Qoy o uşaqlar bilsin ki, biz necə məktəbə getmişik, hansı şəraitdə oxumuşuq, onların indi bir neçə ay məcburiyyətdən dərs oxuyacaqları çadırda valideynləri necə yaşayıb, necə təhsil alıb.
Bir xeyli güldüm də…
Sanki gözəl xəbər almışdım.
Çadır. Kimlər üçünsə əyləncəli, ekstrim şəraitdə yaşanılası yerdir. Hətta çoxları bir gecə çadırda yaşamaq üçün 5 ulduzlu otelin pulundan keçirlər. Şəkillər çəkdirirlər, əylənirlər, qayıdandan sonra həftələrlə danışırlar. Ay, elə maraqlı idi, belə adrenalinli idi. Elə buna da gülürəm. Çünki bəziləri üçün əyləncə, adrenalin mənbəyi olan çadırda mən də yaşamışam. Çadırda məktəbə getmişəm. İndiki çadırlar heç çadırdır ki? İçində hər şey var, soyuq olmur, Əslində, heç isti də olmur. Çadır deyirəm ee sizə, çadır. Yayda içində qovrulduğun, qışın küləyində üstü havaya uçan, soyuqda donduğun, küləkli yağışda lap islanmış cücəyə döndüyün çadır…
Bir az da məktəbindən danışım.
Çox uzatmayacağam. O günləri xatırlamağa həvəsli deyiləm. Bunları ətraflı danışmağa məndə möhkəm əsəb yoxdur, heç sizin vaxtınızı da almaq istəmirəm.
Çadır məktəblər. Bildiyiniz çadır…və orada məktəb. Döşəmə əvəzinə torpaq… Üst geyimi çıxarmaq olmaz. Çıxarsan belə, asmağa bir yer də yoxdur heç. Həm də soyuqlayacaqsan axı. Məbadə göydən bir damcı yağış düşsün… Hər tərəf palçıq olur və sən elə o palçıqlı ayaqqabı ilə çadır sinif otağına girəcəksən. Sinif otağını “solyarka peçi” isidir. Vay halına külək olsun. Boru da tüstünü verir içəri, dərs bitəndə, zənciyə dönürsən. Küləkli havalarda “peç” söndürülür, bir hərf yazıb, dərhal barmağını ağzına aparıb “hooo” edirsən ki, donmasın. Kitab? Üç-dörd şagirdə cəmi bir kitab verilirdi. İndi oxu görüm, necə oxuyursan?! Bir kitab bəzən gündə 6-7 ev “gəzirdi”.
Biz belə oxuyurduq. Bəlkə bu çətinlikləri yaşadığım üçün güldüm. Bilmirəm.
Yəqin ki, bu cür reaksiya verməyimə səbəb o xatirələrdə qalan hansısa taravmadır. Onu da bilmirəm.
Çox uzatmadan gələk söhbətin məğzinə. Bir neçə gün öncə anam zəng etdi, oradan-buradan danışdıq. Söhbət “başqa nə var, nə yox”a gələndə dedi, bəs qəsəbəmizin məktəbi uçmaq üzrədir. Uşaqlar dərsə getsin deyə, Fövqəladə Hallar Nazirliyi çadır quracaq, uşaqlar yeni məktəb binası tikilənə qədər orada oxuyacaqlar.
Yuxarıdakı reaksiyam bu məlumata görə idi.
Bir qədər araşdırdım. Sən demə, əslində, məktəb 1 ildir, qəzalı vəziyyətdə imiş. Düz bir il əvvəl məktəbin yararsız olması səbəbindən yeni məktəbin tikilməsi qərarı verilib. Ancaq sənədlər gizlədilib. Məktəbin müəllimlərinin şikayətindən sonra qərar veriblər ki, nəhayət, məktəb üçün yeni bina tikilsin. Təsəvvür edin, məktəb hər an uça bilərmiş, bəzi məmurlar iə sanki öz dədəsinin cibindən xərcləyəcəkmiş kimi nazirliyə bu sənədləri göndərməyiblər. Bu həm də o deməkdir ki, uşaqlı, müəllimli hər kəsi ölümlə üz-üzə qoyublar.
Söhbət 2005-ci ildə istifadəyə verilmiş, məcburi köçkünlərin yerləşdirildiyi Alıbəyli 2 qəsəbəsindəki məktəbdən gedir.
İndi məktəbin həyətində 4 çadır qurulub və şagirdlər orada təhsil alır. Kiməsə normal görünə bilər, ancaq o çadırın nə olduğunu bilən biri kimi mənə çox qəribə gəlir.
Bunlardan danışdıq, digər məsələ qaldı.
2005-ci ildə tikilmiş məktəb necə hər an uça biləcək vəziyyətə gələ bilərdi? Ora FHN çadır qurub. Əla. Bəs Ağdam Rayon İcra Hakimiyyəti, polisi niyə araşdırma aparmır ki, bu məktəb niyə uçur? Məktəbin yerini kim seçib, sementini, digər tikinti materiallarını kim və necə “yeyib”? Prokurorluq 1 ildir, gizlədilən sənədləri niyə araşdırmır?
Nə isə…
İndi çadır görməyən qaçqın uşaqlar da çadırda təhsil alacaq. Yəni lənətlənmiş çevrə yenidən cızılır…
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder