27.12.2016
26.12.2016
"Şəhid olmuş əsgərlərin meyitlərini 2 milyona çıxarırdılar" — Kəşfiyyat komandiri ilə MÜSAHİBƏ
Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissə olub. Hərbi hissə Laçın dəhlizindən tutmuş Xocavənd, Ağdam, Füzuli, Ağcabədi istiqamətində çoxlu döyüş əməliyyatı həyata keçirib.
Bu dəfəki müsahibimiz 704 saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri Tofiq Qasımovdur.
23.12.2016
Bir qrup müharibə veteranı və media nümayəndəsi təltif olunub – FOTOLAR
Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-pisxoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu”na həsr olunan tədbir keçirilib.
Tədbirdə aprel döyüşləri zamanı cəbhə xəttində olan birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup müharibə veteranı və ehtiyatda olan zabit iştirak edib.
19.12.2016
Adil Əliyev: "Qanunsuz işlər görən bütün icra başçılarını zindanlarda çürüdərdim" — MÜSAHİBƏ + Şəxsən mən
Ölkə.Az-ın "Şəxsən mən" adlı rubrikasının bu dəfəki qonağı millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdir:
17.12.2016
İtkin düşən neftçilərin ailələrindən - REPORTAJ + Fotolar
Xəzər yenə 10 can aldı...
Dünən kükrəyən Xəzərdən bu gün əsər-əlamət yox idi. Ələtə gedərkən yol boyu Xəzəri izləyirəm. Sakit, təmiz, özünü ağıllı uşaqlar kimi aparırdı. Dəcəllik edib, etdiyi yaramazlığa görə cəzalandırılmaq istəməyən uşaqlar kimi sakit və kirimişcə durmuşdu. Ancaq özünü ağıllı uşaq kimi göstərən o Xəzər 10 ailəni başsız, neçə uşağı atasız, neçə qadını arxa-dayaqsız qoydu.
Ceniffer Lopez və Şakiraya yemək bişirən baş aşpaz — "Vasif Talıbov da bişirdiyim yeməkləri bəyənir"
Müsahibədə göstərilən diqqət və dəstək üçün "Mado" restoranlar şəbəkəsinin rəhbərliyinə təşəkkürlərimizi bildiririk.
Ölkə.Az-ın müsahibi sərhədsiz, elit aşpaz, "Mado" restoranlar şəbəkəsinin qida koordinatoru Mübariz Vəliyevdir.
5.12.2016
704-cü hərbi hissə danışır — Qarabağ döyüşlərinin görünməyən tərəfi - Reportaj
Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissədir.
Birinci Qarabağ savaşında Ağdamın Mərzili kəndindən tutmuş, Fizulinin Aşağı Veysəlli kəndinə qədər olan geniş bir əraziyə 704 saylı briqada cavabdeh olub. Bu qədər geniş bir ərazi müharibə dövründə təkcə 704 saylı hərbi hissə tərəfindən qorunsa da, günümüzdə bu əraziyə 2 briqada nəzarət edir. O dövrdə adıgedən birqadanın hansı çətinliklərdən keçdiyini dərk etmək üçün təkcə bu fakt kifayət edir.
Fazil Mustafa: "Özümü Fətullah Güləndən daha ağıllı hesab edirəm" — MÜSAHİBƏ + Şəxsən mən
Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının görünməyən tərəflərini göstərməkdir.
Bu həftə layihəmizin qonağı "Böyük Quruluş" partiyasinin sədri, millət vəkili Fazil Mustafadır:
Kaydol:
Kayıtlar (Atom)