Yəqin bu cür başlayan lətifələri çox eşitmisiniz, hamısında da azərbaycanlı o biri ikisini axmaq vəziyyətə qoyur...
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sonuncu telemüsahibəsini izlədim.
Zakir Həsənov müsahibəsinin böyük hisəsini hərbi oyunlara həsr edib və nazirin dediklərindən belə anlaşılır ki, həmin oyunların hamısında ermənilər biabır olublar.. Lap o lətifələrdə olduğu kimi...
"Son illərdə hərbi oyunlara baxsanız, bizim düşmənlərimiz hansı yerləri tuturlar", bunu Zakir Həsənov deyir. Ardınca çox sarsıdıcı bir sual gəlir: Hansı yerləri tuturlar?
Sanki bilinməyən, tarixin gedişatını dəyişəcək bir fakt açıqlanacaq. Maraqlısı budur ki, müdafiə naziri suala çox həvəslə, gülümsəyərək, sevinərək cavab verir: "Axırıncı yerləri. Onlar özləri də yazırlar ki, biabır olublar. Hər bir oyunlarda biabır olurlar. Mətbuat xidməti göstərdi, özləri də yazırlar ki, biabır olurlar".
Amma reallıqda Azərbaycanın Qarabağı işğaldadır. Cənab Zakir Həsənova bir sual da mən verim: torpağı işğal edib, hərbi oyunlarda uduzmaq biabırçılıqdır, yoxsa hərbi oyunlarda biabır olub, torpağı işğal etmək?
Sizcə, burada biabırçı olan nədir? Qarabağı işağldan azad et, tarix boyu yarışları axırıncı bitir, buna görə “niyə" sualını verən şərəfsidir! Ancaq oyunlarla başımızı aldatmayın. Nazir MİQ-29 hərbi təyyarəsinin qəzaya uğramasının səbəblərindən də danışıb. Zakir Həsənov bu barədə danışarkən düz 16 dəfə "samalyot" sözünü işlədir. “Samalyot yox, cənab nazir, təyyarə.
Zakir Həsənov Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına da toxunaraq, belə deyib: "onlar belə şeylər deyirlər, qoy desinlər. İndiyənə kimi edə biliblər? Biz onlardan çox deyirik ki, Qarabağ bizimdir".
Cənab nazir, bəs gerçək vəziyyət necədir? Axı Qarabağ işğaldadır. Yoxsa "Qarabağ bizimdir" adlı söz yarışması keçirilir?
Bir də nazirin müsahibəsi zamanı diqqətimi başqa məqam çəkdi. Nazir dedi ki, mətbuat xidməti ona hər gün sosial şəbəkədə yazılanların xülasəsini təqdim edir.
Biz jurnalistlər Müdafiə Nazirliyinin mətbuat xidmətini çox tənqid edirik ki, niyə normal işləmir, niyə gecikir, niyə zənglərə-suallara cavab vermir, nə ilə məşğul olur?
Əslində nazir bu məsələyə də aydınlıq gətirmiş oldu... Deməli, mətbuat xidməti sosial şəbəkələrdə yazılanların “skrin”lərini çıxararaq, nazirə təqdim edir və o da bunların hamısını oxuyur. Oxusun, nə deyirik ki...
Bir dəfə azərbaycanlı, rus və erməni “samalyot”la" uçurlar... Gerisini özününz düzüb-qoşun...
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder