31.01.2021

Xanlar Vəliyevin “DƏYİŞMƏZ HƏDƏF”İ: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?

 

Müharibədən bir müddət əvvəl əlaqə saxladığım, dost olduğum hərbçilərə belə bir sual ünvanlamışdım: “Ən çox nədən qorxursunuz?” Bir çoxu “heç nədən”, – deyirdi. Belə olanda, sualı konkretləşdirib, “Ermənidən daha çox qorxursunuz, yoxsa hərbi prokurorluqdan?” Hər biri eyni cavab vermişdi – “Hərbi prokurorluqdan”.

Maraqlısı ondadır ki, onların hamısı hərbi prokurorluqdan niyə qorxduqlarının səbəbini də uzun-uzun açıqlayırdılar. Təsəvvür edirsiniz, düşmənlə üzbəüz dayanan hərbçi önündən yox, arxadan, hərbi prokurorluqdan qorxur.

Zakir Həsənovun şəhid ailələri ilə görüşməyə vaxtı yoxdursa...

Dünən 30-a yaxın şəhid ailəsinin üzvləri Vətən müharibəsində canından keçmiş doğmalarının qeyri-münasib ərazilərdə deyil, Fəxri Xiyabanda dəfn olunmaları tələbilə etiraz aksiyası keçirdilər. Əslində, bu, həmin şəhid ailələrinin qeyd olunan məsələyə yönəlik ilk etirazı deyildi. Bundan əvvəl də bir neçə dəfə aksiya keçirilmişdi.

Dünən şəhid ailələrini, belə desək, bir sıra dövlət qurumlarını qapı-qapı gəzdirdilər. Onlar öncə Müdafiə Nazirliyində, ardından Nazirlər Kabinetində, daha sonra isə Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin (TTM) və Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında olublar, TTM və DTX-nın qarşısında isə yolu kəsiblər.

24.01.2021

İki nazirin fiaskoya uğrayan maaş əməliyyatı - Səxavət Məmməd yazır

Bir neçə gündür ki, cəbhədə xidmət edən hərbçilərin maaşlarının bir qata endirilməsi ilə bağlı müzakirələr gedir. İnformasiyanı əldə etdiyim günün səhərisi, yəni, 19 yanvar 2021-ci il tarixində Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Nazirlikdən rəsmi olaraq bildirildi ki, “belə bir məsələ yoxdur”.

Ancaq elə həmin gün, axşam saatlarında korpuslarda iclaslar bitəndən sonra məlumat əldə etdim ki, iclasda maaşların bir qat hesablanacağı açıqlanıb. Artıq dünən axşam saatlarında hərbçilərin maaşları kartlarına vurulduqdan sonra nazirliyin belə bir məsələ yoxdur deməsinə də, hərbçilərin narahatlığına da, tam aydınlıq gəlmiş oldu. Bəli, bütün hərbçilərin maaşları bir qat olaraq hesablanıb. Yalnız pilotların və Xüsusi Təyinatlı Qüvvələrin maaşları olduğu kimi qalıb. Korpusların Xüsusi Təyinatlı Qüvvələri də maaşlarını bir qat alıblar.

22.01.2021

İşin ucunda ölüm olan peşəyə rüşvət tələb edirlər

Cəmiyyətimizin ən böyük bəlası rüşvətxorluqdur. İstər hərbi olsun, istər səhiyyə, istər təhsil, istərsə də digər sahələr. Hərb sahəni götürüm.

Müharibədən öncə Müdafiə nazirliyindəki problemlərdən yazanda, hərbi məmurların orduya zərər verdiyini deyəndə, "erməni görür çətir"i ilə tökülürdülər. Əsaslandırmaları da bu idi - erməni izləyir, erməni görür, bizə güləcəklər. Nə oldu? Bu qədər tənqidlərə, faktlara baxmayaraq həmin adamlar qorundu, saxlandı, müharibə başlayandan bir neçə gün sonra anlaşıldı ki, əslində bunlar nəinki yarasız adamlardı, etdikləri əməllər hətta xəyanətə bərabərdir. Qovuldular.

