Söhbət nədən getdiyini yəqin bilirsiniz. Bilməyənlər üçün xatırlatma:
"Lider" TV-nin əməkdaşı Anar Həsənov Rusiyanın xarici siyasətinin rəhbəri Sergey Lavrova belə bir sual ünvanlayır:
"Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?
"Lider" TV-nin əməkdaşı Anar Həsənov Rusiyanın xarici siyasətinin rəhbəri Sergey Lavrova belə bir sual ünvanlayır:
"Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?
Lavrov isə cavabında bildirir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil.
Gəlin lap əvvəldən başlayaq. Bu sual jurnalistin ağlına haradan gəldi?
2016-cı il dekabrın 29-da Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu ilə Azərbaycan ordusunun əsgərləri arasında atışma baş verir. Atışma nəticəsində 3 erməni məhv edilir. Azərbaycanın bir əsgəri, Çingiz Qurbanov isə müəammalı şəkildə ermənilərin əlinə keçir. Erməni tərəfi iddia edir ki, guya Azərbaycan tərəfi sərhəddi pozub. Əgər Azərbaycan tərəfi sərhəddi pozubsa, sərhəddi pozanlar kəşfiyatçılarımız olmalı idi. Əməliyyat keçirən kəşfiyyatçının isə əlində çörək olmaz. Əsgərimizin cansız cəsədinin şəkillərinə baxanda bunu aydın görmək olur. Bunu bilmək üçün hərbçi, hərbi ekspert olmağa gərək yoxdur.
Azərbaycan tərəfiinin verdiyi açıqlama da gülüncdür. Gülünclüyün səbəb odur ki, əgər düşmən tərəfinin kəşfiyyat qrupunun sərhəddən sızdığını hiss etmisənsə çörəklə yox, avtomatla silahlanmalısan (misal üçün avtomat). Demək ki, erməni kəşfiyyatçılarının sızması hiss olunmayıb, ermənilər əsgərimizi ələ keçirəndən sonra duyuq düşülüb və atışma olub.
Ermənilər niyə məhz dövlət sərhəddini pozdular?
Cavabı çox sadədədir. Ermənistan KTMT-nin (Kollektiv Təhlükəsizlik və Müqaviləsi Təşkilatı) baş katibi kimi öz generalını görmək istəyirdi. Hətta ki, KTMT-nin baş katibliyinin Ermənistana keçəcəyi barədə proqnozlar da verilirdi. Ancaq bu baş tutmadı.
Ermənistan tərəfi isə bir güllə ilə iki quş vurmaq qərarına gəldi. Azərbaycanın bir əsgəri əsir götürülür, Ermənistan tərəfində öldürülür. Bununla ermənilər Azərbaycanı dövlət sərhəddini pozamqda ittiham edir və KTMT-ni götürdüyü öhdəliyi yerinə yetirməyə səsləyir. Belə ki, əgər KTMT üzvlərindən birinə hansısa digər dövlət hücum edərsə və yaxud müharibə elan edərsə bu, KTMT-yə edilmiş hücum və müharibə sayılmalıdır. Ermənistan ona edilən etimadsızlığa görə loru dildə desək həm KTMT-ni zibilə salır, həm də Azərbaycanı. Hətta Azərbaycanla KTMT-ni qarşı-qarşıya qoymuş olur.
Ermənilər 3 itkiyə rəğmən bu planı həyata keçirə bilir. Dərhal KTMT-yə müraciət edilir və o zamankı KTMT rəhbəri Bordyuja Azərbaycanı Ermənitsan dövlət sərhəddini pozmaqda ittiham edir və KTMT-nin hətta bu məsələyə müdaxilə edə biləcəyini bildirir. Bu azmış kimi Bardyuja Dağlıq Qarabağa müstəqil dövlət deyir.
Bunun ardınca Rusiya tərəfi bildirir ki, Dağlıq Qarabağ problemi hərb yolu ilə həll oluna bilməz. Yəni Azərbaycan öz ərazilərini azad etmək üçün gücdən istifadə etməməlidir. Bu zaman belə bir sual yaranır, əgər Azərbaycan öz ərazilərini güc yolu ilə azad etməyə qalxsa onda nə olacaq?
Bu sualın ünvanlanası adam, bu suala cavab verəsi adam təbii ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov idi. Və məntiliq olaraq da "Lider" TV-nin əməkdaşı Anar Həsənov Lavrova "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" kimi sual verdi.
Lavrovun cavabı isə belə oldu; “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.
Lavrova ünvanlana sual jurnalistin işdən azad edilməsi ilə nəticələndi. Bu məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovun mövqeyi maraqla gözlənirdi.
Əflatun Amaşov isə deyib ki, jurnalistin Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi.
Əflatun Amaşov Mətbuat Şurasının sədri kimi, illərini jurnalistikaya həsr adam kimi bilməli idi ki, jurnalistin bu sualdan sonra işdən çıxardılması sualın nə qədər uğurlu olmasının göstəricidir. Yəni, sual düz hədəfə dəymişdi.
Əflatun Amaşov sonra belə davam edir:
"Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin "aprel müharibəsindən" sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki ən son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi".
Həqiqtən belə şans az ələ düşür. Əflatun Amaşovun düşündüyü sual da gözəl sualdır, ancaq jurnalistdən daha çox Elmar Məmmədyarov Lavrova deməlidir ki, Lavrov müəllim, adam kişi olar, sözünün ağazı olar, söz verdiniz, niyə yerinə yetirmisrsiniz?
Əflatun Amaşovun məsləhət gördüyü sualın da bir əmması var, "Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi", deyən M.Ş-nın sədri özü bu cümlənin əvvəlini belə başlayır "Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində".
Belə yerdə Əflatun Amaşov sual olunur: "Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində" sizin məsləhət gördüyünüz "Rusiya sözünün üstündə niyə durmadı" sualı ağırdı, yoxsa Anar Həsənovun verdiyi sual?
Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsini nəzərə alaraq Əflatun Amaşovun cavabı maraqlı olardı...
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder