qarabağ etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
qarabağ etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9.05.2021

Qarabulaq, Ağoğlan və üzə çıxan tarix - Səxavət Məmmədin SƏFƏR TƏƏSSÜRATI

Müharibələr fəsadsız ötüşmür, ancaq Qarabağ başlı başına fəsadlarla doludur.

Müharibə vaxtı cənub cəbhəsi sayılan ərazilərə səfər edirik. İlk dayandığımız məntəqə Füzuli rayonunun Alxanlı kəndidir. Alxanlıdakı giriş-çıxış postunda dayanıb gözləyəndə qəribə hisslər keçirirəm. Müharibə vaxtı burada olanda hər yer saysız-hesabsız hərbi texnikalarla dolmuşdu. Vurulmuş, sıradan çıxmış, yanmış texnikaların qəbiristanlığını xatırladan ərazidə indi qoyunların otladığını görəndə, mərmi səsi əvəzinə çobanın fitini eşidəndə adam, həqiqətən, qəribə olur. Gizli şəkildə, hərbçilərə qoşulub keçdiyin əraziyə indi mülki formada keçmək də varmış.

19.04.2019

Jurnalistlərin qarşılıqlı səfəri - İşğal altında olan Ağdamdan Reportaj

Məscid, çay evi, passaj və bulvar dumanlı kimi yadıma gəlir. Ağdamda olanda oralar yaddaşımda necə qalıbsa, o cürə dumanlıdır, dalğalıdır. Epizod-epizod yaddaşımda qalıb, elə yerdə qalanlar da epizodlardır. Ha yaddaşımı qurdalayıram, başqa şey yadıma düşmür. Eləcə məscid, çay evi, passajın qalıqları, “İmarət”. “İmarət”də 4 yaşımda olmuşam. Atamın çiynində, “Qarabağ” harasa ilə oynayırdı, bir az qışqır-bağır, bir-iki epizod, bu qədər.

2.10.2018

Qarabağ mitinqinin pərdəarxası - Çıxış üstündə dava edənlər, tribunasını Qarabağdan əsirgəyənlər...

645 manatlıq mitinq. Əslində mitinqlə bağlı bir cümlə belə yazmaq istmirdim. Düşünürdüm bir çoxları deyəcək ki, erməni dəyirmanına su tökürəm, hansısa klana xidmət edirəm. Ta ki, polisin mitinqə 2 000 nəfər insan gəldiyi xəbərini oxuyana qədər…

Bir neçə gün idi ki, “Qarabağa azadlıq” mitinqi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi.

Çoxları mitinqin keçirilməsinin vacib olduğunu vurqulayırdılar. Bəziləri isə mitinqi bir oyun adlandırır və insanları mitinqə qatılmamağa çağırırdı.

1.03.2017

Susqun MN, dovşan media, təkərə düşən xalq



Müharibə təkcə səngərdə aparılmır. Səngərdəki müharibə qədər, bəlkə də daha vacibi informasiya müharibəsidir.
 
Dindirəndə qalstuklu müəllimlər ağızıdan köpük dağılana qədər danışacaq ki, informasiya müharibəsində erməniləri qabaqlayırıq, asırıq, kəsirik. Fevral ayının 25-dən bu günə qədər informasiya müharibəsində kimin qalib olduğunu üzülərək gördük. Ermənilər düzgün qurduqları informasiya müharibəsi nəticəsində demək olar ki, Azərbaycanı çaş-baş qoydu. Haqlı olduğumuz halda haqsız duruma düşməyimiz azmış kimi, az qaldı ermənilər cəmiyyətimizi də idarə etsinlər.

18.01.2017

Azərbaycan sizin üçün nə sovet respublikası, nə RF-in subyekti deyil

2016-cı ilin nəticələrinə həsr edilmiş mətbuat konfransında RF XİN rəhbəri Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünə nə suverenliyinə zidd olan ifadələr işlədib. Daha dəqiq desək, Dağlıq Qarabağın mövzusunda Azərbbaycanlı jurnalistin sualına cavab verərkən Lavrov deyib ki, “münaqişənin güc yolu ilə həll edilməsi abstrakt deyil və (sitat) “Azərbaycan Respublikasının daxili işi ola bilməz”.

5.12.2016

704-cü hərbi hissə danışır — Qarabağ döyüşlərinin görünməyən tərəfi - Reportaj

Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissədir.
Birinci Qarabağ savaşında Ağdamın Mərzili kəndindən tutmuş, Fizulinin Aşağı Veysəlli kəndinə qədər olan geniş bir əraziyə 704 saylı briqada cavabdeh olub. Bu qədər geniş bir ərazi müharibə dövründə təkcə 704 saylı hərbi hissə tərəfindən qorunsa da, günümüzdə bu əraziyə 2 briqada nəzarət edir. O dövrdə adıgedən birqadanın hansı çətinliklərdən keçdiyini dərk etmək üçün təkcə bu fakt kifayət edir.

7.06.2016

"Bizim snayperlər ermənilərin muzdlu snayperlərindən daha yaxşıdır" — Cəbhə bölgəsindən II reportaj (IV yazı)

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdam istiqamətində olan cəbhəyanı bölgəyə gedirik.

1.06.2016

"Qəhrəman əsgərimiz bizə erməni işğalçısının yaxasından kəsib götürdüyü..." — Cəbhə bölgəsindən II reportaj (III yazı)

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdam istiqamətində olan cəbhəyanı bölgəyə gedirik.

31.05.2016

"Ermənilər pulemyotçularını zəncirləmişdilər ki, qaçmasınlar..." — Cəbhə bölgəsindən II reportaj (II yazı)

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdamda olan ön cəbhəyə gedirik.

30.05.2016

"Döyüşdə baş verənləri tanımadığım şəhidin başdaşına danışırdım..." — Cəbhə bölgəsindən II reportaj (I yazı)

Müstəqillik qan, can bahasına alınır
28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdamda olan ön cəbhəyə gedirik.

12.05.2016

"Komandir, müharibəni başlayın, sürüm, gedim erməninin üstünə" — CƏBHƏDƏN REPORTAJ (II yazı)

Keçmiş döyüşçülərin təşəbbüsü, Müdafiə Nazirliyinin icazəsi ilə bir qrup Qarabağ qazisi cəbhə bölgəsinə yollanıb. Keçmiş döyüşçülərlə birlikdə 4 günlük cəbhə xəttində Ölkə.Az saytının reportyoru da olub.

13.04.2016

Razi Nurullayev: Hər kəs bilsin ki, bu, türkün davası deyil, bu, Azərbaycanda yaşayan bütün xalqların davasıdır - Müsahibə

4 günlük müharibə illər sonra ilk dəfə Azərbaycan xalqının birlik və bərabərliyini göstərdi. Siyasi partiya mənsubiyyətindən, milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizin uğuruna sevinib, itkilərimizə kədərlənirdi.
Müharibə, iqtidar-müxalifət münasibətləri, şəbəkədəki informasiya müharibəsi və daxildəki gülünc hadislərlə bağlı AXCP sədri Razi Nurullayevlə söhbətləşdik.

6.04.2016

"Biz niyə qorxaq ki, ermənilər qorxsun" — Ağdamın cəbhəyanı kəndlərindən REPORTAJ

Son vaxtlar bu xalqı bu qədər bir, bötüv, vahid görməmişdim
Aprelin 1-i gecə saatlarından cəbhənin bütün istiqamətlərində döyüşlər başladı.
23 ildən sonra belə şiddətli döyüşlərə şahid olan insanlarımızda isə qorxu hissi yox, ümid hissləri yarandı - vuruşmaq və torpaqları geri qaytarmaq!

Ağdamdan xəbər var — REPORTAJ + FOTOLAR

Ermənilərin topdan açdığı atəş Ağdamın Baharlı qəsəbəsində 3 evin həyətinə düşüb.
 
Top mərmilərinin düşdüyü ərazidə ölən və yaralananlar olmasa da, evlərə xeyli ziyan dəyib

15.03.2016

Xətai Baxışov: "Qarabağda erməni ilə döyüşmüş, qan tökmüş hər bir kəs bizim qardaşımızdır" - Reportaj

Müharibə iştirakçılarının döyüş xatirələri hər zaman bütün cəmiyyətlərdə maraq doğuran, oxunan mövzudur.
Qarşısında dövlətinin ərazi bütövlüyünün bərpası vəzifəsi dayanan millət üçünsə öz yaxın hərb tarixi eyni zamanda örnəklər və ibrətlər mənbəyidir.

14.03.2016

Qarabağ müharibəsinin gizli məqamları silsiləsindən — ANONS

864 saylı tağım, "Xəqani" və "Qisasçı" ilə inanılmaz döyüşlər
Qarabağ müharibəsini uduzmuşuq, ancaq bu məğlubiyyət bəzilərinin dediyi kimi qoyub-qaçdı olmayıb. İnsanlar döyüşüblər, qan töküblər, öldürüblər, ölüblər.

12.03.2016

Burak Deyer Biçer: ABŞ əsgərinə, SAT komandamıza dərs deyirəm, ancaq dövlət məni rəsmən tanımır — Müsahibə

“Abu-Dabi Jiu Jitsuçuları dolandıran yerdir”
Jiu Jitsu Azərbaycana yad idman sahəsi sayılır. Ancaq özündə bir çox idman növlərinin fəndlərini cəmləşdirdiyi üçün bu idman növü də Azərbaycanda sürətlə yayılmağa başlayıb.

Varsa bizdən böyüyü gəlsin... — İmarət azarkeş qrupu ilə REPORTAJ

Bir, iki, üç, şşşşşşşşşşşş Qarabağ!!!
Futbolun dadı, duzu azarkeşdir. Azarkeş həmişə 12-ci oyunçu sayılır. Ancaq futbolla bağlı bütün deyimlər Azərbaycana çatanda suya düşür.
Klublarımızın ev oyunlarında demək olar ki, ancaq əsl azarkeşlər gəlir. Klublarımızın Avropa oyunlarında isə futbol azarkeşləri. Adamlar tanıyıram, bu gün Qarabağın oyununa gedir, sabah Qəbələnin, birigün isə Neftçinin.
Real Time Analytics