17.12.2019

Səxavət Məmmədlə “Sözün düzü”: Seymur Verdizadə ilə Ceyhun Musaoğlunun DEBATI-VİDEO

Bu dəfəki “Sözün düzü” verilişinin qonaqları tanınmış jurnalistlər Seymur Verdizadə ilə Ceyhun Musaoğludur.

Debatda 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində “namizəd bolluğu”nun səbəbləri müzakirə olunur.

Səxavət Məmmədlə “Sözün düzü”: Arzuman Abdulkərimov ilə Taleh Əliyevin DEBATI -VİDEO

Bu dəfəki “Sözün düzü” verilişinin qonaqları Ana Vətən Partiyası (AVP) sədrinin müavini Arzuman Abdulkərimov və Ümid Partiyası icra aparatının rəhbəri Taleh Əliyevdir.

Bugünkü debatda “Növbədənkənar seçkilər: Reallıq və gözlənti” mövzusu müzakirə edilir.

3.12.2019

Siyasət mümkünlük sənətidir... Elə qarşılıqlı səfərlər də... – Səxavət Məmməd yazır

Bizim jurnalistlərin Ermənistana, erməni jurnalistlərin də Azərbaycana səfəri heç şübhəsiz, siyasət idi. Daha doğrusu, bir siyasətin parçası… Lap konkret desək, “xalqların sülhə hazırlanması” adlı bir siyasət. Bir az da irəli getsək, Azərbaycanı təslimçiliyə hazırlayan siyasətin bir parçası….

Səfər baş tutmazdan əvvəl çox müzakirə edildi. Belə bir səfərin olacağı açıqlananda, işğal altındakı Ağdamdan xəyali reportaj da yazmışdım. Yazıya bir az təsvir qatmışdım, bir az uşaq vaxtı yadımda qalanlardan, bir az da nostalji. Hələ şəkillər də çəkmişdim. Axırda da yazmışdım: “Fotolar müəllifin özünə məxsusdur, beynindədir…”. Ancaq sonda dəqiq ifadə etmişdim, “Nə? Gedib oraları görüb bunları yazacam? Keçmişlə indiki durumu müqayisə edəcəm? Nə də?”.

Səxavət Məmmədlə “Sözün düzü”: Azər Həsrət ilə Tural Abbaslının DEBATI - VİDEO

“Sözün düzü” verilişinin bugünkü qonaqları Əməkdar jurnalist Azər Həsrət və AĞ Partiyanın sədri Tural Abbaslıdır.

Debatda ölkədə ötən həftənin son günlərində həyata keçirilmiş mühüm dəyişikliklər müzakirə olunur.

18.11.2019

Səxavət Məmmədlə “Sözün düzü”: Aygün Muradxanlı ilə Asəf Quliyevin DEBATI - VİDEO

“Sözün düzü” verilişinin ilk qonaqları tanınmış jurnalistlər Aygün Muradxanlı ilə Asəf Quliyevdir.

Bugünkü debatda azərbaycanlı və erməni jurnalistlərin planlaşdırılan qarşılıqlı səfərləri müzakirə edilib.


Savaş salnaməsi: Məlikcan və Horadiz əməliyyatları, Füzuli sakinlərinin İrana keçrilmə prosesi

“Belə bir qərara gəldik ki, əvvəlcə mülki əhalini, daha sonra isə hərbçiləri sərhəddən keçirək”.

Qarabağ müharibəsi vaxtı baş vermiş hadisələr, döyüşlər, uğurlar və uğursuzluqlarla bağlı yazıları davam etdiririk.

Bu dəfə Füzuli rayonunun müdafiəsinin təşkili, bu istiqamətdə görülən işlər və həyata keçirilən əməliyyatlardan bəhs edəcəyik. 1993-cü il yayın sonları, payızın əvvəllərində gedən döyüşlər zamanı 12 min dinc sakini xilas etmək üçün İrana keçirilməsinin detalları və uğurlu Horadiz əməliyyatı barədə geniş məlumat əldə edəcəksiniz.

