Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.
Ötən yazıda Ağdamda 1992-ci il may ayına qədər baş verən proseslərdən bəhs etmişdik. Bu dəfə isə Şuşanın işğal günündə baş vermiş genişmiqyaslı əməliyyatdan danışacağıq.
Qısa arayış:
İsmayılov Qərib Boran oğlu 1946-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1963-cü ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirib. 1971-ci ildə Lenin adına APİ-nin dil-ədəbiyyat fakultəsini bitirib. Universiteti bitirdikdən sonra Tula vilayətinin Belyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlər hazırlayan kursda oxuyaraq leytenant hərbi rütbəsi alıb. Hərbi xidməti başa vurduqdan sonra Ağdam rayon Mərzili kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildə AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü, rayon məclisinin sədri olub. Könüllü müharibəyə getdiyi üçün Məclis sədrliyindən istefa edib. Ağdamda keçirilən mitinqlərdə birinci mitinqdən sonra bütün mitinqlərin aparıcısı olub.
1992-ci ilin mart ayından könüllülərdən ibarət 845 saylı əlahiddə taborun, sonra isə 836 saylı alayın 2-ci taborunun qərargah rəisi olub. Milli Qəhrəman Şirin Mirzəyev həlak olduqdan sonra ordu sıralarından istefa verib.
2016-cı ilin iyun ayına qədər 68 saylı köçkün tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüdçüdür.
"Ölkə.Az" Qərib İsmayılovla müstəqilliyin ilk illərində Ağdamda baş verən proseslər və Şirin Mirzəyevin fəaliyyəti barədə hazırlanan reportajı sizə təqdim edir.
Qərib İsmayılov Şirin Mirzəyevin hərbi qaydalara necə əməl etməsindən danışır:
- Onun hərbi qaydalara necə yanaşmasını göstərmək üçün bir hadisə haqqında söz açmağı lazım bilirəm. Aprel ayının ikinci yarısı idi. Tabor komandiri dedi ki, Xıdırlı bölüyünü bizdən aldılar. Əvəzində Gülablı kəndində olan əlahiddə bölük bizim sərəncamımıza veriləcək. Gedib oradakı vəziyyəti öyrənək. Gülablı kəndinə getdik. Postlarda nə qədər könüllünün olduğunu soruşduq. Nə qədər dedikləri yadımda deyil. Əmr haqqında məlumat verdik və qalan şəxsi heyəti kazarmaya toplamaq üçün "düz" komandası verdik və 1 saat vaxt verdik. Topladıqlarını topladılar. Onları saydıq, postda olanları da əlavə elədik, şəxsi heyətin yarısı da siyahıya uyğun olaraq düzəlmədi. Sırada və postda olanların siyahısını tələb etdik. Fikrimiz də bu idi ki, yalnız həmin adamları bölüyün siyahısına əlavə edək və “ölü” canları siyahıdan çıxaraq. Onu da deyim ki, o vaxt könüllülərə ağıllı-başlı maaş verilirdi. (Müsahibim Qərib İsmayılov özününün aylıq maaşı 7010 manat olub). Bu səbədən şəxsi heyətin siyahısına 50 nəfərin adını artıq yazıb onların maaşını almaq çox böyük maliyyə mənbəyi idi. Məqsədimizi bildikdə çox böyük narazılıq yarandı. Bizi qorxuzmaq üçün üstümüzə silah çəkməkdən belə çəkinmədilər. Siyahını verməkdən imtina etdilər və biz geri qayıtdıq. Həmin gün axşam Şirin Mirzəyevlə görüşərkən bu hadisəni danışdım. Əməlli-başlı güldü və dedi:
- Gərək sizi yaxşıca döyəydilər. Axı sizin orada nə işiniz var idi? Mənimlə məsləhətləşmədən niyə getmişdiniz? Müdafiə Nazirliyi gəlib onları siyahıya almalı, yalnız ondan sonra sizə yeni bölüyün şəxsi heyətini müəyyənləşdirmək əmri verməlidir.
Belə də oldu və bu hadisə öz həllini tapdı.
May ayının ilk günləri sakit keçdi. Əlbəttə, bu o demək deyildi ki, tərəflər bir-birinə güllə atmır, rəqib mövqelərini artilleriya atəşinə tutmur, insanlar ölmür, yaralanmır, evlər yanmır. Bu dövrdə sakit sözü o vaxt işlənirdi ki, tərəflərdən heç biri hücum əməliyyatı keçirmir, qarşı tərəfin mövqeyinə müxtəlif növ silahlardan atəş açmaqla kifəyətlənir. Günlər keçir, ciddi döyüşlərə hazırlıq gedirdi.
- Məlumdur ki, Şuşanın alındığı gün sizin alay genişmiqyaslı əməliyyatlar həyata keçirib. Bu barədə geniş məlumat verərdiniz.
- 8 may 1992-ci il. Günortadan biraz sonra “F 55-1” deyilən komanda verildi. Bu komanda genişmiqyaslı döyüşə bir nömrəli hazırlıq vəziyyəti demək idi. Əməliyyatda 2-ci taborun 4 bölüyü (Gülablı bölüyü kəndin müdafiəsinin təşkili ilə əlaqədar müdafiə mövqeyində dayanmalı idi) və Xüsusi Təyinatlı Polis dəstəsi iştirak edəcəkdi. Texnika briqadanın verdiyi 5 tankdan, XTPD-nin öhdəsində olan 1 ədəd PDM-dən, üzərində iriçaplı pulemyotdan olan bir qoşqu mexanizmindən (tyqaç) və bir neçə zirehli transpartyordan ibarət idi. Axşama doğru döyüşdə iştirak edəcək bütün şəxsi heyət Muğanlı ərazisində olan Ağdam – Füzuli yolunun kənarında yerləşən bağda toplaşmışdı. Qəflətən şəxsi heyətin arasına çaxnaşma düşdü. Hamı nə baş verdiyi ilə maraqlanır, heç kəs suallara konkret cavab verə bilmirdi.Adamları sakitləşdirib sorğu-suala tutduqda məlum oldu ki, təxminən 40-45 yaşlarında ortaboylu bir kişi 06 markalı “Jiquli” maşınında gəlmiş və yolun kənarındakı əsgərlərə Şuşanın ermənilər tərəfindən işğal olunması barədə məlumat vermişdi. Əsgərlər bu xəbəri başqalarına da danışıb, bu işi provokasiya hesab edənlər tez həmin adamın axtarışına başlayıb, onun çıxıb getdiyini biləndə, bu məsələni eşidənlər daha da həyacanlanıb, bu işdə “erməni əməli” olduğunu düşünmüşdülər. Hay-küy də bu səbəbdən yaranmışdı. Heç kəs maşının dövlət nömrə nişanına fikir verməmişdi. Adamın əlamətlərindən, maşının markasından və rəngindən şübhələndim ki, gələn AXC Ağdam rayon şöbəsinin idarə heyətinin üzvü Nəsrəddin Bağırov imiş. Nəsrəddin müəllim əsası olmayan şayiəni heç vaxt danışmazdı. Əgər şübhələrim doğru idisə, deməli, nəsə ciddi, dəhşətli bir hadisə baş vermişdi. Nə qədər istəsəm də bu məsələni dəqiqləşdirmək, nəyi isə öyrənmək mümkün deyildi. Fikirləşdim ki, rayonda deyilən rəngdə, deyilən markada xeyli maşın və daha çox ortaboylu, 40-45 yaşlı kişi vardı. Bu cür düşünmək də təsəlli deyildi. Axı belə bir axmaq şayiə kimə lazım idi? Narahatçılıq düz bir sutka davam etdi. Gündüz söhbət zamanı əməliyyatın maştabı haqda danışarkən Şirin Mirzəyev: - Bəlkə nəfəsini Şüşada dərə bildin, - deməsi göstərdi ki, çox ciddi bir əməliyyatın astanasındayıq.
Qaranlıq düşdü. Ağacların arasında qurulmuş kiçik bir çadırın altında toplaşdıq. Ən azı 4 nəfər idik və təəssüf ki, özümlə alay komandirindən başqa orada olanların kimliyi barədə heç nəyi xatırlamıram. Hansısa bir səbəbdənsə söhbət Mirzə Ələkbər Sabir yaradıcılığından düşdü. Çox tezliklə məlum oldu ki, gəncliyində hərbi məktəb oxumuş, uzun illər Sovet ordusunda xidmət etmiş, sonuncu dəfə tədris proqramı ilə əlaqədar orta məktəbi bitirəndən 1 il əvvəl Mirzə Ələkbər Sabir yaradıcılığını öyrənmiş bir hərbçidə böyük şairin yaradıcılığına çox dərin maraq və nəhayətsiz bir məhəbbət varmış. Sənət yoldaşlarıma nə qədər hörmətim olsa da, qeyd etməliyəm ki, ali təhsilli hər 10 ədəbiyyat müəllimindən biri və ya ikisi Sabir şeirlərini onun qədər bilməzdi. Böyük şairin hansı şeirindən bir bənd və ya bir neçə misra yada saldımsa, Şirin Mirzəyev həmin şeiri davam etdirdi. Bu iş təkcə güclü yaddaşın nəticəsi ola bilməzdi, onun kökündə şairin yaradıcılığına, xalqının tarixinə, ədəbiyyatına olan böyük məhəbbət dayanırdı. “Deyişmə” 1 saata qədər çəkdi, o yekunlaşanda isə məlum oldu ki, kiçik çadır əsgər və zabitlərlə doludur. Mənim özümə isə bir məsələ məlum oldu: Şirin Mirzəyev Mirzə Ələkbər Sabir satirasını məndən yaxşı bilirdi.
- Komandir həm də mütaliəli biri olub.
- Bəli. Söhbət bitdi, dincəlmək qərarına gəldik. Mayın 9-da səhər açıldı. Yazın gözəl bir səhəri idi. Əməliyyatın uğurlu keçəcəyinə, ən azı Ağbulaq, Aranzəmi, Pircamal və Naxçıvanik kəndlərinin düşməndən azad ediləcəyinə olan inam bütün şəxsi heyətdə elə bir ruh yüksəkliyi yaratmışdı ki, heç kəs qarşıda məğlubiyyətin, insan itkisinin ola biləcəyini yada salmırdı. Sanki uzun bir səfərə çıxırdıq və gül-çiçəkli, çal-çağırlı bir qarşılanma mərasimi gözləyirdi.
Hava işıqlanan kimi artilleriya hazırlığı başlandı. Qrad qurğularının, topların mərmiləri düşmən mövqelərini partlatdıqca şəxsi heyətin sevinc dolu səsləri ətrafa yayılırdı. Belə bir vaxtda Şirin Mirzəyev məni yanına çağırıb dedi:
- Biriniz (tabor komandiri və mən) Gülablı kəndinə gedib orada müdafiə işini təşkil edin, biriniz isə hücuma gedən qüvvənin yanında olun. Mümkündür ki, ermənilər də Gülablıya hücum etsin.
Tabor komandirinin yanına gəlib onun dediyi sözləri çatdırdım.
- Gülablıya sən get, hücuma gedən şəxsi heyətə mən rəhbərlik edim, - dedi və hiss etdim ki, kəndin müdafiəsinin təşkili daha təhlükəsiz olduğu üçün məni oraya göndərir. Beləcə tabor komandiri də məni nisbətən təhlükəsiz yerə göndərdi. Əmri yerinə yetirməyə getdim.
Bir haşiyəyə çıxım: könüllülər heç vaxt gediləsi yerin asanını seçməzdilər, çətin yerlərə özləri gedər, asan yerə döyüş yoldaşlarını göndərərdilər. Heç kəs bu yazılmamış qanundan kənara çıxmağı özünə sığışdırmazdı.
- Gülablıya çatdıqdan sonra nələr etdiniz?
- Gülablı kəndinə çatan kimi postlardakı vəziyyəti öyrəndim. Məni inandırdılar ki, hər şey qaydasındadır. XTPD-nin və Gülablı bölüyünün postda olmayan şəxsi heyəti Abdal kəndi ilə Ağbulaq kəndi arasında mövqe tutmuşdu və yuxarıya adını çəkdiyim 3 kəndə hücumun başlanmasını gözləyirdilər. Ağbulaq kəndinə XTPD hücum etməli idi. Alay komandirinin tapşırığını bölük komandirinə çatdırdım. Onun sözləri hərfbəhərf yadımdadır: Müəllim, vəziyyəti bilirik, erməninin yaxınlıqda kəndə hücum edə biləcək qüvvəsi yoxdur. O ki, qaldı Gülablı bölüyünün hücuma getməməsi məsələsinə, onların qarşısını almaq mümkün olmayacaqdır. Bu uşaqlarda hücum həvəsi o qədər güclüdür ki, qarşısını almaq mümkün olmaz. Uşaqlar xətrinizi çox istəyirlər, buna baxmayaraq sizi də eşitməyəcəklər və sadəcə bu iş sizə olan hörmətinə təsir edəcəkdir. Təkcə bir yol var: Səngərdən ilk çıxan əsgəri güllə ilə vurasınız. Bunu isə etmərsiniz. Yaxşısı budur onları saxlamağa çalışmayın. Beləcə hücum başlandı və Ağbulaq kəndi heç bir itki olmadan alındı. Daha doğrusu ermənilər bizə güllə atmadan qaçıb getdilər. Postun birindən qaçan ermənilər nəinki yanlarında olan iriçaplı pulemyotlarını, hətta avtomatlarını da qoyub qaçmışdılar. Bir erməni silahlısı isə gözümüzün qarşısında qumbara ilə özünü partlatdı, bizə güllə atmağa cəsarət etmədi. Məsafə 50-60 metr deyildi və biz onun erməni olduğunu bilmirdik. Şəxsi heyətin meşə ilə gedən hissəsi bizdən qabaqda idi və güllə səslərindən, uşaqların hay küyündən bunu bilmək çətin deyildi. Bu səbəbdən gözümüzün qabağındakının erməni əsgəri olduğunu bilmirdik. Beləcə ermənilər Ağbulaq kəndi uğrunda döyüşmədilər.
Günortaya az qalmış kəndin üst tərəfindəki meşədən 2 erməni tutub gətirdilər. Biri cavan, digəri yaşlı idi. Ağbulaq kəndindən olan bir nəfər könüllü dedi ki, tutulanların hər ikisini tanıyırlar: “Yaşlı kişini sorğu-sual etməyinə dəyər. Bu cavan oğlan isə dəli kimi tanınır. Novruz bayramı ərəfəsində gəlib Abdal kəndinə çıxmışdı. Anormal olduğunu bildiyimizdən heç kim ona toxunmadı, qayıdıb getdi öz kəndlərinə”.
Yaşlı erməni sorğu-sual zamanı dedi ki, Dəhraz, Təkir və Miri kəndləri boşdur. Harov kəndinə qədər hər tərəf boşdur (Harov böyük kənddir və səhv etmirəmsə o kəndlə Şuşa arasında yaşayış məntəqəsi yoxdur). XTPD-nin komandiri ilə söhbətləşəndə erməninin dediklərini ona çatdırdım. XTPD-nin öhdəsində texnikanın olduğunu yuxarıda qeyd etmişdim. Təklif etdim ki, Dəhraz kəndinə qədər gedib vəziyyəti öyrənək. Əgər Aranzəmi, Pircamal və Naxçıvanik kəndləri azad olunubsa, həm də deyildiyi kimi Dəhraz kəndi müdafiə olunmursa, biz Naxçıvanik kəndinin üstündəki hündürlükdə yerləşər və çox vacib mövqe olan Kətik kəndinə arxadan hücum edərik və bu şübhəsiz, erməniləri qorxuya salıb qaçmağa məcbur edəcəkdi. Kətik kəndinin mövqeyi elə idi ki, oradan Əsgəranı bütün növ artilleriya qurğularından atəş altında saxlamaq mümkün idi (sonralar adı çəkilən kəndlər azad olundu, lakin erməni silahlı birləşmələrini Kətikdən çıxara bilmədik, nəticədə isə azad edilmiş yaşayış məntəqələrini əlimizdə saxlaya bilmədik).
XTPD-dən bir qrup əsgər, bir PDM və iri çaplı pulemyotu olan bir qoşqu (tyaqaç) kənddən çıxıb Dəhraz kəndinə gedən yolla irəliləməyə başladı. Bu yolun uzunluğu təxminən 2-3 km olardı və çox enli, dərin dərənin içi ilə gedirdi. Fikirləşdim ki, əgər ermənilər bu dərənin hər iki tərəfində gizlənmiş olsalar, dərə ilə gedən yolu çox asanlıqla kəsib bizi mühasirəyə sala bilərlər. Bu səbədən də dərənin hər iki tərəfində postlar təşkil edib vəzifələrini onlara izah elədim. Dərə çox enli olduğundan fikirləşdim ki, ola bilər diklərdə dayanmış əsgərlərin səsi qarşı dikdə dayananlara çatmasın. Ona görə də, dərənin içində də postlar qoydum ki, bir-biri ilə əlaqə saxlaya bilsinlər. Bu iş xeyli vaxt apardı və mən irəlidə gedən qüvvədən xeyli geri qaldım. Bu işləri gördükdən sonra kiçik bir qrupla gedənlərin arxasınca yola düşdüm. Tezliklə narahat olmağa başladım: XTPD-nin nə komandiri, nə döyüşçüləri, nə də təkərli texnikası gəldi.Yolda PDM qabağıma gəldi, niyə geri qayıtdığını bilmədim, dedilər kimsə yaralanıb, onu arxaya aparırlar, kəndə çatdırıb qayıdacaqlar.
Beləliklə, Dəhraz qəbiristanlığının yanına gəlib irəlidəki qüvvəyə çatdım. İriçaplı pulemyotdan kəndi atəşə tuturdular. Cavabında heyvan səsindən başqa heç nə eşitmədik. Kəndin boş olmasına şübhə yox idi. Kəndi keçib Kətik üzərinə getmək olardı, ancaq bu işi az qüvvə ilə və texnikasız görmək ən azı ağılsızlıq idi. Çünki ətrafdakı meşələrdə ermənilərin olub-olmadığını heç kəs bilmirdi. Mən, əlbəttə, kəndə girməyi qəti surətdə qadağan etdim və narazı olanları isə çətinliklə də olsa başa sala bildim. Söz verdim ki, arxadakı qüvvə gəlib çatanda nə etmək lazım olduğunu ətraflı müzakirə edəcəyik. Beləcə, təxminən bir saata qədər gözlədik, gələn olmadı. Saat 3-dən sonra dəhşətli bir yağış başladı. Elə bir yağış ki, heç kəs bədənində quru bir yer olduğunu iddia edə bilməzdi. Bəzən yadıma düşəndə mənə elə gəlirdi ki, heç vaxt o gündən güclü yağış görməmişəm. Yağış yavaşımadan, dayanmadan təxminən 2 saat davam elədi. Geri qayıtdıq. Yalnız Ağbulaq kəndinə çatanda yağış kəsdi və kəndin mərkəzinə gəlib çatdıqda gördük ki, kəndin mağazasında olan bütün mallar XTPD-nin döyüş maşınlarına yüklənilib. İnsafən, mağazada heç nə qoymamışdılar. Şəxsi heyət aclıqdan, yorğunluqdan güclə yeriyirdi. Təxminən saat 6 radələrində gəlib Ağdam-Füzuli yolundan yuxarıdakı kanalın üstünə çatdıq və burada Şirin Mirzəyevlə Allahyar Mirzəyevə rast gəldim.
Ardı var...
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder