25.02.2019

Qarabağ davası ətrafında divident oyunları

Ötən ilin sonlarından başlayaraq Azərbaycan siyasi arenasında canlanma yarandı.

Siyasətçilər, ictimai xadimlər bir araya gələrək Qarabağ Komitəsi yaratdılar. Danışıqların tamamən dayandırıldığı, cəbhədə atəşkəsin ilk dəfə iyirmili, otuzlu rəqəmlərə düşdüyü bir vaxtda əslində, belə bir komitəyə ehtiyac var idi.Komitə yarandı, toplantılar keçirdi və mitinq etdi. İlk mitinqdən sonra bəziləri Qarabağ Komitəsinin Qarabağ adından istifadə edərək siyasi divident qazanmaq istədiyini bildirdi. Onlar tərəfdən baxanda haqlı olduqları görünür. Bəs əslində olan nədir? Qarabağ həm də siyasət qurbanı olub axı. Niyə görə Qarabağı siyasiləşdirməsinlər? Qarabağ problemi Azərbaycan dövlətini idarə edəcək bütün hakimiyyətlərin başının üzərində domokl qılıncı kimi duracaq. Ölkə güllük, gülüstanlıq olsa belə, məhz Qarabağ probleminin qalması hakimiyyətlərin minusuna yazılacaq. Çünki Azərbaycanda müstəqillik dövründə baş verən bütün hakimiyyət dəyişikliklərində əsas təkanverci məqam Qarabağ məsələsi olub.

18.02.2019

Suyun çatmadığı, məktəbin olmadığı, taksinin sifariş qəbul etmədiyi yerdən REPORTAJ - VİDEO

Yazının başlığını oxuyan hər kəs elə biləcək ki, hansısa dağ kəndindən söhbət gedir.

Qətiyyən!

Bura Hökməlidir. Ceyranbatan su anbarının bir addımlığında, “Azərsu”nun qarşısında cəmi 7 dəqiqəlik məsafədə olan Hökməli.

Hökməli Bakının ən hündür yerində yerləşir. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə. Kənddə 10 minə yaxın insan yaşayır. Evlərin hələ də tikildiyini nəzərə alsaq, bu rəqəm yaxın zamanlarda daha da artacaq.

13.02.2019

Çarəsizlik, ümidsizlik, qış günü küçədə gecələmək - Şamaxıdan REPORTAJ

Dünən gecə Azərbaycan zəlzələ ilə silkələndi.

Zəlzələni hiss edən kim, hiss etməyib zarafata salan kim. Sosial şəbəkə bir anlıq zarafat meydanına çevrilir. Bir neçə dəqiqə sonra isə Şamaxı şəhərində zəlzələnin fəsadlar törətməsi barədə məlumatlar paylaşılır. Artıq vəziyət dəyişir…

12.02.2019

Aprel döyüşləri haqqında - İTV-nin efirində

Aprel döyüşlərinin ikinci ilində İctimai TV-nin birbaşa efirində jurnalist Səxavət Məmməd baş verən proseslərlə bağlı bildiklərini bölüşüb.

Verlişdə aprel döyüşləri, orada baş verənlərlə bağlı geniş söhbət aparılıb.

Həmin videonu sizə təqdim edirik:

Türkiyə, yoxsa MHP Elçibəy ailəsini seçdi? Burda Rusiyanın rolu varmı?

Davamı...

Türkiyənin Azərbaycanda  kritik situasiyaya hazırlıq istiqamətində perspektiv siyasi dəyişiklik etmək məqsədilə müəyyən qabaqlayıcı addımlar atdığını yazmışdım. Son məlumata görə, bu məsələdə Türkiyə tək deyil, təbii ki, bölgədə əsas söz sahibi olan Rusiyanın icazəsini almadan iş görmək ən azı sadəlövhlük olardı. Rusiyanın kimin əli ilə bu işlərdə rol oynayacağına növbəti yazıda toxunulacaq.

Ötən yazıda yazmışdım ki, əldə etdiyim dəqiq məlumata görə, yanvar ayının 27-i MHP öz namizədinin kim olmasına aydınlıq gətirib.

8.02.2019

Türkiyə Azərbaycanda nə istəyir? - Ölülər dirilir...

Azərbycan-Türkiyə, bir millət, iki dövlət. Dili bir, dini bir, eyni oğuz boyundan çıxma qısacası deyildiyi kimi, qardaş dövlətlər. Qardaşlıq təbii ki, millətlər arasındadır. Dövlətlərinsə maraqları hər şeydən öndə gəlir. Təbii ki, Türkiyənin də Azərbaycanda maraqları var. Bu maraqlar həm siyasi, həm iqtisadidir. Türkiyə böyük dövlət maraqlarından çıxış edərək Azərbaycanda öz maraqlarını qurmalıdır. Bundan təbii heç nə ola bilməz. Azərbaycana ən asan girib və möhkəmlənəcək qüvvə təbii ki, Türkiyədir. Buna təkcə yuxarıda sadaladığımız hallar kifayət edər. Üstünə türk kanallarının populyarlığı, uşaqların Türkiyə türkcəsində dil açmasını da gəldikdə vəziyyətin necə olması aydın olur.
Real Time Analytics