22.09.2017

Ramil Usubovdan Artur Rəsizadəyə "məktub" — Erməni xüsusi xidmətinin növbəti ideoloji süqutu



1 ay öncə Ermənistanın Milli təhlükəsizlik xidmətinin sifarişi ilə voskanapat.info blogunun müəllifi Qrant Melik-Şahnazaryan, saxta bir "sənəd" yaymışdır.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun adından Müdafiə naziri Zakir Həsənova ünvanlanan "müraciət"də yazılmışdır ki, Azərbaycan tərəfi 2016-cı ilin aprelində qeyri-rəsmi olaraq çoxlu canlı qüvvə itirmişdir.


Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun adından Müdafiə naziri Zakir Həsənova ünvanlanan "müraciət"də yazılmışdır ki, Azərbaycan tərəfi 2016-cı ilin aprelində qeyri-rəsmi olaraq çoxlu canlı qüvvə itirmişdir.

Ölkə.Az xəbər verir ki, Azərbaycan mediasında bu barədə kifayət qədər tutarlı təkzib xarakterli yazılar yayımlanıb və təkrara ehtiyac yoxdur. Bir onu qeyd etmək lazımdır ki, Qrant Melik-Şahnazaryan "o məktubu" yazarkən Azərbaycan dilinin qaydalarına riayət etməyib və nazirin rütbəsini "G" hərifi ilə yox, "Q" hərifi ilə "Qeneral-polkovnik" olaraq yazıb. Melik-Şahnazaryan bu səhvini növbəti uydurmasında da düzəltməyi unudub. Qrantın atası, Azərbaycana qarşı daim təxribat dolu materialların müəllifi olan Levon Melik-Şahnazaryan oğlunu bu səhvlərinə görə qəbirdən çıxıb şapalaqlayardı yazsaq yalan çıxmaz.

Bir neçə gün öncə Qrant Melik-Şahnazaryan daha bir "sənəd" ortaya atıb. "Sənəd" Daxili İşlər naziri Ramil Usubovun adından Baş nazir Arur Rəsizadəyə ünvanlanmmışdır. Məktubda Qrant köhnə səhvini ört basdır etmək məqsədi ilə yazıb ki, Nəcməddin Sadıqovun məxvi müraciəti erməni mediasında yayımlandıqdan sonra cəbhəyani rayonlarda camaat vahimə əhval-ruhiyyəsindədir. Və Ramil Usubov baş nazirdən guya xahiş edir ki, polislərə camaat arasında təbliğat işləri aparmaq üçün yerli icra orqanlarına müvafiq göstəriş verilsin.

1 "sənəd"də 3 səhv birdən gedib. "Sənəd"ə diqqətlə baxın:

1. Nazirliyin blankında ünvan H.Haciyev 7 kimi göstərilib. Əslində küçənin adı Hacıyev yazılmalı idi. Azərbaycan dilində Haciyev soyadı yoxdur. Çünki ahəng qanununa uyğun deyil. Google maps proqramında da ünvan Hacıyev kimi göstərilir.
2. Çox mühüm məqamdır: DİN-in yerləşdiyi küçənin artıq 10 ilə yaxındır ki, adı H.Acıyev deyil. Həmin küçənin adı Azərbaycan prospekti gedir. Nazirliyin saytının əlaqə bölməsində ünvan Azərbaycan prospekti, 7 kimi göstərilib.


3. Bu səhv onu göstərir ki, Ermənistanın Milli təhlükəsizlik xidmətində sən demə, Azərbaycan dilini yaxşı bilən yox imiş. Sözü gedən saxta sənədin son sətri “Sizin göstərişinin verilməsini xahiş edirəm” sözləri ilə tamamlanır. Bu cür səhvi isə məktəbli uşaq buraxmaz. "Sənəd"də "Göstəriş verməyinizi xahiş edirəm" yazılsaydı, Azərbaycan qrammatikasına uyğun olardı. Görünür, Qrant erməni kimi düşünüb, erməni budaq cümləsi qurub.

Qrant Azərbaycan dövlət orqanlarının "yazışma"sını ələ keçirməzdən öncə, Azərbaycan dilinin qrammatikasını öyrənsə, yaxşı olar.

Maraqlıdır, görəsən bundan sonra Qrant hansı "sənəd"ləri üzə çıxaracaq?

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics