ağdam etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ağdam etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
9.05.2021
Dörd bacının məzarını ayıran səngər... Aparılmayan yeganə mərmər başdaşı...
Azərbaycan tarixinə baxdıqda, Araz çayının bütöv xalqı ikiyə ayırdığını, aradan sərhəd kimi keçdiyini bilirik. Ancaq bacıların qəbirləri arasından keçən səngər daha çox zərurətdən doğan anlayışdır. Bacıları bir-birindən ayıran səngər Yusifcanlı qəbiristanlığından keçir. Azərbaycan xalqını iki yerə Araz çayı ayırdığı kimi, Yusifcanlı camaatını da, daha doğrsunu desək, qəbirlərini bir çay iki yerə ayırır.
Xarabalıqdan baş qaldıran Ağdam... Qızıl dişləri sökülən meyitlər...
İşğaldan azad edilmiş ərazilərimizə hər səfərdə erməni vandalizminin yeni nümunələri ilə qarşılaşırıq. Başqa sözlə desək, həmin ərazilər minalardan təmizləndikcə, ermənilərin Qarabağda törətdikləri iyrəncliklər gün üzünə çıxır.
Bu, müharibədən sonra Ağdama üçüncü səfərimdir. Bir şeyi anladım ki, üçüncü də olsa, on üçündü də olsa, fərqli duyğular yaşayıram. Görəcəyimiz işlə bağlı Ağdama Mərzili kəndi istiqamətindən girməli idik. Sadəcə, səfərimizin əsas məqsədi olan Yusifcanlı kənd qəbirstanlığına giriş oradan imkansız olduğu üçün Ağdam şəhərinə doğru üz tutduq.

21.01.2021
Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...
Səhəri Ağdamda açırıq. Quzanlıda yox ha, Ağdamda, Şahbulağın, Yeddixırmanın ətəyində, Kolanlı dərəsində… Hərbi xidmətdən sonra işimlə bağlı sayını unutduğum qədər əsgərlərlə bir kazarmada gecələmişik, səhəri əsgərlərlə açmışıq.
Ancaq bu, tamam fərqli bir hissdir. 27 il həsrətini çəkdiyin torpaqda üzümüzə gün doğur… Yolumuz Kolanlı dərəsinədir. Kolanlı dərəsindən öncə Qızıllı Kəngərilidə gördüklərimizlə bağlı… Qızıllı Kəngərilinin daxilindən Ağdərəyə gedən yolun sağında, solunda böyük marketlər tikiblər. Kənardan baxanda da bu kənddə yaşayış olduğunu açıq-aşkar görmək olurdu.

Dağıdılmış kəndlər... Məhv edilmiş qəbristanlıqlar... və “Qasımın karyeri” uğrunda başlayan “savaş”
Ermənilər Ağdamın rayon mərkəzinə qədər 5 müdafiə xətti qurublar. Həmin müdafiə xətləri və digər ərazilər həm də başdan-ayağa minalanıb. Ağdamda ANAMA-nın əməkdaşları ilə söhbət edirik. Onlar “İmarət” stadionunu və onun ətrafında təmizləmə işlər aparırdılar.
ANAMA əməkdaşları bildirirlər ki, Ağdamı xüsusi sıxlıqla minalayıblar. Az qala, şəhər mərkəzinə qədər hər yolda, hər küçədə minalar basdırılıb. “Təmizləyicilər” deyirlər ki, “sürpriz” minalara daha çox rast gəlinir. Yəni ermənilər minaların üzərinə köpük vurub, köpüyün üstündən də çınqıl daşlar yapışdırıb, əraziyə atıblar. Bu cür “sürpriz”lərlə harada, nə zaman qarşılaşacağınız ağlınıza belə gəlməz.

