20.05.2019

Azərbaycanı tanıdırıq, yoxsa özümüzü aldadırıq?

“Azərbaycanı tanıdırıq”

Azərbaycanda bir qrup var ki, beynəlxalq yarışmaları tanışlıq çatı kimi görür. Hara qatılırıqsa, deyirlər, “Azərbaycanı dünyaya tanıdırıq”.

Eşidən, görən də elə bilər ki, Azərbaycan şirkətdir, reklamı aparılır.

Bir də görürsən, əlaqəsi olmayan bir yarışmada “Qarabağ həqiqətlərini dünyaya yayacağıq”, deyirlər. Misal üçün “Avroviziya”. Adama sual verərlər, ay bala, ay insan, musiqi yarışmasında Qarabağ həqiqətlərini necə yayacaqsan? Ora söz demək üçün tribuna deyil axı, oxuyub, oynamaq üçün yerdir. Heç ora ölkə tanıtımı üçün də deyil axı. Uzağı ölkənin musiqi mədəniyyətini göstərə bilərsən. Heç o da mümkün deyil. Xarici dildə, tam fərqli formatda mahnı oxumalısan. Muğam oxunsa, milli geyim geyinilsə, deyərsən, əşi nəysə. Bunların heç biri yoxdur axı.

17.05.2019

Paşinyanın yallısı, Sərkisyanın Mərzili ziyarəti, gürcülərin Bakıda “David Qareci” plakatı

Və yaxud, güclü iqtisadiyyat, güclü ordu, regionun lideri.

Öncə Sərkisyandan başlayım. Sərkisyan Mərzili kəndinə gəlir, Monte Melkonyanın abidəsini ziyarət edir. Mərzili də Şuşa, Kəlbəcər deyil ki, deyəsən dağların arxasında idi, vura bilmədik, əyilə-əyilə oynayıb. Mərzili qonşu kəndlərdən əlini alnına qoyub, rahat görəcəyin bir yerdir. Üstəlik, Qarabağın dərinliklərinə qədər müşahidə edildiyini də bilirik. Hər halda o qədər cihaz elə-belə alınıb, quraşdırılmayıb. Yəni, Mərzili kəndi dərinliklərdə də deyil, dayazdadır, gözlə görülə biləcək qədər dayazdadır. O zaman sual çıxır: Sərkisyan necə sərbəst şəkildə gəlib oradakı abidəni ziyarət edir? Heçmi görmədilər onun gəlişini? Əslində, Müdafiə Nazirliyi rəsmən hərəkət edən hər şey vurulacaq deməsə idi, heç bu sual da çıxmazdı. “Əgər görülübsə, niyə vurulmayıb” demirəm, ona ürək lazımdır, “niyə mane olunmayıb?” İcazə verin şübhələnim…

Tarixə etinasızlıq, aparılan çirkin oyunlar - Səxavət Məmmədin Keşikçidağdan II REPORTAJI - FOTOLAR/VİDEO

Gürcülərin “Nifaq alması”na çevirdikləri Alban məbədi – Keşikçidağdan ilk reportajı sizə təqdim etmişdik.

Keşikçidağa getməyimizlə bağlı yazmazdan öncə, oradan qayıdanda yaşadığımız xırda bir dialoqu diqqətinizə çatdırım. 60-a yaxın yaşı olan bir müəllim deyir, “nə yaxşı getmisiniz ora, ömür boyu Ağstafadan çıxmamışam, oranın harada olduğunu bilmirəm”.

Gürcülərin “Nifaq alması”na çevirdikləri Alban məbədi: Səxavət Məmmədin Keşikçidağdan REPORTAJI - FOTOLAR/VİDEO

“Gərginlik Gürcüstan prezidenti Salome Zurabişvilinin mübahisəli sayılan sərhəd ərazilərinə xəbərdarlıqsız səfəri ucbatından yaranıb”.

Son bir neçə həftə ərzində Gürcüstandan müxtəlif səviyyələrdə Azərbaycana yönəlik təxribatçı davranışlar, xüsusilə, Keşikçidağda yerləşən və geniş əraziləri əhatə edən VI-VII əsrə aid Alban xristian məbədinə iddiaların irəli sürülməsi gündəmin ən aktual mövzuları sırasında öndə gəlir. Rəsmi Bakının, həmçinin Azərbaycan ictimaiyyətinin nisbətən təmkinli tövrü ilə müqayisədə xeyli aqressiv görünən gürcülər ölkəmizə qarşı yolverilməz davranışlarını davam etdirməkdədirlər. Gürcü gənclərindən ibarət geniş qrupun Keşikçidağ yaxınlığında nümayişkar yürüş təşkil etməsi, həmin ərazilərin Gürcüstana məxsusluğu iddiasını yenidən ortaya qoyması vəziyyətin həqiqətən, ciddi məcraya yönəlməsindən xəbər verir.
Real Time Analytics