20.01.2020

Səxavət Məmmədlə “Sözün düzü”: Sərdar Cəlaloğlu ilə Pənah Hüseynin DEBATI-VİDEO

Bu dəfəki “Sözün düzü” verilişinin qonaqları Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.

Debatda müxalifət partiyalarının 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə fərqli yanaşmaları müzakirə olundu.

Səxavət Məmmədlə “Sözün düzü”: İlham İsmayıl və Elxan Şahinoğlunun DEBATI-VİDEO

Bu dəfəki “Sözün düzü” verilişinin qonaqları keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl və politoloq Elxan Şahinoğludur.

“Süleymaninin öldürülməsi və artan savaş təhlükəsi” mövzusu müzakirə olundu.

5.01.2020

Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular

Son zamanlar Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı rüşvət, korrupsiya, zabitlərə evlər veriərkən qohumbazqlıq, qaydaların pozulması və digər ittihamların yer aldığı artmaqdadır. Polkovniklər Qəhrəman Mənsimzdə və Rövşən Məhərrəmov sosial şəbəkələrdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Sİlahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun əleyhinə konkret ittiham səsləndiriblər.

Adları çəkilən polkovniklərin Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamların ciddiliyini nəzərə alaraq, həmin iddialarla bağlı geniş araşdırma apardıq. Polkovniklərin iddiasında bildirilirdi ki, Həsənov və Sadıkov Hərbi Dəniz Qüvvələrinin (HDQ) ləğv edilmiş anbarının ərazisində geniş ərazini əhatə edən “qəbir yerləri” götürüblər və oranı sözün əsl mənasında “qala”ya çeviriblər.
Real Time Analytics