22.05.2020

“Qırxıqbaş”ların bərbərxana qadağası – Onlara olar, bizə yox?

Karantində saçı uzanmayan məmurun başının altından çox şey çıxar (c)

Başqaları kimi yazıya Tolstoy, Şekspir, nə bilim başqa hansısa dahilərin kəlamı ilə də başlaya bilərdim. Saçımızın-başımızın bu halında böyük dühalara baş qoşmaqdansa, başımızı əmanət etdiyimiz bərbərimiz bizə daha müdrik görünür.

Pəncərədən çölə baxın. Tez romantikləşməyin, gözəl yaz havasını içinizə çəkməyi, yaşıllıq görməyi demirəm, küçələrdəki adamları nəzərdə tuturam. Karantinin sərt rejimində belə küçələr adamla qaynayırdı. Əksini iddia edənlər karantin rejiminə məhəl qoymadıqları üçün cərimələnənlərin siyahısına baxsınlar.

Bir nəfərə görə hamının əziyyət çəkməsi...

Azərbaycanda bu gün başa çatacağı gözlənilən karantin rejimi may ayının 4-ə qədər uzadıldı. Rəsmi statistika koronavirusla mübarizə çərçivəsində hər şey qaydasında, vəziyyət isə nəzarət altındadır.

Hər halda, görürük ki, bizdə yoluxma sayı minlərlə, ölü sayı isə onlarla deyil. Buna görə hətta hərdən üstünə getdiyimiz Qərb ölkələri də bizə həsəd apara bilər. Ona görə də, rəsmi statistikaya əsaslanıb, karantin rejiminin ləğv ediləcəyini, ya da heç olmasa, yumşaldılacağını gözləmək olardı. Lakin fərqli qərar verirldi.

Şuşa üçün cəmi bir güllə

Hər il həm rəsmi şəkildə, həm də rumkaları toqquşdurub "gələn ili Şuşada, Cıdır düzündə bayram keçirməyi" arzulayırdıq. Arzu olaraq da qaldı. Biz arzulamağımızda olarkən, artıq ermənilər Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimi keçirdilər.

Ha qondarma deyək, ha dırnaq içərisində yazaq, reallıq başqa şey deyir axı. "Seçki" keçirdilər, indi də and içdilər. Bəs, biz nə edirik? Heç nə! Xarici İşlər nazirliyi və Müdafiə nazirliyi elə davranır ki, sanki hadisə Afrikada baş verir. XİN rəsmi olaraq bəyanat belə verə bilmir. Srağagün yalnız mətbuat xidməti səviyyəsində açıqlama yaya bildilər. Müdafiə nazirliyi? Onların başı təlimə qarışıb. Bəylər əlləri bellərində, durbinlə izləyirlər. Haranı?! Niyə?!
Real Time Analytics