Küveyt, Azərbaycan, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi və Ermənistan
Yaxud, Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar, suriyalı erməni və kürd əsilli qaçqınlar və islam ölkəsinin işğalçı və xristian dövlətə yardımları.
Küveytin islam ölkəsi olması heç kimə sirr deyil. Küveyt Azərbaycanı özünə qardaş dövlət hesab edir. Ancaq maraqlıdır ki, həmin islam ölkəsi olan Küveyt Ermənistana da yardımlar etməkdə davam edir. Hətta iş o yerə çatıb ki, Azərbaycanda planlaşdırılan layihələr Ermənistanda həyata keçirilir.
Ölkə.Az Küveyt-Ermənistan münasibətləri və islam dövlətinin durmadan Ermənistana yardımları barədə araşdırmanı təqdim edir.
2016-cı ildə Küveyt Dövlətində bu ölkənin xeyriyyə təşkilatı olan Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə fəaliyyət haqqında Memorandum imzalanıb. İmzalanmış Memorandum əsasında tərəflər Azərbaycanda müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında razılıq əldə ediblər. Belə layihələrdən biri də Bakı şəhərində ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin tikintisinin həyata keçirilməsi olub. Amma, təklif olunan bu layihənin icrası üçün Ermənistan Dövlətinə yardım ayrılıb. 20 ildən artıq bir dövr ərzində Azərbaycan və Küveytin İKT-də sərgilədiyi qardaşlıq və dostluq siyasəti, Küveytin daima təcavüzkar Ermənistana qarşı Azərbaycana verdiyi dəstək bir anda unudulub, təcavüz nəticəsində yardıma ehtiyacı olan insanların yaşayış şəraitinin qismən də olsa yaxşılaşdırılması məqsədi ilə Azərbaycanda xeyriyyə layihələrinin həyata keçirilməsi üçün İmzalanmış Memorandum icrasız qalıb. Əvəzində Küveyt Dövləti tərəfindən Azərbaycan torpaqlarının 20%-ni işğal edən təcavüzkar Ermənistan Dövlətinə maddi yardım ayırıb. Bundan əlavə, Küveyt Dövləti məlum Suriya hadisələrində ölkələrindən qaçaraq Ermənistanda sığınacaq tapmış ermənilərə də yardım etmək niyyətlərini açıqlayıb.
Əldə etdiyimiz dəqiq məlumata görə, Bakı şəhərində ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin tikintisinin həyata keçirilməsi üçün Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinə layihə təqdim edilib. Layihəyə əsasən Binəqədi ərazisində ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzi tikilməli idi. Layihənin dəyəri isə 400 min manat dəyərində olub. Ancaq qeyri-müəyyən səbəblərdən həmin layihə Azərbaycanda həyata keçirilmir. Əvəzində Ermənistana həmin layihəyə üçün Küveyt dövləti 1.5 milyon dollar pul ayırıb.
Küveytin alraimedia.com saytı bununla bağlı belə bir məlumat yayıb:
Küveyt Dövləti və Ermənistan Respublikasının rəsmi xəbərlər və internet saytlarında "Küveytin qardaş Ermənistana 1,5 milyon ABŞ dolları yardımı" başlıqlı xəbər dərc edilib.
"2016-cı ilin avqust ayında Ermənistan Respublikasının Sosial Təminat naziri Ardem Asaturyanilə Küveyt Dövlətinin Ermənistan Respublikasındakı səfiri Bəssam əl-Qəbəndi arasında saziş imzalanıb. İmzalanmış sazişə əsasən Küveyt Dövləti qardaş Ermənistana qocalar evi, ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin təşkil olunması məqsədi ilə 1,5 milyon ABŞ dolları vəsait ayırmışdır. Bu vəsait Küveytin Ermənistan xalqına olan hörmətinin bir nümunəsidir.
Ermənistan İctimai Məsələlər və Əmək naziri Ardem Asaturyan Küveytin humanitar fəaliyyətini yüksək qiymətləndirib.
Asaturyan Küveytin Ermənistandakı səfiri Bəssam əl-Qəbəndinin təqdim etdiyi mərasimdə deyib ki, bu yardım təqdirəlayiqdir, Küveyt dövlətinin xeyriyyə sahəsindəki danılmaz rolunu göstərir, hər iki ölkə xalqları arasında qardaşlıq və dostluq münasibətlərini əks etdirir.
Səfir Bəssam əl-Qəbəndi isə bildirib ki, Küveytin xeyriyyə layihələrinə kömək göstərməsi bütün sahələrdə iki dost və qardaş ölkəni birləşdirən xoş münasibətlər çərçivəsində baş verib".
Bu məsələ Azərbaycan xalqını və ictimaiyyətini çox narahat edir. Küveyt Dövləti və xalqının kimin tərəfində olması məsələsinə açıqlıq gətirilməsi üçün bu dövlətin müvafiq orqanlardan soruşulması tələb olunur. Maraqlısı bundadır ki, Azərbaycanda 400 min manata nəzərdə tutulan layihə Ermənistanda hansı səbəbdən 1.5 milyon dollara həyata keçirilib? Nəzərə alsaq ki, Azərbaycanda qiymətlər də ucuz deyil, hətta Ermənistana baxanda çox bahalıdır, o zaman sual olunur, eyni layihə Ermənistanda nəyə görə bu qiymətə həyata keçirilib? Kim qarantiya verir ki, 1.5 milyon dollar ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzinin tikintisinə xərclənib?
Küveytin Ermənistana yardımı bununla bitmir. Küveytin Ermənistan Respublikasındakı səfiri Bəssam Məhəmməd əl-Qəbəndi Ermənistanın Mühacirət İşləri naziri xanım Haranuş Akopyana 100 min ABŞ dolları həcmində ianə bağışlayıb. Maraqlısı ondadır ki, həmin ianə Beynəlxalq İslam Xeyriyyə Təşkilatı tərəfindən ödənilib. Təşkilatın adının Beynəlxalq İslam Xeyriyyə Təşkilatı olmasına baxmayaraq xristian bir ölkəyə ianə ayırması maraqla qarşılanır. Sual olnur, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı nəyə görə xristian bir dövlətə ianələr ayırır? O xristian dövlət ki, müsəlman ölkəsinin ərazisini işğal edib, 1 milyondan çox insanı yersiz, yurdsuz qoyub, minlərlə insanı vəhşicəsinə qətlə yetirib. Küveyt dövlətinə xatırlatma, Dağlıq Qarabağ müharibəsini ermənilər Ermənistan-Azərbaycan yox, "erməni-müsəlman" müharibəsi adlandırırdı.
Küveytin Ermənistana ayırdığı 100 min dollarlıq ianə Küveytin rəsmi KUNA agentliyində bu cür işıqlandırılıb:
""Küveyt Ermənistana ikinci dəfə kömək əlini uzadıb"
Küveytin Ermənistan respublikasındakı səfiri Bəssam Məhəmməd əl-Qəbəndi Ermənistanın Mühacirət İşləri naziri xanım Haranuş Akopyana 100 min ABŞ dolları həcmində ianə bağışlayıb. İanə ölkədəki suriyalı qaçqınların təlim-tərbiyə ehtiyaclarının təmin edilməsi üçün verilib. Səfirliyin bəyanatında deyilir ki, bu yardım küveytli siyasi xadimlərin, başda cənab Əmir Şeyx Sabah Əhməd Cabir Sabahın birbaşa təlimatı ilə Beynəlxalq İslam Xeyriyyə Təşkilatı tərəfindən verilib.
Ermənistan Mühacirət İşləri nazirinin yaydığı bəyanatda isə nazirlik edilən bu yardımları yüksək qiymətləndirib, Küveyt dövlətinin humanitar fəaliyyətdə hər zaman öndə getdiyini bildirib.
Xatırladaq ki, bu, Küveyt dövlətinin Ermənistana etdiyi ikinci yardımdır".
Küveytin Ermənistana yardımlarının ardı-arası kəsilmir. Burada ən təhlükəli məsələ isə Küveyt dövlətinin suriyalı qaçqınlara pul ayırmasıdır. Həmin qaçqınlar ki, onlar hamısı ya erməni əsillidir, ya da kürd. Yayılan məlumatlara görə, Ermənistan dövləti Suriyadan qaçqın gələn erməni və kürd əsilli insanları işğal altındakı Dağlıq Qarabağ ərazisinə yerləşdirir. Bunun isə Azərbaycan üçün necə təhlükəli bir şey olmasını izah etməyə belə dəyməz.
Küveytin KUNA agentliyi Küveytin suriyalı qaçqınlara yardım etməsini bu şəkildə işıqlandırıb:
""Cənab Əmirin humanitar fəaliyyətinin yüksək qiymətləndirildiyi Ermənistanda Küveytin adı nümunəvi dərs otağına verilib"
Bugün Ermənistanda suriyalı qaçqınların oxuyacağı dərs otağına Küveyt dövlətinin adı verilib. Bu ona görədir ki, Cənab Əmir Şeyx Sabah Əhməd Cabirin humanitar sahədəki işləri yüksək qiymətləndirilir. Küveytin Ermənistan Respublikasındakı səfiri Bəssam Məhəmməd əl-Qəbəndi paytaxt Yerevanda Nartus məktəbində yeni sinfin açılışı ilə əlaqədar Mühacirət İşləri naziri xanım Haranuş Akopyan və Təhsil-tərbiyə Nazirliyinin nümayəndələrinin iştirak etdiyi mərasimdə deyib ki, belə bir nümunəvi sinfin açılması cənab Əmirin məzlum xalq və dövlətlərə uzatdığı “ağ əllər”in səmərəsidir.
Küveyt Xəbər Agentliyinin verdiyi məlumata görə, səfir belə nümunəvi dərs otağının açılmasının Suriyalı qaçqınlara kömək edilməsi ilə əlaqədar ölkə əmiri Cənab Şeyx Sabah Əhməd Cabirin verdiyi təlimatın səmərəsi olduğunu bildirib. O deyib ki, cənab Əmirin təlimatı Beynəlxalq İslam Xeyriyyə təşkilatı və onun rəhbəri cənab Abdullah Mətuq tərəfindən həssaslıqla yerinə yetirilir.
Ermənistan Mühacirət İşləri naziri xanım Haranuş Akopyan öz növbəsində deyib ki, Küveyt dövlətinin etdiyi yardımlar təqdirəlayiqdir. Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Ermənistandakı suriyalı qaçqınlara iki dəfə yardım göstərib. İki dəfə ayrılan ianənin miqdarı 200 min dollar məbləğində olub. İlk dəfə yardım 2013-cü ildə göstərilib. Bu ilk göstərilən yardım ölkədəki suriyalı qaçqınların qida və tibbi ehtiyaclarını ödəmək, onları gündəlik lazım olan şeylərlə təmin etmək, onların təhsil almasına şərait yaratmaq məqsədi güdür".
Küveyt Xəbər Agentliyinin verdiyi məlumata görə, səfir belə nümunəvi dərs otağının açılmasının Suriyalı qaçqınlara kömək edilməsi ilə əlaqədar ölkə əmiri Cənab Şeyx Sabah Əhməd Cabirin verdiyi təlimatın səmərəsi olduğunu bildirib. O deyib ki, cənab Əmirin təlimatı Beynəlxalq İslam Xeyriyyə təşkilatı və onun rəhbəri cənab Abdullah Mətuq tərəfindən həssaslıqla yerinə yetirilir.
Ermənistan Mühacirət İşləri naziri xanım Haranuş Akopyan öz növbəsində deyib ki, Küveyt dövlətinin etdiyi yardımlar təqdirəlayiqdir. Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Ermənistandakı suriyalı qaçqınlara iki dəfə yardım göstərib. İki dəfə ayrılan ianənin miqdarı 200 min dollar məbləğində olub. İlk dəfə yardım 2013-cü ildə göstərilib. Bu ilk göstərilən yardım ölkədəki suriyalı qaçqınların qida və tibbi ehtiyaclarını ödəmək, onları gündəlik lazım olan şeylərlə təmin etmək, onların təhsil almasına şərait yaratmaq məqsədi güdür".
Küveytin suriyalı qaçqınlara yardım ayırması bununla bitmir. Küveyt dövləti davamlı olaraq Ermənistana bu tip yardımlar edir. Ermənistan Mühacirət İşləri naziri xanım Haranuş Akopyan Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Ermənistandakı suriyalı qaçqınlara 100 min dollar həcmində ianə ayırma təşəbbüsünü alqışlayıb.
Haranuş Akopyan Beynəlxalq İslam Xeyriyyə Təşkilatı nümayəndə heyəti və Küveytin Ermənistandakı səfir Bəssam əl-Qəbəndi ilə görüşündə bildirib ki, Küveyt Ermənistandakı suriyalı qaçqınlara humanitar yardım göstərən ilk ərəb dövlətidir.
Erməni nazir onu da əlavə edib ki, humanitar yardım təşəbbüsü iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə doğru müsbət addımdır.
Erməni nazir onu da əlavə edib ki, humanitar yardım təşəbbüsü iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə doğru müsbət addımdır.
Ölkədəki suriyalı qaçqınların sayının 8 minə çatdığını və hər gün artdığını deyən Haranuş Akopyan bildirib ki, bu qaçqınların məişət ehtiyaclarının təmin edilməsi üçün maliyyə vəsaitinə ehtiyac vardır. Nazir Küveyt dövlətini daha çox kömək göstərməyə çağırıb.
Küveyt dövlətinin Ermənistandakı səfiri Bəssam əl-Qəbəndi isə öz növbəsində bildirib ki, səfirlik Beynəlxalq İslam Xeyriyyə Təşkilatı ilə danışıb və təşkilatın rəhbəri Abdullah Mətuq Ermənistandakı suriyalı qaçqınlara 100 min dollar ayırmağa razılaşıb.
Həmçinin təşkilatın nümayəndə heyətinin başçısı Məhəmməd Buğis bildirib ki, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Suriyaya qonşu ölkələrdə, o cümlədən Ermənistanda yerləşmiş suriyalı qaçqınların ehtiyaclarını ödəmək üçün əlindən gələni etməyi düşünür və daha çox yardım ayırmaq istəyir.
Görüşdə iştirak edən, Ermənistanda Suriyalı Qaçqınların Ehtiyaclarını Təmin Koordinasiya Mərkəzinin sədri Lena Helciyan bildirib ki, Küveyt dövləti Ermənistandakı suriyalı qaçqınlara kömək edən ilk ərəb dövlətlərindəndir. O, həm nümayəndə heyətinə, həm də qaçqınların vəziyyəti haqqında küveytli məsul şəxslərə məlumat verən səfir Bəssam əl-Qəbəndiyə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı nümayəndə heyəti Ermənistana etdiyi rəsmi ziyarət çərçivəsində suriyalı qaçqınların məskunlaşdığı məktəb və qaçqın düşərgələrinə baş çəkib.
Küveyt dövlətinin bu yardımları etməsində heç şübhəsiz Küveyt Dövlətinin Ermənistan Respublikasındakı səfiri Bəssam əl-Qəbəndiarasın xüsusi əməyi var. Səfirin fəaliyyəti nəticəsində Küveyt dövləti Ermənistana durmadan yardımlar edir. Bəs Küveytin Azərbaycandakı rəsmi səfiri hansı işlərlə məşğuldur? Küveyt Azərbaycana niyə bu tip yardımları dayandırıb? Çox güman ki, biz bunu Küveytin Azərbaycandakı rəsmi səfirinin "fəaliyyətinə" borcluyuq.
Mediadamızda Küveytin Ermənistana etdiyi yardımlar barədə xəbərlər çıxdıqdan sonra Küveytin Azərbaycandakı səfirliyinə müraciət etdik və səfirlə görüşüb, suallarımızı cavablandırmağını xahiş etdik. Ancaq səfirlikdən bildirdilər ki, səfir Bakıda yoxdur. Bu gün isə əldə etdiyimiz məlumata görə, səfir Bakıdadır və tədbirlərin birində iştirak edib.
Qeyd: Yazı bir təxəyyül məhsulu deyil, Küveytin rəsmi media orqanlarında gedən məqalələrə və əldə etdiyimiz sənədlərə əsaslanır.
Qeyd: Yazı bir təxəyyül məhsulu deyil, Küveytin rəsmi media orqanlarında gedən məqalələrə və əldə etdiyimiz sənədlərə əsaslanır.
Redaksiya: Küveytin Azərbaycandakı səfirliyinin mövqeyini dərc etməyə hazırıq.
Səxavət Məmməd
Ölkə.Az
Ölkə.Az
Hiç yorum yok:
Yorum Gönder