Bakıya
gələn və evlə təmin edilən erməni qadını ölkənin gündəmini zəbt edib. Bir
çoxları, xüsusən də Qarabağ müharibəsi zamanı yurd-yuvasından didərgin düşənlər,
orada şəhid olanların ailələri və vətənpərvərlər bunu şiddətlə qınayır. Ancaq
bnu bəyənənlər də az deyil. Hətta buna sevinənlər də var. "Qardaşlarımız gəlir!"
deyənlər də var.
Unutqan
xalqıxmı? Bəli! Unutqanıx! Biz nələri unutmamışıq ki?! Gedək lap əvvələ. Bir
çoxlarımız elə bilir ki, ermənilərlə Azərbaycan xalqı arasındakı davalar
Qarabağla əlaqədardı. Əsla! Yalan və yalnış!
Sosial
şəbəkədə özlərinə "bakılılar" deyənlər (təbii ki hamıya aid deyil), hər
fürsətdə qaçqın və məcburi köçkünləri qınayır, təhqir edirlər. Ancaq həmin şəxslər
unudur ki, 1905-ci ildə ermənilər Qarabağda yox, məhz Bakıda qırğınlar tördiblər. Bundan 13 il sonra ermənilər Bakı,
Şamaxı, Quba, Cavad (Gəncə), Lənkəran, Nuxa (Şəki) və Qarabağda qırğınlar törədiblər.
O
zaman təşkil edilmiş Fövqəladə Təhqiqat Komissiyası 31 mart soyqırımı zamanı
Bakıda 11 min nəfərin öldürüldüyünü, Məhəmməd Əmin Rəsulzadə isə öz yazılarında
faktlara əsaslanaraq 12 min nəfər azərbaycanlının öldürüldüyünü bildirir.
Şamaxıda 18 min, Qubada 4 min-dən çox soydaşımız və dindaşımız erməni vəhşiliyinin
qurbanı olub. Araşdırmaçılar bildirir ki, Qarabağda qırğınların həcmi daha
böyük olub, ancaq vəziyyətin pisliyinə görə o zaman Qarabağdakı qırğınların
sayını və həcmini tam dəqiq sənədləşdirmək mümkün olmayıb. Fövqəladə Təhqiqat Komissiyası
mart ayında baş verən soyqırımı ilə bağlı Qarabğdakı qırğını araşdırarkən
bildirib ki, Qarabğda güllə altında işləyirdik, ona görə də, tam dəqiq
araşdırma aparmaq mümkün olmayıb.
31
mart soyqırımından bir qədər sonra, daha dəqiq desək 28 mayda Azərbaycan
Cumhuriyyəti quruldu. 23 ay sonra Cumhuriyyət süquta uğradı, Azərbayca SSRİ-nin
tərkibinə qatıldı. Sovetlərə bir-birini yeyən iki xalq lazım deyildi. Bunun
üçün nə etdilər? Beynəlmiləlçilik sousu altında iki xalqı barışdırmağa
çalışıdlar və bu alındı. 31 mart soyqırımı zamanı həlak olanların dəfn edildiyi
indiki Şəhidlər xiyabanı parka çevrildi və parkı sonradan Kirovun heykəli ilə bəzədildi.
Və həmin park fahişələrin, narkomanların, alkaşların yığışdığı bir yerə
çevrildi. 31 mart soyqırımı zamanı həlak olanların qəbri üstündə nəşə çəklir,
iki içilir, fahişələr “müştəri” axtarırdılar.
Ermənilər
hamısı pisdirmi? Bilmirəm! Bəlkə də yaxşısı da var. Əlaqəm olmayıb. İlanın
ağına da lənət, qarasına da!
Niyə ilanın ağına və qarasına lənət?
Ona
görə ki, ermənilər bizdən fərqli olaraq ideologiya ilə yaşayırlar. Dənizdən-dənizə
"böyük Ermənistan" ermənilərin əsas ideologiyasıdır. Əsrlərdir ki, bu
ideologiya onları ayaqda tutan bəlkə də tək gerçəkdir.
Babam
danışırdı. 80-ci illərin əvvəlində babab evini 2 erməni ustasına təmir elətdirir. Bir gün bu 2 erməni gəlib babama deyir, evin üstündə qılınclar var. Onları bizə
sata bilərsiniz? Babam deyir, olmaz. Onlar babalardan qalan əmanətdir.
Satılmır! Bir neçə gün sonra erməni ustalar təmiri yekunlaşdırır. Babam işdən gəlir
ki, ustaların pulun versin. Gəlib görür ki, ustalar yoxdur. Evdə, həyətdə, məhlədə
ustaları axtarır. Ancaq ustalar elə bil yer ayrılıb yerə giriblər. Birdən
babamın ağlına qılınclar gəlir. Gedib baxır ki, qılınclar yoxdur. Babam o zaman
anlayır ki, ustalar təmirin pulunu qılınclarla əvəzləyiblər. İndi həmin
qılınclar, hansı muzeydə, kimin adına saxlanılır, onu bir ermənilər bilir. Bunu
yazmaqda məqsədim odur ki, erməni üçün fərqi yoxdur. Hər şeydən öndə gələn ideologiyadır.
Azərbaycanda
ideologiya varmı? Yox! Türkçülük, Turançılıq, Azərbaycançılıq ideologiyası
tutmayan, işə yaramayan, xalqı öz ətrafında toplamağı bacarmayan qrant layihəni
xatırladır.
1980-cı
illərin sonlarınadan məlum olur ki, beynəlimləlçilik əslinə qalsa Azərbaycan
xalqı üçün keçərli olub. Biz unutumuşuq, ermənilərdən qız almışıq, kirvə
tutmuşuq, "Qardaş olub Hayastan, Azərbaycan" mahnısı da oxumuşuq,
ancaq ermənilər "Dənizdən-dənizə "böyük Ermənistan" ideologiyasını
qəlblərində yaşadıblar.
Nəticədə
1988-ci ildən başlayaraq ermənilər Azərbaycana qarşı torpaq iddiasına qalxdılar
və Azərbaycanla Ermənistan arasında müharibə başlayır. Nəticəsə Azərbaycanın
20% torpağı işğal edilir, minlərlə insan həlak olur, əsir götürülür, 1 milyona
yaxın insan isə qaçqın və didərgin düşür.
Bakıda doğulmuş Hari Kasparov Birinci
Qarabağ müharibəsindən sonra belə bir açıqlama
verir, bu müharibə bizim üçün də pis oldu. Bakıda yaşayan erməniləri düşünmədik.
Onlar da didərgin düşdü. Ermənilər Bakıdan gedəsi oldu. Azərbaycanlılar isə öz
doğma dədə-baba yurdundan didərgin. Bakıdakı ermənilərin boş qalan evləri zəbt edildi.
Düzmü edildi? Bəli! Ermənilər torpaqlarımızı işğal etməkləri azmış kimi, Azərbaycandakı
evlərini geri almaq, ən azı kompensasiyası almaq üçün Azərbaycanı Avropa məhkəməsinə
verdilər.
Sınmış,
qüruru qırılmış Azərbaycan xalqı bir daha 2016-cı ilin aprel ayında özünə gəlir.
Ordumuz bir neçə günlük müharibə zamanı özü ilə yanaşı xalqı da ümidləndirir.
Ancaq aprel əməliyyatları yarımçıq dayandırılır. Daha doğrusu, dayandırtdırılır! Aprel hadisələrindən
bir müddət sonra ortaya xalqların barışı diplomatiyası atılır.
Bir
neçə erməni Bakıya gəlir, Xocalı faciəsinə həsr edilmiş heykəlin qabağında baş əyir.
Deyəcəksiniz ki, burada pis heç nə yoxdur! Bəli! Bu uğur sayıla bilər. Ancaq,
bu hadisədən bir qədər sonra, konkret 29 dekabr 2016-cı ildə ermənilər Azərbaycan
Ermənistan dövlət sərhəddini pozaraq bir əsgərimizi əsir götürür və Ermənistan
tərəfində öldürərək dünyaya bəyan edir ki, Azərbaycan dövlət sərhəddimizi
pozub. Əsgərimiz Çingiz Qurbanovun cəsədini hələ də vermirlər. Şərt nədir? Azərbaycan
dövlət sərhəddini pozduğu üçün üzr istəsin və dövlət sərhəddini pozudğunu
boynuna alsın.
Biz,
yəni, Azərbaycan, xalqların barış diplomatiyası deyib, erməniləri Bakıya dəvət
etsin, ağırlasın, ancaq ermənilər öz məkirli əməllərini davam etdirsinlər.
Əsgərimizin
cəsədinin geri verilmədiyi bir zamanda bir erməni qadını Bakıya gəlir, evlə təmin
edilir. Bu xəbəri oxuyan şəhid Çingiz Qurbanovun anası isə insult keçirir. Məlumatlar
yayılıb ki, Bakıya gəlib evlə təmin edilən qadın ilk və son olmayacaq. Artıq ermənilərn
Bakıya axını gözlənilir. Müraciətlərin edildiyi deyilir.
Beynəlmiləlçilik
sousu kimi Xalqların barışı diplomatiyası da alınacaq. Şəhidlər xiyabanının
yerində hansısa bir park, heykəl ucaldılacaq, fahişələr “müştəri” gözləyəcək,
narkomanlar uçuşacaq.
Hiç yorum yok:
Yorum Gönder