Dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin meyitləri may ayının 16-da aşkarlanıb.
5 ay sonra alpinistlərin meyidlərinin tapılması özü ilə birgə çoxlu sayda suallar yaradır.
Alpinistlər 3 gün ərzində zirvəyə qalxmalı və geri qayıtmalı idilər. Peşəkar alpnistlərlə söhbət zamanı məlum olur ki, Tufandağa çıxmaq üçün 5 gün lazımdır. Ancaq Ekologiya və Təbii Sərvətləri Nazirliyi alpinistlərə cəmi 3 gün vaxt verib. Verilən müddətin azlığı da müəmmadır. Əlverişli yer seçminə 3 günlük möhlətin əngəl olduğu təxmin edilir. Belə ki, vaxt azlığı alpinistləri gecələmək üçün Mahmud dərəsinin sonunda çadır qurmağa məcbur edib.
Könüllülərlə Sərhəd Qoşunlarının getdiyi ilk gün Milli parkın traktoru olsa da, yolu açmamışdı. Hətta Milli parkın rəhbəliyi və ETSN-nin rəhbərliyinin könüllü alpinistlərin əraziyə gələcəyindən məlumatları olsa da, yolu təmizləməyiblər. Nəticədə onlar lapatka ilə yol qazıblar. Bunu görən FHN-nin helikopteri enib, könüllü alpinistləri əraziyə aparır. Yol açıldıqdan sonra Sərhəd Qoşunları şah yaylağa çıxır və sonra yenidən geriyə qayıdır. Alpinistlərin əraziyə girdiyi gün Azərbaycanda ikinci ən böyük küləkli gün olub. ETSN meterologiya idarəsi həmin ərazidən 3 km kənarda yerləşir. Amma hava pisləşsə də Mahmud dərənin baş hissəsində metrologiya idarəsinin 10 əməkdaşı olduğu halda əraziyə alpinistlərin arxasınca gedən olmayıb. Bu havada alpinistlərin əraziyə buraxılması da ciddi suallar yaradır.
Alpinistlərin itkin düşməsindən dərhal sonra axtarışlara başlanılır. Ancaq axtarışlara rəhbərlik edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini (ETSN) Firdovsi Əliyev Fövqəladə Hallar Nazirliyinin iş aparmasına mane olub. Axtarışda ETSN, FHN-nin əmkdaşları ilə yanaşı könüllülər də iştirak edib. Onlar arasında Emil Vəliyev, Şirxan Məmmədov və digərləri olub. Axtarışa rəhbərliyi də Şirxan Məmmədov edib.
Axtarışların aparılmasından bir neçə gün sonra qar yağmağa başlayır. Mahmud dərəsində qarın qalınlığı 15-20 metrə çatır. Maraqlıdır ki, axtarış günü yollar ekoloq traktorlar tərəfindən təmizlənməyib. Bundan əlavə ETSN-nin rəhbərliyi axtarışların 2-ci günü gecə saatlarında əraziyə gəlib. İlk 2 gün onları hər yerdə axtarıblar hətta zirvəyə qədər çıxılıb. Heç yerdə tapa bilməyəndə sonra axtarışda iştirak edən alpinistlər belə qərara gəlib ki, onlar qar uçqunu altında qalıblar.
İlk günlər FHN-nin xilasedicilərinə şərait yaradılmadığı vurğulanır. Qazıntıların düzgün aparılmamasına etiraz edən könüllüləri Firdovsi Əliyev ərazidən uzaqlaşdırıb. Emil Vəliyev alpinistlərin indi tapıldığı yeri qazmaq lazım olduğunu dedikdə, Əliyev, “şou göstərmə” deyərək onu qovub.
Verilən məlumata görə, ETSN-nin əməkdaşları Mahmud dərəsini qazmaq yerinə, qumluq ərazilərdə axtarış aparıblar. Bu da alpinistlərin narazılığı ilə qarşılanıb. Maraqlıdır ki, alpinistlərin üzərində siqnalverici cihazlar olmayıb. Araşdırma zamanı məlum olur ki, alpinistlər, demək olar ki, heç vaxt siqnalverici cihazlardan istifadə etməyiblər. Alpinistlərlə söhbət zamanı Hüseynqulu Bağırovun şəxsi istəklərinin həmişə ön planda olduğunu və ona qarşı gələn bütün alpinistlərə qadağa qoyulduğunu bildiriblər.
Əldə etdiyimiz məlumata görə, alpinistlər əvvələr 5 gün öncədən əraziyə gedib məşq edir və sonra zirvəyə doğru hərəkət edirmişlər. Ancaq bu dəfə Hüseynqulu Bağırov buna qarşı çıxıb. Nazirin qərarının nəticəsi də ortadadır.
Vaxtında Hüseynqulu Bağırova qarşı çıxan alpinistlərin əraziyə gəlməsinə məcburən icazə verən ETSN sonradan da onların işinə maneə törədib.
Əldə etdiyimiz məlumata görə, ETSN könüllülərinə ərazidə işləməsi üçün traktorlar da verilməyib. Hüseynqulu Bağırov açıqlamasında dediyi kimi, dövlət tərəfindən 100 000 manata alınmış maşınlar əraziyə çıxarılmayıb və axtarışa niyə qoşulmayıb. Bu da özlüyündə cavabsız suallar ortaya çıxarır.
Araşdırma zamanı məlum olur ki, axtarışın düzgün aparılmamasının əsas səbəblərindən biri də ETSN ilə FHN-in yola getməməsi olub.
“Everest” İdman Klubunun direktoru Rusif Bağırovla söhbət zamanı bildirir ki, ilk gündə sadəcə FHN-nin Toğrul Mehdiyevin rəhbərlik etdiyi xüsusi riskli qurupu hazırlıqlı gəlmişdi, digərlərinin heç bir hazırlığı olmayıb:
“Axtarışlarda tamam adiyyəti olmayan təpələrə yönləndirmişdilər. Əgər düzgün iş aparılsa və texnika vaxtında gəlsə idi, 1 həftə və ya 10 gün ərzində alpinistləri tapmaq olardı. FHN hadisədən 9 gün sonra orda gərargah qurub, medianı apardı şou göstərməyə. Könüllülər medianı məlumatlandırıb, qərargah istəməsəydilər, FHN qərargah qurmazdı”.
Axtarışları həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev bildirib ki, əvvəl həmin ərazidə 10-12 metr hündürlükdə qar var idi. İsti havadan sonra qarın hündürlüyü 4 metrə qədər azalmışdı.
Toğrul Mehdiyevin bu açıqlmasına isə “Everest” idman klubunun direktoru Rusif Bağırov sosial şəbəkədə cavab verib. Rusif bağırov fotolarla sübut edib ki, alpinist dostlarımızın cəsədləri FHN-nin qeyd etdiyi kimi 4 metr deyil, 1.20/30 sm dərinlikdən çıxarılıb.
Axtarışlara ETSN, FHN, könüllülərlə yanaşı Avstriya Daxili İşlər Nazirliyinin xilsaetmə polisi, alpinist Adolf Harrer və Türkiyədən bir qrup axtarışlarda iştirak edib.
Məsələ ilə bağlı cinayət işi açılıb, istintaq gedir. Günahkarların kimliyi isə bu təhqiqatda meydana çıxacaq.
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder