Qarabağda gərginliyin hər keçən gün daha da artdığını görürük. Bu gərginlik sosial sifarişdən daha çox Rusiyanın maraqlarına uyğun olaraq inkişaf edir desək yanılmarıq.
Qarabağda bir neçə gündür ki, mitinqlər keçirilir. Artıq mintiqlər oturaq aksiyaya çevrilib və hər gün keçirilməsi ilə bağlı qərar verilib.
Separatçı rejimin rəhbəri Araik Arutunyan bildirib ki, bölgədəki erməni əhalinin vəziyyəti beynəlxalq müdaxilə ilə bir həftə ərzində az-çox stabil və normal məcraya qayıtmasa, həm Xankəndidə həm də ondan kənarda daha sərt tədbirlərə əl atacaqlar.
Araik Arutunyanın Azərbaycana vaxt verməsi Azərbaycan ictimayətində yumurla qarşılanıb. Həqiqətən Araik bunu yalnız özünə və separatçı "ordusuna" güvənərək deyibsə, belə yerdə bir anekdot yada düşür. Heyvanlar avtobusla gedirlər. Dovşana oturmağa yer olmur. Dovşan deyir ki, əgər mənə yer verməsəniz bilirəm nə edəcəyəm. Avrobusu saxladırlar. Şir dovşana sual verir ki, nə edəcəksən? Dovşan deyir, heç nə düşüb piyada gedəcəyəm. Araik Arutunyan əgər yalnız özünə güvənirsə, 1 həftənin tamamında eynən dovşanın şirə verdiyi cavab kimi avtobusdan düşəcək.
Məsələ ondadır ki, Araikin özbaşına söz deməyi inandırıcı deyil. Bilirik ki, Qarabağ problemini yaradan, Azərbaycan və Ermənistanı bu problemlə təsir dairinsəndə saxlayan Rusiyadır. Azərbaycanda bəziləri deyir ki, Rusiyanın iç üzü açılıb, Qarabağla bağlı açıq mövqe nümayiş etdirir. Məsələ ondadır ki, Rusiya Qarabağla bağlı həmişə açıq oynayıb. Konkret olaraq Qarabağın işğalında, Xocalı faciəsinin törədilməsində birbaşa Rusiya iştirakçı olub. Müharibədən sonra Ağdərədə rus icması yaradan da Rusiyadır, öz dahilərinə abidə qoyan da Rusiyadır, Üçtərəfli bəyanata qarant olub, əməl etməyən də Rusiyadır, Moskva bəyannaməsinə kağız parçası kimi baxan da Rusiyadır. Bütün bunlar bilinə-bilinə hələ də deyənlər var ki, Rusiya iç üzünü indi açdı. Türkiyəlilər belə adamlara "balıq hafızalı (yaddaşlı)" deyir.
Rusiya Qarabağda qalmağını şansa buraxmaq istəmir. Ona görə də, prosesi daha dərindən körükləyir və qısa zamanda nəticə almaq istəyir.
Prosesi dərindən araşdıran zaman görünür ki, keçirilən aksiyalar, mitinqlər son dərəcə ciddi şəkildə planlaşdırılıb, təşkilatçılıq da öz yerində. Azərbaycan tərəfi hümanitar yardım üçün Ağdam-Xankəndi yolunu təklif edib. Araik Arutunyanın müşaviri Vladimir Qriqoryan artıq bəyan edib ki, rəsmi Bakının bu təklifindən imtina edirlər. Yeri gəlmişkən ermənilər artıq Fransa səfirliyinin qarşısında aksiyalara da start veriblər. Məsələ bununla da bitmir. Belə ki, ermənilər Azərbaycan hakimiyyətinin əvvəlcədən müəyyən etdiyi humanitar yardıma qarşı çıxmaq üçün Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda mitinq keçirmək və barrikada qurmağı planlaşdırır.
Göründüyü kimi məsələ ciddi xarakter almaqdadır. Proseslər onu göstərir ki, siyasi gərginliyi hərbi gərginlik əvəz edə bilər.
Araik Arutunyanın verdiyi bir həftə tamam olanda nələr baş verə bilər?
Birinci ehtimal Qarabağda təxribatlar olacaq və ermənilər çalışacaq ki, ruslarla Azərbaycan ordusu qarşıdurmaya getsin. İkinci ehtimal isə müxtəlif ölkələrdə və müxtəlif beynəlxalq təşkilatların qarşısında aksiyalar təşkil oluna bilər. Ehtimallar arasında ermənilərin Azərbaycan səfirliklərinin və konsulluqlarının qarşısında aksiyalar keçirməsi də var. Yeri gəlmişkən müharibədən əvvəlki dönəmdə biz bunun şahidi olmuşduq. Hətta bəzi ölkələrdə tərəflər arasında davaların baş verməsi, xeyli sayda insanın xəsarət alması halı yaşanmışdır. Son bir il ərzində Azərbaycan səfirliklərinə qarşı iki dəfə təxribat baş verib. London və Tehran. Rəsmi Bakı səfirliklərin mühafizəsini gücləndirməlidir. Çünki Araik təkcə Qarabağ yox, kənarda da sərt tədbirlərə əl atacaqlarını bəyan edib. Hansısa Azərbaycan səfirliyinə qarşı terror aktının törədilməsi ehtimalı da yüksəkdir.
Araik Arutunyan Azərbaycanın etməli olduğu addımı atıb. Rəsmi Bakı indi yox, sülhməramlılar Qarabağda daxil olanda erməni silahlıları çıxarılmayanda vaxt verməli idi. Necə ki, Türkiyə Afrin əməliyyatında bunu etmişdi. Vaxt verib, karidor açıb, ərazidə olan silahlıların çıxmasını gözlədi. Çıxanlar canını qurtardı, çıxamayanlar isə mərmiyə qonaq oldu. Eynilə Azərbaycan da bu addımı atmalı idi. Hesab edirəm ki, gec deyil. Rəsmi Bakı Qarabağdakı qanunsuz erməni silahlılarına konkret vaxt və marşurut verməlidir. Verilən vaxt tamam olduqda isə dərhal hərbi müdaxilə etməlidir.
Bütün istiqamətlərdə havadan və kameralar vasitəsilə müşahidə artırılmalı, təxribatlara öncədən hazır olunmalıdır. Təkcə təxribatlara yox,təxribatların nəyə hesablanmasına hazırlıqlı olmaqda fayda var.
Proseslərin inkişaf xəttinə baxdıqda, hərbi gərginliyin olma ehtimalı daha çoxdur.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder