28.09.2019

Ermənilərin anlaşmadığı Məmmədyarov, “estafet”in ötürülmədiyi Həsənov - VIDEO

Səxavət Məmmədin təqdimatında “Replika”nın yeni buraxılışı: “Ermənilərin anlaşmadığı Məmmədyarov, “estafet”in ötürülmədiyi Həsənov”.


Elmar Məmmədyarov Allah bilir, neçənci dəfə yollanıb okeanın o tayına – bu dəfə BMT Baş Assambleyasının 74-cü sessiyasına. Əcəb edib, işinin adı budur, getməlidir, danışmalıdır. 




Elmar Məmmədyarov Nyu-Yorkda həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də erməni həmkarı ilə görüşməyə imkan tapıb. Gözlənildiyi kimi, nəticəsiz, bir görüş olub. Yəni birinci diplomatımız əli ətəyindən uzun gəlib. 

Ermənistan rəhbərliyinin Qarabağla bağlı səsləndirdiyi son bəyanatlardan sonra cəmiyyətdə danışıqların dayandırılmasına çağırışlar artıb. Vəziyyət apaydın ortadadır – Ermənistan işğal etdiyi əraziləri boşaltmaq niyyətində deyil, hər addımda “Qarabağ Ermənistandır” bəyanatı verilir. Adama deyərlər, beə bir vəziyyətdə nə görüş, nə danışıq...?

Elmar Məmmədyarovun erməni həmkarından başqa digər görüşləri də olub. Bəhreyn, Xorvatiya, Argentina və Gürcüstanın xarici işlər nazirləri ilə də görüşüb.  Məni qınamayın, adama elə gəlir ki, Elmar Məmmədyarov BMT-nin binasında kimin yanını boş görübsə, ona yaxınlaşıb. 

Soruşmaq ayıb olmasın, buradan Amerikaya gürcü nazirlə görüşməyə gedibsən? Gürcüstan qulağının dibindədir də... O boyda tədbir keçirirlir, əla tirbunan var. Bəyanatlar səsləndirmək, BMT-nin o məhşur 4 qətnaməsinin niyə havada qaldmasının səbəbimi soruşmaq yerinə, Bəhreyn, Argentina, Xorvatiya nazirləri ilə çənə vurmağın adı nədir?

Yadınızdadır, Elmar Məmmədyarov ermənilə təhdid edərək deyirdi ki, mənimlə anlaşmasalar, Zakir Həsənovla danışmalı olacaqlar. Cənab nazir, kor-kor, gör-gör, səninlə anlaşmırlar da, zorla deyil ki...  Yaxşı bu halda söhbəti nə zaman Zakir Həsənova ötürəcəksən? Ötürəcək olsan, ermənilərə hərbi oyunlarda yox, cəbhədə qalib gəlməyin vacibliyini xatırlat. 

Mənasız Nyu-York görüşündən sonra həmsədrlər də bəyanat yayıblar. Deyirlər ki, bu yay rahat, sabit keçib. Adam abrına qısılıb deyə bilmir ki, yalançının atasına lənət... İstidən qırıldıq axı... Cəbhəni nəzərdə tuturlarsa, orada da saktlik deyil – srağagün daha bir şəhid verdik.

Ölkənin gündəmi isə lap tragikomediyadır. Qarabağ məsələsi qalıb kənarda, N qədər problemlərimiz var, siyasilərmizin mövzusu isə ailə münaqişəsidir. Nə isə, boş verin, deyəsən çox dərinə getdim. 

Görəsən, başqa kim arvadını döyüb xəstəxanalıq, pardon, mühacirətlik edib...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics