3.12.2019

Siyasət mümkünlük sənətidir... Elə qarşılıqlı səfərlər də... – Səxavət Məmməd yazır

Bizim jurnalistlərin Ermənistana, erməni jurnalistlərin də Azərbaycana səfəri heç şübhəsiz, siyasət idi. Daha doğrusu, bir siyasətin parçası… Lap konkret desək, “xalqların sülhə hazırlanması” adlı bir siyasət. Bir az da irəli getsək, Azərbaycanı təslimçiliyə hazırlayan siyasətin bir parçası….

Səfər baş tutmazdan əvvəl çox müzakirə edildi. Belə bir səfərin olacağı açıqlananda, işğal altındakı Ağdamdan xəyali reportaj da yazmışdım. Yazıya bir az təsvir qatmışdım, bir az uşaq vaxtı yadımda qalanlardan, bir az da nostalji. Hələ şəkillər də çəkmişdim. Axırda da yazmışdım: “Fotolar müəllifin özünə məxsusdur, beynindədir…”. Ancaq sonda dəqiq ifadə etmişdim, “Nə? Gedib oraları görüb bunları yazacam? Keçmişlə indiki durumu müqayisə edəcəm? Nə də?”.

Səxavət Məmmədlə “Sözün düzü”: Azər Həsrət ilə Tural Abbaslının DEBATI - “Ölkəni yeni mərhələyə keçirən dəyişikliklər” - VİDEO

“Sözün düzü” verilişinin bugünkü qonaqları Əməkdar jurnalist Azər Həsrət və AĞ Partiyanın sədri Tural Abbaslıdır.

Debatda ölkədə ötən həftənin son günlərində həyata keçirilmiş mühüm dəyişikliklər müzakirə olunur.
Real Time Analytics