xalq diplomatiyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
xalq diplomatiyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

3.12.2019

Siyasət mümkünlük sənətidir... Elə qarşılıqlı səfərlər də... – Səxavət Məmməd yazır

Bizim jurnalistlərin Ermənistana, erməni jurnalistlərin də Azərbaycana səfəri heç şübhəsiz, siyasət idi. Daha doğrusu, bir siyasətin parçası… Lap konkret desək, “xalqların sülhə hazırlanması” adlı bir siyasət. Bir az da irəli getsək, Azərbaycanı təslimçiliyə hazırlayan siyasətin bir parçası….

Səfər baş tutmazdan əvvəl çox müzakirə edildi. Belə bir səfərin olacağı açıqlananda, işğal altındakı Ağdamdan xəyali reportaj da yazmışdım. Yazıya bir az təsvir qatmışdım, bir az uşaq vaxtı yadımda qalanlardan, bir az da nostalji. Hələ şəkillər də çəkmişdim. Axırda da yazmışdım: “Fotolar müəllifin özünə məxsusdur, beynindədir…”. Ancaq sonda dəqiq ifadə etmişdim, “Nə? Gedib oraları görüb bunları yazacam? Keçmişlə indiki durumu müqayisə edəcəm? Nə də?”.

28.01.2017

Xalq diplomatiyası, beynəlmiləlçilik və ermənilərin Bakıya xaç yürüşü

Bakıya gələn və evlə təmin edilən erməni qadını ölkənin gündəmini zəbt edib. Bir çoxları, xüsusən də Qarabağ müharibəsi zamanı yurd-yuvasından didərgin düşənlər, orada şəhid olanların ailələri və vətənpərvərlər bunu şiddətlə qınayır. Ancaq bnu bəyənənlər də az deyil. Hətta buna sevinənlər də var. "Qardaşlarımız gəlir!" deyənlər də var.
Real Time Analytics