Şəhid ailələrinə bənzəyən, darmadağın, amma qürurlu Ağdam
“Qafqazın Xirosiması”, “Ruhlar şəhəri”, “xaraba yurd”, “viranə” – hansı adı verirsinizsə, verin, hamısı Ağdama “yaraşar”.
27 il sonra ilk dəfə Ağdama ayaq basırıq. Evoğludan Ağdamın mərkəzinə doğru hərəkət edirik. Ağdam məscidinin yaxınlığına qədər 5 “val” (möhkəmləndirilmiş müdafiə xətti – Red.) sayıram. Təsəvvür edin. Ermənilər şəhər mərkəzinə qədər hər kilometrdən bir torpaq “val” tikib, səngərlər qurublar. Yəni Ağdamın mərkəzinə döyüşlə girmək üçün eyni eşalonun 5-ni keçmək lazım gələcəkdi.

19.04.2019
Jurnalistlərin qarşılıqlı səfəri - İşğal altında olan Ağdamdan Reportaj
Məscid, çay evi, passaj və bulvar dumanlı kimi yadıma gəlir. Ağdamda olanda oralar yaddaşımda necə qalıbsa, o cürə dumanlıdır, dalğalıdır. Epizod-epizod yaddaşımda qalıb, elə yerdə qalanlar da epizodlardır. Ha yaddaşımı qurdalayıram, başqa şey yadıma düşmür. Eləcə məscid, çay evi, passajın qalıqları, “İmarət”. “İmarət”də 4 yaşımda olmuşam. Atamın çiynində, “Qarabağ” harasa ilə oynayırdı, bir az qışqır-bağır, bir-iki epizod, bu qədər.
Etiketler:
ağdam,
əsirlik,
müharibə,
Novruzlu,
qarabag,
qarabağ,
Səməd Hətəmov,
Səxavət Məmməd
13.07.2017
1905, 1992-93-cü illər Mərzili kəndinin ermənilərdən müdafiəsi — Keçmiş hərbçi danışır - V yazı
Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.
Ötən yazıda Şuşanın işğalından sonrakı dövrdə baş verənlərdən söz açmışdıq, bu dəfə isə Ağdam rayon Mərzili kəndinə ermənilərin 3 hücümü və 1905-ci ilə qısa qayıdışdan bəhs edəcəyik.
Ötən yazıda Şuşanın işğalından sonrakı dövrdə baş verənlərdən söz açmışdıq, bu dəfə isə Ağdam rayon Mərzili kəndinə ermənilərin 3 hücümü və 1905-ci ilə qısa qayıdışdan bəhs edəcəyik.
20.06.2017
Şirin Mirzəyev: "Çiynimdə rusun paqonunu və beşguşəli ulduzunu daşımaqdan bezmişəm" — Keçmiş hərbçi danışır - IV yazı
Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.
Ötən yazıda Şuşanın işğal günündə baş vermiş genişmiqyaslı hərbi əməliyyatdan danışdıq. Bu dəfə isə həmin əməliyyatlardan sonrakı dövr və müsahibimə Şirin Mirzəyevin hərbi forma haqqında dediklərindən bəhs edəcəyik.

12.06.2017
"Şirin Mirzəyev mənə dedi ki, bəlkə nəfəsini Şuşada dərə bildin" — Keçmiş hərbçi danışır - III yazı
Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.
Ötən yazıda Ağdamda 1992-ci il may ayına qədər baş verən proseslərdən bəhs etmişdik. Bu dəfə isə Şuşanın işğal günündə baş vermiş genişmiqyaslı əməliyyatdan danışacağıq.
Ötən yazıda Ağdamda 1992-ci il may ayına qədər baş verən proseslərdən bəhs etmişdik. Bu dəfə isə Şuşanın işğal günündə baş vermiş genişmiqyaslı əməliyyatdan danışacağıq.
7.06.2017
"Alayın ləğv olunması barədə əmri alayın şəxsi heyəti qarşısında oxumağa cəsarət edən adam tapılmadı" — Keçmiş hərbçi danışır - II yazı
Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Ancaq əfsanəvi komandirin Ağdama gəlişi, onun fəaliyyəti barədə çox az adam məlumatlıdır.
Ötən yazıda Şirin Mirzəyevin Ağdama gəlişindən, gəldiyi ilk gündən etibarən fəaliyyətindən geniş söz açmışdıq. Bu dəfə isə Qərib İsmayılovun gözü ilə 1992-ci il may ayına qədər baş verən proseslərdən bəhs edəcəyik.

3.05.2017
Əfsanəvi komandirin Ağdama gəlişi — Şirin Mirzəyevin həyat və fəaliyyəti ilə bağlı ilk dəfə oxuyacağınız faktlar - I yazı
Şirin Mirzəyev haqda çox danışılıb, çox yazılıb. Ancaq əfsanəvi komandirin Ağdama gəlişi, onun fəaliyyəti barədə çox az adam məlumatlıdır.
Bir qədər araşdırmadan sonra məlum olur ki, Şirin Mirzəyevin Ağdama gəlişi təsadüfi çay süfrəsi arxasındakı tanışlıqdan başlayıb. Həmin təsadüfi görüşdə iştirak edənlərdən biri də İsmayılov Qərib olub.

8.10.2016
23.07.2016
İşğal günü, yoxsa fotoseKSiya?
Bu gün Ağdamın ermənilər tərəfindən işğal edildiyi gündür.
Artıq dünən günorta saatlarından ağdamlı tanışlarım bu gün Şəhidlər Xiyabanında yığışıb Ağdamı, şəhidləri yad edəcəkləri barədə məlumat verdilər. Yenə köhnə günlər, xatirələr danışılacaq, şəkillər çəkilib sosial şəbəkələrdə paylaşılacaq. Çəkilən şəkilə baxıb, qlamur qızlar kimi "yox burada pis düşmüşəm, yenidən çək" deyəcəklər. Guya Ağdamı yad etməyə gəliblər, "selfie" çəkdirməyə yox.Şəhidlər Xiyabanına təbii ki, getmədim. Pis ağdamlıyam, "qlamurnu" deyiləm. Dəvət edənlər də elə düşünəcək. Düşünsünlər.
Etiketler:
ağdam,
bazlıq,
erməni terroru,
fotoseKSiya,
işğal,
qarabag,
selfie,
Şəhidlər Xiyabanı,
vətənşüvənlik
30.05.2016
16.04.2016
9.04.2016
Top mərmisi altındakı Ağdam kəndlərindən — Reportaj + FOTOLAR
Müharibənin də qaydası, qanunu və əxlaqı var. Müharibə zamanı iki tərəfin yalnız əsgərləri döyüşməlidir.
Düşmən tərəfi erməni olduqda isə bu qanunlar dərhal pozulur. Bir neçə gün davam edən döyüşlər zamanı erməni dövləti kimi, ordusunun da əxlaqsız olduğunu gördük. Ordumuza güc gələ bilməyən ermənilər dinc əhalini hədəf almağa başlayır.
6.04.2016
15.03.2016
Qarabağ qazisi: "BMP-nin içində sağ qalan ermənini güllələdik..." - Reportaj
Rizvan Məmmədvəliyevə həsr olunmuş "Qarabağ qazisi: "Mənim kitelimi çıxarıb erməni meyidinin üstünə atmışdılar" — 12 iyun 1993-cü il Mərzili döyüşü" başlıqlı yazının sonunda anons olaraq bildirmişdik ki, gələn dəfəki reportajımız 12 iyun 1993-cü il Mərzili kəndində erməni UAZ-nı və daha sonra elə həmin döyüş meydanından çıxıb Mərzilinin girişində erməni tankını vuran və gəlib yenidən yaralıları oradan çıxaran Əsədov Fərrux haqqında olacaq.
Kaydol:
Kayıtlar (Atom)