25.12.2021

"Tərtər işi"nin əsas MAHİYYƏTİ - Casusluq, vətənə xəyanət, yoxsa işgəncə, qeyri-qanuni əməllər? - Səxavət Məmməd yazır

Son bir ilin ən çox müzakirə olunan məsələsi adına şərti olaraq “Tərtər işi” qoyulan hadisədir. Bu işin mahiyyəti lazımi istiqamətdən çox yayınıb. Məsələnin mahiyyəti casusluq, vətənə xəyanət olsa da, ölkədə ən çox müzakirə olunan məsələ işgəncə, qeyri-qanuni əməllər oldu.

Demirəm işgəncə, qeyri-qanuni əməllər müzakirə olunmasın. Olunsun, günahkarlar cəzalandırılsın. Ancaq işgəncə faktları casusluq faktını çox kölgədə qoydu. Prosesin cəmiyyət tərəfindən bu cür qəbullanması üçün də az iş görülmədi. Casusluq, xəyanət bilərəkdən və ya bilməyərəkdən arxa plana keçdi. Cəmiyyətdə artıq elə bir fikir formalaşıb ki, 2017-ci ilin may ayında baş verən hadisələr zamanı cəsusluq olmayıb, xəyanatdən söhbət belə gedə bilməz. Hətta casusluqdan söz açanları də söyüşə, təhqirə məruz qoyurlar.

22.12.2021

Hədəfdə Hikmət Mirzəyev: General-leytenantı niyə ləkələmək istəyirlər? - Səxavət Məmməd yazır

Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev tərəfli-tərəfsiz Azərbaycan xalqının sevgisini qazanıb.

Hikmət Mirzəyevin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət haqqında danışmaq artıqdır. Hikmət Mirzəyev Polad Həşimov da deyil, deyək ki, borcu var, krediti var. Bunu desək, yalançı olarıq. Ancaq dəqiq deyə bilərik ki, adı rüşvətdə, intriqada hallanmayıb. Artıq sirr deyil ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov hətta Xüsusi Təyinatlı Qüvvələri belə ləğv etmək üçün əlindən gələni edib.

"Zəka küpləri"nin müharibəsi: "Bayrağı tapdalamaqla..." - Səxavət Məmməd yazır

Azərbaycanla Ermənistan arasındakı müharibə nə vaxtsa bitəcək, ola bilsin sülh də olacaq. Ancaq biz bunu hər iki cəmiyyətdəki bəzi düşüncəsizlərə görə ürəkbulanma ilə yaşayacağıq.

Uşaq olanda TV-də xəbərlərdə ABŞ bayrağının, prezidentinin maketinin yandırılmasını görəndə həmişə yanımda olan böyüklərdən soruşurdum ki, bunu edəndə nə olur? Cavablar demək olar bənzər olurdu – Amerikaya etiraz edirlər. Bayraq yananda nə əldə edirlər? Nəticəyə təsir edir? Bu suallara isə cavab ala bilmirdim.

Zəngəzur DƏHLİZİ: Çözüm üçün illər lazımdır, yoxsa güclü zərbə? - Səxavət Məmməd yazır

Zəngəzur dəhlizi, Zəngəzur təhdidi.

Azərbaycan-Ermənistan müharibəsinin tarixinə baxdıqda açıq görürük ki, erməni tərəfi yalnız güc və təzyiq qarşısında hansısa addım atır. Əslində bu təkcə Ermənistana xas olan xüsusiyyət də deyil. Maraqlar toqquşanda heç kim öz xoşuna geri addım atmır. Ermənistanın təhdid qarşısında bu günə qədər bir addım da olsun geri çəkildiyi görülməyib.

Helikopter qəzasının Zəngəzurla bağı və Rusiyanın kiçik həmləli böyük planı - Səxavət Məmməd yazır

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 zabitimiz şəhid oldu.

Hadisənin səhəri günü Bakının mərkəzində aksiya təşkil olundu və Tofiq Yaqublu döyüldü. Demirəm, bunlar gündəm olmayacaq məsələdir, ancaq ölkənin acılı gündəmi zamanı Rusiya “sülhməramlılar”ı vaxt tapıb Xankəndidə separatçılarla birlikdə dəniz rəssamı İvan Aivazovskinin büstünün açılışında iştirak ediblər. Büstün müəllifi rus heykəltəraş Mixail Serdyukovdur.

İvan Aivazovski milliyətcə erməni olub və əsərlərinin böyük hissəsi İstanbulun dəniz mənzərələrinə həsr olunub. Belə birinin Xankəndində büstü niyə açılsın? Komplo nəzəriyyələrini sevmirəm. Ancaq bunu sevənlərin xurcununa, “Burada Türkiyəyə də mesaj var” cümləsini qoyub, keçirəm digər məsələlərə.

Nazirliyin susqunluğunun yaratdığı fərziyyələr: Əsgərə cinayət işi açılıb, ya yox? - Səxavət Məmməd yazır

Belə bir misal var: Danışmaq gümüşdürsə, susmaq qızıldır. Buna belə bir cavab da vermək olar:

Baxır, hansı xiridar yanında.

Azərbaycanda nazirlik və komitələrin mətbuat xidmətləri Azərbaycan ictimaİyətini ya yaxşı xiridar hesab etmir, ya açıqlama verməməyin qızıl olduğuna inanıblar, ya da onları buna inandırıblar.

Elçin Quliyevin "bulandırdığı" su və ya rəsmi qurumların "helikopter süqutu" - Səxavət Məmməd yazır

Noyabrın 30-da baş verən helikopter qəzası Azərbaycan hərbi aviasiya tarixinin ən ağır itkisi idi desək, yanılmarıq.

İki ağır müharibədən keçən, 2016-cı ildəki aprel döyüşlərini görən Azərbaycan Ordusu və hərbi aviyasiyamız bu qədər ağır itki verməmişdi.

Bəlkə də, bu, maliyyə baxımından belə deyil. Çünki təkcə birinci müharibədə Azərbaycanın arsenalında olan 45 qırıcıdan 28-i və 19 hərbi helikopteri məhv edilmişdi. Həmin qırıcılar, əsasən, keçmiş Sovet hərbi təcrübəsi keçmiş, Rusiya və Ukraynadan gətirilən muzdlular tərəfindən idarə olunurdu. Yəni Azərbaycan Hərbi Hava Qüvvələri texnika itirsə də, çox az sayda pilot itirmişdi.

Paşinyana təşəkkür, bəyanata tüpürmək və dəhlizlər - Səxavət Məmməd yazır

Şuşada yallı getməklə, “Qarabağ Ermənistandır” deməklə Azərbaycan xalqını özündən çıxaran, havalandıran Paşinyan, deyəsən, milləti eyforiyadan ayıltmaq missiyasını da öz üzərinə götürüb. Hər iki xidmətinə görə Paşinyana təşəkkür edib, keçək digər məsələlərə.

Pafoslu şəkildə belə də yaza bilərdim ki, Paşinyan yallı getdi, cəzasını aldı, indi də yekə-yekə danışır, cəzasını alacaq. Qarabağ müharibəsini araşdıran, prosesləri izləyən hər kəs yaxşı bilir ki, 44 günlük müharibə nə Paşinyanın yallısına görə başlamışdı, nə də “Qarabağ Ermənistandır” bəyanatına görə.

Orduda nizam-intizam əskikliyi: Hərbçilər, yoxsa Müdafiə Nazirliyi cəzalandırılmalı idi? - Səxavət Məmməd yazır

Bir neçə gün öncə Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdən sonra bəzi hərbçilər cəzalandırılıb. Cəzalandırmaya səbəb intizamsızlıqdır.

Təbii ki, Müdafiə Nazirliyinin bu addımı birmənalı qarşılanmayıb. Bir çoxları nazirliyi bu addım atdığına görə qınayır. Bəziləri isə haqlı hesab edir. Hərənin öz düzü var. Hisslər və nizamnamə.

Məsələyə bir qədər geniş baxmaq lazımdır. Sosial şəbəkələrdə yayılmış videolara baxanda, əslində, xaotik bir vəziyyətlə qarşılaşırıq. Erməni tərəfinin yaydığı videolara baxanda açıq şəkildə görünür ki, Azərbaycan Ordusunun bölmələri cəm halda, sanki mitinqə gedirmiş kimi erməni mövqelərinə doğru gedirlər. Nə ara məsafəsi var, nə komandirin yeri bəllidir, nə əsgərin. Silah çiyində, telefon əldə.

Cəbhədəki gərginliyə Rusiyanın SUSQUNLUĞU - Nə baş verir? - Səxavət Məmməd yazır

Son günlər Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində gərginlik son dərəcə artıb. Öncə erməni terrorçu Azərbaycan postuna qumbara atdı, ardınca isə Kəlbəcər istiqamətində atəşkəsi pozdu.

Qarabağın daxilində təxribatlara Azərbaycan tərəfi adekvat cavab verə bilməsə də, Ermənistan-Azərbaycan sərhəddi barədə bunu demək olmaz. Sərhəddə hər pozuntu erməni tərəfi üçün həm post, həm texnika, həm də şəxsi heyət itkisi ilə nəticələnir.

Cəbhədəki uğurumuza kölgə salan axsaq diplomatiyamız… - Səxavət Məmməd yazır

Sülh yoxdur, müharibə bitib deyirlər.

Dünən genişmiqyaslı əməliyyatlar həyata keçirildi, hər iki tərəfdən itkilər oldu, yenə çıxıb deyəcəklər ki, müharibə bitib. Azərbaycanla Ermənistan arasında müharibə bitməyib, müharibə şəraiti davam edir. Nə qədər ki, iki ökə sülhə qol çəkməyəcək, nə qədər ki, dövlət sərhədləri qarşılıqlı tanınmayacaq, nə qədər ki, erməni tərəfinin ərazi iddiası davam edəcək, müharibə şəraiti də davam edəcək. Bu birmənalıdır. Gəlin bir-birimizi aldatmayaq.

Müdafiə Nazirliyinin iş bilməzlliyi: Güc strukturunun işi nə vaxtdan bəyanat yaymaq olub? - Səxavət Məmməd yazır

Azərbaycan xalqı bayram qeyd etməyə hazırlaşarkən, Ermənistanın müdafiə naziri Qarabağa səfərə gəlib. Bu adi, sıradan bir səfər də olmayıb. Bölmələri təftiş edib, şəraitlə yerində tanış olub, döyüş tapşırıqları verib.

Azərbaycan tərəfi nə edib?

Müdafiə Nazirliyi səviyyəsində bəyanat. Bu bəyanat nə vaxt verilib? Arşak Karapetyanın İrəvana qayıtmasından iki gün sonra.

Dəfələrlə olub ki, Azərbaycan tərəfi rəsmi şəkildə Qarabağa, Laçın dəhlizinə nəzarət etdiyini bəyan edib. O bəyanlar zamanında da deyirdik ki, bu nəzarət sadəcə olaraq vizual xarekterlidir. Görməkdən başqa heç nəyə yaramır.

Arşak Karapetyanın Qarabağa səfəri bir neçə yöndən skandaldır.

Moskvanın Qarabağda bitməyən hoqqaları - Səxavət Məmməd yazır

Rusiya bölgədə 200 ildən çoxdur var və varlığını davam etdirmək üçün ən müxtəlif vasitələrdən istifadə edir. Rusiyanın apardığı siyasətə, texnologiyaya baxanda aydın şəkildə görmək olur ki, girdiyi ərazidən çıxmamaq üçün ən müxtəlif vasitələrdən istifadə edir.

Geriyə baxanda yalnız adların və tarixlərin dəyişdiyini görə bilirik. Plan, proqram, strategiya hamısı eynidir. Rusiya varlığını davam etdirmək üçün heç nədən çəkinən bir dövlət deyil. Erməniləri məhz bu niyyətləri üçün əraziyə köçürüblər, daha sonra onlara dövlət də yaratdılar. Ərazidə varlıqlarını qorumaq üçün münaqişə yaradıb, uzun illərdir ki, bundan iki dövlətə təsir vasitəsi kimi istifadə etdilər.

Koronavirusdan şeir yaza bilməyib AMEA-nı dağıdanları tərk edin, Ramiz müəllim… - Replika

“Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib”.

Normalda bu sözləri hansısa jurnalist bir qurum haqqında yazar, deyər. Çayxanalarda bir qurumu kimsə tənqid edəndə məhz bu sözlərdən istifadə edər.

Məsələ ondadır ki, bu sözləri nə hansısa jurnalist yazıb, nə antimilli ünsür olan müxalifətçi deyib, nə də çayxana massonları bu iddianı səsləndirib. Bunu elə AMEA prezidenti Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin növbəti iclasında deyib.

Ölmədik, bu günü də gördük. Bir qurumun rəhbəri öz qurumunu necə dəqiq, səlist, real tənqid edə bilərmiş. Ramiz Mehdiyev ölkədə bir cığır açır. Özünütənqidin əsasını qoyur. Hətta Ramiz Mehdiyev demokratiyanın özüdür, şəffaflıq nümunəsidir, mənəvi keyfiyyəti fontan vuran şəxsiyyətdir də deyə bilərəm. Dizində təpər, qolunda güc olan bir dəqiqəlik ayaq üstə durub alqışlasın.

Dilimizdə danışa bilməyən Xalq yazıçısının sərsəm fikirlərinə sözardı... - Səxavət Məmməd

Son günlərin gündəmini zəbt edənlərin başında Xalq yazıçısı , detektiv janrda yazmaqla ad çıxaran Çingiz Abdullayev gəlir. Çingiz Abdullayevin uşağa su verib rahatlamasını qoyaq bir kənara. Qoy o etdiyi xeyirxahlığın eyforiyasında olsun, gələk Qarabağ müharibəsi ilə bağlı iddiasına.

Çingiz Abdullayevin bir videosu yayılıb, yazıçı əminliklə deyir ki, Birinci Qarabağ müharibəsi olmayıb. Məntiqimizi işə salıb, Çingiz Abdullayevə haqq qazandırmaq üçün deyə bilərik ki, rusdillidir, bəlkə, fikrini düzgün ifadə etməyib. Ancaq Çingiz Abdullayevin videosuna axıra qədər baxanda anlamaq olur ki, yox, adam dediklərindən əmindir və elə bu əminliklə də danışır. 44 günlük müharibəni əsl müharibə adlandırır. Onun sözündən belə çıxır ki, birinci müharibə saxta olub.

Xanlar Vəliyev "top"u MN-ə ATDI: "Tərtər işi"ndə zabit şərəfini ayaqlar altına atanlar... - Səxavət Məmməd yazır

Düz beş il sonra Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Tərtər işi” barədə açıqlama verdi.

Açıqlamada xeyli diqqət çəkən məqamlar var. Xanlar Vəliyev məsələ ilə bağlı birinci dəfə danışarkən işi “nağıl” adlandırsa da, etiraf xarakterli son açıqlamasında ilk dəfə bəzi etiraflar etmiş oldu. Belə ki, kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilməsini bəyan etdi. Bu, dəfələrlə yazılsa da, həmişə əksi iddia olunmuşdu.

Vəziyyətin nə qədər acınacaqlı olduğu Xanlar Vəliyevin “Mənim tələbim əsasında, Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi”, – cümləsinin altında gizlənir. İşgəncənin nə dərəcədə dəhşətli olması həm də buradan açıq aydın olur: “Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu”.

Efirlərdə at oynadan "xüsusi təyinatlılar" - Səxavət Məmməd yazır

Birinci müharibənin kəşfiyyatçıları, ikinci müharibənin xüsusi təyinatlıları və yaxud gopoloqların kəşfiyyatçılığı…

Son dövrlər telekanallara və internet TV-lərə çıxanların hər biri özünü xüsusi təyinatlı adlandırır. Hərdən adama elə gəlir ki, kanallar hamısı ancaq xüsusi təyinatlıları efirlərinə dəvət edir. Məsələ ondadır ki, həmin adamların danışığından öncə cüssəsinə baxan kimi bilmək olur ki, özü boyda gopçudur. Azərbaycan Ordusunun tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bəllidir, onların bir hissəsi şəhid olub və ya yaralanıb, ancaq böyük hissəsi hələ də sağdır və xidmətdədir. Hər əyninə XTQ forması keçirmiş şəxsləri toplasaq, ordunun tərkibində say tərkibi baxımından xüsusi təyinatlılar üstünlük təşkil edərdi. Oysa ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün hər rübdə yüzlərlə şəxs təlimlərə cəlb edilir, onlardan yalnız barmaqla sayılacaq qədəri xüsusi təyinatlı ola bilir.

17.12.2021

Mübariz Rzayevin İSTEFASI: Qalib generalları ordudan kimlər didərgin salır? – Səxavət Məmməd yazır / II HİSSƏ

Əvvəli burda

Müharibələrin tarixinə nəzər salsaq, demək olar, eyni proseslərlə qarşılaşırıq. Qalib generallar, sərkərdələr həmişə ya vurulur, ya gözdən iraq yerlərə göndərilir, ya da bir səhvi tapılıb həbsxanaya yola salınır. SSRİ İkinci Dünya müharibəsini qazananda 1945-ci il 8 mayda uğurla başa çatan “Berlin” əməliyyatına rəhbərlik edən Georgi Konstantinoviç Jukov “vurularaq” əvvəl Odessa, daha sonra isə Ural hərbi hissələrinin rəhbərliyi ona tapşırıldı. Onun kimi bir neçə döyüş generalı mərkəzdən uzaqlaşdırıldı, yüksək postlara isə uğursuzlar, dili olmayanlar gətirildi. Yəni postmüharibə dövründə qalib generalların başı həmişə bəlalı olur.

16.12.2021

Orduda RÜŞVƏT MEXANİZMİ: Sadıkovdan miras qalan KORRUPSİYA zəncirinin yeni mərhələsi – Səxavət Məmməd yazır

Artıq hər kəsə məlumdur ki, Azərbaycan Ordusunun 3-cü Ordu Korpusunun komandiri General-mayor Rzayev Mübariz Balağa oğlu öz istəyi ilə ordu sıralarından ehtiyata çıxıb. Mübariz Rzayev ordu sıralarından ehtiyata çıxmaq üçün 7 dəfə raport yazıb. Bir korpus komandirinin 7 dəfə raport yazması, əslində, SOS siqnalı, orduda ciddi problemlərin olması deməkdir.

Məsələyə bir qədər dərindən baxmaq lazımdır. Müharibədən əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Nəcməddin Sadıkov sabiq nazir Səfər Əbiyevin vaxtında, sözün əsl mənasında, neytrallaşdırılmış, söz haqqı əlindən alınmışdı. Vəzifəsi vardı, ancaq avtoriteti yox. Nəcməddin Sadıkov son dərəcə ambisiyalı biri olduğu üçün mübarizəni başqa cür qurdu.
Real Time Analytics