Türkiyənin “Anadolu Ajansı”nın təşkil etdiyi savaş dövrü
jurnalistləri üçün təlimlərə start verilib. 13-cü dəfədir baş tutan
təlimlərdə 3 qitədən 12 ölkədən qatılan jurnaistlər arasında bu il
Azərbaycan da iştirak edir.
Təlimlərdə Azərbaycanla yanaşı Əfqanıstan, Albaniya, Bosniya və Herseqovinya, Kenya, Kosova, Efiopiya, Pakistan, Filippin və Serbiyadan olan jurnalistlər də iştirak edir.
Təlimlərin ilk günü Türkiyə Polis Akademiyasında baş tutub. Açılışı edən “Anadolu Ajansı”nın Xəbər Akademiyasının kordinatoru Hayri Çetinkuş bildirib ki, biz “Anadolu Ajansı” olaraq münaqişə bölgələrinə "müharibə jurnalistikası" sertfikatı olmayan jurnalistləri göndərmirik.
Müharibə jurnalistikası təlimlərinin əsas məqsədinin jurnalistlərin düşdükləri çətin şəraitdə sağ qalması olduğunu bildirən H. Çetinkuş "kursda münaqişə bölgələrində sağ qalmağın yollarını sizə öyrədəcəyik", deyib.
İlk dərs xəritələrdə jurnalistlərin necə işləməsindən bəhs edib. Dərsi Türkiyə Polis Akademiyasının müəllimləri deyib. Daha sonra isə havadan hücum və bu zaman jurnalistlərin necə işləməsi barədə olub. Jurnalistləri bununla bağlı Türkiyə Hərbi Havaq Qüvvələrinin zabitləri məlumatlandırıb.
Öncədən bildirim ki, təlimlər hər keçən gün daha da ağırlaşır. Bu gün keçirilən təlimlərdə qaz bombası, təzyiqli su altında jurnalistlərin necə işləməsindən və bu hallarda dayanıqlılığın artırılmasından bəhs edildi. Bu barədə bir qədər sonra.
Gələk dünənki təlimlərə. Dünənki dərslər ilkin tibbi yarıdımın göstərilməsi haqqında oldu. Ankarada polis akademiyasında baş tutan dərslər iki yerə ayrıldı. Öncə nəzəri dərsləri deyən Polis akademiyasının müəllimləri dərslərdə jurnalistlərə yaralı olarkən və çətin vəziyyətə düşərkən necə davranmalarını izah etdikdən sonra dərslər açıq sahədə təcrübədən keçirildi.
Polis akademiyasının ərazisindəki meşəyə gedən təlim iştirakçıları huşsuz vəziyyətdə, avto qəza zamanı, qırıq, çıxıq və digər zamanlarda xəstə ilə davranmanı əyani surətdə həyata keçirdilər. Təlim iştirakçılarının yaralı ilə davranması müzakirə edilir, səhvləri başa salınır və tam doğru əməl edilənə qədər əyani dərslər davam edirdi.
İkinci gün isə daha ağır keçir. Polis Akademiyasının Ankara şəhərinin mərkəzinə gələn zaman bir neçə polisin bizə baxaraq nələrsə deyib güldüyünü görürəm. Öncə polislərin istehza ilə güldüyünü düşünürəm. Ancaq günün sonunda əslində bu gülüşlərin istehza yox, bizim düşəcəyimiz vəziyyətə görə olduğunu anlayıram.
Səhər dərsləri kimyəvi, radiaktiv, bioloji və nüvə silahları barədə oldu. Türkiyə silahlı qüvvələrinin zabiti kütləvi qırğın silahları haqqında təlim iştirakçılarını məlumatlandırdıqdan sonra, bu cür vəziyyətlə üz-üzə qalan zaman davranış qaydaları və jurnalistlərin necə işləməsi barədə tövsiyyələrini verir. İkinci dərsdə isə Azərbaycan Ali Hərbi Məktəbində də dərs demiş türk zabiti hərbi taktikalardan, müharibə qanunlarından bəhs edir. Bu dərslər bitdikdən sonra Polis akademiyanın binasından çıxıb, Akademiyanın təlim mərkəzinə yollanırıq.
Akademiyada bizi Ankara şəhər polis idarəsininn yüksək vəzifəli şəxsləri qarşılayır. Öncə insan hüquqları, söz azadlığı və sərbəst toplaşma azadlığından danışan polis zabitləri mitinq, aksiya, küçə yürüşləri və piketlər haqqında qanunun tələblərini başa salırlar. Mitinqlər, aksiyalar, küçə yürüşləri və piketlər zamanı jurnalistlərin yer seçməsi və davranış qaydalarını izah etdikdən sonra Akademiyanın müəllimləri ixtişaşlar zamanı polislərin istifadə etdiyi vasitələrdən danışaraq, bizi silahlarla əyani tanış edir.