21.01.2021

“Dostuma dedim ki, dur gedək, bu, artıq qələbədir” - MÜSAHİBƏ

Ordumuz yeni tarix yazır. Zəfər dolu günlər yaşayır, hər gün qələbə xəbəri ilə sevinirik. O, bu tarixi ana şahidlik edir... Qeydləri o qədər çoxdur ki, hələ müharibə bitməmiş bir kitabın mövzusunun artıq hazır olduğunu deyir: "Yazılanda, bir çoxları heyrət edəcək ki, belə bir döyüş, belə bir əməliyyat, belə bir ürəkmi olub”.

Müsahibimiz "Yeniçağ.az” saytının əməkdaşı, hərbi jurnalist Səxavət Məmməddir.

Qarabağa qayıdış dilemması və prezidentin “basdığı” həssas damar

Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi “Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik” fikri son iki gündür, ən çox müzakirə olunan məsələlərdəndir.

Dövlət başçısının səsləndirdiyi bu fikrə öz münasibətimi yekunda bildirəcəm. Gələk müzakirələrə və insanların düşüncəsinə. Pandemiya səbəbindən insanların toplaşmaq, bir yerə yığışmaq imkanı olmadığı üçün sosial şəbəkələrdəki reaksiyaları əsas götürəcəm. Bəzi şəxslər açıq şəkildə öz dədə-baba yurduna qayıdacağını yazır. Bu barədə sual verməyə yer də qoymur. Bəziləri istehzalı suallar yağdırır, bəziləri isə ümumiyyətlə, sual verməkdənsə, birbaşa ittihama keçərək, “getməyəcəklər”, – deyə hökm verir, qıcıq yaradırlar.

Nəcməddin Sadıkovun xələfi kim olacaq? – BQR postuna SÜRPRİZ NAMİZƏDLƏR

Haqqında hər hansı rəsmi qərar olmasa və ya açıqlanmasa da, hər kəs bilir ki, Azərbaycan ordusunda Nəcməddin Sadıkov erası artıq bitib.

Əslində, 1993-cü il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Sadıkovun 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən Müharibəsindən cəmi bir neçə gün sonra tutduğu vəzifədən azad edilməsi barədə şəxsi heyətə məlumat verildiyini təsdiqləyən məlumat almışdıq. Bununla da, Azərbaycan ordusu Vətən Müharibəsini Baş Qərargahın rəisi olmadan qələbə ilə başa vurdu.

Müharibə və qadınlar... Sarsılmayan zərif güc... Oğlu şəhid olan Mayanın anbara çevrilmiş evi...

Müharibədə yalnız döyüşməklə qalib gəlmək mümkün deyil. Qələbə arxa və ön cəbhənin vəhdəti sayəsində qazanılır. “Müharibə kişilərin işdir”, deyirlər. Lakin müharibədə qadınların fəaliyyətini əsla danmaq olmaz. Bu zaman həkimlər, tibb bacıları daha çox göz önünə gəlsələr də, xanımların işi tək bununla məhdudlaşmırdı.

Vətən Müharibəsində qadınlarımız sadəcə, şəfa verən olmadılar, həm də əsgərlərlə çiyin-çiyinə dayandılar, döyüşdülər. Çox sayda qadın gizirlər, MAXE-lər bu savaşda öz vəzifələrini şərəflə icra etdilər. Hətta elə qadınlar oldu ki, övladlarını sığınacağa təhvil verib silaha sarıldılar.

Müdafiə Nazirliyinin anlaşılmaz “dövlət sirri” anlayışı

Dünən Müdafiə Nazirliyi əsgərlərin təminatındakı problemlərlə bağlı bir açıqlama yayıb. Nazirliyin açıqlamasında problemi işıqlandıranlar “sosial şəbəkə istifadəçiləri” adlandırılıb.

Nə yalan deyim, həmin açıqlamanı elə Nazirliyin sosial şəbəkə hesabından oxudum. Müharibənin gedişində işğaldan azad edilən məntəqələrimizin siyahısını da Ali Baş Komandanın “Twitter”dəki hesabından oxuyurduq.

Mənə görə, Nazirliyin açıqlamasındakı “sosial şəbəkə istifadəçiləri” ifadəsi aşağılamaq mənasında işlədilib. Ancaq həm jurnalistlər, həm də ölkə vətəndaşları rəsmi qurumların və şəxslərin sosial şəbəkədə yazdıqlarını “istifadəçi” kimi yox, məhz müəllifinin adları ilə deyirlər.

Savaşın soyuq üzü... Böyük oğlunun dəfnində kiçik oğlunu şəhidliyə uğurlayan Ata...

Vətən Müharibəsinin ilk günündən sonuna qədər işlədiyim ərazilərdə şəhid dəfnlərinin çoxunda iştirak etdim. Açığı, Ağdam və Tərtər rayonlarında insan sayı çox az idi. Şəhid cənazəsi gələndə, tanıyan və tanımayan bir-birinə xəbər verir, dəfndə iştirak etməyə çalışırdılar.

Şəhidlərin dəfni də fərqli olurdu. Tanınmış bir ailədən olan şəhidin dəfnində rayondakı bütün idarə müdirləri, digərlərində isə rayon rəhbərliyi 3-5 dəqiqə iştirak edib, gedərdi.

Şəhid dəfnində qadınların fəryadı, göz yaşları, ataların, qardaşlarınsa susub, özlərini dik tutmaqları diqqət çəkən idi. Ağdamda belə dəfn mərasimlərindən birində şəhidin atası elə sözlər dedi ki, hər kəs neçə gün çıxışdan danışdı. Tanıdığım, tanımadığım hər kəs o sözləri deyir, kişidəki ürəyin böyüklüyündən bəhs edirdi.

Media üçün siqnal... Önümüzdəki Rusiya və limiti bitən ürkəklik

Axır ki mətbuatımız Rusiya sülhməramlılarının fəaliyyətindən də yazmağa başladı. Rusiyanın Qarabağdakı xəritələr üzərində səngiməyən oyunları sonunda hərəkətə keçməyimizə əsas verdi.

Bizim mətbuatın ən böyük problemlərindən biri çox vacib məsələlərlə bağlı “yazma” komandası verilib, iş-işdən keçəndən sonra “yazın” onayı ilə hərəkət etməsindədir.

Bu, bir növ ələbaxımlılıq, “görəsən, yuxarı nə deyər?” düşüncəsi ilə bağlıdır.
Həmişəki kimi, gecikmə acı nəticələrə səbəb olur. Oxucu da bunu çox gözəl anlayır və ikrahını gizlətmir. Mətbuata azadlıq verilməli və media nümayəndələri gördükləri problemləri anında işıqlandırmalıdır.

Bəyənmədiyimiz... Qorxaqlıqda suçladığımız... “Düzəlməyəcək” sandığımız fədakar XALQ

Azərbaycan xalqı müstəqilliyimizin bərpasından ötən müddətdə özümüz tərəfindən ən çox qınanılan, bəzən də ən çox təhqir olunan xalq olub.

“Mitinqə gəlmir, qorxaq olur. Haqqı tapdalanır, qorxaq olur. Siyasi proseslərə qarışmır, kölə olur” – belə ittihamların sırasını artırmaq da olar.

Açığı bəzi dairələrdə hətta Azərbaycan xalqının qorxusundan müharibə etməyəcəyini deyirdilər. Əslində, o qədər hadisələr baş verirdi və reaksiyasız qalırdıq ki, bu deyilənlərə açıq haqq qazandırmasaq da, daxilimizdə buna etiraz da etmirdik.

20 min itki ilə yaşanan məğlubiyyət və 2 783 Şəhidlə qazanılan Qələbə

Müharibə həm də itki deməkdir. Reallığı anlayan hər kəs bilirdi ki, Qarabağı müharibəsiz qaytarmaq mümkün olmayacaq. Açığı, Tovuz döyüşlərindən bir qədər əvvəl erməni mətbuatı Azərbaycanın müharibəyə hazırlaşdığını yazırdı. Ordudakı mənbələrdən aldığım məlumatda isə Ermənistanın öz müdafiə xətlərini gücləndirdiyi deyilirdi. Müharibə özünün tezliklə “gələcəyini bar-bağırırdı”.

Düzdür, cəbhədə atəşkəsin pozulma halları 20-50 arası dəyişirdi. Elə bu rəqəmlər bir çoxlarının müharibənin olmayacağını iddia etməsinə əsas verirdi. Müharibənin başlamasından bir gün əvvəl – sentyabırın 26-da atəşkəs cəmi 48 dəfə pozulmuşdu. Atəşkəsin az sayda pozulması gərginliyin olmadığına dəlalət edirdisə də, görünən o idi ki, hər iki tərəf daha genişmiqyaslı proseslərə hazırlaşır.

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

Səhəri Ağdamda açırıq. Quzanlıda yox ha, Ağdamda, Şahbulağın, Yeddixırmanın ətəyində, Kolanlı dərəsində… Hərbi xidmətdən sonra işimlə bağlı sayını unutduğum qədər əsgərlərlə bir kazarmada gecələmişik, səhəri əsgərlərlə açmışıq.

Ancaq bu, tamam fərqli bir hissdir. 27 il həsrətini çəkdiyin torpaqda üzümüzə gün doğur… Yolumuz Kolanlı dərəsinədir. Kolanlı dərəsindən öncə Qızıllı Kəngərilidə gördüklərimizlə bağlı… Qızıllı Kəngərilinin daxilindən Ağdərəyə gedən yolun sağında, solunda böyük marketlər tikiblər. Kənardan baxanda da bu kənddə yaşayış olduğunu açıq-aşkar görmək olurdu.

Dağıdılmış kəndlər... Məhv edilmiş qəbristanlıqlar... və “Qasımın karyeri” uğrunda başlayan “savaş”

Ermənilər Ağdamın rayon mərkəzinə qədər 5 müdafiə xətti qurublar. Həmin müdafiə xətləri və digər ərazilər həm də başdan-ayağa minalanıb. Ağdamda ANAMA-nın əməkdaşları ilə söhbət edirik. Onlar “İmarət” stadionunu və onun ətrafında təmizləmə işlər aparırdılar.

ANAMA əməkdaşları bildirirlər ki, Ağdamı xüsusi sıxlıqla minalayıblar. Az qala, şəhər mərkəzinə qədər hər yolda, hər küçədə minalar basdırılıb. “Təmizləyicilər” deyirlər ki, “sürpriz” minalara daha çox rast gəlinir. Yəni ermənilər minaların üzərinə köpük vurub, köpüyün üstündən də çınqıl daşlar yapışdırıb, əraziyə atıblar. Bu cür “sürpriz”lərlə harada, nə zaman qarşılaşacağınız ağlınıza belə gəlməz.

Şəhid ailələrinə bənzəyən, darmadağın, amma qürurlu Ağdam

“Qafqazın Xirosiması”, “Ruhlar şəhəri”, “xaraba yurd”, “viranə” – hansı adı verirsinizsə, verin, hamısı Ağdama “yaraşar”.

27 il sonra ilk dəfə Ağdama ayaq basırıq. Evoğludan Ağdamın mərkəzinə doğru hərəkət edirik. Ağdam məscidinin yaxınlığına qədər 5 “val” (möhkəmləndirilmiş müdafiə xətti – Red.) sayıram. Təsəvvür edin. Ermənilər şəhər mərkəzinə qədər hər kilometrdən bir torpaq “val” tikib, səngərlər qurublar. Yəni Ağdamın mərkəzinə döyüşlə girmək üçün eyni eşalonun 5-ni keçmək lazım gələcəkdi.

Müharibə, mətbuat və qəfəsdəki 4 meymun təcrübəsi...

Müharibə başlayandan bir gün əvvəl də, dayandıralandan bir neçə gün sonra da cəbhə bölgəsində oldum. Açığı Azərbaycan mətbuatının necə qəfəsdəki 4 meymuna döndüyünü açıq-aşkar gördüm.

Düzdür, cəbhənin hər iki istiqamətində – Beyləqan və Bərdədə mətbuat üçün qərargah yardılmışdı. Bu əraziyə ezam olunan jurnalistlərin fəaliyyəti üçün vacib məsələ idi. Yönləndirmə və pərakəndəlik olmasın deyə bunu müsbət qiymətləndirmək olar.

Açığı müharibə başlayandan sonra mətbuatda bir panika, qarışıqlıq hökm sürürdü. Bunu təkcə cəbhə bölgəsində işləyənlərdə hiss etmirdim. Onların redaksiyaları ilə əlaqələrində də eyni gərginliyi görmək olurdu. Düşünün müharibə gedir, döyüşlərin qızğın mərhələsidir, ancaq kimsə bilmir nəyi necə yazacaq, necə davranacaq. Əmrə tabe işləmək, kiminsə əlinə baxımlıq, kimdənsə asılılıq öz sözünü deyirdi.

İrəvan səmasına 30 PUA göndərmək – Müharibə bəhanəsi daha necə olmalıdır?

Müharibədə silahı çox olanlar, əsgərləri güclü olanlar qalib gəlmir. Müharibə həm də taktika və strategiyanın savaşıdır. Düzgün taktika, çevik addım və dəqiq hesablanmış strategiya doğru hədəfə aparır.

Xüsusilə, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan müharibəni şaxələndirməyə başlayıb. Öncə sözlə hərəkətə keçdilər. Naxçıvan iddası, Gəncə arzusu…

Sözün hərəkət formasını isə görməkdəyik. Naxçıvan istiqamətində hərəkətlilik, ardınca Tovuz isitqamətində hücum… Əslində, hiss olunur ki, Ermənistan Azərbaycanı, daha dəqiq desək, hərbi başbilənlərimizin düşüncələrini çözüb. Bəlkə də kəşifiyyat məlumatına uyğun hərəkət edirlər, bilmirəm. Əsas odur ki, durmadan hədəfdən yayındırırlar.

Cəmiyyətimizə oxşayan mətbuatımız... - Səxavət Məmməd kimlərə çuvalduz batırdı?

Günortaya qədər oxucular jurnalistlərə,  günortadan sonra, daha dəqiq desək mükafatlandırmadan sonra jurnalistlər bir-birinə söz soxdu. Mən də özümü axşama saxladım.

Mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyət nədirsə, mətbuatı da odur. Jurnalistlər başqa planetdən gələməyiblər ha. Sən necə qorxaqsansa, jurnalistin də elə ürkəkdir, sən necə pulgirsənsə, jurnalistin də qapı-qapı gəzəndir, sən necə haqqını tələb edə bilmirsənsə, jurnalist də o qədər haqdan, ədalətdən dəm vurandır. Ölkədə neçə faiz insan hüququn bilir, haqsızlığa səsin ucaldır? Başını yorma, fikirləşmə, tapacağın faiz qədər də jurnalistin olacaq. Amerikada, Avropada jurnalist demə, anında o cəmiyyətə də bir bax. Jurnalist obyektiv, vicdanlı olmalıdır deyirsən, yaxşı, sən nə qədər düzgün həkimsən, müəllimsən, tacirsən? Direktor pul tələb edəndə səsini çıxara bilirsən? Niyə sənin yerinə kimsə kamikadze olsun? Çəkidə kəf gəl, ucuz al, baha sat, sonra gəl ki, jurnalist elə olsun, belə olsun. Sən nə qədər tülküsənsə, jurnalistin də o qədər afiristdir.

Reklam üçün könüllülük və ya mikrofonla avtomatın fərqi bilinməyəndə...

Fikir verirsinizsə, döyüşmək üçün könüllü yazılmağı da şouya döndərmək qədər irəli gedənlər var. Kimi könüllülər siyahısına saf niyyətlə yazılır, kimi də özünüreklam və artistlik üçün… Hər kəs özü bilər, buna qarışmayacam. Toxunmaq istədiyim məsələ başqadır.

Əvvəla, qanunvericiliyə görə, heç kim könüllü orduya getmək üçün Səfərbərlik Xidmətinin qapısını kəsdirməməlidir. Çünki səfərbərliklə bağlı konkret qanun var. O qanunda da “könüllülük” haqda heç bir müddəa yoxdur. Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən sonra Orduda fəaliyyətin davam etdirilməsinin iki yolu var: Müddətdən Artıq Xidmət Etmək ( MAXE) və gizirlik. Ümuimilikdə isə həqiqi hərbi xidmət keçmiş hər bir vətəndaş komisarlıqlarda qeydiyyatdadır.

İcra başçılarının pulla imtahanı – “Sessiya” hələ bitməyib – Səxavət Məmməd yazır

Belə bir el deyimi var: Allah heç kimi övladı ilə sınağa çəkməsin. Bu gün bir tanışın əsəbindən gülə-gülə danışdığı söhbət bu el deyimini xatırlatdı. Deməli, uzun zamandır, obyekt açmaq üçün icazə sənədi ala bilməyən, icra hakimiyyəti tərəfindən süründürülən həmin tanışım deyir ki, hansı sənədi dedilər, gedib gətirdim, amma hər dəfə yenə başqa bir sənəd tələb etdilər. İş o yerə çatıb ki, daha tələb olunası sənəd qalmayıb. Axırda ona deyiblər ki, get, bu qədər gətir, məsələni həll edək.

20.01.2021

Azərbaycan iki od arasında – Baza məngənəsi

Türkiyə hərbi bazasının Azərbaycanda yerləşməsi Rusiya ilə İranın Azərbaycana diş qıcamasına səbəb olacaq.

Türkiyə ilə Azərbaycanın birgə genişmiqyaslı hərbi təlimləri başlayar-başlamaz ölkəmizdə Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi gündəmə gəldi.

Hər sahədə olduğu kimi bunda da cəmiyyətimiz iki yerə bölündü. Bir qisim birmənalı olaraq Türkiyənin Azərbaycanda hərbi bazasının qurulmasının vacib olduğunu anladır. Hətta bununla bağlı çağırışlar edir. Bəziləri isə hislərlə davranmamağı məsləhət görür.

Qanunları çiynən ombudsmanın müvəkkilliyi

"Bunu özü düşünmürsə, ölkədə qanunun aliliyini təmin edəcək şəxslər düşünməlidir".

Ramiz Mehdiyevin nəvəsinə toy etməsi və ondan sonra yaşananlar hələ də ölkə gündəmini məşğul etməkdə davam edir.

Məhşur “toplantı”dan sonra Ramiz Mehdiyev, deputat Siyavuş Novruzov hədəfə halına gəldi. Məsələ ondadır ki, toyda iştirak edənlər arasında yalnız Siyavuş Novruzov tutduğu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verdi. Ancaq nə Ramiz Mehdiyev, nə də Siyavuş Novruzovun həyat yoldaşı olan insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva istefa verdi.

Cəmiyyətdən qopanlar, yoxsa dövlət kursuna sabotaj?

Bakıda rus hərbçilərinin duz-çörək, zurna-balabanla qarşılanması Azərbaycan ictimayətində birmənalı qarşılanmadı.

İnsanların sərt readksiya verməsinin səbibi dünənin, bu günün işi deyil. Məsələyə lap geniş yanaşsaq, Rusiyanın Azərbaycana qarşı xüsusi bir düşmənçiliyi var. Nəinki Azərbaycanda, Ermənistanda, eləcə də beynəlxalq aləmdə də hər kəs bilir ki, Qarabağı ermənilər təkbaşına yox, məhz Rusiyanın yardımı ilə işal edib. Deputat Elman Nəsirovun dediyi ki, Azərbaycan xalqı Rusiyaya düşmən deyil, Rusiya Azərbaycana düşmən kəsilib. Götürək 2016-cı ilin aprel döyüşlərini Azərbaycan Müdafiə naziri Zakir Həsənov özü rəsmən etiraf etdi ki, döyüşləri Rusiyadan gələn zənglə dayandırıblar.

Ramiz Mehdiyevin toplantısından çıxıntılar

Əlində olan imkanlardan, yerləşdirdiyi adamlarından istifadə edərək, qisas almağa çalışacaq.

Azərbaycan siyasətində Ramiz Mehdiyev amili nə bu günün, nə də dünənin problemidir. Uzun illəridir ki, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə, təmsil etdiyi hakimiyyətə qarşı təhdid olduğu yazılır.

Ramiz Mehdiyevin nəvəsinə toy etməsi, məclisdə sabiq nazirlərin, sabiq və hazırkı millət vəkillərinin iştirakı çox mətləbdən xəbər verir. Bəli, kimsə deyə bilər ki, toydur, dəvət edib, insanlar da gəlib. Əslində məsələ bu qədər sadə deyil.

Tovuz döyüşləri: Çıxarmalı olduğumuz dərslər

Azərbaycan tərəfinin cəmiyyəti informasiya ilə təmin etməkdə yaşanan çatışmazlıqlar...

İyulun 12-də başlayaraq bir neçə gün davam edən Tovuz döyüşləri öz miqyasına görə lokal toqquşma olsa da, əslində çox mətləblərin üstünü açdı və müəyyən dərslər çıxarmalı olduğumuzu göstərdi.

Müasir dövrdə müharibələrin şiddətinə baxsaq, informasiya savaşının daha intensiv və güzəştsiz olduğunu görə bilərik. Tovuz döyüşləri zamanı Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin gündəlik atəşkəsin pozulmasını əks etdirən ziddiyyətli statistikalarına baxanda, həmin döyüşlərin təsəvvür olunduğu qədər şiddətli keçmədiyi qənaətini yaradır.

Real Time Analytics