Azərbycan-Türkiyə, bir millət, iki dövlət. Dili bir, dini bir, eyni oğuz boyundan çıxma qısacası deyildiyi kimi, qardaş dövlətlər. Qardaşlıq təbii ki, millətlər arasındadır. Dövlətlərinsə maraqları hər şeydən öndə gəlir. Təbii ki, Türkiyənin də Azərbaycanda maraqları var. Bu maraqlar həm siyasi, həm iqtisadidir. Türkiyə böyük dövlət maraqlarından çıxış edərək Azərbaycanda öz maraqlarını qurmalıdır. Bundan təbii heç nə ola bilməz. Azərbaycana ən asan girib və möhkəmlənəcək qüvvə təbii ki, Türkiyədir. Buna təkcə yuxarıda sadaladığımız hallar kifayət edər. Üstünə türk kanallarının populyarlığı, uşaqların Türkiyə türkcəsində dil açmasını da gəldikdə vəziyyətin necə olması aydın olur.
Bəs Rusiya? Həm çox asan, həm də çox çətindir. Çünki, ölkədə Rusiyaya ciddi nifrət hökm sürür. Düzdür, Rusiyanın Azərbaycanda kifayət qədər gücü var. SSRİ-nin Baş Kəşfiyyat İdarəsi (QRU) agentlərinin müstəqillik zamanında təhvil-təslim edilməməsi və ölkədə təxminən 80 min Rusiyaya "işləyən" şəxslərin olması açıq aşkar deyilir.
İran? İranın şansı çox azdır. Ekspertlər və yayılan informasiyalar da onu göstərir ki, İran Rusiyanın icazəsi ilə Azərbaycana ayaq açır.
İran dini baxımdan Azərbaycana girməkdədir. Ölkənin Cənub bölgəsinin dini baxımdan İranın təsir dairəsində olması heç kimə sirr deyil.
Azərbaycan müstəqil olandan Türkiyənin təsir dairəsindədir. Elçibəy dönəmində türkçülük, turançılıq üzərindən iş aparılsa da, sonradan Türkiyə höküməti Süleyman Dəmirəlin şəxsi dostu olan Heydər Əliyevə dəstək verdi və hakimiyyət Əliyevlərə verildi.
Ölkdə son baş verən proseslərdən, siyasi aktivlikdən öncə olanlara baxaq.
Türkiyənin Azərbaycan ordusunda təsir gücünün olması heç kimə sirr deyil. Düzdür, buna qarşı rusmeyillilər çox ciddi dirəniş içərisindədir. Misal üçün 26 iyun hərbi parad günü “Türk Ulduzları”na qarşı edilənlər bu dirənişin göstəricisi idi. “Türk Ulduzları”na öncə ot basmış hava limanı təklif edilir, türk pilotlar ancaq buna narazılıq etdikdən sonra onların bir hissəsini Qəbələyə, bir hissəsini isə Yevlaxa göndərirlər. Onları isə Bakıda olduğu kimi rayonlarda da qarşılamırlar. “Türk Ulduzları”nın parad günü havaya qalxması isə bəzi güclər tərəfindən ləngidilir və onları izləməyə gələn tamaşaçılar kor-peşman geri dönürlər. İnsanlar dağılışdıqdan sonra səmaya qalxan pilotları isə çox az sayda insan izləyir. Azərbaycan dövlət televiziyası isə türk pilotları havaya qalxan kimi birbaşa yayımı dayandıraraq, "Koroğlu" filmini nümayiş etdirir. Türk pilotlarla söhbət zamanı isə onların hamısı bu durumdan çox incik olduqlarını bildirirlər.
“Türk Ulduzları”nın Bakı səfəri ilə bağlı bilmək istəmədiklərimiz… - İcra başçısı “Solo Türk”ə hansı sifarişi göndərdi?
Bu təbii ki, ölkə daxilindəki Türkiyəyə dirənənlərin işi idi.
28 sentyabr 2018-ci il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın abi dediyi və AK Partiyanın ideoloqlarından sayılan Abdurrahman Dilipak müsahibəsində bildirir ki, "Naxçıvanla Türkiyə sərhədində sərbəst ticarət bölgəsi qurulmalıdır. Gömrükdə bürokratik əngəllər aradan qaldırılmalıdır. TIR-lar gəlib sərhəddə qalmamalıdır. Həm Azərbaycanın içərisində türk iş adamları üçün, həm də Türkiyədə azərbaycanlı iş adamları üçün sərbəst bölgə yaradılmalıdır. Naxçıvanla Türkiyə bütünləşsin. Türkiyənin ofşoru yoxdur. Naxçıvan Azərbaycanla Türkiyənin ofşoru olsun. Azərbaycan parlamenti Naxçıvana özəl status verər, Türkiyə də Naxçıvana özəl bir status verər".
