30.10.2018

50 manatlıq mülki veteranlar - Səxavət Məmməd yazır

Qarabağda müharibə üzü görməyib, veteranlıq vəsiqəsi alıb, sinəsinə medallar düzdürüb özünü irəli verənlər azmış kimi, indi də “mülki veteranlar” boy göstərir.

Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan zabit, General-polkovnik Tofiq Ağahüseynovun imzası ilə mülki şəxslərə üzvlük vəsiqəsi satılır.

Bəlkə də “satılır” ağır söz, ittiham kimi gələcək.

Amma və lakin…

Bəli, satılır!

50 manata!

25.10.2018

Sovet ordusundan qaçış - Döyülmə, işgəncə, təhqir... - MÜSAHİBƏ

Hərbidən qaçış.

Bu ifadə fərarilik kimi bilinir.

Ancaq bəzi qaçışlar var ki, onun əhəmiyyəti, mahiyyəti tamam fərqli olur.

Sovet ordusundan qaçıb, Qarabağda döyüşməyə gəlmək hər halda fərarilik deyildi, bir ürək tələb edirdi.

Bu cür qaçışla bağlı ötən yazımızda geniş söz açmışdıq.

19.10.2018

Həbsxanadan məktub - Kəşfiyyat bölüyünün komandirinin müharibə xatirələri - I yazı

Həbsxanadan məktub var.

Qarabağ müharibəsində adlı-sanlı komandirlərdən olan Yaşar Şükürov bir neçə ildir ki həbsxanadadır. O, 1989-cu ildən Qarabağ müharibəsi bitənə qədər döyüşüb. 704 saylı hərbi hissənin kəşfiyyat bölük komandiri vəzifəsinə qədər yüksəlib.

Yaşar Şükürov qələmə aldığım yazılardan və əsgər yoldaşlarının xahişindən sonra, orduya qatıldığı gündən sona qədər yaşadıqlarını, bildiklərini, gördüklərini yazaraq, həbsxanadan məktub şəklində göndərib.

16.10.2018

Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları və ya akademiklər necə günahkar elan edilir?


Ali Attestasiya Komissiyası varsa, institutlar nəyə yarayır? Bu suala cavab verməmişdən öncə keçək bir nəfərin aspiranturaya daxil olandan sonra keçdiyi prosedurlara.

Alim olmağa iddialı şəxs sənəd verib, aspiranturaya daxil olur. Aspiranturaya daxil olmaq üçün öncə ingilis dili, ixtisas fənni və fəlsəfədən imtahan verir. Əgər aspiranturaya daxil oldu və bitirdisə, yenə 3 fəndən – ingilis dili, ixtisas üzrə və kompüterdən imtahan verməli olur. Aspiranturanı bitirən şəxs yenidən niyə imtahan verməlidir ki? İxtisasdan imtahan nəyə lazımdır? Aspiranturaya daxil olan şəxs axı buraya təhsil almaq üçün yox, tədqiqat aparmaq üçün girib. Bu gülünc deyilmi?

Çayxanada qurulan "dərin dövlət" - "Nazirlər Kabineti" Qarabağı necə aldı?

Azərbaycanda elə bir məhəllə, elə bir küçə yoxdur ki, orada çayxana olmasın. Və çayxanaların boş olduğunu da kimsə görməyib. Çayxanada insanların çox yığışması həm də işsizliyin göstəricisidir. Nənələrimiz demiş, işi, gücü olan adamın çayxanada nə işi var?

Azərbaycanda çayxanalarda heç şübhəsiz ən çox müzakirə olunan, baş sındırılan mövzu da siyasətdir. Dəfələrlə şahidi olmuşam ki, bir masa arxasında siyasi gedişlərlə bir neçə dəfə Qarabağı alıb, qaytarmışıq. Bu harasıdır? Rusiyanı dağıdıb, Turanın qurulmasının da şahidi olmuşam. Özüm ölüm, Cənubi Azərbaycanla şimalın birləşməyini də görmüşəm.

Hamımız bilirik ki, ölkəmizdəki siyasi partiyaların bir çoxu qərargahsızdır. Qərargahı olan partiyalar da var ki, gedirsən, divarlar adamın üzərinə gəlir. Vaxt var idi, Müsavat partiyasının qərargahındakı çayxana ölkənin ən qaynar bölgələrindən biri idi. Düzdür, orada bəzən daxili siyasət (partiya daxili) danışılırdı, ancaq yenə də o qədər qüsur molla qızında da olur. Qərargahın özündən daha çox çayxanada siyasət müzakirə edilirdi.

11.10.2018

Azərbaycanın Qaraçı məskənindən reportaj - Yevlaxın zilanı məhəllələrində nələr baş verir? - I Yazı

Yevlax Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.

Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir.

Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd var.

2.10.2018

Qarabağ mitinqinin pərdəarxası - Çıxış üstündə dava edənlər, tribunasını Qarabağdan əsirgəyənlər...

645 manatlıq mitinq. Əslində mitinqlə bağlı bir cümlə belə yazmaq istmirdim. Düşünürdüm bir çoxları deyəcək ki, erməni dəyirmanına su tökürəm, hansısa klana xidmət edirəm. Ta ki, polisin mitinqə 2 000 nəfər insan gəldiyi xəbərini oxuyana qədər…

Bir neçə gün idi ki, “Qarabağa azadlıq” mitinqi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi.

Çoxları mitinqin keçirilməsinin vacib olduğunu vurqulayırdılar. Bəziləri isə mitinqi bir oyun adlandırır və insanları mitinqə qatılmamağa çağırırdı.
Real Time Analytics