23.12.2016

Bir qrup müharibə veteranı və media nümayəndəsi təltif olunub – FOTOLAR

Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-pisxoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu”na həsr olunan tədbir keçirilib.
Tədbirdə aprel döyüşləri zamanı cəbhə xəttində olan birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup müharibə veteranı və ehtiyatda olan zabit iştirak edib.

Tədbirdə çıxış edən Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, bütün dövrlərin müharibələrində şərəflə döyüşmüş müharibə veteranlarının keçdikləri döyüş yolu həm vətənin müdafiəsinə hazırlaşan gənc, həm də hərbi xidmət keçən əsgər üçün əsl qəhramanlıq məktəbidir.
Ehtiyatda olan polkovnik Xətai Baxışov deyib ki, aprel döyüşləri zamanı ön xətdə düşmənlə təmasda olan bölmələrə baş çəkən veteranlar şəxsi heyətlə görüşüb, onların xidməti-döyüş və sosial şəraitləri ilə maraqlanıblar. Habelə şəxsi heyətlə xidmətin təşkili, istifadədə olan silahların və texnikaların mənimsənilməsi, torpaqlarımızın azad edilməsi barədə fikir mübadilələri aparıb, öz tövsiyyələrini veriblər.
X. Baxışov veteranlar adından işğal altında olan torpaqları qısa müddətdə azad etməyə hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini bildirib.
Ehtiyatda olanlar polkovnik-leytenant Abuzər Əbilov, mayor Qabil Allahyarov və digər tədbir iştirakçıları da çıxışlarında qarabağda hərbi əməliyyatlar başlayacağı andan şəxsi heyətin yanında olacaqlarını, onlarla bir yerdə savaşa qatılacaqlarını söyləyiblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda baş vermiş döyüşlərdə fəal iştrakına, atəşkəs dövründə düşmənlə təmas xətdində yaranmış gərginlik zamanı ön cəbhəyə verdiyi mənəvi dəstəyə görə, bir qrup şəxs Müharibə Veteranları və Beynəlmiləlçityor Hərbiçilər Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Təltif olunanlar arasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov və Ölkə.Az saytının repartyoru Səxavət Məmməd də var
















































Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics