Sosial şəbəkələrdə söyüşlərə ara verilməməsi ölkəmizin gündəmində dəyişməz yer tutur. Elə dünən bu söyüş mövzusu ilə bağlı böyük bir Dəyirmi Masa keçirildi. Millət vəkili Çingiz Qənizadə sosial şəbəkədə baş verənləri hətta “vətəndaş müharibəsi” adlandırdı.
Haqlıdırmı? Tam haqlıdır. İki gündür, sosial şəbəkələrin və mətbuatın gündəmini AXCP sədrinin müavini Fuad Qəhramanlının qızı Selcan Yağmurun atası haqqında yazdıqları zəbt edib. Selcan xanım atasının ünvanına çox ağır ittihamlar səsləndirib.
Fuad Qəhrəmanlı da qızının ittihamlarına cavab verib. Bu barədə danışmaq istəmirəm. Məsələ nə qədər ictimailəşmiş olsa belə, ailədaxili məsələdir, deyib, keçirəm. Burada adama təsir edən iki məqam var. Birincisi, övladın atadan imtina etməsidir. Bu davranış sanki dəb halını alıb. Bir müddət əvvəl Eldar Sabiroğlu da övladı Rüfət Səfərovdan imtina etmişdi.
Selcan Yağmur atası haqqında status paylaşır. Yazılan rəyləri oxuduqca adam dəhşətə gəlir. Fuad Qəhrəmanlının müdafiəsinə qalxanlar bu qızcığası söyüb, təhqir edirlər. Qəribədir ki, Fuad Qəhramanlının yazdığı statusun altında onun qızınını təhiqr edilər, söyüşlər yağdırırlar, ancaq Fuad Qəhrəamanlı nə bunları silir, nə də reaksiya verir. Sanki qızını özü söydürür. Və əslində Selcanın açıqlamasından sonra söyüş selinin başlanmasına elə Fuad Qəhramanlının dürst davranmaması səbəb oldu. Belə ki, öncə qızının profilinin oğurlandığını dedi, sonra isə qızı ilə açıq-aşkar polimikaya girdi. Bu, necə düşüncədir, anlamaq mümkün deyil. Müdafiə etdiyin adamın qızını söymək, təhqir etmək nə deməkdir? Bu hansı məntiqə və əxlaqa sığır?
Bəziləri qızın boğazındakı xaçdan yapışıblar. Ay insan, axı sənə nə? Lap xaç taxmır, gedib Buddaya sitayiş edir – bunun sənə nə isti-soyuğu var? Din dəyişdirmək nə zamandan əxlaq göstəricisi olub?
Daha bir maraqlı məqam isə Fuad Qəhramanlını müdafiə edənlər "ailədə söz-söhbət olar da", "döyüb, döyüb də", hətta “qızını döyməyən, dizinə döyər”, deyənlər də tapıldı. Əlqərəz, hansı tərəfə necə sərf edir, məsələyə o yöndən yanaşırlar.
İşin gülməli tərəfi ondadırır ki, sosial şəbəkələr hər kəsin içindən bir feminist çıxarıb. Hamısı da eyni “val”ı fırlayır: Qadın hüquqları belə gəldi, şiddət elə getdi...
Nədənsə, bu şoğərib hüquq kimisə “vurmaq” lazım gələndə yada düşür. Bəs başqa vaxt bu hüquq niyə xatırlanmır? Məsələn, söz azadlığını götürək. Yenə gəlirik söyüş məsələsinə. Xaricə gedənlərin oradan hakimiyyətin ünvanına olmazın söyüşlər yağdırdıqları deyilir, bu kampaniyanın dayandırılması üçün zırıltı tədbirlər keçirilir, bəyanatlar imzalanır. Yəni nəticədən danışıb, səbəbin arxasına bir təpik ilişdirirlər.
Kiçik bir xatırlatma edim. O vaxtlar sosial şəbəkə yox idi. Telekanallardan birinin efirində “Kuklalar” verlişi yatyımlanırdı. O verilişdə bütün müxalif liderləri məsxərəyə qoyulur, təhqirlər havada uçurdu.
Bu arada səngiməyən müzakirələrdən sonra Fuad Qəhrəmanlı istefa verdi. Müsavat lideri İsa Qəmbər də bu barədə danışaraq, Selcanı dəstəkləyib.. Məsələyə okeanın o tayından reaksiya verən Rəsul Quliyev isə tənbəllik eləməyib, Əli Kərimlini də istefaya çağırıb. Anlamaq olmur, bəyəm Fuad Qəhrəmanlı əli kərimli ilə birləşib Zümrüd Yağmurla Selcan yağmuru döyüb? bu nə məntiqdir? Yəni bu qalmaqal artıq bir partiyanı yipradacaq qədər böyüyüb... Sabah kimlərin "kəllə"si gedəcək, bilinmir...
Deyirlər, həyat bumeranqdır. Söyüşün gücü isə ikiqat ağırdır. “Döymə taxta qapımı, döyərəm dəmir qapını” misalı boşuna yaranmayıb. Bu labirintdən tək çıxış yolu bütün tərəflərin eyni anda “söyüş” adlı silahı yerə qoymalarından keçir. Bu qədər sadə...
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder