13.07.2016

Qiyamət Azərbaycandan qopacaq? — Salvador Dalinin sirli əsərinin izi ilə... (MÜSAHİBƏ + FOTOLAR)

Salvador Dalinin "Geopolitik uşaq yeni doğulan insana nəzarət edir" adlı rəsm əsəri barədə illərdir araşdırmalar yazılır, fərziyyələr irəli sürülür.
Bu şəkli araşdıranda məlum oldu ki, Salvador Dalinin "Geopolitik uşaq yeni doğulan insana nəzarət edir" əsəri NATO-nun Brüsseldəki iqamətgahında divardan asılıb. Bu əsərlə bağlı saysız-hesabsız mübahisələr var.


Rəsm işini bizim üçün maraqlı edən tərəflərdən biri də bir personajın barmağı ilə Qafqazı göstərməsidir. Ona görə ayrı-ayrı araşdırmaçılar əsasən Azərbaycan və Gürcüstanı bu rəsm əsəri ilə bağlamağa çalışırlar. Maraqlananlar internetdə bununla bağlı oxuya bilər. Biz isə ezoterikaçı və batini bilgiləri araşdıran İsgəndər Tağıyevlə bu barədə söhbətləşirik:



- Salvador Dali kim olub?
- Bu günə qədər Salvador Dali haqqında çoxlu sayda bioqrafik informasiyalar yazılıb. Ona baxmayaraq onun yaradıcılığı indiyə qədər çox adamları təəccübləndirib. Onun yaradıcılığını avtobioqrafiyasında axtarmaq düzgün deyil. Bunun üçün zahiri yox, batini səviyyəsini öyrənmək lazımdır. Sizə təqdim olunan bu rəsm işinin açıqlamaları bizə imkan verir ki, biz bu insanın daxilinə nəzər salaq. Bu rəsm əsərinin bütün elementləri və personajları göstərir ki, S. Dali yəqin ki, mason olub, yəni sirli bilgilərə malik olan insan olub. Aşağıda verilən 2012-ci ildə Moskvada çap olunmuş "Апокалипсис. Не гибель, а Трасформация Человечества" kitabında bununla bağlı geniş məlumatlar var.
Bütün bəşəriyyətdə masonlara qarşı nifrət var. Ancaq onların rolu və missiyası çox böyük olub. Əslində Masonlar indiki mərhələdə təkamül yolunun hadisələrini yaradan təşkilatdır. Əsasən bu hadisələr mənfi hadisələrdir, müharibələr, inqilablar. Bu ağır hadisələr əslində imkan verir ki, bəşəriyyət daha təcrübəli olsun və təkamül yolunu keçsin. Mən mason deyiləm (gülür), Ancaq 30 il ərzində araşdırıb öyrəndiklərim, ayrı-ayrı açıqlamalar imkan verir ki, bu sözləri deyim.

- Salvador Dali bu işi ilə nə demək istəyir? Bizə nə göstərir?
- Bu iş göstərir ki, Salvador Dali qnostisizm və teasofiya ilə bağlı bilgilərə yaxşı bələd idi. Bildiyimiz kimi bunlar gizli bilgilər olub. Ancaq indiki mərhələdə bütün sirli bilgilər açılır. Bu rəsm işində göstərilən simvolik obrazın altında yeni doğulmuş uşaq əslində yeni doğulmuş bəşəriyyətin simasıdır. Ta qədimdən bəşəriyyət qızıl dövrə gəlib çatmalı idi. Həmin dövr gəlib çatıb. 1972-ci ildə xətt sistemi ilə bəşəriyyət Dolça Bürcünün dövrünə girib. Yəni bu rəsm əsəri ilə Salvador Dali göstərirdi ki, Zühur (zahiridə Qiyamət) olacaq, haçan ki bəşəriyyətin şüur təbəqəsi yüksələcək.
- Nəyə görə bu dövr qızıl dövr adlandırılır?
- 1) Bizi övliya səviyyəsinə, yəni 3-cü şüur təbəqəsinə keçid gözləyir;
  2) Bədənimizin müəyyən transformasiyasından sonra insanları zühur gözləyir.
- Zühur nə deməkdir?
- Ezoterikaya görə hər bir həyat forması, fərqi yoxdur, atomdan tutmuş kainata qədər, təkamül prosesi əsasında keyfiyyətcə dəyişilir. Bu keyfiyyət enerjilərin əsasında qurulur. Hələ Blavatskya göstərib ki, bizim günəş sistemimizdə 4 həyat forması zühur etməlidir. Bunlar atom, insan, planet və günəşdir. Atomun niyyəti insan olmaq, insanın niyyəti planet, planetin niyyəti günəş, günəşin isə niyyəti bürc olmaqdır. Bundan sonra isə bürc çalışır qalaktika olsun, qalaktika çalışır metoqalaktika olsun, metoqalaktika çalışır ki, kainat olsun. Bütün bu keçidlər təkamül dövrləri ilə bağlıdır. Əslində söhbət fiziki aləmdən yox, ruhların inkişaf təkamülündən gedir. Getdikcə ruhlar daha böyük həyat formasını idarə edə bilir. Bizim planetdə ilahi ruhlar 4 həyat formasında canlaşır:
1. Mineral həyat forması
2. Bitki
3. Heyvan
4. İnsan həyat forması
İndiki mərhələdə İnsan Ruhları, insan həyat formasını, canlaşmaları dövrünü bitirir. 5-ci Köklü İrq Dövrünün 33-cü Qohum İrqinin dövrü indiki zamanda bitir və bununla fiziki planda 5-ci Köklü İrqin mərhələsi bitir. Yer kürəsindən 5 irq keçib. Bizim yaşadığımız 5-ci irqin adı Ağ irqdir (arilər). 6-cı, 7-ci irq isə fiziki aləmdə yox, mənəviyyat aləmində, 5D deyilən Qlobusun Dövrünə düşür. Yəni bizim Yer kürəsinin ezoterik bilgilər baxımından 7 qlobusu var. Bizim planetin kodu 3D-dir. Ümumiyyətlə 13D var. Kainatın Zühurundan sonra 16D olacaq.
Biz bu şəkildə 5-ci Köklü İrqin 6-cı irqə keçid mərhələsini görürük. Ona görə də, "doğulan uşaq" çox nəhəngdir. Uşağa oxşamır. Çünki mənəviyyat aləmində bədənlər çox hündür olur. İnsanların hündürlüyü şüur təbəqəsi ilə əlaqədardır. Əgər bəşəriyyət inkişaf etmiş bəşəriyyətdirsə, orada insanlar çox hündür olurlar. Bu məsələni əgər tam açıqlasaq, onda məcburən mövzudan yayınacağıq. Bu cür qəliz bilgilərdən çox danışmaq olar.
Salvador Dalinin rəsminin açılması vaxtı ilə mövcud olmuş sirli bilgilərlə bağlıdır. Hər bir dinin öz batini bilgiləri var. Xristianların qnostisizm adlı batini bilgiləri var, İslamda isə bu sufilikdir. Xristianlara batini bilgilər hindlilərdən gəlib, Midiya dövründə maqlar vasitəsi ilə keçib. Xristianların batini bilgilərinin ilkin dövrləri yunanların adı ilə bağlıdır. Xristianların birinci kitabı Septuaginta (70 kitab mənasını verir) adında idi, o kitan yunan dilində çıxmışdı. Xristian dininə aid kitablar yunanlar tərəfindən redaktə olunub.
Bizansda Konstantin xristianlığı qəbul edənə qədər Yupiterə, Marsa və digər özlərinin yaratdığı tanrılara inanıblar. Konstantin 325-ci ildə xristianlığı qəbul edib. O zamandan başlayaraq xristianlıq dünyaya yayılmağa başlayıb. Əslində İsa peyğəmbər və 12 həvarinin hamısı yəhudi olub.
- İslamda 12 imam, xristianlarda isə 12 apostol var...
- Əslində 12 rəqəmi 13 rəqəmini gizlədir. 13 rəqəmi əslində 12+1-dir. Bir isə yaradıcı Allahın aləmidir. İsa olmasa 12 apostol (həvari) da olmazdı. Məhəmməd peyğəmbər olmasa idi, 12 imam da olmazdı. Bu bütün dinlərdə belədir. 13 rəqəmi sakral rəqəmdir. Burada əsas rəqəm 13-dür. Əslində 13 rəqəmi 13 arxetipik aləmin rəmzidir. Orada bizim aləmimiz 3D kimi gedir. Zühur adlanan prosesdən sonra 13 adlanan aləm, 16 olacaq, yəni 15+1. Həyat sistemi daha da artacaq. Elə şeylər var ki, onu indi demək olmaz. Əgər oxucular istəsə, gələcəkdə bununla bağlı geniş danışarıq.
Rəsimdə 13 rəqəmi çadırda görsənir. Bu həm də dünyaların simvolikasıdır.
Fotoya baxdıqda görərik ki, yuxarıdan asılan çadırın 13 kənarı var. Yəni bəşəriyyətin Zühuru Yaradıcının nəzarəti altındadır.
Qnostiklərdən başqa batini bilgiləri xristian aləmində XIX əsrdə yaranan teosofiya bilgiləri öyrənir. Yelena Blavatskaya teosofiya bilgilərini Hindistanda yaradıb. Bu bilgiləri adi insanlar yox, övliya səviyyəsinə çıxan insanlar bilə bilərdilər. Onların içərisində qadınlar çox az olub, Yelena Blavatskaya onların içərisində bir neçəsindən birisidir. Teosofiya bilgiləri əslində sintez bilgilərdir. Teosofiyanın tərkibində bir neçə məktəblər var, qnostisizm, hinduizm, buddizm, kabalizm, tarixə qovuşmuş Misir bilgiləri və Babil maqlarının bilgiləri. Bu məktəblərin bilgilərini Yelena Blavatskaya cəmləyib və "Taynaya Doktrina" (Sirli doktrina. 3 tonluq kitabdır) kitabında yazıb.
Bu çağa qədər Yer kürəsində iki cür düşüncə var idi. Birinci dini düşüncə, ikincisi elmi düşüncə. Axır 100 ildə isə din və elmin qarışdığı düşüncə də meydana gəlib. İndiki mərhələdə batini bilgilərdən qaynaqlanan ezoterik bilgilər də yayılmağa başlayıb. Ezoterika düşüncəli insanlar 3-cü şüur təbəqəsində düşünən insanlardır. Yelena Blavatskaya "Taynaya Doktrina" kitabında 3-cü düşüncə, ezoterika düşüncəsinin bazasını yaradıb.
- Gəlin bəşəriyyətin şüur təbəqəsindən danışaq.
- Bəşəriyyət 4 şüur təbəqəsindədir:
1. Avam
2. Xas
3. Övliya
4. Ənbiyə
Avam səviyyəsində olan insanlar dinlərdən əvvəl mövcud olublar, yəni, onlar ibtidai səviyyədə yaşayıblar. Hələ 5-6 min il bundan əvvəl bütün bəşəriyyət avam səviyyəsində idi. Avam səviyyədə yaşayan insanların şüuru əsasən instinkt enerjilərin üzərində qurulub. Ona görə də, o zaman hannibalizm, zoofillik, pedofillik və başqa iyrənc şeylər hökm sürüb. O dövrdə nə cəmiyyət, nə də ailə qanunları olub. Dinlərin gətirdiyi hümanizm və mənəviyyat qanunları əsasında bəşəriyyət 2-ci şüur təbəqəsinə keçib. Bəşəriyyət indiki mərhələdə xas səviyyəsindədir. Dinlərin gətirdiyi qanunlar əsasında bəşəriyyət daha da inkişaf edib. Çünki bu humanizm və mənəviyyat qanunlarının əsasında şəxsiyyət, ailə və ictimai səviyyədə kodeks-davranış qaydaları qəbul olunub.
Xas səviyyəsində olan insanlar isə dinlərin gətirdiyi qanunların əsasında mənəviyyatca daha inkişaf ediblər və əsasən istəklə, hissiyyatla və emosiyalarla yaşayırlar. Bu günə kimə bəşəriyyətin 98%-i xas səviyyəsində, yəni, istəklə yaşayır. İnsan doğulanda birinci anasının südünü istəyir, istədiyini alanda səsi çıxmır, çatmayanda isə qışqırır. Bir istək qurtarır, digər istəklər meydana gəlir. Beləcə ölənə qədər yaşayırıq. Avam və xas şüur təbəqəsi əslində aşağı səviyyəli təbəqələrdir.
Qalaktika üzrə sivilizasiyalar 2 yerə bölünür, inkişaf etməmiş sivilizasiyalar və yüksək inkişaf etmiş sivilizasiyalar. Ona görə bizim bəşəriyyət qalaktika federasiyasının nəzərində inkişaf etməmiş sivilizasiya sayılır. Onların şüur təbəqəsi 2-3 yaşında uşaq ağlı səviyyəsindəki kimi görünür. Ancaq bu uşaq çox aqressivdir və əlində atom silahı var. Ona görə də, onlar indiyənə kimi bizim sivilizasiya ilə əlaqəyə girmirlər. Onlar gözləyir ki, biz övliya, yəni 3-cü şüur təbəqəsinə çıxaq. Ta qədimdən bütün batini elmlərdə bilgi var ki, bəşəriyyət dolça bürcü dövrünə girəndə "Qızıl Əsr" dövrünə keçəcək. Bu keçid zahiridə islamda Qiyamət adlandırılır, batinidə isə Zühur adlanır. 3-cü şüur təbəqəsi olan övliya inkişaf etmiş insanların şüur təbəqəsidir.
Qeyd edək ki, ezoterik kanallarla gələn xəbərə görə, 2016-cı il 1 iyulda bizim bəşəriyyət Qalaktika Fedarasiyasına qəbul olunub, yəni yüksək şüuru olan sivilizasiyaların arasına qatılıb. Bu onu göstərir ki, bizim bəşəriyyət Zühura hazırdır.
Dördüncü şüur təbəqəsi olan Ənbiyə nəbi sözünün kökündəndir. Bəşəriyyətin tarixində bu şüur təbəqəsində olan insanların sayı cəmi 9 olub. Onları yer üzünə kitab və dinlər gətirib. Axırıncısı isə Məhəmməd peyğəmbərdir.
Ezoterikaçı və batini bilgiləri araşdıran İsgəndər Tağıyevin yazdığı "Апокалипсис. Не гибель, а Трасформация Человечества" kitabında Salvador Dalinin "Geopolitik uşaq yeni doğulan insana nəzarət edir" rəsm əsəri barədə geniş məlumat verilib.
Salvador Dalinin "Geopolitik uşaq yeni doğulan insana nəzarət edir" rəsm əsəri barədə araşdırma aparan zaman kifayət qədər qarşımıza materiallar çıxdı. Ancaq İsgəndər Tağıyevin bu əsərlə bağlı yazdıqları daha maraqlı və məntiqli gəldi.
Həmin kitabda əsərin sirri barədə yazılanları sizə təqdim edirik:
Nəhayət Bəşəriyyətin Zühuru mövzusunu tamamlayarkən İnsan şüurunun yeni mərhələsinə Bəşəriyyətin Keçid Zamanı haqqında məlumat verən daha bir mənbəyə müraciət edirik. Bu informasiya məşhur ispan rəssamı Salvador Dalinin əl işlərindən birində şifrələnib. Görünür, Salvador Dali ezoterika elmi ilə tanış idi. Onun əsərlərindəki bəzi simvolik obrazlarda Yer kürəsindəki yerli irqlərin dövrləri haqqında teosof təlimlərinin şifrələri gizlədilib. Ola bilər ki, Dali yüksək mərtəbəli mason idi. Məlum olduğu kimi mason təliminin əsasənı xristianlığın ezoterikası - qnostisizm təşkil edir.
Söhbət Salvador Dalinin "Geosiyasi oğlan yeni insanın doğulmasını müşahidə edir" əsərindən gedir. Azərbaycanda böyük ispan rəssamının bu əsəri çox məşhurdur. Bu əsərdə təsvir edilmiş personajlardan biri əli ilə Qafqaz regionunu, daha doğrusu Xəzərin qərb sahilini göstərir ki, bu da bizdə böyük maraq doğurur. Bir çoxları intuitiv olaraq bu şəkildə bizim regiona dair hansısa sirli informasiyanın verildiyini hiss edirlər. Bu əl işində mən bizim regionumuzla bağlı verilən informasiya barədə danışmayacam, Salvador Dalinin əsərdə şifrələdiyi və qlobal miqyasda bütün bəşəriyyət üçün nəzərdə tutulmuş informasiyanı açmağa çalışacam.
Bu əsər yaradılan gündən hər kəs böyük Dalinin öz əl işində nəyi izah etməyə çalışdığının sirrini açmağa çalışır. Bu əsərin bütün insanlığa kodlaşdırılmış məktub olması əsərin adından da bəllidir – "Geosiyasi oğlan yeni insanın doğulmasını müşahidə edir". Bu ad Yerin doğuşu ilə üst-üstə düşür və bu əsərdə yeni insanın doğulmasına işarə vurulduğu çox aydın şəkildə görünür. Hərçənd, yeni doğulanı körpə adlandırmaq olduqca çətindir. Dali körpə adlandırdığı canlını atletik bədən quruluşuna malik nəhəng kimi təsvir edib.
Yeni insanın bu şəkildə təsvir edilməsi tesofların və müasir əlaqələndiricilərin yeni dünya insanının müasir insanla müqayisədə çox yüksək olacaqları barədə informasiya ilə üst-üstə düşür. Kişilər 5 metr, qadınlar 3,5 metr boyunda olacaqlar.
Dörd ölçülü məkanda yetişkin insan indiki insandan daha ucaboylu olacaq. 4 ölçülü məkanda kişilər 4,2-4,8 metr (14-16 fut) qadınlar 3-3,6 metr (10-12 fut) boylarında olacaq. Bu barədə D.Melxidesekin “Həyat çiçəyinin qədim sirri” adlı kitabının ikinci cildinin 438-ci səhifəsində məlumat verilir.
Şəklin sağ küncündə yerləşmiş digər iki personaja gəlincə, hansı cinsə mənsub olması bəlli olmayan yüksək humanoidlə qucaqlaşmış oğlan, onların birlikdəki simvolikası bizə müasir insanı və ya bəşəriyyəti göstərir. Bu oğlan məhz əvvəldən haqqında bəhs etdiyimiz həmin o geosiyasi oğlandır. Latın sözü olan geo yer politika sivilizasiyanın yaradılışı deməkdir və bu söz bizə ikiqat kodlanmış sözün şifrəsini almağa kömək edir. Yəni bu söz müasir dünyanın insanı kimi tərcümə edilməlidir. Geopolitik oğlanla qucaqlaşmış yüksək vücudlu varlıq (müasir bəşər) planetin yüksəlişi zamanı bəşəriyyətin çatacağı Ali Mənəvi Səviyyənin obrazlı təsviridir.
Bu personajın cinsi mənsubiyyətinin olmaması onu göstərir ki, o bəşəriyyətin Mənəvi səviyyəsinin obrazı kimi izah olunmalıdır. Hətta bunu da demək olar ki, Dali insan ruhunu cansız varlıq obrazında təsvir edib.
Oğlanın boyunun kiçik olması və cinsi bəlli olmayan varlığın boyunun yüksək olması simvolik olaraq İnsanın ideyasını (Ruha çevrilmiş) əks etdirir, burada geosiyasi uşaq simvolik olaraq həm mənəvi, həm də fiziki baxımdan çox güclü inkişaf etməmiş müasir insan ideyasını, Ruhun yüksək boyu isə Şüurun yeni mərhələsinə qədəm qoyarkən bəşəriyyətin nail olacağı yüksək mənəvi səviyyəni əks etdirir.
Yuxarıda da S.Dalinin batini elmlərlə tanış olduğu barədə məlumat vermişdik. Adıçəkilən rəsm əsərində ikinci dərəcəli elementlər və simvolik obrazlar formasında İnsan İrqləri haqda daha geniş formada verilən batini biliklər bunu sübut edir. Bilindiyi kimi, batini elmdə İnsan Ruhunun Evolyusiyası-təkamülü barədə bu məlumat verilir:
Biz Dördüncü Dairədə Beşinci Köklü İrq dövründəyik. Başqa sözlə, bizdən öncəki Bəşəri İrqlər artıq tarix səhnəsindən silinib. Bizim sivilizasiya isə (Qohum İrqin 33-cü tsikli) 900 min il əvvəl Afrikada yaranmış Beşinci Köklü İrq dövrü ilə əlaqəlidir.

Rəsm əsərinə diqqətlə baxanda, Salvador Dali tərəfindən konturlar formasında verilmiş, qrafik təsvirlərlə işarələnmiş Cənubi Amerika Qitəsi, bir-birinin üzərinə yığılmış bir neçə sima təsviri ifadə edir. Kontur xətlərinə əsasən, burada dörd insan siması təsvir edilib. Onlar isə, öz növbələrində Yer Kürəsində mövcud olmuş Dörd İrq barədə məlumatı əks etdirir.
Diqqətli oxucu S.Dali tərəfindən burada müxtəlif yaş həddinə aid insan təsvirlərinin verildiyini də görə bilər. Ən aşağı hissədə yerləşən kontur çox yaşlı insan simasını ifadə edir (Birinci Köklü İrq). Növbəti üç kontur isə, daha cavan insan simaları ifadə edir. Sonuncu dördüncü konturda cavan kişi və ya qadın başı təsvir edilib (Dördüncü İrq). Bu isə, zaman baxımından bizə ən yaxın olan sivilizasiya, yəni Atlantlara (Qırmızı irq) işarə edir. Beləliklə, təsvir edilmiş insan simalarının yaşı bizdən əvvəlki Dörd irqin xronologiyası və ardıcıllığını göstərir. Bu simvolikanı bizim Beşinci İrqin bələnmiş körpə formasında təsviri tamamlayır. Bələnmiş körpənin dabanı Cənubi Afrika qitəsinə basılıb. Bu simvolika göstərir ki, xronoloji olaraq, yuxarıda göstərdiyimiz kimi Afrika qitəsində yaranmış bizim Beşinci İrq ən gənc irqdir və südəmər körpə ilə eyniləşdirilib. Bu körpənin hələ burnunun suyu axır (rəsmdə körpənin başı təsvir olunmuş hissədə ağ maye damcısı təsvir edilib).
İnsan Ruhlarının öncəki Dörd İrqdə başlanmış proqramını Pralaya-başa çatdırdığı barədə informasiyanı Salvador Dali simvolik olaraq Cənubi Amerika kontinentində ağ mələfənin üstünə düşən 4 insan təsviri formasında verib və bu, Pralaya, yəni, qurtaracaq ruhani səviyyəyə keçiş simvoludur.
Bələnmiş körpənin astral plana keçidi başa vuran Yeni Bəşəriyyətin simvolu olduğunu isə, qan damlası simvolundan, ruhani aləmin rəmzi olan ağ mələfə kimi incə simvolikalardan anlamaq olar. “İohanın vəhyləri” adlı əsərin 12 başlığının batini mənasının açıqlanması zamanı iedoqram-qan-qırmızı torpaq-insan rəmzlərinin İnsan və Bəşəriyyət olduğunu göstərmişdik. Bununla belə, rəsmdə Salvador Dalinin tapmacasının mənası belədir. Qırmızı qan insan və ya ümumilikdə bəşəriyyət mənasını verir. Qırmızı qanın ağ mələfə üstünə axması isə (ruhani dünya simvolu), İnsan Ruhunun İnsan Həyat Formasına çevrilməsi proqramının başa çatması barədə başqa bir informasiya kimi başa düşülür. Eyni zamanda, Yer planetində qlobal proqramın başa çatması, İnsan Ruhunun evolusiya proqramının ruhani dünyalarda (ağ mələfə) davam etdiyini söyləyə bilərik.
Ümumi planda İnsan İrqləri haqda batini məlumatlar Salvador Dali tərəfindən rəsmin sol küncündə kütlə formasında hərəkət edən insanlar kimi verilib.
Rəngli paltlarlar əvvəlki İrqlər barədə (sarı, qırmızı, qara) məlumatı təsdiqləyir. İlk-Giperboreya İrqi tam fiziki formada görünmür. Qara və qırmızı geyimli iki insan fiquru yeni doğulmuş körpəyə yaxın durublar. Bu isə bizim Ağ İrqdən öncə mövcud olmuş qırmızı və qara İrqlər barədə məlumat verir.
Qara və qırmızı geyimli insanlardan kənarda gəzişən adamlar isə Sarı İrqi, yəni uzaq Lemur dövrünü simvolizə edir. Əgər rəsmin sol küncündə təsvir edilmiş adamlar bizim keçmişimizi göstərirsə, deməli sağ küncdə təsvir edilmiş insan fiqurları Bəşəriyyətin gələcəyini göstərir.
Gələcəyin insanları ön planda təsvir edilmiş körpə uşağın - müasir bəşəriyyətin simvolik obrazının qucaqladığı Yüksək Ruha çox bənzəyir. Bununla da Dali, Yeni İnsanın - Yeni Bəşəriyyətin simvolu (doğulan atlet) dördüncü ölçüyə (Zühura-Вознесение) keçiddən sonra yüksək boy-buxuna və Yüksək Təfəkkürə sahib olacaq. Rəsmin sağ küncündə təsvir edilmiş dördkünclü qüllə Bəşəriyyətin Ali Təfəkkürə (4-cü səviyyə) nail olmasını simvolizə edir. Bəşəriyyətin Tanrı dünyasına keçid prosesinin Ali Qüvvələrin nəzarəti altında həyata keçəcəyini göstərmək üçün rəsmdə Yer planeti üzərində çadır kimi açılmış parçadan istifadə edilib.
Beləcə, Salvador Dali “Geopolitik uşaq yeni insanın doğulmasına baxır” adlı şifrələnmiş əsərində bədii formada Bəşəri İrqlərin 4 dairə içində silsiləni, İnsan Ruhunun Evolusiyası proqramı daxilində Dünyada reinkarnasiya proqramının başa çatdığını batini biliklərlə xarakterizə edib.
Qısacası, rəsmin əsas süjeti Yeni İnsanın doğulması, simvolik olaraq, bizim yüksək ruhani Bəşəriyyətin yaranmasıdır. Bu bəşəriyyət yarandıqdan sonra Ruhani dünyada, yəni qlobal hadisənin-Bəşəriyyətin Zühuru nəticəsində keçəcəyimiz Dünyada məskunlaşacaq.
Bəşəriyyətin Zühur etməsi prosesinin qaçınılmaz olduğunun qırmızı xətlə işarə edildiyi Beşinci kitabı və sizə təqdim olunan bütün məlumatları tamamlayarkən, aşağıdakıları qeyd etmək yerinə düşərdi:
Zühurun dəqiq tarixi ilə bağlı məsələyə toxunmasaq, bunları qeyd etmək olar: Yer Planetində bəşəriyyətin gələcək mövcudluğu üçün heç bir alternativ yoxdur. Çünki, bütün göstəricilərə əsasən, bizim dünyamız böhran vəziyyətindədir və hadisələrin sonrakı inkişafı müasir sivilizasiyanın özünü məhv etməsi ilə nəticələnə bilər. Buna bənzər hadisələr həm Yer Kürəsində (atlantlar) həm də digər planetlərdə (Marsda, boz yadplanetlilərin yaşadığı Dzeta planetində) bir neçə dəfə baş verib. Amma əsas faktor odur ki, Bəşəri Ruhlar Yer Planetində Bəşəri İnsan Formasına çevrilmə adlandırılan qlobal proqramı başa çatdırıblar, bununla da qlobal, 4 Həyat forması proqramını bitiriblər. Və Yer planetinin fiziki planında növbəti evolusiya inkişafı üçün Bəşəriyyətdən üstün həyat forması yoxdur. Başqa sözlə ifadə etsək, bütün planetar həyat formaları işlənilib. Ruhların növbəti evolusiya proqramı ruhani dünyalarda baş verəcək.
Bu səbəbdən bəşəriyyətin tək alternativi olduğunu anlamalıyıq: Ruhani Zühur. Neqativ ballastdan - eqoizm, mümkün olan bütün qorxular, aqressiya, qəddarlıq, nifrət, paxıllıq və insanın digər neqativ xüsusiyyətlərindən azad olmaq üçün hələ vaxtımız var. Əlaqəyə girən adamların (Li Kerroll, Nidl Şeldon, D.Melxisedek və başqaları) verdiyi məlumata əsasən, Ali Varlıqlar bizi yaşamağa davam etməyə, heç nəydən qorxmamağa çağırırlar. Çünki bizim hər birimizin qoruyucusu var. Bizim və digər qalaktikaların milyonlarla yadplanetlisi planetimizə təşrif buyurublar ki, Bəşəriyyətə səviyyələr arası məkanı ağrısız ram etmək üçün kömək etsinlər. Əgər lazım olsa, onların bütün Yer planeti əhalisini evakuasiya etmə imkanları var.
Zühurun bir neçə variantı və versiyası mövcuddur. Zühur insanlar, mədəniyyət, planetlər, qalaktikalar və kainatla baş verir. İnsan üçün iki variant aktualdır:
İnsanın fiziki Zühuru - ruhun və fiziki bədənin fiziki ölüm təcrübəsi keçmədən ali dərəcəyə köçürülməsidir. Bu, bədənin bütün hüceyrələrinin vibrasiya tezliyinin artması hesabına mümkün olur və ruhani işıqlanma ilə müşayət olunur.
Planetar Zühur - Planetar təfəkkürün və planet sakinlərinin bir ölçüdən (maddi, 3 ölçülü və astral, 4 ölçülü) digərinə (5 ölçülü) evalusiya sıçrayışıdır.
Bizim gözlədiyimiz İşıqlanma və ya Bəşəriyyətin Zühuru prosesi Planetar Loqosun evolusiyası ilə əlaqəli olan Planetar Zühurun bir hissəsidir. Yerin Planetar Yüksəlişi öz növbəsində Günəş Loqosu proqramının bir hissəsini təşkil edir. O zaman aydın olur ki, gözlədiyimiz hadisələr Təfəkkür və Transformasiya və ya Bəşəriyyətin fiziki bədəninin Zühuru ilə əlaqəlidir. Eyni zamanda, Yerin Planetar Yüksəlişi Günəş Loqosunun evolusiyası və onun fiziki qabığının-bizim Günəş sisteminin işıqlanması kimi qlobal proqramın tərkib hissəsidir. Bizim Günəş sisteminin işıqlanması və yüksəlişi anladığınız kimi Analogiya proqramına uyğun olaraq Qalaktikamızdakı digər bürclərlə yanaşı Pleyada bürcünün Yüksəlməsi proqramına daxildir. Saman yolu Qalaktikamızın və milyardlarla digər qalaktikaların İşıqlanması və Zühuru isə Kainatın Zühur etməsinə və Kainatın bütün qaranlıq fiziki materiyasının İşıqlanması adlı qlobal proqramı təşkil edir. Bundan sonra pralaya dövrü, yəni Kainatın fiziki plandan ruhani dünyaya keçidi başlayır.
Kainatın uzun müddətli pralaya dövründən sonra, bugünkü Mütləqin Mütləqi (Yaradıcının adı) fiziki ortaya çıxmasının davam etməsi nəticəsində yeni Kainatda əvvəlkilərə nisbətən daha mükəmməl və işıqlı Həyat doğulacaq və ya diriləcək, əvvəlki İnsan Ruhları evolusiya proqramını tam başa vuraraq yeni qalaktika, bürc, günəş, planetar və həyat sistemlərinin yaradıcısı olacaqlar. Belə perspektiv xoşunuza gəlirmi? Fikrimizcə, hadisələrin növbəti inkişafı məhz bu cür olacaqdır.
Amma hələlik biz Günəş və Planetar Zühuru kandarında dayanmışıq. Bəşəriyyət həyat forması kimi bu ierarxik ali-kosmik həyat formalarının həm fiziki, həm də ruhani təzahürüdür. Bəşəriyyətin Zühuru yer sakinləri üçün qlobal evolusiya proqramının kiçik, amma çox əhəmiyyətli bir parçasıdır. Zühurdan sonra Bəşəriyyətin keçəcəyi Ruhani dünyaların yüksək səviyyəsi Sülh və Sevginin qalma yeridir və sivilizasiyanın bütün tarixi boyu bizim buna ehtiyacımız olub".
Əlbətdə ki, oxucuları daha çox Azərbaycana aid olan məsələlər maraqlandırır. Bu rəsm əsərinin Azərbaycanla bağlılığı barədə növbəti reportajımızda oxuya bilərsiniz...
Ardı var...

Hiç yorum yok:

Yorum Gönderme

Real Time Analytics