20.06.2017

Şirin Mirzəyev: "Çiynimdə rusun paqonunu və beşguşəli ulduzunu daşımaqdan bezmişəm" — Keçmiş hərbçi danışır - IV yazı

Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.

Ötən yazıda Şuşanın işğal günündə baş vermiş genişmiqyaslı hərbi əməliyyatdan danışdıq. Bu dəfə isə həmin əməliyyatlardan sonrakı dövr və müsahibimə Şirin Mirzəyevin hərbi forma haqqında dediklərindən bəhs edəcəyik.

13.06.2017

25 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir

12 iyun 1992-ci ildə ordumuzun həyata keçirdiyi genişmiqyaslı hücumdan 25 il ötür.

12 iyun 92-ci il ordumuzun başladığı genişmiqyaslı hücum cəmiyyətimizdə "Ağdərə əməliyyatı" kimi tanınsa da, yay hücum əməliyyatı "Əsgəran və Şaumyan əməliyyatlarından" və ayrıca "Ağdərə əməliyyatından" ibarət olub.

Şaumyan (Ağcakənd) əməliyyatının məqsədi erməni qəsbkarlarının 1992-ci ilin may ayında Şuşa və Laçının işğalından sonra Şaumyandan Göygöl rayonunun Çaykənd-Toğana və Çaykənd- Hacıkənd istiqamətində hazırladıqları hücumlarının qarşını almaq, orada cəmləşdirilmiş qüvvələrə qabaqlayıcı zərbə endirməklə düşmənin bu istiqamətdə hücum planlarını pozmaq olub.

12.06.2017

"Şirin Mirzəyev mənə dedi ki, bəlkə nəfəsini Şuşada dərə bildin" — Keçmiş hərbçi danışır - III yazı

Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.

Ötən yazıda Ağdamda 1992-ci il may ayına qədər baş verən proseslərdən bəhs etmişdik. Bu dəfə isə Şuşanın işğal günündə baş vermiş genişmiqyaslı əməliyyatdan danışacağıq.

7.06.2017

"Alayın ləğv olunması barədə əmri alayın şəxsi heyəti qarşısında oxumağa cəsarət edən adam tapılmadı" — Keçmiş hərbçi danışır - II yazı

Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Ancaq əfsanəvi komandirin Ağdama gəlişi, onun fəaliyyəti barədə çox az adam məlumatlıdır.

Ötən yazıda Şirin Mirzəyevin Ağdama gəlişindən, gəldiyi ilk gündən etibarən fəaliyyətindən geniş söz açmışdıq. Bu dəfə isə Qərib İsmayılovun gözü ilə 1992-ci il may ayına qədər baş verən proseslərdən bəhs edəcəyik.
Real Time Analytics