19.10.2019

Milli Şuranın "28 may"dakı icazəsiz mitinqindən - FOTOLAR / VIDEOLAR

Əvvəla mitinq yox. Çünki mitinq təyin edilən yerə heç kim çata bilmədi. Bu gün 4 saat ərzində baş verənlər tam bir xaos idi. Siftəni mobil operatorlar etdi. Ardınca metropoliten. Sonrasını yazım.

Artıq saat 2-dən ilk həbslər başladı. İlk həbslər daha dəhşətli və qıcıqlandırıcı oldu. Belə ki, "o pedarası qoyma qaçsın", "o oğraşı tutun" və s. Ardınca hər ələ keçən döyüldü, başına, boynuna şillə vurularaq təhqir edildi. Bu da xüsusi qıcıq yaratdı. Hətta yolla ötənlər belə buna çox sərt reaksiya verirdi.

9.10.2019

Bakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR/VİDEO

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında təyin etdiyi piket baş tutub.

BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis sıx təhlükəsizlik tədbirləri həyata keçirib.

BŞİH-nin binası qarşısına 50 nəfər buraxıldıqdan sonra digər şəxslər ərazidən uzaqlaşdırılıb.

Qara Qarayevin drona tuşlanan topu... Müdafiə Nazirliyinin susan topları – Səxavət Məmməd danışır - VİDEO

"Qarabağ Azərbaycanındır" nida, nöqtə, üç nöqtə...

Dünən “Qarabağ” Avropa Liqasında səfər oyununa çıxmışdı. Oyundan əvvəl idman yazarı Rşad Elrgün mənə bir yazısın göndərdi. Yazının başlığı belə idi "sən oyna, Qarabağ". Və Qarabağ oynadı. Siyasətdən də, Qarabağsızlıqdan da bezmiş insanlar üçün, Qarabağı uşaqlıq illərində itirənlər üçün, son arzusu “kaş Şuşada, Xocalıda, Kəlbəcərdə, Laçında dəfn olunaydım” olub, Xırdalan qəbiristanlığında basdırılanlar üçün, Qarabağsız Azərbaycan üçün oyna, ölümünə oyna dedi Rəşad...

28.09.2019

“Cəhənnəm”də 13 ay: “Daşla erməninin boynunun arxasından vurdum…” – Əsirlikdən qaçış - TARİXÇƏ

“Ermənilər sonradan fikirlərini dəyişiblər ki, bir “Niva”ya 11 hərbi əsir dəyişmək olmaz”.

Dərsdən qaçırıq, üstündən uzun illər keçir, bu hərəkətimizi bir qəhrəmanlıq kimi xatırlayırıq. Əsgərlik dövründə hərbi hissəni icazəsiz tərk edirik, bu da bizə bənzərsiz macəra olaraq, görünür. Hər dəfə daha gözəl danışmağa, təsvir etməyə çalışırıq.

Həyatda hər kəsin özünəməxsus “qaçış” tarixçələri var. Biri dərsdən, digəri hərbi hissədən, bir başqası işdən qaçır… Ancaq həyatda barmaqla sayıla biləcək qədər insanın taleyinə əsirlikdən qaçış da yazılır. Qarabağ müharibəsi zamanı yüzlərlı soydaşımız əsir düşüb. Onlardan neçə nəfəri qaça bilib? Çox az. Barmaqla sayılacaq qədər…

Ermənilərin anlaşmadığı Məmmədyarov, “estafet”in ötürülmədiyi Həsənov - VIDEO

Səxavət Məmmədin təqdimatında “Replika”nın yeni buraxılışı: “Ermənilərin anlaşmadığı Məmmədyarov, “estafet”in ötürülmədiyi Həsənov”.


Elmar Məmmədyarov Allah bilir, neçənci dəfə yollanıb okeanın o tayına – bu dəfə BMT Baş Assambleyasının 74-cü sessiyasına. Əcəb edib, işinin adı budur, getməlidir, danışmalıdır. 

22.09.2019

Briqadanın formalaşması, Laçın dəhlizi əməliyyatı, sonrakı proseslər, döyüşlər - Keçmiş hərbi hissə komandiri ilə MÜSAHİBƏ

Birinci Qarabağ Müharibəsində müxtəlif istiqamətlərdə ağır döyüş yolu keçmiş hərbi hissələrdən biri də 704 saylı briqada olub. Sözügedən briqada tək yerləşdirildiyi Beyləqan, Xocavənd, Ağcabədi ətrafında gedən döyüşlərdə deyil, həm də “Laçın dəhlizi”, o cümlədən, Kəlbəcər istiqamətində keçirilmiş əməliyyatlarda iştirak edib. 704 saylı briqada Qarabağ müharibəsində çox sayda uğurlu əməliyyatlar keçirmiş hərbi hissələr sırasında xüsusi seçilib. 704 saylı hərbi hissənin komandiri olmuş polkovnik Mikayıl Hacıyev bizimlə geniş söhbətində rəhbərlik etdiyi briqadanın döyüş yolu və digər məsələlər barəsində ətraflı danışıb.

“MiQ-29” qəzasının “quş”lu səbəbi: Ona kim inanacaq?

17 tonluq (bəzən 22 ton ) kütlə, saatda 2000 kilometr sürət, zirehli şüşə…və sözəbaxmaz gecə quşları…

Məşhur el deyimimiz var: “Allah yaxşı ki, dəvəyə qanad verməyib”. Təbii ki, məcazi mənada ifadə edir. Təsəvvür edək ki, bu, həqiqi mənadadır, Allah dəvəyə qanad verir və o dəvə də gecə uça-uça gəlib özünü hərbi təyyarəyə çırpır…

Fantastikadırsa, biz də fantaziyamızı işə salaq da…

Linç edilən Selcan və “söyüş” adlı silahdan kütləvi imtina – Səxavət Məmməd danışır - VİDEO

Sosial şəbəkələrdə söyüşlərə ara verilməməsi ölkəmizin gündəmində dəyişməz yer tutur. Elə dünən bu söyüş mövzusu ilə bağlı böyük bir Dəyirmi Masa keçirildi. Millət vəkili Çingiz Qənizadə sosial şəbəkədə baş verənləri hətta “vətəndaş müharibəsi” adlandırdı. 

Haqlıdırmı? Tam haqlıdır. İki gündür, sosial şəbəkələrin və mətbuatın gündəmini AXCP sədrinin müavini Fuad Qəhramanlının qızı Selcan Yağmurun atası haqqında yazdıqları zəbt edib. Selcan xanım atasının ünvanına çox ağır ittihamlar səsləndirib.

Müəllimin masasını deyil, zibil qutularını “bəzəyən” çiçək dəstələri – Səxavət Məmməd danışır – VİDEO

Ölkə məktəblərində ötən gün qeyd olunmuş Bilik Günü həm də xoşagəlməz mənzərə ilə yadda qaldı.

Səxavət Məmməd şagirdlərin müəllimlərinə gətirdikləri gül-çiçək dəstələrinin az sonra zibil qutularını “bəzəməsi”nin yaratdığı təəssüratlarını bölüşür.

Zakir Həsənovun “samolyot”u və ağıllı göstərildiyimiz lətifələr – Səxavət Məmməd danışır - VİDEO

Azərbaycanlı, rus və erməni...

Yəqin bu cür başlayan lətifələri çox eşitmisiniz, hamısında da azərbaycanlı o biri ikisini axmaq vəziyyətə qoyur...

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sonuncu telemüsahibəsini izlədim. 

Zakir Həsənov müsahibəsinin böyük hisəsini hərbi oyunlara həsr edib və nazirin dediklərindən belə anlaşılır ki, həmin oyunların hamısında ermənilər biabır olublar.. Lap o lətifələrdə olduğu kimi...

18.08.2019

Alpinistlər, idmançılar, indi də “MiQ-29” - Tapılmayan itkilər

Artıq iki həftədir ki, qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsindən heç bir xəbər yoxdur. Əslində var, ancaq xəsisliklə verilən o məlumatların məzmunu təxminən belədir: “Axtarışlar davam edir”, “axtarışa canlı qüvvə, müasir texnika cəlb edilib” və s… Müdafiə Nazirliyinin rəsmi saytı isə ara-sıra axtarışların aparılması ilə bağlı içində məlumat olmayan xəbər də yayır.

17.07.2019

“Erməni cəhənnəmi”ndə 20 ay - SSRİ idman ustasının əsirlik xatirələri – FOTOLAR

“Qəbrin üstünü açdırıb, eşələdilər, baş tərəfi qazanda, erməni qışqırdı ki, orada qızıl var, skleti çıxarın”.

Söhbətin tam ortasından başlamaq istəyirəm. Yunan-roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Əli Sarıyev söhbətləşdiyimiz yerdə, birdən stolu yumuruqlayaraq, hönkür-hönkür ağlamağa başladı. Qəzəbli gözlərindən yaş axır. Bu vəziyyətində sanki demək istəyir: “bilirsən, niyə ağlayıram?” O erməninin heç biri mənim qolumu bükə bilməzdi, yaxınıma da gələ bilməzdi, ancaq bir şapalaqlıq canı olmayanlar səni döyür, təhqir edir, işlədir, buyurur, məzələnir, xoruz döyüşdürən kimi səni güləşdirib, fit çalır. O vaxt da yanırdım, indi də yanıram… Danışmaq hər zaman asandır. İndi erməni ilə düşmənçiliyə qarşı çıxır, hümanizm deyir, xalqların dostluğundan danışırlar. Bəs erməni zülmünü bütün dəhşətlərilə yaşayan insanlarımıza nə deyək? Onları necə inandırmaq olar ki, sən artıq ermənilərin etdiklərini unut, onlarla dost ol. Erməni əsirliyində olmuş şəxslərlə söhbət zamanı onların ən çox işlətdiyi ifadələrdən biri “düşmənimə də arzulamaram” olur. Deyirlər, hər kəsin dərdi özünə ağırdır. Erməni əsirliyində olanların əksəriyyətinin taleyi bənzər olub. Eyni işgəncələr, eyni əzab-əziyyət… Dirəniş göstərənlərə daha çox zülm ediblər, bəzilərini öldürüblər. Ancaq bütün bunlara dözərək, sağ qalanlar da olub. Həmsöhbətim Əli Sarıyevin başına gələnlərsə, bir qədər fərqlidir. Bu da onun peşəkar idmançı olmasından irəli gəlir.

24.06.2019

Ermənilər yeni ərazilərin işğalına, Məmmədyarov isə sülhə hazırlaşır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşüb.

Görüşdən sonra nazirlər hər dəfə olduğu kimi, mətbuata açıqlamalar veriblər. Mən də oturub, Elmar Məmmədyarovun açıqlamasını oxuyurdum, oxuya-oxuya beynimdə qərarlaşdırırdım ki, kimə zəng edib, nazirin fikirlərinə münasibət öyrənim. Bu barədə danışa biləcək politoloqların adları yaddaşımdan keçdi. Xatırladım ki, İlham İsmayıl nazirlərin son görüşündən əvvəl və sonra hansı bəyanatların veriləcəyini onsuz da yazmışdı. Bilirdim ki, ona zəng etsəm, sərt danışacaq. Ona görə də “izahsız şeylərin mizahı olur” düşüncəsi ilə millət vəkili Aqil Abbası aradım.

Azərbaycan-Türkiyə təlimləri, cəbhədə gərginlik və informasiya müharibəsində "qaloş taktikası"

.
Tabor komandiri mayor Aqil Ömərov snayperlə vurulandan sonra cəbhə xəttində bir erməni işğalçısı məhv edildi. Bunu cəmiyyətə qisas kimi təqdim etməyə çalışdılar, amma bu qisas sayıla bilməzdi. Çünki, tabor komandirinə, mayora qarşı düşmən tərəfdən tabor komandiri və ya həmin rütbədə zabit məhv edilməli idi. Axı Azərbaycan Müdafiə nazirliyi bir şəhidin qarşılığında on erməni işğalçısı demişdi? Dünən yenə bir əsgərimiz şəhid oldu. Ermənistan Müdafiə nazirliyi bəyanat verdi ki, öldürülən erməni əsgərinin qisası alındı və bunu edən əsgər də mükafatlandırıldı.

Aqil Omarov kor nöqtədə necə vuruldu? - Qaranlıq qalan suallar

Mayın 30-u tabor komandiri, mayor Aqil Omarov erməni tərəfinin açdığı snayper atəşi nəticəsində şəhid oldu. Həmişəki kimi yenə “şəhidimiz var” deyib üzüldük, sosial şəbəkədə qəmli-qəmli paylaşımlar etdik. Səhəri gün şəhidin dəfn mərasimi oldu. Bu dəfə isə Azərbaycan bayrağına bükülmüş tabut şəkilləri sosial şəbəkəni “bəzədi”. Daha sonra isə kadr tutmağa gedənlər şəhidin uşaqlarının qəmli fotolarını yaydı. Bu dəfə isə uşaqlar üzərindən nələrsə yazdıq. Və bitti…

Əslində heç başlamamışdı da. Bir çoxu məsələni ya dərk etmədi, dərk edənlərin bəziləri nəyə görəsə susdu, bəziləri isə həyasızcasına şəhidi günahlandırdı.

20.05.2019

Azərbaycanı tanıdırıq, yoxsa özümüzü aldadırıq?

“Azərbaycanı tanıdırıq”

Azərbaycanda bir qrup var ki, beynəlxalq yarışmaları tanışlıq çatı kimi görür. Hara qatılırıqsa, deyirlər, “Azərbaycanı dünyaya tanıdırıq”.

Eşidən, görən də elə bilər ki, Azərbaycan şirkətdir, reklamı aparılır.

Bir də görürsən, əlaqəsi olmayan bir yarışmada “Qarabağ həqiqətlərini dünyaya yayacağıq”, deyirlər. Misal üçün “Avroviziya”. Adama sual verərlər, ay bala, ay insan, musiqi yarışmasında Qarabağ həqiqətlərini necə yayacaqsan? Ora söz demək üçün tribuna deyil axı, oxuyub, oynamaq üçün yerdir. Heç ora ölkə tanıtımı üçün də deyil axı. Uzağı ölkənin musiqi mədəniyyətini göstərə bilərsən. Heç o da mümkün deyil. Xarici dildə, tam fərqli formatda mahnı oxumalısan. Muğam oxunsa, milli geyim geyinilsə, deyərsən, əşi nəysə. Bunların heç biri yoxdur axı.

17.05.2019

Paşinyanın yallısı, Sərkisyanın Mərzili ziyarəti, gürcülərin Bakıda “David Qareci” plakatı

Və yaxud, güclü iqtisadiyyat, güclü ordu, regionun lideri.

Öncə Sərkisyandan başlayım. Sərkisyan Mərzili kəndinə gəlir, Monte Melkonyanın abidəsini ziyarət edir. Mərzili də Şuşa, Kəlbəcər deyil ki, deyəsən dağların arxasında idi, vura bilmədik, əyilə-əyilə oynayıb. Mərzili qonşu kəndlərdən əlini alnına qoyub, rahat görəcəyin bir yerdir. Üstəlik, Qarabağın dərinliklərinə qədər müşahidə edildiyini də bilirik. Hər halda o qədər cihaz elə-belə alınıb, quraşdırılmayıb. Yəni, Mərzili kəndi dərinliklərdə də deyil, dayazdadır, gözlə görülə biləcək qədər dayazdadır. O zaman sual çıxır: Sərkisyan necə sərbəst şəkildə gəlib oradakı abidəni ziyarət edir? Heçmi görmədilər onun gəlişini? Əslində, Müdafiə Nazirliyi rəsmən hərəkət edən hər şey vurulacaq deməsə idi, heç bu sual da çıxmazdı. “Əgər görülübsə, niyə vurulmayıb” demirəm, ona ürək lazımdır, “niyə mane olunmayıb?” İcazə verin şübhələnim…

Tarixə etinasızlıq, aparılan çirkin oyunlar - Səxavət Məmmədin Keşikçidağdan II REPORTAJI - FOTOLAR/VİDEO

Gürcülərin “Nifaq alması”na çevirdikləri Alban məbədi – Keşikçidağdan ilk reportajı sizə təqdim etmişdik.

