22.02.2017

Laçın dəhlizi uğrunda gedən döyüşlər, qələbə və... — keçmiş döyüşçü ilə MÜSAHİBƏ

Laçın dəhlizi uğrunda döyüşlər - 24 Sentyabr-22 Oktyabr 1992-ci il

Laçın dəhlizi uğrunda aparılan döyüş mövzusuna toxunmağa məni vadar edən səbəblər çoxdur. Bu döyüşlər haqqında, ümumiyyətlə, Qarabağ döyüşləri haqqında yazılan və deyilənlər bir tərəfə qalsın, bu hadisələrin şahidlərinin öz fikirləri vardır və bu fikirlərin hər biri digərlərindən fərqlənsə də, mənaca eyniləşdirilməyə çalışılır. Maraqlısı da budur ki, “Qarabağda biz yaxşı vuruşmadıq” - kimi fikirlərin sahibləri daha çox həmin müharibədə iştirak etməyənlərdir. Təbii ki, biz də müxtəlif arqumentlər ortaya atır, o cür düşünən insanları inandırmağa çalışırıq ki, əslində məsələlər sizin dediyiniz və eşitdiyiniz kimi deyildir. Həqiqətlər tamamilə başqadır, ümumiyyətlə həqiqətin qapısına paslı kilid vurulub.

20.02.2017

Xocalı faciəsi, erməni vəhşiliyi və meyitləri kimlərin təhqir etməsi iddialarına — CAVAB

Heç kimə sirr deyil ki, Xocalıda ermənilər qətliam törədib. Bu qətliamda ermənilərlə yanaşı Rusiyanın 366-cı mot-atıcı alayı da iştirak edib. Ermənilərin Xocalını işğal edəcəyi gözlənilirdimi? Bəli. Xocalı tamamilə mühasirəyə alınmışdı. O zaman bunu Azərbaycanın rəhbər şəxsləri də bilirdi. Hətta baş verə biləcək faciənin qarşısını almaq üçün prezident Ayaz Müətəllibov 1992-ci il feral ayının 22-də hazırki millət vəkili Araz Əlizadəni Moskvaya Yeltsinlə görüşə göndərir. Görüşdə 366-cı alayın Dağlıq Qarabağdan çıxarılması ilə bağlı razılıq əldə edilməli idi.

13.02.2017

"Qarabağ uğrunda savaş bir Vətən savaşıdır, məgər orada cənublu, şimallı ola bilərmi?" — Keçmiş döyüşçü


Əfqanıstan və Qarabağ – iki qanlı müharibə
Hər iki müharibədə xalqımız şücaətlə döyüşüb. Əfqanıstanda beynəlmiləl borcunu, Qarabağda isə vətən borcunu yerinə yetirib.
Bu dəfəki müsahibimiz hər iki müharibədə iştirak edən Yaqub Nəhmətovdur.

8.02.2017

"O biri oğlumu da əsgərliyə göndərərdim" — Şəhid Çingizin atası

Şəhidimiz dəfn olunan günün səhərisi Çingiz Qurbanovun doğulduğu Həzrə kəndinə getdik
Elə həmin gün də Prezident İlham Əliyev Çingiz Qurbanovu Mili Qəhrəman statusu ilə mükafatlandırdı.
Milli Qəhrəman Çingiz Qurbanovun atası Qurbanov Salman Qurban oğlu Çingizlə bağlı suallarımızı cavablandırıb.

Milli Qəhrəman statusu və ermənilərə tərs şillə — Şəhid atasının qürur göz yaşları

39 gün sonra ermənilər əsgərimizin meyitini geri qaytardılar
Şəhidimizin yolunu gözləyən Çingiz Qurbanovun ailəsi qəhrəman övladlarının nəşinə qürurla toxundular…
Şəhidin atası Salman Qurbanovla söhbət zamanı bunu hiss etmək olurdu: «39 gün biz nələr çəkdik, onu bir biz, bir də Allah bilir. İndi övladımı torpağa tapşırdım, rahatam».

“Şəhid olan bir neçə şəxsin qatillərinin adlarını açıqlayacağam” - Səxavət Məmmədlə müsahibə

“Ən maraqlı müsahibələrimdən biri Milli Qəhrəman Yelmar Ədilovun həyat yoldaşı Reyhan Ədilova ilə olub. Müsahibənin yarısı yayımlanıb, digər yarısı üçün isə məndən söz alıb ki, öləndən sonra yayımlayım. Həmin müsahibədə şəhid olan bir neçə şəxsin qatillərinin adları açıqlanacaq”

“Ən böyük problem Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatları gec yaymasındadır. Məlumatlar o qədər gec yayılır ki, Azərbaycan vətəndaşları erməni mediasını izləmək məcburiyyətində qalır”.

3.02.2017

Kimdir günahkar?

Artıq ermənilərin əlində olan vətəndaşımızı vətən xaini çıxarmışıq

Bu gün ermənilərin sosial şəbəkələrdə yazdığı bir cümlə diqqətimi çəkdi: "sizinkilər gəlib biz tərəfə keçib bizim əsgərlərimizi öldürəndə həmin əsgərinizə Milli Qəhrəman adı verirsiniz, ancaq gəlib işini görə bilməyib, bizimkilərin əlinə keçəndə vətən xaini deyirsiniz".
Real Time Analytics