Bugün Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında qrup mərhələsində çıxış edir. Ancaq klubun Qarabağ adının ermənilərin əlindən necə alınması, hansı çətinliklərdən keçməsi barədə çox az adam məlumatlıdır.
"Ölkə.Az" "Qarabağ" klubunun Qarabağ adını alarkən proseslərin birbaşa iştirakçısı olmuş Elbrus Mustafayevlə reportajı sizə təqdim edir:
Elbrus Mustafayevlə təkcə “Qarabağ” klubunun adının alınması ilə bağlı yox, o zaman baş verən hadisələrlə bağlı geniş söhbətimiz oldu.

Qısa arayış:
Mustafayev Elbrus Zülfüqar oğlu 05 may 1959-cu ildə Ağdam rayonu Xıdırlı kəndində dünyaya göz açıb. Atası Mustafayev Zülfüqar Qayıb oğlu 1960-cı illərdə Azərbaycanın məşhur nefçilərindən olub və 1964-68-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Atası "Siyəzən Neft Qazma İdarəsi"ndə çalışdığından Elbrusun usaqlığı Siyəzən qəsəbəsində keçib. Birinci-ikinci siniflərə Siyəzən şəhər 2 nömrəli orta məktəbdə, Soltanov Heybətağa müəllimin sinfinə gedib.
1968-ci ildə doğma kəndinə qayıdıb. 8-ci sinfi Xıdırlı kənd orta məktəbini bitirdikdən sonra Bakıya gedərək tam orta təhsilini kimya-biologiya təmayüllü 5 nömrəli internat məktəbində başa vurub. Əmək fəaliyyətinə 1976-cı ildə Xıdırlı kəndində, "İnqilab" sovxozunda fəhləliklə başlayıb. 1978-cu ildə Azərbaycan kənd təsərrüfatı institutunun meyvə-tərəvəz və üzümçülük fakültəsinə qəbul olub.1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirərək alim-aqronom ixtisasına yiyələnib. 1978-80-cı illərdə Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra 1981-84-cü illərdə doğma kəndlərində aqronom işləyib.
1985-ci ilin yazından 1991-ci ilin yazına kimi Aqrar sənaye işçiləri həmkarlar ittifaqı Ağdam rayon komitəsində əvvəlcə təlimatçı-müfəttiş, sonra da baş mühasib vəzifəsində çalışıb.
Elbrus 1988-ci ildən xalq hərəkatına qoşulub. 1991-ci ilin iyul ayında Qarabağda müharibə vüsət alanda, kənd camaatının ümumi yığıncağında, könullülərdən yaradılan 50 nəfərlik hərbi dəstəyə komandir seçilib, 1 noyabr 1991-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı Ağdam ərazi özünümüdafiə batalyonunun tərkibinə qəbul olub və dəstə komandiri təyin olunub. 1992-ci ilin aprel ayında 836-cı alayın nəzdində Xıdırlı kəndində rota yaradılanda o həmin rotaya komandir təyin olunub. 1992-ci ilin noyabr, dekabr aylarında 836-cı alayın komandir müavini vəzifəsinə təyin edilib. Alay dağıdıldıqdan sonra 1993-cü ilin yanvarından aprel ayının ortasına qədər 708-ci briqadanın nəzdində 2-ci batalyonun qərargah rəisinin müavini olub.
- Zeynal Məmmədovun etdikləri barədə çox az adam bilir, ümumiyyətlə, onun haqqında çox az adam məlumatlıdır. Bizə Zeynal Məmmədovla tanışlığınız və bu insan haqqında danışardınız.
- Bibimoğlu Ağdam rayon Həmkarlar komitəsinin sədri Zeynal Məmmədovun sürücüsü idi. O, mənə dedi ki, Həmkarlar komitəsində təlimatçı-təftişçi ştatı boşdur, gəl müraciət elə, bəlkə Zeynal müəllim səni işə götürər. Zeynal Məmmədova Ağdamda "Bala Marks" deyirdilər. Çox savadlı, millətini sevən bir insan idi. Gəldim Zeynal Məmmədovun qəbuluna. Suallar verməyə başladı, cavablandırdım. Axırda dedi ki, haranı bitirmisən? Dedim, hələ bitirməmişəm, bu ilə Kənd Təsərrüfatı institutunun meyvə-tərəvəz üzümçülük fakultəsini qurtaracam. Dedi ki, bizə mühasib lazımdır. Kor-peşman sənədlərimi götürüb otaqdan çıxmaq istəyəndə soruşdu ki, kimin oğlusan? Dedim, Xıdırlıdan Zülfüqar kişinin oğluyam. Dedi, Zülfüqar mənim qardaşımdır, get sənədlərini düzəlt, gəl işə başla. 1 il təftişçi işlədim, sonra isə məni mühasib təyin etdi. 5 il, 1991-ci ilin may ayına qədər Həmkarlar komitəsinin baş mühasibi işlədim. Zeynal müəllimin bir sözü var idi, komitə işçilərinə tapşırırdı ki, biz 25 min insana xidmət edirik. Bir problem olanda insanlar ora-bura müraciət edirlər, hər yerdən əlləri üzüləndə bizim üstümüzə gəlirlər. Ona görə, kiminsə ümidini qırmayın, kimisə naümid yola salmayın. Bu niyyətlə də hamımız işləyirdik.
