27.12.2016

Ağdamda açılan son səhərim — Xatirə

Səhər bir də belə açılmayacaqdı. Nə o qızıl güllər olacaqdı, nə də yuxudan duran kimi həyətə qaçacaqdıq. Hə, bir də anam bizi fındıq ağacının ətrafında qovaraq tutmayacaq, yemək masasına oturtmayacaqdı.

26.12.2016

"Şəhid olmuş əsgərlərin meyitlərini 2 milyona çıxarırdılar" — Kəşfiyyat komandiri ilə MÜSAHİBƏ

Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissə olub. Hərbi hissə Laçın dəhlizindən tutmuş Xocavənd, Ağdam, Füzuli, Ağcabədi istiqamətində çoxlu döyüş əməliyyatı həyata keçirib.
Bu dəfəki müsahibimiz 704 saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri Tofiq Qasımovdur.

23.12.2016

Bir qrup müharibə veteranı və media nümayəndəsi təltif olunub – FOTOLAR

Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-pisxoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu”na həsr olunan tədbir keçirilib.
Tədbirdə aprel döyüşləri zamanı cəbhə xəttində olan birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup müharibə veteranı və ehtiyatda olan zabit iştirak edib.

19.12.2016

Adil Əliyev: "Qanunsuz işlər görən bütün icra başçılarını zindanlarda çürüdərdim" — MÜSAHİBƏ + Şəxsən mən

Ölkə.Az-ın "Şəxsən mən" adlı rubrikasının bu dəfəki qonağı millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdir:

17.12.2016

İtkin düşən neftçilərin ailələrindən - REPORTAJ + Fotolar

Xəzər yenə 10 can aldı...
Dünən kükrəyən Xəzərdən bu gün əsər-əlamət yox idi. Ələtə gedərkən yol boyu Xəzəri izləyirəm. Sakit, təmiz, özünü ağıllı uşaqlar kimi aparırdı. Dəcəllik edib, etdiyi yaramazlığa görə cəzalandırılmaq istəməyən uşaqlar kimi sakit və kirimişcə durmuşdu. Ancaq özünü ağıllı uşaq kimi göstərən o Xəzər 10 ailəni başsız, neçə uşağı atasız, neçə qadını arxa-dayaqsız qoydu.

Ceniffer Lopez və Şakiraya yemək bişirən baş aşpaz — "Vasif Talıbov da bişirdiyim yeməkləri bəyənir"

Müsahibədə göstərilən diqqət və dəstək üçün "Mado" restoranlar şəbəkəsinin rəhbərliyinə təşəkkürlərimizi bildiririk.
Ölkə.Az-ın müsahibi sərhədsiz, elit aşpaz, "Mado" restoranlar şəbəkəsinin qida koordinatoru Mübariz Vəliyevdir.

5.12.2016

704-cü hərbi hissə danışır — Qarabağ döyüşlərinin görünməyən tərəfi - Reportaj

Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissədir.
Birinci Qarabağ savaşında Ağdamın Mərzili kəndindən tutmuş, Fizulinin Aşağı Veysəlli kəndinə qədər olan geniş bir əraziyə 704 saylı briqada cavabdeh olub. Bu qədər geniş bir ərazi müharibə dövründə təkcə 704 saylı hərbi hissə tərəfindən qorunsa da, günümüzdə bu əraziyə 2 briqada nəzarət edir. O dövrdə adıgedən birqadanın hansı çətinliklərdən keçdiyini dərk etmək üçün təkcə bu fakt kifayət edir.

Fazil Mustafa: "Özümü Fətullah Güləndən daha ağıllı hesab edirəm" — MÜSAHİBƏ + Şəxsən mən

Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının görünməyən tərəflərini göstərməkdir.
Bu həftə layihəmizin qonağı "Böyük Quruluş" partiyasinin sədri, millət vəkili Fazil Mustafadır:

25.11.2016

Tarixi qoruq, yoxsa kafe, restoran və çayxanalar məhəlləsi? — İçərişəhərdən reportaj + FOTOLAR

Hər zaman tarixi abidələrimizlə öyünürük, ancaq desək ki, onlardan bir neçəsini sayın, Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər, Şəki xan sarayı deyib, düşüncəyə dalacaqlar.

Sərdar Cəlaloğlu: "Çayxanada oturub Nobel mükafatı almağım haqda xəbəri gözləyirdim..." — MÜSAHİBƏ + Şəxsən mən

Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının görmədiyimiz tərəflərini də göstərməkdir.
Layihəmizin bu dəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur:

15.11.2016

İqbal Ağazadə: "Hər gün aşiq oluram" — MÜSAHİBƏ + Şəxsən mən

Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının başqa üzünü də göstərməkdir.
Layihəmizin bu dəfəki qonağı Ümid Partiyasının sədri İqbal Ağazadədir:

AXCP sədri:"Üst-başı pis gündə gəzərdim, "bomja" oxşayardım..." — Müsahibə + Şəxsən mən

Ölkə.Az saytı "Şəxsən mən" adlı yeni layihəyə start verir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının başqa üzünü də göstərməkdir.
Layihəmizin birinci qonağı AXCP sədri Razi Nurullayevdir:

12.11.2016

Columbia Pictures təqdim edir: "Başı bəlalı şifer"

Columbia Pictures təqdim edir.

Baş rolda Jan Klod Rembo.

Film Azərbaycan adlı qədim, tarixi keçməkeşlərdən keçmiş ölkənin Daşkəsən adlı rayonunda baş verir.

Bayraq günü bayraq meydanına bayram etməyə toplaşan əhali hələ heç nədən xəbərdar deyildi. Əhalinin böyük əksəriyyəti səhərin ayıb yerləri açılmamış Bakıdan gələn müğənniləri görmək üçün, digəri isə məcburi gəlmişdi. Ancaq heç kim bilmir ki, beynalxalq qalmaqalın canlı şahidi olacaqlar.

2.11.2016

Erməni işğalı altında olan Qarabağa turlar təşkil edən rus şirkəti haqqında — ARAŞDIRMA + FOTOLAR

Erməni işğalı altındakı Dağlıq Qarabağ, qondarma "respublika", qaydaları pozan şirkətlər və şəxslər
Hər il bir neçə dəfə Azərbaycanın icazəsi olmadan bir neçə şirkət və şəxslər Dağlıq Qarabağda iş qurur, ora səfərlər edir. Buna cavab olaraq isə Azərbaycanın Xarici İşlər Nazirliyi nota verir, həmin şəxsi "qara siyahıya" salıb Azərbaycana gəlişinə qadağa qoyur.

25.10.2016

Müsəlman ölkəsi Küveyt işğalçı Ermənistana niyə kömək edir? — Araşdırma + FOTOLAR

Küveyt, Azərbaycan, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi və Ermənistan
Yaxud, Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar, suriyalı erməni və kürd əsilli qaçqınlar və islam ölkəsinin işğalçı və xristian dövlətə yardımları.
Küveytin islam ölkəsi olması heç kimə sirr deyil. Küveyt Azərbaycanı özünə qardaş dövlət hesab edir. Ancaq maraqlıdır ki, həmin islam ölkəsi olan Küveyt Ermənistana da yardımlar etməkdə davam edir. Hətta iş o yerə çatıb ki, Azərbaycanda planlaşdırılan layihələr Ermənistanda həyata keçirilir.

24.10.2016

Pambıq zavodunun iflasa uğratdığı fermer: "Zavod dərimizi soyur, icra başçısı isə həbslə hədələyir" — Reportaj + FOTOLAR

Artıq neft bumu dövrü başa çatıb. Bunu anlayan hökumət aqrar sektoru inkişaf etdirmək üçün işlər görür. 

Prezident İlham Əliyev pambıqçılığın və baramaçılığın inkişafı üçün dövlətin sahibkarlara, fermerlərə dəstək olacağını bildirib və bu işləri yerli icra hakimiyyətlərinə tapşırıb. Yerli icra hakimiyyətləri tapşırığı necə yerinə yetirir? Fermerlər pambıqçılıqdan gəlir əldə edə bilirmi?

18.10.2016

"Bakının dərdi var, Bakı xəstədir" — KÖŞƏ

Səməd Vurğunun 26-lar poemasını gənc nəsil bilməsə də, poemanın başladığı "Bakının dərdi var, Bakı xəstədir" misrasını hər kəs eşidib. 

Bu misranı özünün məşhur şeirinə başlıq kimi seçən Baba Pünhanın misraları isə Bakının bütün problemləri, zibillikləri, sel basmaları, küləklərin ağacları küçələrdəki maşınların üstünə aşırtdığı zaman aktuallaşır, dillərdə dolaşır.

12.10.2016

Azərbaycanı parçalayan müqavilənin tarixi — MÜSAHİBƏ

Bu gün Gülüstan müqaviləsinin imzalandığı gündən 203 il ötür
Azərbaycan torpaqlarının İran və Rusiya arasında bölüşdürülməsini rəsmiləşdirən müqavilə ilə bağlı suallarımızı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, araşdırmaçı Zaur Əliyev cavablandırıb.

Yəhudilər Aşuranı öncədən də qeyd edirdilər — Aşuranın tarixi haqda bilmədikləriniz

Bu gün Azərbaycanda Aşura qeyd olunur.
Aşura gününün tarixi, o zaman baş vermiş hadisələrlə bağlı suallarımızı ilahiyyatçı İsmail Əhməd cavablandırdı.

11.10.2016

Ürəyi yanan ata: “Oğlum araq içsin, amma Suriyada ölməsin”

“Oğlum araq içsin, amma Suriyada ölməsin.”

Bu sözləri Suriyaya döyüşməyə gedən Azərbaycan vətəndaşları ilə bağlı reportaj hazırlayan İnterpress.az aytının əməkdaşına Xaçmaz sakini söyləyib.

Son günlər Azərbaycandan Suriyaya gedən döyüşçülər, Azərbaycana Suriyadakı döyüşlərdən gələn meyitlər barədə çox danışılır.

10.10.2016

Neft asılılığından necə qurtulmaq olar? — Vüqar Bayramovla MÜSAHİBƏ

Neft bumu dövrü bitti, artıq qeyri neft sektorunun inkişafına ehtiyac var.
Bunu başa düşən hökumət müəyyən islahatlar həyata keçirməyə başlayıb.
Qeyri-neft sektorunun inkişafı, problemlər, həll yolları, neftdən asılılıqla bağlı Ölkə.Az-ın suallarını iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.

8.10.2016

Qarabağ qazisi: "Ermənilər dayım oğlunu diri-diri yandırandan sonra..." - 12 iyun 1993-cü il Mərzili döyüşü

12 iyun 1993-cü il Ağdam rayon Mərzili kəndində ermənilərlə baş vermiş döyüş toqquşması və bu döyüş toqquşması nəticəsində öldürülən erməni milli qəhrəman Monte Melkonyan barədə araşdırmaya davam edirik.

16.09.2016

"Əgər bu yüksəkliklər ermənilər tərəfindən alınsa idi, indi..." — Qərb cəbhəsindən Reportaj + FOTOLAR

Qərb cəbhəsindəyik. Tovuz, Qazax, düşmənlə üzbəüz Azərbaycan kəndləri...

Səhər saat 6:00. Əsgərlərə "qalx" komandası verilir və biz də onlarla birlikdə dururuq. Əsgərlərlə birgə idmana başlayırıq. İdmandan sonra sıra baxışı, ardından da səhər yeməyinə gedirik.

"Aprel döyüşləri zamanı komandirlərimizdən xahiş edirdik ki, bizi..." — Qərb cəbhəsindən Reportaj + FOTOLAR

Aprel hadisələri yəqin ki, hər kəsin yadındadır.
1994-cü ildən bu yana ilk dəfə idi ciddi döyüşlər keçirildi və ilk dəfə idi ki, ordumuz bir neçə yüksəkliyi düşmən tapdağından geri ala bildi.
Aprel hadisələri uzun illər sonra Azərbaycan xalqının birlik və bərabərliyini ortaya qoydu. Müxalifətli-iqtidarlı hər kəs bir yumruq idi. Əsgərlərimiz cəbhədə düşmənlə döyüşür, mediamız informasiya müharibəsi aparır, xalq isə bayraqlar əldə küçələrə axışaraq yüksək döyüş ruhunu nümayiş etdirirdi. İlk dəfə idi ki, şəhidlərimiz onminlərlə insanın müşaiyəti ilə, böyük izdihamla dəfn olunurdu. Hər şəhid dəfni böyük bir mitinqi xatırladırdı.

Akşehir - "Böyük Taarruz"un başladığı muzeyə dönmüş şəhər — II Reportaj + FOTOLAR

"Həm Molla Nəsrəddinin şəhəri, həm Atatürkün qərargahı..." başlıqlı yazıda bildirmişdik ki, Atatürkün "Büyük Taarruz"a əmr verdiyi qərargahdan söhbət açacağıq.

Həm Molla Nəsrəddinin şəhəri, həm Atatürkün qərargahı... — REPORTAJ + FOTOLAR

Ölkə.Az saytının jurnalisti Səxavət Məmməd Akşehirdən reportaj hazırlayıb
Sultan dağlarının ətəyində, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə tarixi abidələrlə zəngin Akşehirdəyik. Akşehir Konya vilayətinə aid bir şəhərdir. Şəhərə girərkən diqqətimi Molla Nəsrəddinin eşşəyin belinə tərsinə minmiş vəziyyətdəki heykəllərini görürəm. Bununla bağlı maraqlananda məlum olur ki, Molla Nəsrəddin gəncliyindən Akşehirdə yaşayıb. Burada Molla Nəsrəddin türbəsi və onun adına park da var.

3.09.2016

17 illik evlidirlər, bir-birlərinə «həyatım», «aşkım» deyirlər… — Egeyin sahilindən REPORTAJ

Ölkə.Az saytının jurnalisti Səxavət Məmməd İzmirdən reportaj hazırlayıb
…Söhbət etdiyim hər bir insan «bu həyata bir dəfə gəlirik, insan kimi yaşamalıyıq», deyir. Banka borc deyirsiniz, onlarda da var, çətinlik deyirsiniz, onlarda da var. Biz də müharibə şəraitində yaşayırıq, Türkiyə də uzun illərdirdir müharibə ilə üz-üzədir

23.07.2016

İşğal günü, yoxsa fotoseKSiya?

Bu gün Ağdamın ermənilər tərəfindən işğal edildiyi gündür.

Artıq dünən günorta saatlarından ağdamlı tanışlarım bu gün Şəhidlər Xiyabanında yığışıb Ağdamı, şəhidləri yad edəcəkləri barədə məlumat verdilər. Yenə köhnə günlər, xatirələr danışılacaq, şəkillər çəkilib sosial şəbəkələrdə paylaşılacaq. Çəkilən şəkilə baxıb, qlamur qızlar kimi "yox burada pis düşmüşəm, yenidən çək" deyəcəklər. Guya Ağdamı yad etməyə gəliblər, "selfie" çəkdirməyə yox.

Şəhidlər Xiyabanına təbii ki, getmədim. Pis ağdamlıyam, "qlamurnu" deyiləm. Dəvət edənlər də elə düşünəcək. Düşünsünlər.

13.07.2016

Qiyamət Azərbaycandan qopacaq? — Salvador Dalinin sirli əsərinin izi ilə... (MÜSAHİBƏ + FOTOLAR)

Salvador Dalinin "Geopolitik uşaq yeni doğulan insana nəzarət edir" adlı rəsm əsəri barədə illərdir araşdırmalar yazılır, fərziyyələr irəli sürülür.
Bu şəkli araşdıranda məlum oldu ki, Salvador Dalinin "Geopolitik uşaq yeni doğulan insana nəzarət edir" əsəri NATO-nun Brüsseldəki iqamətgahında divardan asılıb. Bu əsərlə bağlı saysız-hesabsız mübahisələr var.

30.06.2016

Quşlar xəbər gətirdi ki, Monte Melkonyan sağdır

Özü ölüb, söz-söhbəti ölməyən Monte Melkonyan davası
İTV-nin nəzdində fəaliyyət göstərən “Carçı film” yaradıcılıq birliyi "Şəhidlər Ölməz" silsiləsindən Şaiq Kəlbiyevlə bağlı film çəkib.
Şəhidlərimizlə bağlı filmlərin çəkilməsi, kitabların yazılması yaxşı haldır. Ancaq bu məsələdə heç kimim haqqını yemək olmaz.

23.06.2016

"Hakimiyyət nazirlərin 3-4-nün adının hallanmasını istəməz, digərlərini isə bada verə bilər" — Keçmiş MTN polkovniki ilə sensasion MÜSAHİBƏ

Son zamanlar Azərbaycanda cəmiyyətin ən çox diqqət etdiyi məsələlərdən biri MTN ətrafında baş verən proseslərdir.
Bu məsələlərlə bağlı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayılla söhbətləşirik.

7.06.2016

"Bizim snayperlər ermənilərin muzdlu snayperlərindən daha yaxşıdır" — Cəbhə bölgəsindən II reportaj (IV yazı)

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdam istiqamətində olan cəbhəyanı bölgəyə gedirik.

1.06.2016

"Qəhrəman əsgərimiz bizə erməni işğalçısının yaxasından kəsib götürdüyü..." — Cəbhə bölgəsindən II reportaj (III yazı)

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdam istiqamətində olan cəbhəyanı bölgəyə gedirik.

31.05.2016

"Ermənilər pulemyotçularını zəncirləmişdilər ki, qaçmasınlar..." — Cəbhə bölgəsindən II reportaj (II yazı)

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdamda olan ön cəbhəyə gedirik.

30.05.2016

"Döyüşdə baş verənləri tanımadığım şəhidin başdaşına danışırdım..." — Cəbhə bölgəsindən II reportaj (I yazı)

Müstəqillik qan, can bahasına alınır
28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdamda olan ön cəbhəyə gedirik.

22.05.2016

Erməni zabitinin məktubu

"Zavokzalnaya" adlı keçmiş erməni hərbçisi Əfqanıstan müharibəsinin iştirakçısı, birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik leytinant Abuzər Əbilova məktub yazıb.

Abuzər Əbilovun fikirini və erməni zabitinin məktubunu oxuya bilərsiniz:

12.05.2016

"Həmin gecə öncə kəşfiyyat qrupumuz ermənilərin içərisinə sızdı" — CƏBHƏDƏN REPORTAJ (IV yazı)

Keçmiş döyüşçülərin təşəbbüsü, Müdafiə Nazirliyinin icazəsi ilə bir qrup Qarabağ qazisi cəbhə bölgəsinə yollanıb. Keçmiş döyüşçülərlə birlikdə 4 günlük cəbhə xəttində Ölkə.Az saytının əməkdaşı da olub.

"Heyif atəşkəs oldu, yoxsa erməniləri iti qovan kimi qovurduq torpaqlarımızdan" — CƏBHƏDƏN REPORTAJ (III yazı)

Keçmiş döyüşçülərin təşəbbüsü, Müdafiə Nazirliyinin icazəsi ilə bir qrup Qarabağ qazisi cəbhə bölgəsinə yollanıb. Keçmiş döyüşçülərlə birlikdə 4 günlük cəbhə xəttində Ölkə.Az saytının əməkdaşı da olub.

"Komandir, müharibəni başlayın, sürüm, gedim erməninin üstünə" — CƏBHƏDƏN REPORTAJ (II yazı)

Keçmiş döyüşçülərin təşəbbüsü, Müdafiə Nazirliyinin icazəsi ilə bir qrup Qarabağ qazisi cəbhə bölgəsinə yollanıb. Keçmiş döyüşçülərlə birlikdə 4 günlük cəbhə xəttində Ölkə.Az saytının reportyoru da olub.

9.05.2016

"Oğlum postdadır, görəsən, nə yeyir, nə içir?" düşünən valideynlər üçün cəbhədən — REPORTAJ (I yazı) + Fotolar

Məsəl var deyirlər, su gələn arxa bir də gələr. Bugünkü reportajımızı cəbhə bölgəsindən hazırlamışıq. Keçmiş və indiki qəhrəman döyüşçülərin bir arada və bir yumruq kimi olduğu qan ağlayan Qarabağdan...

2.05.2016

"Verilişdən sonra ən sərt danışan erməni belə gəlib deyir ki, incimə, biz publikanı "əyləndiririk"" — Fuad Abbasovla MÜSAHİBƏ

Türkiyənin İhlas xəbər agentliyinin Rusiya təmsilçisi həmvətənimiz Fuad Abbasov agentlikdən bir müddət öncə işdən azad edildi.
Fuad Abbasovun işdən azad edilməsi onun qatıldığı proqramlarda erməniləri susdurması, Azərbaycan və Türkiyənin mövqeyini müdafiə etdiyi bir zamanla üst-üstə düşdü. İhlas xəbər agentliyinin rəsmi açıqlamasında isə Fuad Abbasovun görüntülü xəbər ötürmədiyi üçün işdən azad edildiyi deyildi.

25.04.2016

Keçmiş döyüşçü: "Korpus komandirinin döyüşə atıldığı yerdə əsgərin qarşısını saxlamaq mümkün deyil" — MÜSAHİBƏ + FOTOLAR

Ehtiyatda olan polkovnik Xətai Baxışov. Qarabağ müharibəsində əvvəlcə Vitya Mudrakın rəhbərlik etdiyi 778 saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1992-ci ilin dekabrında 778 saylı hərbi hissəni 123 saylı hərbi hissə ilə birləşdiriblər. Birləşmədən sonra ona 031 saylı hərbi hissənin komandiri olmağı təklif ediblər. Həmin hərbi hissədə BMP üzrə motoatıcı tabor olub. 1992-ci ilin yanvar ayında "Ağdərə", "Sərsəng" və "Fərrux" əməliyyatı başlayan zaman Xətai Baxışovun komandirlik etdiyi hərbi hissəni iki yerə bölüblər. BMP taborunun yarı hissəsi Ağdərə, Sərsəng istiqamətində, digər yarısı isə Ağdam istiqamətində göndərilib.

23.04.2016

"Möminə Xatun" masaj salonu, "Xətai" restoranı, "Qarabağ" kafesi — Özümüzə nə vaxt hörmət edəcəyik?!

Son zamanlar ictimai iaşə obyektlərinə tarixi şəxsiyyətlərin, tarixi abidələrin, işğal altında olan rayonlarımızın adının verilməsi tendensiyası çoxalıb.
Yol kənarında yerləşən balaca kafelərdən tutun, restoranlara, gözəllik salonlarına, hətta əxlaqsızlıq yuvalarına da işğal altında olan rayonlarımızın, tarixi şəxsiyyətlərimizin adının verildiyini görürük. İndi bu adlardan hər yerdə istifadə edilir.

19.04.2016

Qubad İbadoğlu: Müsavat başqanı seçilsəydim yəqin ki... Müsahibə

Müsavat Partiyasından qalmaqallı ayrılışından sonra tez-tez ölkə mediasının gündəminə gələn Qubad İbadoğlu Ölkə.Az-ın bugünkü müsahibidir.
Siyasi və elmi fəaliyyəti, şəxsi həyatı barədəki suallarımızı cavablandıran ADR hərəkatının sədri Qubad İbadoğlu ilə geniş müsahibəni saytımızın oxucularının diqqətinə çatdırırıq.

16.04.2016

Qadın döyüşçü: O döyüşdə 19 erməni öldürdük, hamısının qulağını öz əllərimlə kəsdim - Müsahibə

Yaxşı iş heykəl kimidir, hər yerdən görünər. Həmsöhbətimizin də Qarabağ uğrunda gedən döyüşlərdə atdığı addımlara hansı tərəfdən yanaşsaq bir ad vermək olar-sədaqətdən doğan şücaət.

Bu dəfəki müsahibimiz Milli Qəhrəman Yelmar Edilovun həyat yoldaşı Reyhan Edilovadır.

13.04.2016

Çovdarovun həngamə obyektinin yerində indi baxın nə var — FOTOLAR

16.03.2016 tarixində saytımızda "Çovdarovun həngamə obyekti sökülür — Buldozerlər iş başında (FOTOLAR)" başlıqlı yazı dərc etmişdik.
Həmin vaxt Binəqədi rayonu, 9-cu mikrorayonda, Zərifə Əliyeva parkının arxasındakı zeytun bağında tikilən İdman və sağlamlıq mərkəzini Bakı Şəhər İcra Hakimiyyəti sökürdü.

Razi Nurullayev: Hər kəs bilsin ki, bu, türkün davası deyil, bu, Azərbaycanda yaşayan bütün xalqların davasıdır - Müsahibə

4 günlük müharibə illər sonra ilk dəfə Azərbaycan xalqının birlik və bərabərliyini göstərdi. Siyasi partiya mənsubiyyətindən, milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizin uğuruna sevinib, itkilərimizə kədərlənirdi.
Müharibə, iqtidar-müxalifət münasibətləri, şəbəkədəki informasiya müharibəsi və daxildəki gülünc hadislərlə bağlı AXCP sədri Razi Nurullayevlə söhbətləşdik.

9.04.2016

Top mərmisi altındakı Ağdam kəndlərindən — Reportaj + FOTOLAR

Müharibənin də qaydası, qanunu və əxlaqı var. Müharibə zamanı iki tərəfin yalnız əsgərləri döyüşməlidir.
Düşmən tərəfi erməni olduqda isə bu qanunlar dərhal pozulur. Bir neçə gün davam edən döyüşlər zamanı erməni dövləti kimi, ordusunun da əxlaqsız olduğunu gördük. Ordumuza güc gələ bilməyən ermənilər dinc əhalini hədəf almağa başlayır.

"Azərbaycan ordusunun irəliləməsi üçün əla şərait yaranıb" — Şəmistan Əlizamanlı

Milli vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı cəbhə bölgəsində olub.
Tərtər rayonunda cəbhə xəttində olan Şəmistan Əlizamanlı bölgədəki vəziyyətlə bağlı Ölkə.Az-ın sullarını cavablandırıb:

Tərtərin icra başçısı rayondakı son vəziyyətdən danışdı — Səxavət Məmməd cəbhə bölgəsindən yazır

Cəbhədə ən ağır döyüşlərin getdiyi rayonlardan biri də Tərtər rayonudur.
Real Time Analytics