26.06.2020

Vətəndaşın başında çatlayan “səhiyyə çanağı”

103 - təcili tibbi yardım xidməti və ambulator yardım xidməti pandemiya dövründə iş bölgüsü əsasında müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabeliyində olacaq. TƏBİB rəsmisi də Operativ Qərargahın son brifiqndə təcili tibbi yardım xidməti və ambulator yardım xidməti ilə bağlı məsluliyyəti Səhiyyə Naziriliyi daşıdığını bildirdi.

Onsuz da məsələ işin bölüşdürülərək yüngülləşdirilməsi yox, məsuliyyətin şaxələnməsi olduğunu bilirdik. Əslində, səhiyyə sistemində baş verənlərlə bağlı məsluliyyəti TƏBİB təkbaşına daşıya bilməz. Yəni günahkar sadəcə, TƏBİB-dir desək, böyük səhv etmiş olarıq. Çünki ölkənin səhiyyə sistemi indiki acınacaqlı vəziyyətə bir-iki gün içində düşməyib.

17.06.2020

Xalqdan “günah keçisi” düzəldiləndə...

Azərbaycanda ən asan şey xalqı tənqid etmək, xalqın üzərinə məsuliyyət yükləməkdir. İstər iqtidar, istər müxalifət – fərqi yoxdur, kimin işi, planı düz getməyəndə, hədəf taxtasına Azərbaycan xalqını çıxarır. İqtidar və ya müxalifət bir yana, oxucusuz şair, kitabı satılmayan yazıçı, yazdığına özü belə inanmayan jurnalist… hər kəs günahı xalqda görür.

Hələ bu harasıdır, xalqa ağıl öyrədən kim, xalqı istədiyi kimi yerdən-yerə vuran kim. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın xalqı qabağına qoyub uşaq kimi danlamağı türkiyəlilər demiş, “bardağı daşıran son damla” oldu.

12.06.2020

AMEA, şeir və koronavirus - Dünya elminə kəllə atanlar

Azərbaycan Milli Elmlər Akademiyası koronavirusla bağlı gündəm olub.

Eşidən bilən də elə bilər ki, alimlərimiz koronavirusa qarşı vaksin tapıblar və yaxud hansısa elmi bir nailiyyət əldə ediblər. Buna nəinki biz, heç alimlər özləri belə inanmazlar.

AMEA-nın alimləri koronavirusa elmi yox, bədii tərəfdən yanaşıblar. Sözü çox dolandırmayaq, ailmlərimiz koronavirus və pandemiya ilə bağlı şeir yazacaqlar. Gülməyin! Dünyanın hansı elm mərkəzi planetimizi cənginə alan bir epidemiyaya bədii tərəfdən yanaşıb? Yanaşmaq nədi, heç bunu düşünə biləcək dünyada alim tanıyırsınız?

9.06.2020

Operativ Qərargahın iki sutkalıq həbsi, azadlığın xaosu, deputatın "sürüsü"

Operativ Qərargah iki günlük küçəyə çıxma qadağası elan etdi. Qadağanın elan edildiyi gün TƏBİB sədri Ramin Bayramlı bildirdi ki, bütün qərarlar müzakirə edilir, beynəlxalq təcrübəyə baxılır, elm adamlarının fikirləri nəzərə alınır. İnsanlar mağazaları yağmalıyıb, evində oturdu. Aldıqlarını yedi desəm, yalançı olaram. Səhər zibil atanda qalaq-qalaq çörəkləri görəndə, hər şey aydın oldu. Diqqətli insanlar yəqin ki, müşahidə ediblər bunları.

İki gün ərzində baş verənlər barədə heç nə deməyəcəm. Gələk bu gün gördüklərimizə. Metro dolu, marşurutlar onun kimi. Küçələrdə insanlar qaynayır.

7.06.2020

"Qurban Qurbanov koronavirusa yoluxub"

İnanmaq işin yarısıdır.

Ayın 5-i, 5-ci gün küçəyə çıxmağın qadağan olduğu şəhərlərdə belə desək insanlar ərzaq və meyvə-tərəvəz mağazalarını yağmaladı. Düzdür, pul verib alırdırlar ancaq çörək, makaron, meyvə-tərəvəz şöbələrinin silinib-süpürülməsi bir başqa mənaya da gəlmir.

Sosial şəbəkələrdə onlarca videolar, fotolar izlədik. 10-15 çörək alan kim, makaron üstündə dava salan kim (şahidi olmuşam), 2 gün üçün meşokla xiyar, pomidor aparan kim.

3.06.2020

Müqəddəs post – Onu kim və necə qoruyur?

Azərbaycanda bütün vəzifələri müqəddəsləşdirmişik, daha dəqiq desək,  müqəddəsləşdiriblər. İstər icra başçısı olsun, istər nazir. Biri haqqında tənqidi fikir səsləndirən kimi tənqid olunanlar qalır kənarda, müəllifin “cavab”ı dərhal yüksək səviyyədə verilir.

Bu günə qədər bütün tənqid olunan məmurlar eyni qayda ilə müdafiə olunur. “Arqument”ləri də budur ki, onları Prezident təyin edib, vəzifələrini şərəflə yerinə yetirirlər və sair.
Real Time Analytics