1987-ci ilin noyabr ayında xalq şairimiz Bəxtiyar Vahabzadə Zeynal Məmmədova bir stenoqramma göndərmişdi. Stenoqramma Adibekyanın Qarabağ haqqında Fransada çıxışı idi. Zeynal Məmmədov bu tip məsələlərə çox həssas idi. Zeynal Məmmədov bir mətn hazırladı, mətnin bir üzünü Mərkəzi komitəyə, SSRİ Ali məhkəməsinə, prokururluğa, ölkə daxilində də yenə bütün yüksək dövlət orqanlarına göndərmək üçün mənə verdi ki, poçtla yola salım. Yeri gəlmişkən Zeynal müəllim Balayanın "Ocaq" kitabı çıxanda da çox sərt reaksiya vermişdi. Və dövlətə bildirirdi ki, ermənilər ara qarışdırır, nə vaxtsa bu işlər pis nəticələnəcəkdir.
Göndərdiyimiz məktubların cavabını gözləyirdik. Ancaq Qarabağda yavaş-yavaş vəziyyət dəyişirdi. Xankəndində camaatı sıxışdırırdılar, işə buraxmırdılar. Camaat Ağdama gəlirdi. Ağdamda da Sadıq Murtuzayev iki əli avtomatlı polisi icra hakimiyətinin qarşısına qoymuşdu. Bizim idarə ilə İcra Hakimiyətinin binası qonşu idi. Dərdi olanlar İcra Hakimiyyətinə yox, Həmkarlar komitəsinə gəlirdi. Zeynal Məmmədov gördü ki, vəziyyət çətindir, "Qarabağa dayaq" cəmiyyətini yaratdı. Cəmiyyətin sədri Xuraman Abbasova oldu, ictimai əsaslarla mən də mühasibi oldum. Bütün respublikadan o cəmiyyətə pul gəlirdi. Rayonda yüksək vəzifədə işləyən qadınlar - Cəmilə, Çimnaz, Zəminə xanım gəlib bizim idarədə otururdular. Dağlıq Qarabağdan gələnlər pasportlarını verirdilər, onların hərəsinə 50 manat yardım verilirdi. İdarədə pul olmayanda Zeynal müəllim dostuna, tanışına zəng edib, borc alıb gətirib camaata pul paylayırdıq. Bu minvalla 1988-ci ilin fevral ayının 11-ə qədər gəlib çıxdıq. Fevralın 11-də bibimoğlu gəlib dedi ki, Zeynal müəllimi Bakıya KQB-yə çağırırlar, deyəsən kişini tutacaqlar.
İldə 1-2 dəfə Ağdamdan Ukraynaya turist göndərirdik. Həmin gün axşam dəmiryol stansiyasında durub, camaatı oraya yığırdıq ki, getsinlər Ukraynaya. Zeynal müəllim demişdi ki, axşam saat 11-in yarısında gələcəm, onlara yaxşı bir nitq söyləyib, yola salacam. Gördük saat 23:45-dir ancaq Zeynal müəllim yoxdur. Bir də gördük ki, kişi təlaşla gəlir. Gəlib çatan kimi dedi ki, çıxış olmayacaq, camaatı göndərin getsin. Bibimoğlundan soruşdum ki, nə baş verib? Bibimoğlu dedi ki, bu dəqiqə Xocavənddən 2 avtobus adam gəlib, ermənilər avtobusları daşlayıblar, arvad, uşaq, qız gəlin deməyiblər, hamısının başı, gözü yarılıb. Bu hadisə həm də Zeynal müəllimin əlində bir "kozır" oldu ki, KQB-yə getməsin və dedikləri sübuta yetdi. O vaxt Ağdamda ilk dəfə mitinq oldu və insanlar gecə səhərə qədər meydanı tərk etmədilər. 11 fevraldan 21 fevrala qədər 10 gün meydan boşalmadı. İnsan sayı günü-gündən də çoxalmağa başladı. 21 fevral oğlumun 1 yaşı tamam olurdu. Oğlumun ad gününü qeyd edib, gəldik meydana. Meydana çatanda gördüm ki, iynə atsan yerə düşməzdi. Çıxışlar gedirdi. Tirbunaya Eldar Səmədov çıxdı. Eldar Səmədov Əfqanıstanda döyüşmüşdü və dəzgahqayırma zavodunda işləyirdi, çox ürəkli oğlan idi. Çıxdı tirbunaya 2 kəlmə söz dedi: "Sabah səhər saat 08:00-da Əsgərana hücum!".
Bu sözlərdən sonra mitinq dağıldı. Axşam getdik kəndimizə. Səhər tezdən Ağdama gedəndə gördüm ki, insan əlindən Ağdama getmək mümkün deyil. Ara yolla gəlib çıxdım idarəyə. Ağdamda insan əlindən tərpənmək olmurdu. Ətraf rayonlardan çoxlu insan gəlmişdi. Yadımdadır, Ağcəbədinin Ovşar kəndindən atla gəlmişdilər. Ovşar uşaqları univermağın qabağından "Zil" maşınla keçəndə beşatılanlarının ucu görsənirdi. Göyə güllə ata-ata keçdilər. Ağdam uşaqlarının həmin gün qarşılarına 5-6 erməni maşını çıxıb, maşında onları döyüb, maşınlarını çevirib yandırıb gəlmişdilər. Ermənilər dama-dama kepka qoyurdular, bir kişini başında dama-dama kepka olduğu üçün öldürdülər, elə bilmişdilər ermənidir.
Bu hadisələrin qızışmasına əsas səbəb isə Ağdamda "Mərkəzi komitədən 4 nəfər gələcək və Dağlıq Qarabağı Ermənistana verəcəklər" xəbərinin yayılması idi.
- Fevral ayının 22-də Əsgərana doğru yürüş başladı və ilk şəhidlərimizi verdik. O zaman gördüklərinizi danışardınız.
- Zeynal Məmmədovla, Xudu Məmmədov komitəyə gəldilər və bizə tapşırdılar ki, idarədən çölə çıxmayın. Hər an hər şey ola bilərdi və Bakıya məlumat çadırmaq lazım idi. İş yoldaşımızın oğlu rəhmətə getmişdi, icazə alıb işdən çıxdıq, əslində bu həm də bir bəhanə idi. Biz Şelli kəndinə Qarqar çayının sağ tərəfi ilə gedirdik, camaat isə Qarqar çayının sol tərəfi ilə Əsgərəna tərəf gedirdi. Camatın qarşısını almaq mümkün deyildi. Rayonun ağsaqqallarını aparmışdılar ki, camaatın qarşısını kəssinlər. Seyid Lazım Ağanı da camaatı sakitləşdirmək üçün aparmışdılar. Rövşən Cavadov da orada olub.
- Niyə camaatı sakitləşdirmək istəyirdilər ki?
- Dəqiq məlumat var idi ki, Dağlıq Qarabağda olan 366-cı alayın əsgərlərini gətirib Əsgərən yoluna yığıblar və gözləyiblər camaat hücum etsə, onları qırsınlar. Körpünü keçən kimi camaatı qıracaqdılar. Rövşən Cavadov yalvarırdı ki, getməyin, qıracaqlar sizi. Orada vurub Rövşən Cavadovun qolunu sındırmışdılar. Uşaqlar polisin sözünə baxmayıb, onlara qarşı zor tətbiq etmişdilər. Körpüdən keçə bilməyəcəklərini görən camaat Qarqar çayından keçib, qarşı tərəfə keçəndə silahlı ermənilər güllə atmağa başlayıblar. Nəticədə Əli Hacıyev yerindəcə ölmüşdü, Bəxtiyar Quliyev isə ağır yaralanmışdı və sonradan o da dünyasını dəyişdi. Bunlarla yanaşı 10-a yaxın yüngül yaralanan olmuşdu. Zeynal Məmmədovla Xudu Məmmədov Qarqar çayının içərisində uşaq qovalayırdı ki, geri çəkilsinlər.
- Xuraman Abbasovanın camaatı sakitləşdirmək üçün başının yaylığını açıb camaatın qabağına atdığı deyilir. Ancaq bildiyim qədər belə bir şey olmayıb. Bunun dəqiqini siz bilərsiniz…
- Xuraman xanım başına yaylıq bağlamırdı. O, həmişə norka papaq qoyurdu. O söhbəti Zeynal Məmmədov yaratdı. Zeynal Məmmədov belə bir mif uydurdu ki, ermənilər bilsinlər ki, Xuraman xanım yaylığı atmasaydı gəlib sizi məhv edəcəkdik. Zeynal müəllim o vaxt müsahibə vermişdi və orada özü bunu demişdi.
Yaralıları xəstəxanaya gətirdilər. Xəstəxananın qarşısına gəldik gördük ki, xəstəxananın həyətinə insan əlindən girmək olmur. Bəxtiyar da içəridə yaralı idi. Yarım saat keçdikdən sonra xəstəxananın içərisindən ağlaşma səsi gəldi, bildik ki, Bəxtiyar öldü.
Baş verən bu hadisədən sonra Xankəndində bizim millətdən olanları işdən çıxardılar, başladılar onları sıxışdırmağa. Xankəndindən qaçanlar üz tuturdu Ağdama, onlara da yardımı bizim komitə edirdi.
- Gələk “Qarabağ” klubunun Qarabağ adının alması məsələsinə. Bu proses necə baş verdi?
- 1988-ci il fevral ayının 22-də yuxarıda danışdığım hadisələr baş verəndən sonra Zeynal Məmmədovun fikri tam milli məsələyə yönəldi. O vaxt indiki Qarabağ klubu "Kooperator" adı altında çıxış edirdi. Zeynal Məmmədov o zaman klubun baş məşqçisi olan Adil Nadirovu və məni yanına çağırdı. Adil Nadirova dedi ki, dayın qurban, gedirsən Bakıya, deyirsən ki, klubun adını “Qarabağ” kimi qeydiyyata alsınlar. Adil Nadirov isə dedi ki, respublikada Xankəndinin “Qarabağ” adlı klubu var, ikinci “Qarabağ” adını qeydiyyata almazlar. Zeynal Məmmədov dedi ki, get Bakıya, əgər kimsə razılaşmasa mənə zəng edərsən, özüm həll edəcəm. Zeynal müəllim də mənə tapşırdı ki, Bakıya gedənlərə pul ver, gedib gəlsinlər. 2-3 gündən sonra Adil Nadirov sevincək gəldi ki, heç kəs etiraz etmədi, klubun adı “Qarabağ” oldu.
Təsəvvür edin, mart ayının 1-də çempionat başlayırdı, 1 həftə ərzində ad məsələsi həll edildi.
Zeynal müəllim Adil Nadirovdan soruşdu ki, başqa nəyə ehtiyacınız varsa, deyin. Adil dedi ki, uşaqların çoxusu işsizdir, maaş almırlar. Zeynal müəllim mənə tapşırıq verdi ki, kimlər işləmirsə onları idmançı kimi qeydiyyata alırsan, onlara maaş verirsən. Təbii ki, bizim idarənin elə bir ştatı yox idi. Biz futbolçuların maaşını qeyri-qanuni verirdik. Təxminən 17 nəfərə 1 il 120 manatdan maaş vermişəm. Adil Nadirov gedəndən sonra Zeynal müəllim mənə tapşırdı ki, Rayon pərakəndə ticarət idarəsinə get, futbolçulara geyim götür. Getdim, idarədən 25 dəst idman, 25 dəst də klassik kostyum, 25 dəst ayaqqabı, idman ayaqqabısı, toplar götürüb gətirdim “İmarət”ə, verdim uşaqlara. Aradan bir neçə saat keçmişdi, Adil Nadirov mənim onlara apardığım paltarların hərəsindən bir dəst götürüb gətirib ki, klubun adından sənə hədiyyə veririk.
Klubun pulunu rəsmi verə bilməzdik, ona görə də, əldə olan pullarla müəyyən əməliyyatlar aparıb, faizini çıxarıb futbolçulara verirdim.
Mövsüm bitəndən sonra klubun sponsoru Ağdamın şərab zavodu oldu. Siyavuş Fərzəliyev kluba canla-başla sponsorluq etdi.
“Qarabağ”ın yaranma tarixi və adları:
"Məhsul": 1951—1977
"Şəfəq": 1977—1982
"Kooperator": 1982—1987
"Qarabağ": 1987—2001
"Qarabağ-Azərsun": 2001—2004
"Qarabağ": 2004-cü ildən indiyə kimi
O cür məşəqqətli günlərdən gələn klub indi Çempionlar Liqasında oynayacaq. Ağdam işğal altındadır, “Qarabağ” üzümüzü güldürür. “Qarabağ”ın bu günə gəlməsində Adil Nadirovun çox böyük əməyi var, Qurban Qurbanov qədər, ona da təşəkkür düşür.
Elbrus Mustafayevin keçdiyi döyüş yolu ilə bağlı reportajı yaxın günlərdə diqqətinizə çatdıracağıq.
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder