18.02.2020

MSK-nın qarşısında mitinq cəhdi - VİDEO

16 fevral 2020-ci il tarixdə növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz edən bir qrup şəxs MSK-nın qarşısında mitinq etməyə cəhd edib.

Mitinqin təşkilatçıları səhər saatlarında polis tərəfindən saxlanıldığı üçün, mitinqə bir qrup müstəqil namizəd və ictimai fəallar qoşulub.

Başımızın tacı olmaq istəməyən müəllimlər – Səxavət Məmməd yazır

Bir qrup müəllim "müəlimlərin alçaldılan nüfuzu bərpa olunsun, müəllimlərə psixoliji təzyiqlərə son qoyulsun" tələbi ilə sosial şəbəkələrdə etiraz səslərini ucaldıblar, digər müəllimləri də bu kampaniyaya qoşulmağa çağırıblar.

Əslində, bunu ilk eşidəndə, çox sevindim. Amma... Həmin kampaniyanın iştirakçıları müəllimləri təhqir edənlərin Cinayət Məcəlləsinin konkret maddələri ilə cəzalandırılmasını istəyirlər, Baş Prokurorluğu bu məsələyə münasibət bildirməyə çağırırlar. 

Mənə görə, istər təriflənməli, istərsə də tənqid olunası əmələ olduğu kimi qiymət verilməlidir. O kampaniyaya baxdıqda, belə başa düşdüm ki, həmin müəllimlər elə özlərini də təhqir edilənlərdən sayırlar...

13.02.2020

Səxavət Məmmədlə “Sözün düzü”: Zəlimxan Məmmədli ilə Azər Həsrətin DEBATI: “Növbədənkənar parlament seçkilərinin gedişatı və nəticəsi” - VİDEO

“Sözün düzü” verilişinin bu dəfəki qonaqları”Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və Əməkdar jurnalist (ADP) sədri Azər Həsrətdir.

Debatda növbədənkənar parlament seçkilərinin gedişatı və nəticəsi müzakirə olunur.

Çadır görməyən qaçqın uşaqların "çadır məktəb"i... - Səxavət Məmməd yazır

Qoy o uşaqlar bilsin ki, biz necə məktəbə getmişik, hansı şəraitdə oxumuşuq, onların indi bir neçə ay məcburiyyətdən dərs oxuyacaqları çadırda valideynləri necə yaşayıb, necə təhsil alıb.

Bir xeyli güldüm də…

Sanki gözəl xəbər almışdım.

Çadır. Kimlər üçünsə əyləncəli, ekstrim şəraitdə yaşanılası yerdir. Hətta çoxları bir gecə çadırda yaşamaq üçün 5 ulduzlu otelin pulundan keçirlər. Şəkillər çəkdirirlər, əylənirlər, qayıdandan sonra həftələrlə danışırlar. Ay, elə maraqlı idi, belə adrenalinli idi. Elə buna da gülürəm. Çünki bəziləri üçün əyləncə, adrenalin mənbəyi olan çadırda mən də yaşamışam. Çadırda məktəbə getmişəm. İndiki çadırlar heç çadırdır ki? İçində hər şey var, soyuq olmur, Əslində, heç isti də olmur. Çadır deyirəm ee sizə, çadır. Yayda içində qovrulduğun, qışın küləyində üstü havaya uçan, soyuqda donduğun, küləkli yağışda lap islanmış cücəyə döndüyün çadır…
Real Time Analytics