Rusiya sülhməramlı qüvvələri Qarabağa gəldiyi ilk gündən missiyasına uyğun olmayan fəaliyyətlə məşğul olub. Rusiya qarant durduğu 10 noyabr bəyanatını ilk özü pozdu. Bəyanatın 4-cü maddəsi yerinə yetirilmədi və yerinə yetiriləcəyi də şübhə altındadır. Söhbət qeyri-qanuni silahlıların çıxarılması ilə rusların yerləşməsindən gedir.
İlk gündən də yazırdıq ki, Rusiya 5 illik mandatın vaxtı azaldıqca gərginliyi artıracaq, sekalasiya yaratmağa çalışacaq. Göründüyü kimi bu proses davam edir. BMT mandatlı ondan çox sülhməramlı mandatlı missiya mövcutdur, BMT mandatlı olmayan isə 7 missiya var. Hər nə adı altında olmasından aslı olmayaraq sülhməramlıların əsas işi sülhü və təhlükəsizliyi təmin etməkdir. Qarabağda bunu görürük? Qətiyyən! Ruslar nəinki qeyri-qanuni silahlıları ərazidən çıxardı, əksinə onlarla birgə təlimlər belə keçirdi və keçirməkdə də davam edir. Qarabağdakı qeyri-qanuni silahlılar rusların "qara işlərini" görmək üçün var. Rusların onların vasitəsi ilə gərginliyi istədiyi vaxt artırır, lazım olanda toqquşmalar edir, daha sonra özünü ortaya ataraq tərəfləri ağıllı olmağa çağırır.
Laçın yolu üzərində ekofəallar aksiya keçirirdi. Aksiyaya müvəqqəti ara veriləndən sonra Azərbaycan həmin yerdə post qurdu. Yeri gəlmişkən Azərbaycanın qurduğu postun önündə ruslar da post qurub. Bura qədəri normaldır. Anormal olanı isə ruslar qurduqları postun yanında böyük həcimli Rusiya bayrağı dalğalandırır. Rusiya Qarabağda sülhməramlı yox, sanki bir əyalətindəyimiş kimi davranır. Əslində rusların o yekəlikdə bayraq qaldırması həm Azərbaycana təhdiddir, həm də xislətlərinin zühurudur.
Rusiya missiyasının gərəyi təhlükəsizliyə cavabdeh olmalıdır, ancaq görünən odur ki, niyyətləri ilə Azərbaycana təhlükə yaratmaqla məşğuldur. İçi Rusiya qarışıq bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Rusiya isə sözdə və sənəd üzərində qəbul etdiklərinin əksini sahədə edir. Yeri gəlmişkən Rusiya ilə Azərbaycan arasında Moskva bəyannaməsi imzalanıb. Bəyannamə həm də strateji tərəfdaşlıq müqaviləsidir. Həmin bəyannamənin bəndlərində separatçılıq pislənir, separatçılığa qarşı birgə fəaliyyət nəzərdə tutulur, hətta bunun üçün öhtəlik də götürüb.
Qarabağdakı separatçılar hansı ölkəyə yaxındır? Rusiyaya! Araik Arutunyan, Ruben Vardanyan kimin layihəsidir? Rəsmi Moskvanın! Onlar direktivləri hardan alır? Kremildən! Belə oaln halda 22 fevral Moskva bəyannaməsi sənəd üzərində qalmış olur. Yəni Rusiya həm 10 noyabr, həm də 22 fevral müqavilələrini özü pozur.
Qarabağda separatçı rejim var, onlar Azərbaycanın suverenliyini təhdid edir, müstəqillikdən dəm vururlar belə olan halda Azərbaycan nə etməlidir?
Azərbaycan həmişəki kimi sahədə güclü olmağa məcburdur. Bunun yolu yumşaq güc olaraq təzyiqi artımaqdan, sərt güc olaraq isə ən xırda təxribat zamanı legitim hədəflərin vurulmasından keçir. Ekofəalların aksiyaları davam edərkən belə yazırdım ki, Azərbaycan bununla yetinməməlidir. Həmin aksiyanın başqa istiqamətlərdə alternativləri tapılmalı və həyata keçirilməlidir.
Sülhə ehtiyacı olan ölkə Ermənistandır. Azərbaycan şərti sərhədini müəyyən edib, sərhəd-buraxılış məntəqəsini qurub, sülh olmadan da öz ərazisini qoruya, təhlükəsizliyini təmin edə bilər. Azərbaycan Qarabağla bağlı səylərini artırmalıdır. Vaxt uzanması yalnız Rusiyaya sərf edir. Ruben Vardanyan müharibəyə hazırlıqdan danışır. Hesab edirəm ki, bu indiyə yox, il yarım sonra üçün nəzərdə tutulmuş bir açıqlamadır. Rusiya "qara işlərini" görənlərinin vasitəsi ilə "stəkanda fırtına" qoparıb, yenidən daha 5 il ərazidə qalmasını təmin etməyə çalışacaq.
Rəsmi Bakı bunları görməli, qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Yumşaq güc istənilən nəticəni vermədiyi üçün sərt güc işə salınmalıdır. Azərbaycanın əlində LORA kimi yüksək dəqiqlikli raket sistemləri var. Yeri gəlmişkən LORA müharibə zamanı istifadə olundu hədəfdən yayınması cəmi 10 metr belə deyildi. Bundan başqa rəsmi Bakının əlində müharibə zamanı effekt vermiş dronlar mövcutdur. Qeyri-qanuni silahlıların hərbi obyektləri sıradan çıxarılmalı, daha sonra hərbi əməliyyatlara start verilməlidir.
Tarix göstərdi və öyrətdi ki, Azərbaycan öz göbəyini özü kəsənlərdəndir.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder