmaq istəyəndə suya düşdüm. Normalda iri bir addım atsan, adlamaq olardı, ancaq yüküm ağır olduğundan düşdüm suya. Nəhayət, buraları keçib, uçub-dağılmış evlər olan bir yerə çatdıq. Bu an gördük ki, ön tərəfdən üç nəfər gəlir, ancaq geyimlərindən hiss olunurdu ki, zabitlərdir, ermənilərin əsgərləri çox pis geyinirdilər. Tez qərara gəldik ki, yaxınlıqdakı yanmış evin “podvalına” girək, ora da balaca bir yer idi, güclə sığdıq. Bir də baxdıq ki, Yarəhmədov Vüqar yoxdur. Nə də bayıra çıxıb onu çağıra bilmirik. Bayaq dediyim həmin o üç nəfər düz biz gizləndiyimiz yerin bir metrliyindən keçib getdilər. Onlar elə güman ediblər ki, biz yuxarıya doğru qaçmışıq.
Onları rahat vura bilərdik, ancaq məqsədimiz o idi ki, izi azdırıb və vaxt qazanıb mövqelərimizə doğru gedək. Bunlar keçəndən sonra Vüqar gəldi. Gizləndiyimiz yer qismən təhlükəsiz olduğundan məşvərətə başladıq. Gah dedik bir yerə yığışıb qumbarayla özümüzü partladaq, ya da imkan varsa, qaçaq. Dedik, komandir, son qərarı siz verin. Nə əmr etsəniz, yerinə yetirəcəyik. Komandir dərin düşüncəyə getmişdi. Hamı da onun nə deyəcəyinə gözləyirdi. Yanımda balaca bir daş parçası vardı, düşündüm ki, bəlkə də on dəqiqə sonra öldük, heç olmasa rahat oturum. Oturub döş cibimdəki saatı çıxarıb baxdım ki, artıq günortadır, çöldə də gözəl yaz havası vardı. Bu vaxt Mustafayev Dinar pıçıltıyla dedi ki, bizi gördülər. Elə bunu demişdi ki, olduğumuz yeri atəşə tutdular. Elxan qranatı çıxarıb onlar tərəfə atdı və döyüş əmrini verdi. Evin əks tərəfinə çıxdıq. Çıxan kimi gördük ki, içərisi əsgərlə dolu bir yük maşını gəlir, uşaqlardan hansısa onu vurdu. Bunun dalınca da bir “NİVA” gəlirdi, ona da atdılar, ancaq ona dəymədi və gözdən itdi. Bir sözlə, kim nə görürdüsə vururdu. Artıq bizə tərəf yaxınlaşırdılar, onlara bir-iki qumbara atıb, qarşıdakı təpəyə doğru qaçdıq. Yolun kənarında balaca bir xəndək-fason bir şey qazmışdılar. Bu xəndəyə uzanıb başladım sürünməyə. Bir az sürünmüşdüm ki, birdən onurğamdan sanki elektrik vururmuş kimi bir ağrı hiss etdim. Dayandım. Ayaqlarım keyidi, tərslikdən avtomat da ayağımın arasında qaldı. Ha çalışırdım ki, avtomatı çıxarım, gücüm yetmədi. Əlimi böyrümə aparanda gördüm ki, barmaqlarım qandı. Haradan biləydim ki, güllə gəlib ciyərimlə ürəyimin arasında qalıb.
Onlar təpəyə çatdılar. Mənim də ürəyim partlayırdı, uşaqlara çatmağa çalışırdım. Əlimnən yeri eşə-eşə getmək istəsəm də, gördüm yox, mümkün deyil, alınmır. Taqətim də yoxdur, öz-özümə dedim ki, artıq ölürsən. Başımı qaldırıb göyün üzünə baxdım, tərtəmiz idi. Dedim ki, Allah adama bir qanad verə, uçasan, necə gözəl hava var...Bu vaxt gözüm komandirimiz Elxana sataşdı, gördüm, əli ilə yeri eşir. Bəlkə də nəsə basdıracaqdı ki, düşmən əlinə keçməsin. Bu vaxt da Elxanı vurdular, yıxıldı. Ondan bir az da aralıda düşmən əsgərləri qaça-qaça gəlirdilər. Amma o, ölməmişdi...Artıq hər tərəfdən mühasirəyə alınmışdıq. Elxanın qaça-qaça mənə tərəf gəldiyini gördüm. Çatıb dedi ki, sürün, gedək. Bir az əl-qol atdım, gördüm yox ee, gedə bilmirəm. Elxana dedim ki, mən gedə bilmirəm, istəyirsən apar, istəyirsən at, daha taqətim qalmayıb. Boğulmağa başladım, əynimdə nə qədər paltar vardısa hamısını cırıb atdım ki, bir az hava ala bilim. Gördüm yenə düzəlmədi, düşündüm ki, bir dənə də güllə vursunlar, sonra nə olacağını bilmirəm...Huşumu itirdim.
