2016-cı ilin nəticələrinə həsr edilmiş mətbuat konfransında RF XİN rəhbəri Sergey
Lavrov Azərbaycanın ərazi bütövlüyünə nə suverenliyinə zidd olan ifadələr işlədib.
Daha dəqiq desək, Dağlıq Qarabağın mövzusunda Azərbbaycanlı jurnalistin sualına
cavab verərkən Lavrov deyib ki, “münaqişənin güc yolu ilə həll edilməsi
abstrakt deyil və (sitat) “Azərbaycan
Respublikasının daxili işi ola bilməz”.
O həmçinin əlavə etmişdi ki, tərəflərinin
etdiyi bəyanatlarda və imzaladıqları sənədlərdə münaqişənin sülh yolu ilə həll
edilməsi birmənalı olaraq qeyd olunub. Rusiyanın xarici işlər naziri həm də
aprel ayında Qarabağda baş verən “qanlı hadisələrlə” bağlı narahat olduğunu
bildirdi. Əslində Rusiyanın rəsmi nümayəndəsi silahlı qüvvələrimizin Dağlıq
Qarabağda bir sıra mühüm yüksəkliklərin ələ keçirdiklərini pisləyib.
Rusiya XİN rəhbərinin yadına salmaq istərdik
ki, Rus Federasiyası “SSRİ”-nin hüquqi varisi deyil, Azərbaycan isə heç zaman
RF-in əyalətlərindən biri olmayacaq. Ona görə, Azərbaycanın öz ərazi
bütövlüyünü bərpa edəcəyi, Dağlıq Qarabağda terrora qarşı hərbi əməliyyatın küçirəcəyi
və bu sahədə hər hansı bir addım atacağı, onun öz daxili işi olmasa, kimin işi ola bilər? Necə ki, şimali
Qafqazda separatçı ocaqların məhv edilməsi, və yaxud Yaponiya ilə Kuril adaları
ətrafında qarşıdurmanın həlli sırf Rusiyanın öz daxili işidir. Üstəlik Lavrovun
nümayəndəlik etdiyi ölkənin rəhbərliyi Azərbaycan Respublikasının ərazi
bütövlüyünü tanınışdır.
O ki qalıb Lavrovun “7 rayon əvəzinə
Qarabağın statusunun müəyyən edilməsi”nə, Azərbaycan tərəfi dəfələrlə Qarabağda
yerli idarəetmə imkanları barədə bəyanatlar versə də, ərazi bütövlüyümüzün müzakirə
mövzusu olmayacağını vurğulamışdır. Məhz ona görə, erməni və rus tərəfinin dəfələrlə
Qarabağ separatçı rejimini danışıqların üçüncü tərəfi olaraq cəlb etmək cəhdlərinin
qarşısı alınmışdı.
Təbii ki, Ermənistanın mövqeyi bizim üçün tam
aydındır. Bu dövlət, işğal etdiyi torpaqlarda qurduğu kukla rejimini dövlət
kimi tanıya bilmir, çünki dərhal təcavüzkar və işğalçı elan ediləcək. Bu
səbəbdən, Ermənistan rəhbərliyinə münaqişənin həllini uzatmaqdan başqa bir əlac
qalmayıb – bu onların minimum proqramıdır. Maksimum proqramına gəldikdə, bu
erməni rəhbərliyin “dqr” adlı kukla teatrını dövlət olaraq gidər ölkələrə, həmçinin
Azərbaycana tanıtdıraraq, sonradan Qarabağda “referendum” keçirdib Ermənistanın
ərazisinə qoşmaqdır.
Sergey Lavrovun toxunduğu “Qarabağın statusu” məsələsi Azərbaycan
Konstitusiyasının 11 maddəsinə görə real deyil. Sərhədlərin dəyişməsi, muxtar
vilayətlərin yaradılması və s. kimi məsələlər yalnız ümummilli referendum əsasında həyata keçirilir. Təbii ki,
Azərbaycan xalqı Qarabağın Ermənistana verilməsinə, ya dövlət kimi tanınmasına
səs verə bilməz – bunun Lavrov aprelin 5-də Bakıda səfərdə olarkən canlı şahidi
olub.
Bundan başqa Lavrovun nümayəndəlik etdiyi dövlətin rəhbərliyinə məlum
olmalıdır ki, bloqçu Aleksandr Lapşin haqqında cinayət işin açılması heç də
əsassız deyil. Moskva narazıdır ki, dövlətimiz, sərhədimizi qanunsuz pozaraq
Qarabağa guya “səyahət” məqsədilə gedən bloqçunun tutulmasını və Azərbaycana
ekstradisiyasını tələb edir. Rusiyanın tarixindən daha bir misal gətirək. 90-çı
illərin sonunda Kodori dərəsindən Çeçenistana keçərək Rusiyanın sərhədini pozan
xarici vətəndaşlara qarşı (əsasən ərəb və əfqan mənşəli) dəfələrlə cinayət işi
qaldırılmışdır. Halbuki, həmin sərhəd pozucularının cəmləşdiyi əyalətlər Rusiya
federal qüvvələrinin nəzarəti altında deyildi.
Eyni səbəblərə görə, Azərbaycan Respublikasının hər hansı şəkildə dövlət
sərhədinin pozulması qanunvericiliyimizdə cinayət sayılır və müvafiq
tədbirlərin görülməsini tələb edir. Rusiyadan fərqli olaraq, hətta Lapşinin
2-ci vətəndaşlığı olan İsrail bu barədə hər hansı bəyanat verməyib. İnanmıram
ki, “bloqçuların dostu” olan Sergey Lavrov bunu bilməsin.
Nail Vəliyev
Hiç yorum yok:
Yorum Gönder