Başlayırıq qızmağa yay gəlməmiş.
Brüssel görüşündən sonra yenə insanlara ümid paylayırlar. Zəngəzur dəhlizini açırlar, sərhəddi bərpa edirlər, Avropa İttifaqını və ABŞ-nı hakim təyin edirlər, Rusiyanı qovub ərazidən çıxarırlar.
Başlayırıq qızmağa yay gəlməmiş.
Brüssel görüşündən sonra yenə insanlara ümid paylayırlar. Zəngəzur dəhlizini açırlar, sərhəddi bərpa edirlər, Avropa İttifaqını və ABŞ-nı hakim təyin edirlər, Rusiyanı qovub ərazidən çıxarırlar.
Burada öz ayıbına kor olub başqalarına gülürlər.
Burada oğru doğrudan daha möhkəm qışqırır.
Ümumiyyətlə, burada məntiq axtaranda ağıl yoxdur…
Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən sonra 10 noyabr bəyanatının heç bir bəndinə əməl olumayıb.
Bundan əlavə, Rusiya Azərbaycana qarşı törətdiyi bütün əməllərin yalnız arxasında var idi, reallıqda bunu Azərbaycanın potensial erməni vətəndaşları törədirdi.
Bilirdik, ancaq sübutumuz yox idi.
İlyarımdır Şuşa döyüşləri bitib, ancaq Şuşaya getmək yolundakı döyüşlər səngimək bilmir: "Şuşaya onu niyə aparırlar?", "Şuşaya məni niyə aparmırlar?", "Polad Bülbüloğlu baxil geyinib, mən getsəm, torpağı alnıma sürtərdim"....
Qarabağ müharibəsinin aktiv fazasının yekunlaşması, işğal altındakı torpaqların 70 faizdən çoxunun azad olunması ilə Birinci Qarabağ Müharibəsi, onun nəticələri, itkin düşmüşlər və əsir götürülənlərin taleyi gündəmə gəlir.
Tərəflər yeni reallıqlara ayaq uyduraraq siyasətlərini qururlar.
Bu siyasət yaxın, orta və uzaq vədəlidir.
44 günlük müharibə ilə bağlı niyə ədəbi nümunələr yazılmır, niyə filmlər çəkilmir deyə müxtəlif çaplı suallar ünvanlanır. Qeyri-ciddi ittihamlar, iradlar, boşboğazlıq.
Sadalananlar dəqiq ünvanına yönəlsəydi, heç bir problem olmazdı. Ancaq “çapsız” adamların kitab çapının hansı qiymətə olduğundan xəbəri yoxdur. Ümumiyyətlə, bəzi adamlar “çapı” qədər danışsa, daha yaxşı olardı.
Əslində, ərazidə baş verənləri izah etmək üçün bir qədər geriyə, müharibədən əvvəlki dönəmə getmək istəyirəm...
Öncə qalıqların üzə çıxması barədə. Birinci Müharibəni arşadıran zaman şəxsən mənə aydın olmuşdu ki, əslində, Qarabağda döyüşlər, mövqelər 1918-ci ildəkinin üzərində qurulub. Yəni yeni səngərlər qazılmayıb. Zamanında var olan səngərlər yenilənib. Bu səngərlərin Mərzili kəndinin üst hissəsində şahidi olmuşam...
Müharibədən sonra Azərbaycan cəmiyyəti haqlı olaraq tam nəzarətə götürülməyən ərazilərlə bağlı narahatlığını dilə gətirirdi.
Azərbaycan tərəfi isə hiss olunurdu ki, məqam axtarır. Ermənistanı sülhə məcbur etmək üçün dövlət sərhəddi istiqamətində müəyyən işlər görülür, uzun illər sonra hücum diplomatiyasına üstünlük verirdi.
Düşünürəm ki, Qarabağda baş verənlərin arxa fonda qalması özü də yaxşı əlamətdir. Çünki görülən və görüləcək işlərə cəmiyyətin münasibəti o qədər qeyri-adi olur ki, bəzən bu, prosesin zərərinə də işləyir. Artıq heç kimə sirr deyil ki, Azərbaycan tərəfi Qarabağın işağldan azad edilməmiş ərazilərində psixoloji müharibə aparır. Yüksək səslə qarşı tərəfə Azan, himn və uvertüra dinlədilir. Bu, əslində, o analama gəlir ki, yaxın gələcəkdə bu səslərə qulaq asmalı olacaqsınız. Ya indidən öyrənin, yaşayın, eşitmək istəmirsinizsə, mülklərinizi satıb gedə bilərsiniz.