27.03.2017

Səngərdə Novruz bayramı — Reportaj

Əsgərlərimizlə Novruz bayramını qeyd etmək üçün bir qrup keçmiş Qarabağ müharibəsi döyüşçüsü ilə Xocavənd rayonunda toplaşdıq. Veterenlarımız evlərində bişirilən yeməkləri, şirniyyatları gətirir, maşınlara yükləyirik. Hər bir əsgər üçün yeməklərdən əlavə bayram payı da torbalara qoyulub. Qısası, əsgərlərimizin evlərindəkindən geri qalmayan bayram keçirməsi üçün hər şey hazırlanıb.

Hazırlıq işləri başa çatdıqdan sonra Haramı düzünə yola düşürük.

14.03.2017

Laçın dəhlizi - qələbənin bir addımlığındakı acı məğlubiyyət — Keçmiş döyüşçü ilə MÜSAHİBƏ


Laçın dəhlizi uğrunda gedən döyüşlər - 24 sentyabr-22 oktyabr 1992-ci il

Laçın dəhlizi düşməndən azad edildikdən sonra, lazımsız əmrlər, anlaşılmaz qərarlar, satqınlıqlar olmasaydı, indi bəlkə də nə bu barədə danışırdıq, nə də yazırdıq. Bəlkə də indi Laçının hansısa kəndində, hansısa bir çobanla reportaj edirdik. Ancaq olmadı, alınmadı...

1.03.2017

Susqun MN, dovşan media, təkərə düşən xalq



Müharibə təkcə səngərdə aparılmır. Səngərdəki müharibə qədər, bəlkə də daha vacibi informasiya müharibəsidir.
 
Dindirəndə qalstuklu müəllimlər ağızıdan köpük dağılana qədər danışacaq ki, informasiya müharibəsində erməniləri qabaqlayırıq, asırıq, kəsirik. Fevral ayının 25-dən bu günə qədər informasiya müharibəsində kimin qalib olduğunu üzülərək gördük. Ermənilər düzgün qurduqları informasiya müharibəsi nəticəsində demək olar ki, Azərbaycanı çaş-baş qoydu. Haqlı olduğumuz halda haqsız duruma düşməyimiz azmış kimi, az qaldı ermənilər cəmiyyətimizi də idarə etsinlər.
Real Time Analytics