25.10.2016

Müsəlman ölkəsi Küveyt işğalçı Ermənistana niyə kömək edir? — Araşdırma + FOTOLAR

Küveyt, Azərbaycan, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi və Ermənistan
Yaxud, Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar, suriyalı erməni və kürd əsilli qaçqınlar və islam ölkəsinin işğalçı və xristian dövlətə yardımları.
Küveytin islam ölkəsi olması heç kimə sirr deyil. Küveyt Azərbaycanı özünə qardaş dövlət hesab edir. Ancaq maraqlıdır ki, həmin islam ölkəsi olan Küveyt Ermənistana da yardımlar etməkdə davam edir. Hətta iş o yerə çatıb ki, Azərbaycanda planlaşdırılan layihələr Ermənistanda həyata keçirilir.

18.10.2016

"Bakının dərdi var, Bakı xəstədir" — KÖŞƏ

Səməd Vurğunun 26-lar poemasını gənc nəsil bilməsə də, poemanın başladığı "Bakının dərdi var, Bakı xəstədir" misrasını hər kəs eşidib. 

Bu misranı özünün məşhur şeirinə başlıq kimi seçən Baba Pünhanın misraları isə Bakının bütün problemləri, zibillikləri, sel basmaları, küləklərin ağacları küçələrdəki maşınların üstünə aşırtdığı zaman aktuallaşır, dillərdə dolaşır.

12.10.2016

Yəhudilər Aşuranı öncədən də qeyd edirdilər — Aşuranın tarixi haqda bilmədikləriniz

Bu gün Azərbaycanda Aşura qeyd olunur.
Aşura gününün tarixi, o zaman baş vermiş hadisələrlə bağlı suallarımızı ilahiyyatçı İsmail Əhməd cavablandırdı.

11.10.2016

Ürəyi yanan ata: “Oğlum araq içsin, amma Suriyada ölməsin”

“Oğlum araq içsin, amma Suriyada ölməsin.”

Bu sözləri Suriyaya döyüşməyə gedən Azərbaycan vətəndaşları ilə bağlı reportaj hazırlayan İnterpress.az aytının əməkdaşına Xaçmaz sakini söyləyib.

Son günlər Azərbaycandan Suriyaya gedən döyüşçülər, Azərbaycana Suriyadakı döyüşlərdən gələn meyitlər barədə çox danışılır.

10.10.2016

Neft asılılığından necə qurtulmaq olar? — Vüqar Bayramovla MÜSAHİBƏ

Neft bumu dövrü bitti, artıq qeyri neft sektorunun inkişafına ehtiyac var.
Bunu başa düşən hökumət müəyyən islahatlar həyata keçirməyə başlayıb.
Qeyri-neft sektorunun inkişafı, problemlər, həll yolları, neftdən asılılıqla bağlı Ölkə.Az-ın suallarını iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.

8.10.2016

Qarabağ qazisi: "Ermənilər dayım oğlunu diri-diri yandırandan sonra..." - 12 iyun 1993-cü il Mərzili döyüşü

12 iyun 1993-cü il Ağdam rayon Mərzili kəndində ermənilərlə baş vermiş döyüş toqquşması və bu döyüş toqquşması nəticəsində öldürülən erməni milli qəhrəman Monte Melkonyan barədə araşdırmaya davam edirik.
Real Time Analytics