Keşikçidağa getməyimizlə bağlı yazmazdan öncə, oradan qayıdanda yaşadığımız xırda bir dialoqu diqqətinizə çatdırım. 60-a yaxın yaşı olan bir müəllim deyir, “nə yaxşı getmisiniz ora, ömür boyu Ağstafadan çıxmamışam, oranın harada olduğunu bilmirəm”.

Gürcülərin “Nifaq alması”na çevirdikləri Alban məbədi: Səxavət Məmmədin Keşikçidağdan REPORTAJI - FOTOLAR/VİDEO

“Gərginlik Gürcüstan prezidenti Salome Zurabişvilinin mübahisəli sayılan sərhəd ərazilərinə xəbərdarlıqsız səfəri ucbatından yaranıb”.

Son bir neçə həftə ərzində Gürcüstandan müxtəlif səviyyələrdə Azərbaycana yönəlik təxribatçı davranışlar, xüsusilə, Keşikçidağda yerləşən və geniş əraziləri əhatə edən VI-VII əsrə aid Alban xristian məbədinə iddiaların irəli sürülməsi gündəmin ən aktual mövzuları sırasında öndə gəlir. Rəsmi Bakının, həmçinin Azərbaycan ictimaiyyətinin nisbətən təmkinli tövrü ilə müqayisədə xeyli aqressiv görünən gürcülər ölkəmizə qarşı yolverilməz davranışlarını davam etdirməkdədirlər. Gürcü gənclərindən ibarət geniş qrupun Keşikçidağ yaxınlığında nümayişkar yürüş təşkil etməsi, həmin ərazilərin Gürcüstana məxsusluğu iddiasını yenidən ortaya qoyması vəziyyətin həqiqətən, ciddi məcraya yönəlməsindən xəbər verir.

19.04.2019

Jurnalistlərin qarşılıqlı səfəri - İşğal altında olan Ağdamdan Reportaj

Məscid, çay evi, passaj və bulvar dumanlı kimi yadıma gəlir. Ağdamda olanda oralar yaddaşımda necə qalıbsa, o cürə dumanlıdır, dalğalıdır. Epizod-epizod yaddaşımda qalıb, elə yerdə qalanlar da epizodlardır. Ha yaddaşımı qurdalayıram, başqa şey yadıma düşmür. Eləcə məscid, çay evi, passajın qalıqları, “İmarət”. “İmarət”də 4 yaşımda olmuşam. Atamın çiynində, “Qarabağ” harasa ilə oynayırdı, bir az qışqır-bağır, bir-iki epizod, bu qədər.

16.03.2019

"19 yanvar mitinqi cəmiyyətdə yaranmış aktivliyi öldürəcək" - İqbal Ağazadə ilə VIDEOMÜSAHIBƏ

Ölkədə baş verən son proseslər, müxalifətin birliyi, aclıq aksiyaları, mitinq və Qarabağ probleminin həlli yolları.

Bu mövzuda suallarımı Ümid partiyasının sədri İqbal Ağazadə cavablandırıb.

İqbal Ağazadə ilə geniş müsahibəni sizə təqdim edirik.

“Siyasi “Dedovşina”nı öz dərimdə elə hiss edirəm ki...” – Tural Abbasllı ilə VİDEOMÜSAHİBƏ

“Bu millət bu qədərmi istedadsızdır ki, otuz ildə ortaya yeni siyasi liderlər çıxara bilməsin?”

AĞ Partiyanın sədri Tural Abbaslı həmkarları arasında gənc liderdir. Onun özünə qarşı qocaman siyasətçilərdən siyasi “Dedovşina” hiss edib-etməməsi bizim üçün çox maraqlı idi.

9.03.2019

MN-in generalının bazarı


06 mart 2019-cu ildə “Dünən TTM-in qarşısında üsyan var idi”, “MN-in generallarının pul oyunu: azı 4 min ver, gizir ol – Aksiya” yazısı yayımlandı.

Müdafiə Nazirliyinin bir çox sahələrində illərdir kök salan rüşvət ənənəsi nəhayət açığa çıxdı, qalmaqal yaratdı. Bu, gözlənilən hadisə idi. Dövlət və millət anlayışına daha çox utanc gətirən hal olduğundan mövzunun çözümünə biganə qala bilmədik. Ümid edirik bu araşdırmanı prezident də, prezident aparatında məlum idarənin məmurları da, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin heyətidə, dövlət qanunlarının icrasına nəzarət edən baş prokuror da, oxuyacaq.

Problem nədir?

8.03.2019

Elman Nəsirovda Albert Eynşteyn "simptomları"

İzahsız şeylərin mizahı olar.

Sosial şəbəkə təzə-təzə moda minəndə o qədər Albert Eynşteyndən sitatlar paylaşırdılar ki, axırda bu məsələ "Başqa nə var, nə yox (c) Albert Eynşteyn" həddinə gəlib çıxdı.

Artıq bir neçə gündür ki, sosial şəbəkənin trendi istənilən fikri qeyd edib, qarşısına (c) qoyub, Elman Nəsirov yazmaqdır. Ən qəribəsi odur ki, (c) Albert Eynşteyn yazanda insanlar gülsə də, (c) Elman Nəsirova çoxları inanır. Məsələnin nədən ibarət olduğunu bilənlər isə gülüb keçir.

6.03.2019

Generalların pul oyunu: azı 4 min ver, gizir ol - Aksiya - FOTO/VİDEO

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında gizir olmaq üçün imtahandan keçənlər toplaşıblar.

İmtahanlardan və idman normativlərindən keçənlərin bir çoxu gizir hazırlıq kursuna qatıla bilməyiblər. Buna səbəb isə pul verə bilməmələridir.

TTM-in qarşısında toplaşanların sözlərinə görə, imtahan nəticələrinin yüksək olmasına, idman normativlərini vermələrinə baxmayaraq, işə pul verənlər götürülüb.

25.02.2019

Qarabağ davası ətrafında divident oyunları

Ötən ilin sonlarından başlayaraq Azərbaycan siyasi arenasında canlanma yarandı.

Siyasətçilər, ictimai xadimlər bir araya gələrək Qarabağ Komitəsi yaratdılar. Danışıqların tamamən dayandırıldığı, cəbhədə atəşkəsin ilk dəfə iyirmili, otuzlu rəqəmlərə düşdüyü bir vaxtda əslində, belə bir komitəyə ehtiyac var idi.Komitə yarandı, toplantılar keçirdi və mitinq etdi. İlk mitinqdən sonra bəziləri Qarabağ Komitəsinin Qarabağ adından istifadə edərək siyasi divident qazanmaq istədiyini bildirdi. Onlar tərəfdən baxanda haqlı olduqları görünür. Bəs əslində olan nədir? Qarabağ həm də siyasət qurbanı olub axı. Niyə görə Qarabağı siyasiləşdirməsinlər? Qarabağ problemi Azərbaycan dövlətini idarə edəcək bütün hakimiyyətlərin başının üzərində domokl qılıncı kimi duracaq. Ölkə güllük, gülüstanlıq olsa belə, məhz Qarabağ probleminin qalması hakimiyyətlərin minusuna yazılacaq. Çünki Azərbaycanda müstəqillik dövründə baş verən bütün hakimiyyət dəyişikliklərində əsas təkanverci məqam Qarabağ məsələsi olub.

18.02.2019

Suyun çatmadığı, məktəbin olmadığı, taksinin sifariş qəbul etmədiyi yerdən REPORTAJ - VİDEO

Yazının başlığını oxuyan hər kəs elə biləcək ki, hansısa dağ kəndindən söhbət gedir.

Qətiyyən!

Bura Hökməlidir. Ceyranbatan su anbarının bir addımlığında, “Azərsu”nun qarşısında cəmi 7 dəqiqəlik məsafədə olan Hökməli.

Hökməli Bakının ən hündür yerində yerləşir. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə. Kənddə 10 minə yaxın insan yaşayır. Evlərin hələ də tikildiyini nəzərə alsaq, bu rəqəm yaxın zamanlarda daha da artacaq.

13.02.2019

Çarəsizlik, ümidsizlik, qış günü küçədə gecələmək - Şamaxıdan REPORTAJ

Dünən gecə Azərbaycan zəlzələ ilə silkələndi.

Zəlzələni hiss edən kim, hiss etməyib zarafata salan kim. Sosial şəbəkə bir anlıq zarafat meydanına çevrilir. Bir neçə dəqiqə sonra isə Şamaxı şəhərində zəlzələnin fəsadlar törətməsi barədə məlumatlar paylaşılır. Artıq vəziyət dəyişir…

12.02.2019

Aprel döyüşləri haqqında - İTV-nin efirində

Aprel döyüşlərinin ikinci ilində İctimai TV-nin birbaşa efirində jurnalist Səxavət Məmməd baş verən proseslərlə bağlı bildiklərini bölüşüb.

Verlişdə aprel döyüşləri, orada baş verənlərlə bağlı geniş söhbət aparılıb.

Həmin videonu sizə təqdim edirik:

Türkiyə, yoxsa MHP Elçibəy ailəsini seçdi? Burda Rusiyanın rolu varmı?

Davamı...

Türkiyənin Azərbaycanda  kritik situasiyaya hazırlıq istiqamətində perspektiv siyasi dəyişiklik etmək məqsədilə müəyyən qabaqlayıcı addımlar atdığını yazmışdım. Son məlumata görə, bu məsələdə Türkiyə tək deyil, təbii ki, bölgədə əsas söz sahibi olan Rusiyanın icazəsini almadan iş görmək ən azı sadəlövhlük olardı. Rusiyanın kimin əli ilə bu işlərdə rol oynayacağına növbəti yazıda toxunulacaq.

Ötən yazıda yazmışdım ki, əldə etdiyim dəqiq məlumata görə, yanvar ayının 27-i MHP öz namizədinin kim olmasına aydınlıq gətirib.

8.02.2019

Türkiyə Azərbaycanda nə istəyir? - Ölülər dirilir...

Azərbycan-Türkiyə, bir millət, iki dövlət. Dili bir, dini bir, eyni oğuz boyundan çıxma qısacası deyildiyi kimi, qardaş dövlətlər. Qardaşlıq təbii ki, millətlər arasındadır. Dövlətlərinsə maraqları hər şeydən öndə gəlir. Təbii ki, Türkiyənin də Azərbaycanda maraqları var. Bu maraqlar həm siyasi, həm iqtisadidir. Türkiyə böyük dövlət maraqlarından çıxış edərək Azərbaycanda öz maraqlarını qurmalıdır. Bundan təbii heç nə ola bilməz. Azərbaycana ən asan girib və möhkəmlənəcək qüvvə təbii ki, Türkiyədir. Buna təkcə yuxarıda sadaladığımız hallar kifayət edər. Üstünə türk kanallarının populyarlığı, uşaqların Türkiyə türkcəsində dil açmasını da gəldikdə vəziyyətin necə olması aydın olur.

30.01.2019

"Xüsusi Təyinatlı İbad 2" mənim gözümlə...

"Xüsusi Təyinatlı İbad 2" adlı film çəkilib və hətta TV kanallarda da yayımlanıb.

Film çəkilməzdən öncə sosial şəbəkədə çox ciddi müzakirəyə səbəb olmuşdu.

Hətta "İbad 1" çox ciddi tənqid edilmişdi.

Keçmiş döyüşçülərin və jurnalistlərin iradlarına baxmayaraq "İbad 2" çəkildi. "İbad 2" filmini izləyib və onunla bağlı qeydlərimi sizə təqdim edirəm.
Real Time Analytics