Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Müdafiə Nazirliyinin Xızı rayonu ərazində yerləşən hərbi bazalarından birində güclü partlayış baş verib.
Silah ambarında baş vermiş partlayış nəticəsində anbarda saxlanılan mərmilər əraziyə səpələnərək partlayıb. Partlayış nəticəsində Ərazidə yerləşən hərbçilərin ailələrinin yaşadığı şəhərciyə, yaxınlıqdakı Giləzi kəndinə maddi ziyan dəyib. O qədər bombanın qarşılığında həqiqətən insan təlafatının olmaması böyük xoşbəxtlikdir.
Hadisə baş verən ərazi Müdafiə Nazirliyinin zabitləri tərəfindən mühafizə altına alınıb. Əraziyə giriş və çıxış ciddi şəkildə yoxlanılır.
Hadisə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov və Azərbaycan Respublikası Müdafiə Nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi Kərim Vəliyev gəlir. Yüksək rütbəli zabitlər hadisə yerinə getdikdən sonra Müdafiə nazirliyinin əməkdaşları ilə hadisə yerinə yollanırıq.
Ərazini tüstü və hiss iyi bürüyüb. Partlayışın baş verdiyi əraziyə irəlilədikcə partlamış mərmilərin qalıqları və partlamamış mərmilərin sayı getdikcə artır.
Partlayışın baş verdiyi ərazidə isə mərmilərdə və partlamış mərmilərin qalıqlarından ayaq basmağa torpaq tapmırıq.
Hadisə yerinə Müdafiə nazirliyinin yüksək rütbəli zabitləri ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə, hərbi polis, DİN-in əməkdaşları, Təcili tibbi yardım maşınları, həkimlər və ANAMA-nın nümayəndələri cəlb edilib. Yanğın tam olaraq ram edilib, ancaq partlamamış mərmilərin çoxluğu hər an partlayışın baş verəcəyi qorxusu yaradır. Ərazidə olduğumuz zaman çoxlu sayda partlayış səsləri eşidilirdi.
N saylı hərbi hissənin zabitlərinin yaşadığı bina, tibb məntəqələri partlayış nəticəsində yararsız hala düşüb.
Partlayışın baş verdiyi ərazidən hər tərəf mərmi ilə doldur, necə deyərlər barmaq basmağa yer yoxdur. Sanki mərmilər üsyana çıxıblar ki, bizi aparıb düşmənə atmırsınız, biz də özümüzü partladırıq.
Ərazidə 1 saata yaxın qalaraq foto və video şəkilişlər edib, geri qayıdırıq. Yolun kənarında isə çoxlu sayda insanlar dayanıb. Hər kəsi düşndürən bir sual var, nə qədər adam ölüb? Deyəndəki cəmi bir neçə nəfər yaralanıb, onlar isə yaxın rayonlardakı xəstəxanalara yerləşdirilib, insanları təəccüb bürüyür. Partlayışın həcminə baxanda bu heç də inandırıcı sayılmır, fakt isə budur ki, insan tələfatı olmayıb.
Partlayışın səbəbi barədə isə hələ heç bir məlumat yoxdur, bütün versiyalar araşdırılır.
Səxavət Məmməd
Fotolar müəllifə məxsusdur

Mümkünsə gmail adresinizə baxın. Sizə məktub gödndərmişik
YanıtlaSil