Nəzəri dərslər bitdikdən sonra Akademiyanın həyətindəki meydana düşürük. Öncə qaz maskalarından istifadə qaydaları nəzəri və praktiki tərəfdən təlimçilərə öyrədilir. Daha sonra isə qaz maskası geyindikdən sonra təlim iştirakçılarının ayağının altına bibər qazı mərmiləri atılır. Qaz maskası geyinmiş jurnalistin bibər qazından necə xilas olacağını əyani olaraq bizə göstərirlər.
Bundan sonra meydan ixtişaş yerinə, jurnalistlər isə ixtişaşçı roluna girir. Bir an içərisində ətrafı tüstü duman bürüyür, rezin güllələr havada uçuşur və təlimçilərin üzərinə təzyiqli su, təzyiqli bibər qazı sıxılır. Göz yaşları, qışqırtılar ətrafa yayılır. Bir an içərisində meydan müharibə meydanına çevrilir. Meydandan qaçanlar isə daha ağır cəzalandırılır, ətrafdakı rezin güllələrlə silahlanmış polislər təlim iştirakçılarını rezin güllə ilə "mükafatlandırırlar".
İllərdir mitinqləri, küçə yürüşlərini işıqlandıran biri kimi deyə bilərəm ki, bir təlimdə bir ömürlük bibər qazı, təzyiqli bibər qazlı suya məruz qaldım.
Bu təlim jurnalistlərin ixtişaşlar zamanı üzləşəcəyi vəziyyətə davamlılığını artırmaq və bütün bunları əyani hiss etməyə hesablanıb.
Dərsin sonunda isə jurnalistlərin ixtişaş zamanı hansı yeri seçməsi, bibər qazına və digər vasitələrə məruz qalacağı vaxt necə davranması polis zabitləri tərəfindən təlim iştirakçılarına bildirilir.
Səhvlər və düzlər müzakirə edildikdən sonra bibər qazının dadına baxmış, təzyiqli sudan içib "islanmış cücə"yə dönmüş təlim iştirakçıları paltarlarını dəyişir, sözün əsl mənasında yana-yana otelə yollanırlar.
Sabah isə təlim iştirakçılarını nə gözləyəcəyi bilinmir, bilinən bir şey var ki, bundan sonrakı dərslər əvvəlkilərə baxmış toya getməli olacaq.
Qeyd edək ki, təlimdə istifadə edilmiş bütün vasitələr gerçəkdir.
Müharibə jurnalistinin işi təbii ki, risklər və sürprizlərlə doludur.
Təhlükənin haradan, nə zaman gələcəyi isə bəlli deyil. Təhlükə sudan, havadan, torpaqdan hər yerdən ola bilər. Su demişkən, mitinqlər, aksiyalar, küçə yürüşləri və piketlər zamanı jurnalistlərin yer seçməsi və davranış qaydaları dərsinin səhərisi günü hipotermiya dərsləri başladı. Yeri gəlmişkən, ixtişaşlar zamanı suyu əməllicə hiss etmişdik, təzyiqlisini, bibərlisini...
Hər dərsdən öncə olduğu kimi bu dəfə də 2 saat ərzində nəzəri bilgilər verildikdən sonra təlim iştirakçıları praktiki fəaliyyətə başlayır.
Qayıqlar göldə bizi hazır vəziyyətdə gözləyir. 4 qrup halında qayıqlara minirik. Qayığa gedərkən suyun necə soyuqluğunu bədənimiz hiss edir. Temperatur 10-15 dərəcə arasındadır. Gölün ortasına irəlilədikcə məlum olur ki, qrupumuzda 3 üzə bilməyən iştirakçı var. O an üçün bundan ağır xəbər ola bilməzdi.
Üzə bilməyənlərə suyun üzündə qalmaqları üçün hava jiletləri verildikdən sonra öncə onları suya asta şəkildə buraxırlar, daha sonra isə üzə bilənləri itələyirlər. Tapşırıqları isə suda alırıq, arxada qalan olarsa, qrup tapşırığı yerinə yetirməmiş sayılır və sudan arxası üstündə qrup şəklində çıxmaq lazımdır. Ayaqlar bir-birinin belinə dolanmış vəziyyətdə 5 nəfərdən ibarət "qayıq" əmələ gətirib üzməyə başlayırıq. 10 dəqiqə sonra pakistanlı iştirakçı Rizvan hipotermiyaya uğrayır, çənə əsir, dişlər bir-birinə dəyir. Kənardan izləyən qayıq, Rizvanı sudan çıxarıb sahildə gözləyən həkimlərin yanına aparır. 15 dəqiqə sonra isə daha bir iştirakçı filippinli Priam hipotermiyaya uğrayır. O da Rizvanın aqibəti ilə üzləşir. Beləcə 3 nəfər sahilə doğru üzürük. Yarım saat sonra suyun soyuqluğu daha çox hiss olunmağa başlayır. Əllərin, bədənin hərəkəti ilə yanaşı ağızın hərəkəti də vacibdir, danışmaq, bağırmaq, sayaraq qol çırpmaq vacib şərtdir, çünki bu zaman çənənin əsməsi və dişlərin bir-birinə dəyməsinin qarşısını almış oluruq. 1 saat yarıma yaxın vaxt keçdikdən sonra sahilə doğru gəlib çatırıq. Torpaq həsrəti bitir. Ayaqlar yerdədir, ancaq 1 saat yarıma yaxın kürəyi üstə və soyuq suda qalmaq öz sözünü deyir, ayaqlar bədəni üstündə saxlamağa çətinlik çəkir...
Sahilə çıxanda məlum olur ki, bizim qədər həkimlərin də işi çox və çətin olub, 6 iştirakçını hipotermiyadan xilas ediblər. Jurnalist hara, suda üzmək hara sualı təbii olaraq veriləcək. Buna cavab isə konkretdir, təhlükə hər yerdə var və hər şeydən öncə jurnalistin sağ qalmasıdır. Həyatda qalmaq bütün xəbərlərdən önəmlidir. Boğulmuş jurnalist xəbər gətirən yox, özü xəbərə çevriləndir. Jurnalist xəbər yerinə çatmaq üçün, müşahidə etmək və çəkiliş etmək üçün bəzən üzərək də getməli ola bilər.
Artıq ilk ağır dərsdən sonra "qazilərimiz" dediyimiz iştirakçılar meydana gəlir.
Hipotermiya dərsi bitdikdən sonra isə sabah xüsusi təyinatlı polislərlə təlimə hazırlaşmağımız tapşırılır. Hər kəs sabah nə olacağını səbirsizliklə gözləyir.
Saat 6:30-da yola çıxırıq. Xüsusi təyinatlı polis qüvvələrinin akt zalında qısa söhbətdən sonra əraziyə çıxırıq. Gülərüzlə, deyib gülərək bizi qarşılayanlar ərazidə heç də acımadılar.
Fotoapparat və video kamera çiyində sürünmək, bomba partlayarkən nələr etməyimizi öyrədirlər. Bir onu bilirəm ki, 1 il əsgərlikdə toplam süründüyümü üst-üstə qoysaq, bu 1 gün süründüyüm qədər etməzdi.
Axşam yeməyindən sonra bel çantalarını götürüb yola çıxırıq. Dağ səfəri başlayır, nə qədər gedəcəyimiz bəlli deyil. Bel çantası, başda dəbilqə, yolda pusqular, ara məsafəsini qoruyaraq yola düşürük. Gecə saat 11-də təyin olunan yerə çatırıq. 11 km-dən çox yol qət etmişdik. Dizlər əsir, yorğunluq, üzlərdən isə rəhim dilənir. "Komutanım, harada yatacağıq?" sualına isə xüsusi təyinatlı polislərin ürəkdən gülməsi ilə cavab alırıq. Bizi 4 qrupa bölüb, dağın ətrafına qrup-qrup səpələyirlər.
Qarşımızda çoxlu sayda daşlar var. Dağ havası, soyuq külək, saatlar keçdikcə sayuq adamın iliyinə işləyir. Qarşımızdakı daşlardan sığınacaq hörməliyik, elə bir sığınacaq ki, oturarkən baş görünməməlidir. Bu həm gizlənmək üçündür, həm də küləkdən qorunmaq üçün.
Gecə saat 2. Toplanış var. Hər kəs bir yerdədir. Havaya işıqlandırıcı atılır. Qarşı tərəfdəki dağda kiçik ağac göstərilir və tapşırıq verilir, "oradan şəkil çəkib gəlmək lazımdır". Ancaq şəkil çəkməyə gedərkən tək olmayacağıq, puskular da bizimlə olacaq. Dərslər bitdikdən sonra səhvlər və düzlər müzakirə olunur, bütün suallar cavablandırılır və gecə növbəsi başlayır. Növbətçinin yatması qrupun taleyinə bərabərdir, yatılı tutulan növbətçi qrupun alacağı xalı da sıfırlamış olur. Bu səbəbdən heç kim heç kimə etibar etmədən sabaha qədər oyaq qalır.
Hava işıqlanır, artıq külək də yoxdur. Günəş dağların arasından şüalarını saçır. Gözlər qamaşır, sanki hər kəs ilk dəfədir günəşin doğmasını izləyir.
Çörək arasında pendir və kolbasa paylanılır, yeməkdən dərhal sonra səfər hazırlığı başlayır. Bu dəfə daha uzun 25-27 km məsafə. Artıq qrupumuzda "qazilər"in sırasına ikisi də əlavə olunub.
Uzun məsafəli puskulu yolu gəlib çatırıq. Hər kəs bitdi düşüncəsinə qapılır, ancaq xüsusi təyinatlı polislər bitdi demədən bitmədi. Öyrəndiklərimizin hamısının imtahanı var. İmtahan isə fotoaparat və video kamera ilə göstərilən yerdən çəkiliş edib, məlumat yığıb gəlməkdir.
Artıq bədən də arsızlaşıb, imtahan bitəndən sonra sual verilir, sabaha hansı dərslər var?
Bu dəfəki dərslərimiz fövqəladə hadisələr baş verən zaman jurnalistlərin davranışı və fövqəladə hallara hazırlığıdır. Dərslər zamanı iplə binadan aşağı düşmək, dağıntı altına girmək, orada çəkiliş və helikopterdən aşağıya iplə düşməyi öyrədirlər. Bu dərslər çətinliyi ilə yanaşı, həm də adrinalin dolu olur. Türkiyənin Fövqəladə Hallar nazirliyinin əməkdaşları eyni zamanda həm davranışı öyrədir, həm də jurnalistin necə və hansı formada işləməsini iştirakçılara başa salır. Dərsin sonunda musiqi səslənir. Yorğunluqdan əldən düşmüş müharibə jurnalistləri rəqsə başlayır, stress atmaq zamandır. Sən saydığını say, gör müəllimlər nə sayırmış. Rəqs edən kim, əl çalan kim, olanları videoya çəkən kim. Əyləncənin ən şirin yerində yer ayağımızın altından qaçır. Sən demə binanın bir bölümünün altına süni zəlzələ aparatı quraşdırılıb və beləcə 4.5 bal gücündə zəlzələni yaşayırıq. Bu da bizim imtahanlarımızdan biri olur.
Son gün isə minalar, təhlükəli ərazidə davranış və diqqətin yoxlanılması olur.
Dərsləri Türkiyənin Polis Akademiyasının "bomba imha" bölümünün əməkdaşları deyir. Öncə sinif dərsləri. Minalar, əl qumbaraları, tələlər göstərilir, izahatlar verilir, suallar cavablandırılır. Dərsin belə desək şirin yerində sinifdə partlayış olur. Artıq hər kəsin qulağı səsdə olur, görən nə zaman partlayış olacaq. Əgər sinifdə partlayış olursa, çöldə nələr olacaq çox maraqlıdır.
Sinif dərsləri bitir. Kaskalarımızı və zirehli jiletlərimizi geyinib çöl dərslərinə başlayırıq. Sürünərək hərəkət edir, puskulardan yayınır və praktiki olaraq jurnalist fəaliyyəti ilə məşğul oluruq. Dərslər bittikdən sonra bədəninə və bel çantasına bomba bağlayan kamikadze özünü partladan zaman nələr baş verir onu izləyirik, minaya düşmənin fəsadlarını maketlər üzərində görürük.
Artıq sabah son gündür. Bir birinə öyrəşmiş təlim iştirakçıları daha yaxın, mehriban olmağa başlayır. Hər kəs bir birinin nömrəsini alır, sosial şəbəkədə tapışıb dostlaşır.
Səhər tezdən oteldən ayrılıb avtobusa minəndə hər kəsin üzündə, gözündə qəribə ifadələr əmələ gəldiyini sezmək olur. Nə qədər ağır, çətin olsa da, son dərəcə əhəmiyyətli bir təlim bitir. Bütün ağrılar unudulub. İndidən darıxmaq başlayıb.
2 saat sinif dərsindən sonra yollanırıq TİKA-nın baş ofisinə. Təlimlərin qarşılığını alacağıq. Hər kəs həyacanla öz adını gözləyir. İlk üçlüyə "üstün başarı" sertfikatı veriləcəyi deyilir. Birinci yerə Bosniya və Herseqovinyadan, jurnalist Amir Nuspahiç, ikinci yerə isə Azərbaycandan, jurnalist Səxavət Məmməd layiq görülür.
Səxavət Məmməd
Fotolar: Güven Yılmaz

Hiç yorum yok:
Yorum Gönder