13.08.2022

Ukraynanın Krım əməliyyatı - Rusiyaya inamsızlıq və psixoloji çöküş

Ukrayna ordusunun Krımdakı Rusiyaya məxsus aerodroma raket zərbələri endirməsi Ukrayna-Rusiya müharibəsində yeni mərhələyə start verdi. Həmin raket zərbələri Krımı və Rusiya nəzarətindəki Ukrayna torpaqlarını və orda yaşayan əhalinin təhlükəsizlik və psixoloji vəziyyətini ortaya qoydu.

Krım əhalisi əziyyət çəkir və əsas səbəb müharibə deyil. Rusiya Krım zəbt edəndən sonra ora məskunlaşmaq üçün əhali köçürməyə başladı. Həmin əhaliyə müəyyən vədlər vermişdi. Ancaq əhalinin həyat şəraitinin pis olması, su qıtlığı, yol problemi, ümumiyyətlə, verilən sözlərə əməl edilməməsi belə desək ordakı əhalini "tikan üstündə" saxlayırdı. Məsələ ondadır ki, Krımdakı aerodroma endirilən raket zərbələri əhalinin var olan problemlərinin üzərinə birini də əlavə etdi - Təhlükəsizlik! Yəni, artıq Rusiya nəzarətindəki bölgədə yaşayanlar anlamağa başladı ki, onların təhlükəsizliyi qorunmur.

12.08.2022

Rusiyanın gözünü dikdiyi ZƏNGƏZUR: Kreml tarixi Azərbaycan torpağı üçün hərəkətə keçir - Səxavət Məmməd yazır

Qarabağ ətrafında cərəyan edən proseslər onu deməyə əsas verir ki, mövzu “Qarabağ problemi”ndən çoxdan çıxıb. Hazırda əsas məsələ Zəngəzurla bağlıdır.

Rusiyanın Ukraynaya təcavüzü, ABŞ və Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar şimal qonşumuzun iqtisadiyyatına ciddi təsir göstərir. Rusiya cənub və şərqə baxmağa məcburdur. Yəni Ukraynaya təcavüz faktı olmasaydı və Qərbin sanksiya məngənəsində sıxılmasaydı, çətin ki yönünü cənuba və şərqə tutardı. Bu həm də o anlama gələcəkdi ki, Rusiya Qarabağda istədiyi kimi davranacaqdı. İstədiyi vaxt gərginliyi artırıb, istədiyi vaxt azaldacaqdı. Beləcə təkcə münaqişəni yox, həm də bölgəni idarə edəcəkdi.

10.08.2022

"Qisas"ın Ermənistanda yaratdığı xof və Azərbaycanın atmalı olduğu addımlar - Səxavət Məmməd yazır

Ağıllı düşünənədək dəli vurub çayı keçir.

Qarabağ ətrafında baş verənlər də təxminən belədir. Uzun illərdir Azərbaycan tərəfi düşünərək, hesablayaraq bir şeylər etməyə çalışırdı. Ancaq erməni tərəfi bir addımla, dəliliklə Azərbaycanın gündəmini müəyyən edirdi.

4.08.2022

"Qisas"la nəticələnən proses: Hansı şəraitdə şəhid vermişik və yüksəkliklərin önəmi nədədir? - Səxavət Məmməd yazır

Bir neçə gün idi ki Qarabağda gərginliyin olduğu sezilirdi. Hər iki tərəf vəziyyətin stabil olduğunu söyləsə də, alınan informasiyalar tam əksini deyirdi. Yaranmış gərginlik dünən məntiqi sonluqla yekunlaşdı.

Azərbaycan ordusu iki istiqamət üzrə – Sarıbaba və Qırxqız istiqamətində xüsusi əməliyyat keçirərək ərazini nəzarətə götürdü. İşğaldan azad edilmiş ərazilərdə mühəndis-istehkam işləri və təminat yollarının çəkilməsi prosesi davam edir.

Bunlar nəticədir. Gələk səbəbə…

1.08.2022

Qarabağda müharibənin başlaması niyə real deyil? - Səxavət Məmməd yazır

Demək olar ki, hər gün “Müharibə başlayacaq” anonsları eşidirik.

Məsələ ondadır ki, müharibənin başlaması üçün müəyyən şərtlər lazımdır. Birbaşa gələk Qarabağ məsələsinə. Hesab edirəm ki, Qarabağda müharibənin başlaması üçün bütün hədlər keçilməyib. Birincisi, siyasi böhran pik həddə çatmayıb. Yəni tərəflərin XİN rəhbərləri yaxın zamanda ən son Gürcüstanda görüşə bilmişdilər. Həmin görüşdən sonra isə müsbət bəyanatlar verilmişdi. 44 günlük müharibədən öncəki dönəmə nəzər salsaq, tərəflər, demək olar, aylar idi ki, görüşmürdü. Siyasi böhran müharibənin olacağını açıq şəkildə deyirdi. Müharibədən əvvəl Azərbaycan tərəfinin Ermənistan tərəfinə göstərəcəyi yumşaq gücü belə yox idi. Əldə yalnız BMT-nin 4 qətnaməsi var idi. O qətnamələr yumşaq idi, ancaq heç bir gücü yox idi. Məsələ ondadır ki, hazırda Azərbaycan tərəfinin əlində yumşaq gücü var və bu tüknməyib. Məntiq və müharibə qanunauyğunları onu deməyə əsas verir ki, hazırkı gərginliyin süni çalarları çoxdur.

Real Time Analytics