Abdurrahman Dilipakın bu fikirləri Türkiyə ilə Azərbaycan birləşməlidir ideyası ilə yaşayanlar tərəfindən alqışla qarşılansa da, digərləri tərəfindən tənqid atəşinə tutuldu.
Gələk son baş verənlərə. Azərbaycanda seçki mühiti olmadığı bir zamanda müxalifət düşərgəsində canlanma meydana gəldi. Müxalifət düşərgəsində Azərbaycan Xalq Hərəkatı (AXH) formalaşmağa başladı. Yenə təkrar edirəm, seçki mühitinin olmadığı bir zamanda bu canlanma xüsusi diqqət çəkdi və sorğulandı.
AXH kimin iddiası idi? İsgəndər Həmidovun. İsgəndər Həmidov kimdir? General, keçmiş daxili işlər naziri vəzifəsini qoyaq bir kənara, Azərbaycan bozqurdlarının lideri. Azərbaycan türk millətçiləri Türkiyənin Millətçi Hərəkət Partiyası (MHP) ilə hər zaman yaxın olub. Bunu niyə yazmağıma bir qədər sonra aydınlıq gətirəcəm.
Gələk lap başa. Türkiyənin maraqlarına. Türkiyənin Azərbaycanda təbii ki, iqtisadi maraqları var. Bunu isə siyasətlə əldə etmək olar. Türkiyə nə istəyir? Təbii ki, neft və qaz istehsalından pay. Hansı pay? Elçibəy dönəmindəki paydan söhbət gedir. Bu maraqlar təmin olunurmu? Qətiyyən. Sizcə buna görə Türkiyə Azərbaycanda siyasi hakimiyyəti dəyişmək niyyətində ola bilərmi? Bu niyyəti ən yaxşı kimin əli ilə etmək olar? Təbii ki, millətçilərin əli ilə. Ona görə də, MHP bu işdə əsas yön göstərən olacaq.
Gələk MHP-nin gördüyü işə. Artıq aylar öncədən MHP Azərbaycanda dəyişiklik üçün seçim etməyə başlayır. Bunun üçün ən ideal namizədlər Xalq Hərəkatı dönəmində millətçi kəsimə yaxın, amma sonradan indiki hakimiyyət komandasında yer alan şəxslər olub. Ancaq onların namizdliyinə ilkin mərhədə MHP daxilində veto qoyulub. MHP-yə nə Elçibəy, nə də indiki hakimiyyət dövründə dövlətlə əməkdaşlıq etmiş şəxs lazım deyildi. Səbəb isə xalqı buna inandırmaq da asandır. Bundan əlavə onlara xalq qətiyyən inanmayacaq. Müxalif düşərgə onsuz da onları hakimiyyətin adamı kimi tanıyır.
Müxalif düşərgədən kimsə? Bunlar arasında ən idealı "Ümid" sədri İqbal Ağazadə sayılırdı. İqbal Ağazadə bir neçə parametrlərdə MHP-nin seçiminə uyğun gəlsə də, bu variantın da üstündə durulmur.
Əldə etdiyimiz dəqiq məlumata görə, yanvar ayının 27-i MHP öz namizədinin kim olmasına aydınlıq gətirib. Həmin şəxsin kimliyi və niyə seçilməsi haqqında növbəti yazıda.
Növbəti yazıda bundan əlavə həmin şəxsə kimin və hansı formada dəstək verəcəyi və siyasi hakimiyyət dəyişəcəyi təqdirdə hansı addımların atılmasından bəhs ediləcək.
Səxavət Məmməd

Eger olatsa Azerbaycanda buz sinmis olacaq rusisleri ise Azerbaycandan hem iqtidar dusergesinden hemde muxalifet dusergesinden sixisdirib cixarmaq lazim. Ancaq bir meselede var ki Rusiya ile mueyyen balansi gozlemek lazim bunuda Turkiyenin tesiri ve komeyi ile etmek olar!
YanıtlaSil