Yaralandıqdan sonra huşumu itirmişəm, ermənilər götürüb aparıblar. Ermənilərin dediklərindən və yadımda qalanlardan ümumi mənzərəni təsvir edə bilirəm. Uşaqlar qranatla özlərini partladıblar. Hətta sonralar ermənilər Vüqarın şəklini göstərib dedilər ki, qranatın “koltso”su dişində qalmışdı. Uşaqlardan biri özünü elə partladıb ki, qarın nahiyəsi açılıb, yerində inildəyirmiş. Uşaqlardan digəri isə əlində qranat əllərini göyə qaldıraraq təslim olduğunu deyib...Və əlindəki qranatı yaxınlaşmaqda olan düşmən əsgərlərinin üstün atıb. Onu da orada vurublar...bədəni deşik-deşik olub".
Yaralanandan sonra başına gələnlər barədə Əhmədov Aqil bunları deyir:
"Sonradan bilmişəm ki, bunlar məni Cəbrayılda tibb məntəqəsinə aparıblar. Özümə gələndə baxdım ki, balaca bir otaqdayam, divar tərəfdə də bir nəfər durub. Ondan su istəyəndə, “sənə su olmaz” dedi. Öz-özümə düşündüm ki, yəqin qəddar çavuş olmuşam deyə, o biri dünyada cəzalandırırlar, su vermirlər. Belə şeylər düşünürdüm. Bir də baxdım ki, kimsə məni şillələyir. Gözümü açanda gördüm ki, qara yekəpər biri dayanıb başımın üstündə, ətrafımda da adamlar dövrə vurub. Onda başa düşdüm ki, əsir düşmüşəm. Tez adyalı üstümdən qaldırıb baxdım, əynimdə paltar yoxdur, bədənimə bir neçə yerdən “şlang” qoymuşdular. Ağrımayan yerim yox idi".
Əhmədov Aqil 11 ay ölüm hökmü altında olduğunu deyir və ona olunan işgəncələrdən danışır:
"Cəbrayılda olanda bir polkovnik gəlmişdi, adımı soruşanda, səhv demişdim. Qırmızı Xaçdan adımı öyrənəndən sonra qələmlə tikişləri çəkdi, üstümdə siqaret söndürürdü, yastığı başıma qoyub tapançayla vuracam deyirdi. Onu da qeyd edim ki, mənə erməni məhkəməsinin qərarı ilə ölüm hökmü kəsmişdilər. Bir il 11 ay ölüm hökmü altında olmuşam. Hər dəfə ayaq səsləri eşidəndə, qapı açılanda elə bilirdim ki, güllələməyə aparırlar. Dəyişməyə aparanda da gözlərimi bağlamışdılar, elə bildim məhkəmənin hökmünü icra etməyə aparırlar. Bir də Qırmızı Xaçın ofisində gözümü açanda hiss etdim ki, deyəsən, məni dəyişirlər. Və dəyişdilər".
Güllə indi də Aqilin bədənində qalır. Bundan başqa, qarın nahiyəsindəki “şlanq”lardan biri hələ də bədənindədir. Aqilin bağırsağı işləmir. 1-ci qrup Qarabağ əlili olan Aqilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi söz verib ki, müalicəyə göndərəcəklər. Bir neçə dəfə vəd verib, əməl etməyiblər.
Qeyd edək ki, 20 il öncə əməliyyata 2 qrup göndərilib. Qruplardan biri isə 1997-ci il aprel ayının 14-də çətinliklə də olsa geri qayıda bilib.
20 il öncə baş verən əməliyyat barədə film də çəkilib. Həmin filmi sizə təqdim edir:
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder