Bir qədər müharibədən əvvəlki dönəmə qayıdaq. Ermənistan tərəfi rəsmi şəxslərin dili ilə yeni ərazilər iddiasını ortaya atmışdı. Dəfələrlə Kürə qədər gələcəklərini deyirdilər. Azərbaycan tərəfi isə rəsmi dillə heç nə demirdi, ancaq fərqli yöntəm seçmişdi. Videoroliklərlə ictimayəti Qarabağa kökləyir, cəmiyyəti hazırlayırdı. Bəzi insanlar videoroliklərin nəyə hesablandığını anlamırdılar, müharibədən sonra hər şey gün kimi aydın oldu.
Hazırda Ermənistan və separatçı rejim müharibədən əvvəlki kimi "asıb-kəsmir", ancaq özlərinə hami axtarırır. Misal üçün Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyan Rusiya prezidenti Vladimer Putinə məktub ünvanlayıb. Daha dəqiqi məktubu Paşinyana verib ki, Putinə çatdırsın. Məktubda Araik Putindən talelərinin necə olacağını açıqlamağı tələb edir. Hesab edirəm ki, Putin Araikin məktubuna cavab məktubu göndərməyəcək. Ancaq Rusiya Qarabağla bağlı siyasətinin necə olacağını sahədə göstərəcək.
Bu ərəfədə nə baş verir? Azərbaycan yenə müharibədən əvvəlki kimi videoroliklər yayımlayır. Ermənistanı və Qarabağdakı separatçı rejimi təşvişə salan da budur.
Rusiya nə edə bilər?
Rusiya yaxşı bilir ki, Üçtərəfli bəyanatın şərtlərinə əməl etməyib. Rəsmi Bakı isə dəfələrlə bildirib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir. Belə olan halda rəsmi Bakının atacağı addımlar normal qarşılanmalıdır.
Bundan başqa artıq Araik Arutunyan da etiraf edib ki, danışıqlarda iştirak edib, Azərbaycan tərəfinin tələbi qeyri-qanuni erməni silahlılarının ərazidən çıxması yönündədir.
Rusiya da seçim qarşısındadır. Ya imkan verməlidir ki, Azərbaycan Qarabağda təmizlik aparsın, ya da separatçılara açıq dəstək verib, vəziyyəti daha da çıxılmaz hala gətirməlidir.
Rusiyanın seçimi hələki separatçılardan yanadır. Rusiya regionda qalması üçün Qarabağı dayaq nöqtəsi, separatçı rejim və silahlılarını isə "Qara donlu kafirlər" kimi istifadə edir. Bütün imperiyalar əllərində hər zaman təsir rıçakları saxlamaq istəyir. Heç bir işğalçı və imperialistin güvən hissi olmur. Təzyiq rıçakları yaratmaq varkən, hansısa hissin arxasınca gedilməz. Cəmiyyətimizin Rusiya, ümumiyyətlə, imperializm və işağlçılarla bağlı etdiyi səhv də burdan qaynaqlanır. Çünki işğalçı və imperializm hissi yoxdur.
Əsas diqqət çəkməli olduğumuz məsələ regionda maraqları olan güclərin demək olar ki, hamısı qarışıqlıq istəyirlər. Ona görə də, rəsmi Bakının hazırlıq içərisindədir. Rəsmi Bakı bilir ki, daxilində separatçı rejimin olması, orda qeyri-qanuni erməni silahlıları mövcud olduqca sülh olmayacaq. Qarabağda qeyri-qanuni erməni silahlıları varkən Ermənistanla sülh sazişi imzalamaq mümkün deyil! Delimitasiya və demarkasiyadan söhbət belə gedə bilməz.
Belə olan halda hərbi gərginliyə hazırlıq normaldır. Əgər Azərbaycan Rusiya ilə maraqlarını uzlaşdıra və yaxud uzlaşamaya yaxınlaşdıra bilsə, o zaman Qarabağda çox rahat antiterror əməliyyatı keçirəcək. Yox, uzlaşma olmasa biz başqa çirkin oyunların şahidi olacağıq. Misal üçün Ermənistan və separatçı rejimin ənçox istədiyi şey hansısa rus əsgərinin Azərbaycan hərbçisinin gülləsinə tuş gəlməsidir. Bu isə təkcə siyasi yox, hərbi baxımdan da Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoya bilər. Ona görə də, Azərbaycan tərəfi atəşkəs pozulan zaman çox ehtiyatla cavab verir. Daha çox dəqiq silahlardan istifadə edir ki, nə mülkilərdən, nə də rus hərbçilərindən xəsarət alan olmasın. Müharibədən sonra Azərbaycan ordusu bir neçə dəfə əməliyyat həyata keçirib və heç birində mülki şəxslər zərər görməyib.
Gülməli bir vəziyyət yaranıb. Separatçı rejim açıqlama yayır ki, Azərbaycan ordusu atəşkəsi pozub, onların mövqelərini atəşə tutub. Bütün dünya tərəfindən tanınan Azərbaycan torpaqlarında separatçılıq elə və çıxıb atəşkəsi pozmaqda günahlandır. Azərbaycan təkcə bu cür anormallığın aradan qaldırılması üçün əməliyyat keçirə bilər. Bəzən suallar verilir ki, niyə Azərbaycan hərəkətə keçimir. Azərbaycanın hərəkətə keçməsi üçün hər cür şərait var, bir tək regionun əsas söz sahibi olan Rusiya ilə uzlaşmadan başqa. Azərbaycan ya uzlaşmanı gözləməli, ya da risk etməlidir. Proseslərin indiki məqamında Azərbaycanın risk etmə ehtimalı daha çoxdur.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder