Türkiyənin Azərbaycanda kritik situasiyaya hazırlıq istiqamətində perspektiv siyasi dəyişiklik etmək məqsədilə müəyyən qabaqlayıcı addımlar atdığını yazmışdım. Son məlumata görə, bu məsələdə Türkiyə tək deyil, təbii ki, bölgədə əsas söz sahibi olan Rusiyanın icazəsini almadan iş görmək ən azı sadəlövhlük olardı. Rusiyanın kimin əli ilə bu işlərdə rol oynayacağına növbəti yazıda toxunulacaq.
Ötən yazıda yazmışdım ki, əldə etdiyim dəqiq məlumata görə, yanvar ayının 27-i MHP öz namizədinin kim olmasına aydınlıq gətirib.
MHP kimi istəyir? Təbii ki, türkçü, turançı biri olmalıdır. Bundan əlavə heç bir hakimiyyət dönəmində təmsil olunmayan nə ən əsası arxasında böyük gücü olmayan, külli miqdarda pulu olmayan biri. Belə bir namizədi uzaqda yox yaxında axtarmaq daha yaxşıdır. Türkiyəyə bağlılığı olan, ona sığınmış biri. Elçibəy ailəsinə yaxın olması isə həmin şəxsin üstünlüyü olardı. Və oldu da...
Türkiyə kəşfiyyatı, MHP Azərbaycanda vətən, millət, Turan deyərək istəyinə çata bilcəyini düşünür, ən azı cəmiyyəti millətçi prinsiplərə inandıracaqlarına, həssas məqamlara dəyər veriləciyinə inanırlar. Bu mümkündürmü? Mümkünsüz heç nə yoxdur.., amma Azərbaycan reallığında bu mümkünlüyün nə qədər arxa planda olduğundan nə kəşfiyyatın, nə də millətçilərin dərin informasiyaya malik olmadığını, ölkənin ictimai-siyasi ab-havasını bir qədər bilən şəxs də təsdiqləyə bilər.
Bəs, MHP-nin namizədi kimdir? Elçibəyin kürəkəni Aqil Səmədbəyli. Əldə etdiyimiz məlumata görə, yanvarın 27-i MHP başqanı Devlet Bahçelinin dəvəti ilə ziyafət verilib və həmin ziyafətin, həm də Aqil Səmədbəylinin təqdimat mərasimi olduğunu desək yanılmarıq.
Ziyafətdən sonra Aqil Səmədbəyli ilə MHP rəhbərliyi arasında bağlı qapılar arxasında danışıqlar baş tutub. Bunun təfərrüatı barədə məlumatsız olsaq da, Aqil Səmədbəylinin bir neçə gün əvvəl bir neçə azərbaycanlı tələbə ilə söhbətində çox şeyə aydınlıq gətirlib. Mesajları isə konkretdir.
Ötən yazıda İsgəndər Həmidov və Azərbaycan Xalq Hərəkatınının təsis günü barədə bəzi məqamalara toxunmuşdum. 27 yanvar MHP başqanının verdiyi ziyafət zamanı bir neçə MHP-li, İsgəndər Həmidovun niyə görə, yanvar ayının 26-da Aqil Səmədbəylinin AXH-nin yanında olmasını açıqlamadığını sorğulayıblar. Partiyada daha yüksək post tutan şəxslər isə bu adın AXH-nin yanında olmasının açıqlnamasının hələ tez olmasını bildiriblər. İddia olunur ki, AXH-nin başına Aqil Səmədbəyli də gətirilə bilər.
Baş verən məsələlər hələ bununla yekunlaşmır. Aqil Səmədbəylinin seçilməsi digər qüvvənin hərəkətə keçməsinə səbəb olub. Belə ki, Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də hərəkətə keçib. Hürrü Əliyevin yaxın günlərdə MHP sədri Devlet Bahçeli ilə görüşəcəyi deyilir. Bundan əlavə Hürrü Əliyevin iş adamı Mübariz Mənsimovla da görüşü nəzərdə tutulur. Niyə Mübariz Mənsimov? Buna da aydınlıq gətirəcəyik.
Hürrü Əliyevin bir neçə gün öncə "Yaxın günlərdən etibarən Vahid Milli Güc İttifaqının yaradılması üçün döymyəcəyimiz qapı, pəncərə qalmayacaq", deyə, şəxsi facebook hesabından paylaşım edib. Bu paylaşımla əldə etdiyimiz məlumatlar isə tam üst-üstə düşür.
Aqil Səmədbəyli və Hürrü Əliyevdən başqa Elçibəyin qızı Çilənay Səmədbəylinin də aktiv siyasətə qoşulacağı deyilir. Hətta Çilənay Səmədbəylinin təşkilat quracağı da ehtimallar arasındadır. Hürrü Əliyevin fəaliyyətə keçməsi( bəlkə də keçirilməsi) isə Səmədbəyli ailsini narahat etmir. Çünki layihənin rəhbərləri açıq açığına bildirib ki, Hürrü Əliyevlə görüşlər olsa da, Çilənay Səmədbəyli üzərindən iş aparacaqlar. Hürrü Əliyev sadəcə olaraq protokol qaydasında qəbul ediləcək. Bəlkə də edilib...
İsgəndər Həmidovun qəflətən fəallaşması onsuz da diqqət çəkən məqam idi. Keçmiş Daxili işlər nazirinin MHP ilə yaxınlıq etmək arzusu da heç kimə sirr deyil. Bir neçə siyasətçi ilə söhbət zamanı onlar bildirib ki, MHP İsgəndər Həmidova nələrisə vəd edə bilər.
Türkiyədə oxuyan fəal tələbələrə Aqil Səmədbəyliyə artıq dəstək verildiyi barədə məlumat verilib və onunla tələbələr arasında görüş də keçirilib. Görüş zamanı Aqil Səmədbəyli açıq-açığına deyib ki, Türkiyə məndən başqa kimə dəstək verə bilərdi ki? Aqil Səmədbəylinin görüşdə dediklərindən bəziləri:
"Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Azərbaycan Türkiyənin güvənlik şəridindədir".
Tələbələrdən biri sual verir - Yəni, siz Türkiyədən o dəstəyi almısınız.
Cavab: - Türkiyə özünü sevirsə mənə dəstək verməlidir. Məndən başqa kimə dəstək verəcəkdir ki?
Aqil Səməbəylinin vədləri nələridir? Maliyə və böyük əfv aministiyası. Hakimiyyət devriləcəyi təqdirdə bu günə qədər qazanılmış pullar bağışlanır. Bundan əlavə siyasi məhbuslara və digr şəxslərə qarşı cinayət törətmiş şəxslər əfv edilir. Yəni, keçmiş hakimiyyətdən heç kim cəzalandırılmır. Bir növ hakimiyyələrin təhvil təslimi baş tutur. Qısası Aqil Səmədbəyli qisascılıq etmiyəcəyini bəyan edir. Bu nüansa xüsusi diqqət yetirilməlidir. Maliyyə aministiyası barədə deyilənlər mövcud hakimiyyətin yaralı yeri olduğunu Aqil Səmədbəyli yaxşı bilir və klan üzvlərinə çatdırmaq istəyir ki, ekstremal vəziyyət yarandığı halda, fiziki və maddi toxunulmazlığın qarantı yalnız o ola bilər və bu seçimlə razılaşmağa məhkumdurlar. Axı, onun özü əslən klanın sağ qolu sayılan Qərbi Azərbaycan kökənlidir, ailəsi isə Elçibəy tərəfdarı olan bir qrup millətçi kəsimin, müxalifətin , həm də klanın qəbul etdiyi ailədir. Bu faktorlar siyasi kataklizmlər yaşananda zəmanət üçün yetərli sayıla bilərmi? Azərbaycan əhalisinin klan və klanətrafı zümrənin nümayəndələrindən on illərdir ki, çəkdiyi zülmü hesablamayanlar yalnız bu xəyala düşə bilərlər.
Bir neçə gün öncə Aqil Səmədbəyli ilə İstanbul MHP başqanı və türk ordusnun iki generalı arasında görüş keçirilib.
Gələk bu məsələnin əsas yerinə. Siyasətin yanacağı puldur və bütün siyasi fəallıqlar, hərəkətlənmələr təbii ki, külli miqdarda pul hesabına baş tutur. Aqil Səmədbəyli pul məsələsini necə həll edəcək? Təbii ki, Türkiyə rəsmi olaraq bu addımı atmaz, MHP-nin isə o qədər maliyyə vəsaiti yoxdur. Bunun üçün isə maliyyə qaynağı lazımdır.
MHP Aqil Səmədbəyli üçün hansı maliyyə qaynağını yaradacaq? Bu barədə növbəti yazıda...
Səxavət Məmməd
Keçmiş iş işleri bakanı İşkender hemidov yeniden AHC sıralarına sokulursa ikinci bir hüsran yaşanır. çünkü hemidov geçmiş kgb ajanları olan resul kuliyev ve nimet penahlı ile omuz omuza vermiş.
YanıtlaSil