13.06.2018

Milli Qəhrəmanlıq davası, MN-nin rəsmi cavabı

12 iyun 1993-cü il ermənilərin Ağdamın Mərzili, Yusifcanlı, Ağcəbədinin Qiyaməddinli kəndlərinə hücumu barədə araşdırma yazdım. Oxuyanlar yaxşı bilir ki, yazılardan heç birində nə Monte Melkonyanın, nə də İbad Hüseynovun adın çəkdim.

Düşünürdüm ki, sonda hər kəs gerçəyi qəbullanıb, susacaq, məsələni bağlayacaq.

Bu işi aparan şəxs kimi bəlkə də sosial şəbəkədə ən az status yazanlardan biriyəm.


Demək belə.

Dünən bu hadisənin üstündən 25 il keçirdi. Bu barədə nə saytda yazdım, nə də sosial şəbəkədə. Ancaq saytlarımızdan birində yenə İbad Hüseynovun Monte Melkonyanın başını kəsməsi barədə yazı getdi. Yazının içində isə Ramiz Mehdiyevin hansısa kitabında bu barədə yazılması dönə-dönə qeyd edilib. Bu yazının müəllifi kimdirsə (imza yox idi) Ramiz Mehdiyevin adını çəkərək və kitabından istinad verərək, düşünüb ki, kimsə Administrsiya rəhbərinin adının getdiyi yazıya irad tuta bilməz. Onu yazan adam bilmir ki, Ramiz Mehdiyevin yazdığı kitab rəsmi sənəd deyil, o kitabın yazılma tarixinə və mediada gedən xəbərlərə baxdıqda onun niyə yazıldığı da ortaya çıxır. Belə ki, həmin dövrdə media və cəmiyətimizi inandıra bilmişdilər ki, İbad Hüseynov Monte Melkonyanın başın kəsib.  Rəsmi sənəd isə tam əksini deyir. Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyevin imzası ilə göndərilən məktubda açıq-aşkar deyilir ki, beynəlxalq terrorçu Monte Melkonyanı İbad Hüseynovun məhv etməsi ilə bağlı Müdafiə nazirliyinin Arxivində heç bir məlumat mövcud deyil.


Dünən, Müdafiə nazirliyində İbad Hüseynovun adamları ilə Rizvan Məmmədvəliyev və polkovnik Xətai Baxışov arasında görüşün keçiriləcəyi deyildi. Getdik. Məlum oldu ki, adamları yox, bir nəfər, dövlət orqanlarının birində şöbə müdiri işləyən şəxs MN nazirinin müavini ilə görüşə gəlib. Görüşə gələn şəxsin məqsədi isə Cümhuriyyətimizin və Ordumuzun yaranmasının 100 illiyi ilə əlaqədar İbad Hüseynova Milli Qəhrəman adının verilməsini xahiş etmək olub.

Sonradan məlum olur ki, İbad Hüseynov salam verdiyi hər bir məmuru, nüfuzlu şəxsi Müdafiə nazirliyinə Milli Qəhrəman adı almaq üçün minnətə göndərir. Ən azı dünən bunlardan birinə şahid olduq.

Çox maraqlıdır. Həm Müdafiə Nazirliyindən Monte Melkonyanın başını kəsməyə görə mükafat istə, həm də Nazirliyin rəsmi sənədini qəbul etmə. Əgər qəbul etmirsənsə, niyə minnətçi göndərirsən(?), bunu anlamaq da başqa məsələdir. Bükə bilmədiyin əli öpəcəksən.

Kimsə İbad Hüseynovun döyüşmədiyini demir. O qədər saxta Milli Qəhrəmanlarımız var ki... İbad Hüseynov da olsun onlardan biri. Alsın. Ancaq, kiminsə haqqına girmədən, olmayan bir məsələ ilə bağlı Milli Qəhrəmanlıq davası döymədən.

Ayıbdır. Əslində ayıbdan da keçib.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics